Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3313/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MTK-nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: başqasına verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi GİRİŞ HİSSƏ 24.12.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmdan ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs X2 qarşı başqasına verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından iddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3cü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R.Məmmədova Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 2013-cü il tarixli, A № 440222 nömrəli “Torp aq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)-3481/2018) iddianın təmin edilməsi; X2 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08.05.2013-cü il tarixli, A № 440222 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və E.Nəbiyev; iş № 21(103)-1348/2019) 3-cü şəxs R.Məmmədovun apellyasiya şikayətinin təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddia t ələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatland ırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 3-cü şəxs R.Məmmədova verilmiş, mübahisəli, 08.05.2013-cü il tarixli A № 440222 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətinə görə, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli, 486 a saylı Sərəncamı ilə R.Məmmədova ticarət obyektinin tikintisi üçün 72 kv.m daimi istifadəyə ayrılan torpaq sahəsi ilə bağlı planı və ölçü tərtib edilmiş, dövlət torpaq kadastrı kitabında 08.05.2013-cü il tarixdə 34347 nömrə ilə uçota alınmışdır. İşin materiallarında olan, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli, 486 a saylı Sərəncamının surətinə əsasən, 3-cü şəxs R.Məmmədova Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində 12,0 x 6,0 mm ölçüdə ticarət obyektinin tikintisinə icazə verilmişdir. İşn materiallarında olan, Səbail rayon İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan binalarının sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 119 saylı, 02 sentyabr 2016-cı il tarixli sərəncamına müvafiq olaraq Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsi 3 və 5 ünvanında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsünün İddiaçı MMC tərəfindən yerinə yetirilməsi və həmin Cəm iyyətə torpaq sahəsi 0,531 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. İşin materiallarında olan, Səbail rayon İcra Hakimiyyəti və İddiaçı MMC arasında tərtib edilmiş 22.09.2016-cı il tarixdə aktla sərəncam əsasında ayrılmış faktiki 0,47 ha torpaq sahəsi cizgidə olduğu kimi yerində qəbul edilmişdir. İşin materiallarında olan, “İcarəyəverən” Səbail rayon İcra Hakimiyyəti ilə “İcarəçi” İddiaçı MMC arasında bağlanmış 01 saylı, 008.01.2018-ci il tarixli “Torpaq icarə müqaviləsi”nə görə, “İcarəyəverən” icarə əsasında sahəsi 4.683 kv.m olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsini “İcarəçi”yə 49 il müddətinə istifadəyə vermişdir. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döv lət Reyestri Xidməti tərəfindən 19.02.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı MTK-nın torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, mübahisələndirilən plan-ölçü sənədində koordinatlar daxilində yerləşən torpaq sahəsinin iddiaçı MTK-nın icarəsinə verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşməsi işin mübahisəsiz halıdır. İddiaçı MTK-nın iddia ərizəsində mübahisələndirilən, 3-cü şəxs R.Məmmədova məxsus olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün 2 əsas gətirilmişdir: 1) 3-cü şəxsə torpaq sahəsi ayrılarkən yaşayış binaları arasında saxlanılmalı olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı normaların tələblərinə riayət edilməməsi; 2) həmin torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının 119 saylı, 02 sentyabr 2016-cı il tarixli sərəncamı ilə iddiaçı MTK-nın icarəsinə verilməsi. 1-ci instansiya məhkəməsi iddiaçı MTK-nın iddia tələbini təmin edərəkən, belə hesab etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci və 68-ci maddələrinə görə, 3-cü şəxs R.Məmmədovun torpaq sahəsi üzərində hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmədiyindən, iddiaçı MTK-nın qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinin təmin edilməsi üçün, həmin torpaq sahəsinin koordinatları daxilində yerləşən 72 kv.m hissəsinə 3-cü şəxsin adına verilmiş plan və ölçünün ləğv edilməsi tələbində haqlıdır. Lakin bu dəlillər 3-cü şəxs R.Məmmədovun adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı MTK-nın istinad etdiyi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1, 69.7.2 və 69.7.4-cü maddələri, bu Məcəllə 2012-ci ildə qəbul edildiyindən 3-cü şəxs R.Məmmədova torpaq sahəsi ayrılarkən nəzərə alına bilməzdi. Bundan əlavə torpaq sahəsi ayrılarkən ara məsafəsi ilə bağlı qaydaların pozulması torpaq sahəsinin planı və ölçüsünün deyil, sahənin ayrılması barədə inzibati aktın özününhazırkı halda Səbail rayon İcra Hakimiyyəti B aşçısının 11.03.1996-cı il tarixli, 486 a saylı Sərəncamının ləğv edilməsi üçün əsas ola bilərdi. İddiaçı MTK tərəfindən isə həmin sərəncam mübahisələndirilməmiş, sözügedən sərəncamın mübahisəli sahə iddiaçı MTK-nın icarəsinə verilməzdən əvvəl ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Başqa şəxslərin hüquqları ilə yüklü olan torpaq sahəsinin tikinti ilə məşğul olan şirkətlərin icarəsinə verilməsi isə qanuni əsaslar olmadan, həmin sahə üzərində hüquqları olan şəxslərin hüquqmüəyyənedici sənədlərinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. 3-cü şəxsin torpaq sahəsi üzərində hüquqlarının hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi üçün m üstəqil əsas ola bilməz. 3-cü şəxs R.Məmmədova torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29-cu maddəsində nəzərdə tutulmuşdur ki, müvafiq rayon, şəhər X4 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qa ydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki və torpaq qanunvericiliyin müddəalarında tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranması nın və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəaları nın, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənlərə görə, torpaq sahəsi üzərində 3-cü şəxsin daimi istifadə hüququnun dövlət torpaq kadastrinda uçota alınması (uçot nömrəsi 34347) həmin sahə üzərində qanuni istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi və dövlət tərəfindən müdafiəsi üçün əsas verir. İddiaçı MTK-nın nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 3-cü şəxs mübahisələndirilən plan və ölşüdəki koordinatlar daxilində yerləşən torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməmiş, sahədə ticarət obyekti inşa edilməmişdir. 3-cü şəxsə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-ci maddəsin in 4-cü hissəsi və 36-cı maddəsində nəzərdə tutulmuşdu ki, torpaqdan məqsədli təyinatına uyğun istifadə edilmədikdə torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən bu barədə qərar qəbul edildiyi gündən xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə əsasən qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsi, həmin sahə üzərində hüquqların xitamına o halda əsas olur ki, bu barədə torpaq sahəsini ayırmış orqan tərəfindən qərar qəbul edilmiş olsun. Ha zırkı halda isə, 3-cü şəxsin daimi istifadə hüququna xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmişdir. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən iddiaçı MTK-nın nümayəndəsi tərəfindən təqdim edilmiş, R.Məmmədov tərəfindən 1996-cı ildə inşa edilmiş qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli, 486 a saylı Sərəncamına əsasən ayrılmış torpaq sahəsində (Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 3 a saylı ünvan) 3-cü şəxs tərəfindən sahəsi 94 kv.m olan qeyri-yaşayış obyekti (mağaza) tikilmişdir. Təqdim edilmiş sənədə əsasən müəyyən olunur ki, 3-cü şəxs ona ayrılmış sahədən təyinatı üzrə istifadə etmişdir. Nümayəndə İ.Qasımov həmin mağazanın 3-cü şəxs tərəfindən özgəninki ləşdirildiyini göstərərək bununla bağlı məhkəməyə 10.05.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin, 16.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, iddiaçı MTK-nın adına eyni sərəncam əsasında 2 torpaq sahəsi ayrıldığı ehtimal edilir, bu səbəbdən tərəflərindən Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli, 486 a saylı Sərəncamının saxta olması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Mübahisəli torpaq sahəsində isə 3-cü şəxsə məxsus hər hansı tikili mövcud deyil. 3-cü şəxsin nümayəndəsi və vəkili İ.Hacıyev izahatında bildirmişdir ki, R.Məmmədov ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, orada tikili inşa etmiş, lakin tikinti başa çatdırılmamış, iddiaçı MTK tərəfindən sök ülmüşdür. Bunlarla əlaqədar qeyd olunmalıdır ki, apellyasiya instansiya mərhələsində iddianın əsasının dəyişdirilməsinə yol verilmədiyindən iddiaçı MTK-nın nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən istinad etdiyi əsaslar üzrə (3-cü şəxsin sərəncamının saxta olması, 3-cü şəxsə eyni ərazidə eyni sərəncam əsasında 2 ayrı-ayrı torpaq sahəsi ayrılması) araşdırma aparılması prosessual normaların tələblərinə ziddir. Bundan əlavə izah olunmalıdır ki, iddiaçı MTK-nın nümayəndəsinin iddia etdiyi kimi, 3-cü şəxsə eyni sərəncam və cizgi əsasında 2 ayrı torpaq sahəsi ayrılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 2013-cü il tarixli, A № 440222 nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi üçün deyil, verildiyi andan etibarsız hesab ed ilməsi üçün əsas ola bilər. 3-cü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” verilərkən qüvvədə olmuş və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü"nün təsviri” adlı sənəddə torpaq sahəsinin planı və ölçüsündə qeyd edilməli olan rekvizitlər və məlumatlar öz əksini tapmışdır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, mübahisələndirilən plan və ölçü həmin sənədin göstərişlərinə uyğun tərtib edilmişdir. Plan və ölçünün tərtib edilməsinə əsas olan sərəncam hazırda qüvvədə olduğundan həmin sənədin ləğv edilməsinə dair iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. 1-ci instansiya məhkəməsi işin qeyd edil ən faktiki hallarına düzgün hüquqi qiymət vermədiyindən mübahisələndirilən qərar ləğv edilməli, iddianın rədd edilməsi barədə 3-cü şəxsin apellyasiya şikayəti əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı MTK-nın kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsi nə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3313/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3313/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver