Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3314/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3314/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iş materialları ilə iddiaçının Rusiya Federasiyasının S.Stalskiy adına Açıq Sosial Universitetinə qəbul olunduğu və bir il təhsil aldığı təsdiq olunmur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı1, nümayəndəsi İddiaçı2 oğlunun, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliy inə qarşı diplomun dövlət nümunəli diplomla əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1917/2019 saylı qərarından İddiaçı1 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü ildə Rusiya Federasiyasının S.Stalskiy adına Açıq Sosial Universitetinin regionşünaslıq fakültəsinə qəbul olduğunu, bir il həmin universitetdə təhsil aldıqdan sonra ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi haqqında Təhsil Nazirliyinin xxxx 1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş Əsasnamənin 1.2-ci bəndinə və Təhsil Nazirliyinin xxxx 2005-ci il tarixli, ***** saylı məktubuna əsasən Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, həmin Universitetdə "tarix və ictimaiyyət" ixtisası üzrə təhsil alaraq bütün imtahanlardan müvəffəqiyyətli qiymət aldığını, Dövlət Attestasiya Komissiyasının xxxx 2008-ci il tarixli **** saylı əmrinə əsasən ona "tarix və ictimaiyyət" ixtisası üzrə bakalavr dərəcəsi və təhsil almağını təsdiq edən B seriyalı **** nömrəli diplom verildiyini, bir illik hərbi xidməti başa vurduqdan sonra xxxx 2009-cu il tarixli, 84 nömrəli əmrə əsasən Masallı rayonu M.Abuşov adına Əhmədli kənd məktəbinə tarix müəllimi vəzifəsinə,xxxx 2011-ci il tarixli, 189 nömrəli əmrə əsasən də həmin m əktəbin direktor müavini vəzifəsinə təyin edildiyini, 2009-cu ildən 2016-cı ilədək ixtisası üzrə həmin məktəbdə işlədiyini, lakin 7 ildən sonra ona heç bir məlumat verilmədən və naməlum səbəblərdən Masallı rayon Təhsil şöbəsi tərəfindən Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı ***** nömrəli diplomun hüquqi əsasının olub-olmamasına dair xxxx tarixli, 62/1 nömrəli sorğu ilə Təhsil Nazirliyinə müraciət edildiyini, sonuncu, xxxx 2016-cı il tarixli, məktubla Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı1 verilmiş B seriyalı ***** nömrəli diplomun hüquqi əsasının olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, Təhsil Nazirliyinin həmin məktubu Masallı rayon Təhsil şöbəsinə göndərildikdən sonra iddiaçıya məktəbin direktoru tərəfindən həmin sorğu və məktub barədə məlumatın verildiyini və işdən azad olunması üçün ərizə yazmasınin tələb edildiyini, xxxx 2016-cı il tarixdə Təhsil Nazirliyinə müraciət edərək, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 498376 nömrəli diplomun həqiqi olub-olmamasına dair ona məlumat verilməsini xahiş etdiyini, xxxx 2016cı il tarixli, ***** saylı cavab məktubunda teleqramdakı müraciətində qeyd olunan məsələnin araşdırılması üçün təhsil sənədlərinin əsli ilə birlikdə Təhsil Nazirliyinə dəvət edildiyini, xxxx 2016-cı il tarixdə atası İddiaçı2 ilə birlikdə Təhsil Nazirliyinə getdiyini, Təhsil Nazirliyinin qəbul şöbəsində isə onların Nazirliyin səlahiyyətli şəxsləri tərəfindən qəbul edilməsindən imtina edildiyini, işə bərpa olunması barədə Masallı rayon Təhsil şöbəsinə də dəfələrlə müraciət etsə də, xahişinin təmin edilmədiyini, xxxx 2017-ci il tarixli 105 saylı əmrlə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verildiyini, Təhsil Nazirliyi tərəfindən ona verilmiş B seriyalı 498376 nömrəli diplomun yenisi ilə əvəz edilməli olduğunu, onun təhsil aldığı Azərbaycan Beynəlxalq Universiteti xxxx 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını, 1998- ci ildə Təhsil Nazirliyinin xxxx 1997-ci il tarixli, ***** nömrəli qərarı ilə həmin təhsil müəssisəsinə xüsusi razılığın (lisenziya) verildiyini və həmin lisenziyanın müddətinin 1999cu ildə 6 il, 2005-ci ildə isə 5 il müddətinə yenidən artırıldığını, Təhsil Nazirinin xxxx 2010cu il tarixli əmri ilə universitetin fəaliyyətinin dayandırıldığını, 2005-2008-ci illərdə univ ersitetin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədə olduğu dövrdə qanuni şəkildə təhsil aldığını və həmin universitet tərəfindən də ona verilmiş müvafiq diplom üzrə ixtisasa yiyələndiyini, bu baxımdan Təhsil Nazirliyinin öz imtinasını diplomun "hüquqi əsası yoxdur" kimi əsaslandırmasının qanunsuz olduğunu, bundan başqa xxxx 2018-ci il tarixdə Təhsil nazirinə teleqramla müraciət edərək, ona verilmiş diplomun yenisi ilə əvəz olunmasını xahiş etdiyini, lakin müraciətinə cavab verilmədiyini bildirərək, Dövlət Attestasiya Komissiyasının **** saylı xxxx 2008-ci il tarixli əmri ilə adına verilmiş B seriyalı 498376 nömrəli diplomun yenisi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-c u il tarixli, 2-1(82)-422/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı1 verilmiş B seriyalı 498376 nömrəli diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il xxxx tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş " Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 4.4-cü hissəsinin tələblərinə uyğun olaraq yeni bakalavr diplomu ilə əvəz olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur (hakim - X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1917/2019 saylı qərarı ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdeh Azərbaycan Resp ublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı1 1-ci kursu Stalskiy adına Açıq Sosial Üniversitetinin regionşunaslıq fakültəsində təhsil alması (Stalskiy adına Açıq Sosial Universitetinin xxxx 2004-cii il tarixli İİ/7-cTp 26-11 saylı arayışı), bundan sonra 3 il ərzində Azərbaycan Beynəlxalq Universitetində təhsil alması (iş materiallarında olan təhsil haqqlarının ödənilməsi barədə qəbzlər, tələbə bileti, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Masallı Rayon Hərbi Komissarlığına ünvanlanmış 2/506 saylı, xxxx 2006-cı il tarixli məktub və nəhayət iş materiallarında olan İddiaçı1 Azərbaycan Beynəlxalq Universitetini bitirdiyi göstərilən xxxx 2008-ci il tarixli 3/1647 nömrəli Əmrin surəti) faktı danılmazdır, İddiaçı1 saxta diplomun verilməsi onun günahı deyildir, nə də ki, saxta diplomun verilməsi onun həmin təhsil müəssisəsində təhsil almaması demək deyildir, İddiaçı1 adına verilmiş dövlət nümunəli blank həmin təhsil müə ssisəsində qanunsuz təhsil almış başqa bir tələbəyə verilmişdir. Tərəflərin izahatları İddiaçı1, nümayəndə İddiaçı2 və Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olm adığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı1, nümayəndəsi İddiaçı2, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hes ab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1917/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2005-2008-ci illərdə hazırda fəaliyyət göstərməyən Azərbaycan Beynəlxalq Universitetində “tarix və ictimaiyyət” ixtisasi üzrə əyani formada təhsil almış, ona bu barədə B seriyalı, **** saylı diplom və bakalavr dərəcəsi verilmiş İddiaçı1 iddia ərizəsində 2004-cü ildə Rusiya Federasiyasının S.Stalskiy adına Açıq Sosial Universitetinin regionşünaslıq fakültəsinə qəbul olunduğunu, bir il həmin universitetdə təhsil aldıqdan sonra Təhsil Nazirliyinin xxxx 2005-ci il tarixli. 4603- 4610/17 saylı razılıq məktubuna əsasən Azərbaycan Beynə lxalq Universitetinə köçürüldüyünü iddia etmiş, cavabdeh orqan isə iddiaya etirazında iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinə Təhsil Nazirliyi tərəfindən razılıq verilmədiyini, aparılmış daxili araşdırma nəticəsində onun köçürülməsinin və diplomunun hüquqi əsası olmadığının müəyyən edildiyini bildirmiş,Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş **** saylı xxxx 2009-cu il tarixli arayışa görə İddiaçı1 X2 imtahanlarını müvəffəqiyyətlə vermiş və X2 İmtahan Komissiyasının xxxx 2008-ci il tarixli, **** saylı əmri ilə ona bakalavr dərəcəsi verilmiş, Azərbaycan Beynəlxalq Universitetinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinə Bakı filialına mühafizə üçün təhvil verilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xxxx 2019-cu il t arixli məktubunda tələbələrin xaric edilməsi, bərpa edilməsi və başqa yerə keçirilməsi haqqında sənədlər 10 il müddətində saxlanıldığı üçün iddiaçının köçürülməsi barədə Təhsil Nazirliyinin xxxx 2005-ci il tarixli, **** saylı razılıq məktubunun məzmununda qeyd edildiyini müəyyənləşdirmək mümkün olmamış, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xxxx 2019-cu il tarixli məktuba əlavə edilmiş Azərbaycan Beynəlxalq Universitetinin 3/1647 nömrəli, xxxx 2008-ci il tarixli əmrinə əsasən “Tarix” fakültəsinin 2007/2008-ci tədris ilinin əyani şöbəsinin X2 imtahanlarını müvəffəqiyyətlə müdafiə edərək məqbul qiymət aldıqlarına görə Ali məktəbi bitirmiş hesab edilmiş və bakalavr pilləsində *****-“Tarix və ictimaiyyət” ixtisası üzrə adi diplom verilmiş şəxslərin adlarının siyahısında İddiaçı 1 adı da qeyd edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının 2004-cü ildə həqiqətən Rusiya Federasiyasının X1 adına Açıq Sosial Universitetinin regionşünaslıq fakültəsinə qəbul olunduğu, bir il ərzində həmin Universitetdə təhsil alması barədə hər hansı sübut yoxdur, halbuki mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyi iddiaçının üzərinə düşmüş, bundan əlavə birinci instansiya məhkəməsinin istinad etdiyi "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda təhsil müəssisəsi ləğv edildiyi halda ali təhsilini tamamlamış, lakin diplom almamış tələbələrə dip lomların və ya dublikatların Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilməsi nəzərdə tutulmuş, Təhsil Nazirliyi isə həmin ali təhsil müəssisəsinə diplomun verilməsi ilə bağlı yazılı müraciət edir, Qaydalarda ümumiyyətlə ali təhsil müəssisəsi tərəfindən həmin dövrdə qüvvədə olmuş qəbul qaydalarının pozulması ilə ali təhsil müəssisəsinə qəbul edilmiş tələbələrə verilmiş dövlət nümunəli olmayan və ya saxta diplomların yenisi ilə əvəz edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəliyi nəzərdə tutulmamış, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin 2008-ci il tarixdə “Tarix və ictimaiyyət” ixtisası üzrə adi bakalavr pilləsində təhsilin i başa vurmuş şəxslərin adlarının siyahısında olsa da, bu hal onun Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürüldüyünü təsdiq edə bilməz, həmçinin Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Masallı rayon Hərbi komissarlığına ünvanlanmış **** saylı, xxxx 2006-cı il tarixli məktub kserosurət olduğundan və həmin məktubdakı məlumatlar tələbəni Təhsil Nazirliyinin razılığı olmadan köçürdüyü iddia olunan ali təhsil müəssisəsinin özü tərəfindən qeyd edildiyindən, işin mübahisəli halını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il xxxx tarixli, 82 nöm rəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.1-ci bəndinə görə ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra-diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA- nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 4.4-cü bəndinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. 4.4-1-ci bəndə əsasən ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş xxxx 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsində qeyd edilmişdi ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmə ləri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xxxx 1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş (xxxx 1996-cı ildə dövlət qeydiyyatına alınmış) «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnamənin 1.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ali və orta ixtisas təhsili müəssisə ləri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici ölkələrdəntələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirinin xxxx 2002-ci il tarixli, 80 saylı əmrinə əsasən tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi yalnız Təhsil Nazirliyinin razılığı alınmaqla həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, iş mater iallarında iddiaçının 2004-cü ildə həqiqətən Rusiya Federasiyasının X1 adına Açıq Sosial Universitetinin regionşünaslıq fakültəsinə qəbul olunduğu, bir il ərzində həmin Universitetdə təhsil alması barədə hər hansı sübut olmadığını, mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşdüyünü, "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda təhsil müəssisəsi ləğv edildiyi halda, ali təhsilini tamamlamış, lakin diplom almamış tələbələrə diplomların və ya dublikatların Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı mürac iəti ilə eyni tipli ali təhsil müəssisəsi tərəfindən verilməsinin nəzərdə tutulduğunu, Qaydalarda ümumiyyətlə ali təhsil müəssisəsi tərəfindən həmin dövrdə qüvvədə olmuş qəbul qaydalarının pozulması ilə ali təhsil müəssisəsinə qəbul edilmiş tələbələrə verilmiş dövlət nümunəli olmayan və ya saxta diplomların yenisi ilə əvəz edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəliyinin nəzərdə tutulmadığını, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin 2008-ci il tarixdə “Tarix və ictimaiyyət” ixtisası üzrə adi bakalavr pilləsində təhsilini başa vurmuş şəxslərin adlarının siyahısında olsa da, iş materialları ilə onun Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürüldüyünün təsdiq edilmədiyini nəzərə alaraq kassasiya şikayə tinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1071/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1917/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3314/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3314/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver