Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3316/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3316/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrl ik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1101/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı, xxxx 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində adına fərdi yaşayış evi inşa etmək üçün 0,06 ha torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsi tərəfindən hasara alındığını, sərəncam verilən tarixdən bu günə kimi istifadəsində olduğunu, hüquqmüəyyənedici sənədin mövcud olmasına baxmayaraq, həmin torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xxxx 2018-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2019-cu il tarixli məktubla həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşdiyinə, bundan başqa ********** nömrəli, xxxx 2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin xxxx 1997-ci il tarixli 2066 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim etdiyi yerləşmə cizgisinin (Səbail Rayon İcra Hakimiyyətinin xxxx 1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə) fərqli olduğuna istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-784/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış, plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur(hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1101/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qəra rı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xxxx 2018-ci il tarixli məktuba görə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı, xxxx 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış to rpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün cavabdeh İdarəyə göndərilmiş, eyni zamanda Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xxxx 2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır, cizgiyə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamış, göstərilən əsaslarla hal-hazırda qüvvədə olan İnzibati orqanın sərəncamı ilə 23 il ərzində iddiaçının qanuni sahibliyində və istifadəsində olan əmlakın qeydiyyata alınmasından imtina olunması qanunsuz və əsasız olmaql a yanaşı onu orada yaşayan digər şəxslərlə qeyri-bərabər vəziyyətə salmış, həmçinin mübahisəli ünvana texniki baxış keçirilmiş olsaydı həmin torpaq sahəsinin dörd tərəfdən mişar daş ilə hasarlanması və orada tikililərin mövcud olması müəyyən olunardı, digər tərəfdən Daş Karxanasının sahibləri və lazımi orqanlar bu vaxta qədər məhkəməyə müraciət edə bilərdilər. Tərəflərin izahatları İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəz ərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmi şdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1101/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xxxx 1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış, iddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana xxxx 2018-ci il tarixli ərizəsi ilə müraciət etmiş, sonuncu, xxxx 2019-cu il tar ixli məktubla həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşdiyinə, bundan başqa ********** nömrəli, xxxx 2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyətinin xxxx 1997-ci il tarixli 2066 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim etdiyi yerləşmə cizgisinin (Səbail Rayon İcra Hakimiyyətinin xxxx 1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə) fərqli olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. İddia tələbini rədd edən Apellyasiya Məhkəməsi məhkəmə ona istinad etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncamın verildiyi dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir, iş materialları ilə sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin, həmin dövrün torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerində naturada ayrılaraq vətəndaşa təhvil verilməsi müəyyən edilməmiş, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xxxx 2018-ci il tarixli, 3/10Ə-125-091 saylı məktuba görə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı, 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, cizgiyə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamış, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmiş, belə olan halda cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslı olmuş, beləliklə, mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi, iş materiallarının səthi araşdırılması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin faktiki halları ondan ibarətdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddi açı 600 kv.metr torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xxxx 2018-ci il tarixli, 52 saylı arxiv çıxarışına görə Səbail rayon İcra Hakimiyyəti Başçısının “fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 2066 saylı, xxxx 1997-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.metr torpaq sahəsi ayrıldığı, rayon icra hakimiyyəti aparatının xxxx.2018-ci il tarixli məktubu ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı, xxxx 1997-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi (situasiya planı) təsdiq edilərək (i.v. 18-19) aidiyyəti üzrə baxılıb münasibət bildirilməsi üçün cavabdehə göndərilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı hazırda qüvvədə olmaqla ləğv edilməmişdir. Cavabdehin imtinası və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. İş materiallarında iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin həqiqətən Daş Karxanasının ərazisində yerləşməsinə dair cavabdehin bildirdiklərindən başqa hər hansı bir rəsmi sənəd yoxdur, işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən də bu istiqamətdə hər hansı araşdırma aparılmamış, beləliklə, cavabdehin bu dəlili məhkəmə araşdırmalarından kənarda qalmışdır. “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanu nvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». İddiaçının kassasiya şikayəti ndə qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xxxx 2018-ci il tarixli məktuba görə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı, xxxx 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün cavabdeh İdarəyə göndərilmiş, eyni zamanda Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xxxx 2017-ci il tarixli məktuba görə iddiaçıya məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır, cizgiyə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və Rayon İcra Hakimiyyəti tər əfindən təsdiq olunmamış, göstərilən əsaslarla hal-hazırda qüvvədə olan İnzibati orqanın sərəncamı ilə 23 il ərzində onun qanuni sahibliyində və istifadəsində olan əmlakın qeydiyyata alınmasından imtina olunması qanunsuz və əsasız olmaqla yanaşı onu orada yaşayan digər şəxslərlə qeyri-bərabər vəziyyətə salmış, torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşməsi ilə bağlı qeyd olunmalıdır ki, mübahisəli ünvana texniki baxış keçirilmiş olsaydı həmin torpaq sahəsinin dörd tərəfdən mişar daş ilə hasarlanması və orada tikililərin mövcud olması müəyyən olunardı, digər tərəfdən Daş Karxanasının sahibləri və lazımi orqanlar bu vaxta qədər məhkəməyə müraciət edə bilərdilər. Cavabdeh imtinasında cizgidə olan möhür və imzalarda uyğunsuzluğun olmasını qeyd e tsə də, qanunla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları konkret olaraq göstərilsə də, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən məsələlər üzrə hər hansı araşdırma aparılmamış, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə, cizgisinə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun mövcud olub-olmadığı, torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşib-yerləşmədiyi dəqiq müəyyən edilməmiş, bu məqsədlə müvafiq ekspertiza təyin edilməmiş, torpaq sahəsinə yerində baxış keçirilməmiş, halbuki Apellyasiya Məhkəməsinin araşdırma predmeti də məhz inzibati orqanın imtinasında istinad olunan halların dəqiq müəyyən edilməsi ilə bağlı olmalı idi. Apellyasiya Məhkəməsi həmçinin cavabdehin apellyasiya şikayətində istinad ol unan, rayon icra hakimiyyətinin xxxx 2017-ci il tarixli, 3/10-354 saylı məktubundan sonra Səbail rayon icra hakimiyyəti aparatının xxxx 2018-ci il tarixli məktubu ilə rayon icra hakimiyyəti tərəfindən xxxx 2018-ci ildə situasiya planının razılaşdırıldığını nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əl avə məlumat və sübutlar tələb edə bilər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə, cizgisinə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun mövcud olub-olmadığı, torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşib-yerləşmədiyi, iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina üçün qanula müəyyən edilmiş əsasların olub-olmadığı dəqiq müəyyən edilməli, bu məsələlərin araşdırılması məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməli, torpaq sahəsinə yerində baxış keçirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1101/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiy a şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1101/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-3316/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3316/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver