Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3318/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və qeyriləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ədalətli kompensasiya. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 24.12.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi İddiaçı1, vəkilləri Vəkil və X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Naz irliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2155/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə iddiaçıların yaşadığı sahənin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, hazırda Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yerləşdiyi, ümumi sahəsi 740 kv.m. olan ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansı ndan götürülərək, AR Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. Həmin binanın 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələrin həmin binadan köçürülməsində köməklik göstərilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələr-hazırkı iş üzrə iddiaçılar həmin binadan köçürülərək Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 70 mənzilli, 5 mərtəbəli yaşayış binasında 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı m ənzillərlə təmin edilmişlər. Həmin bina onbirillik musiqi məktəbinin binasının layihələndirilməsi üçün sökülmüş və yerində Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi inşa edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, onlara 790.000 manat məbləğdə dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı ilə (hakim - E.Q.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçılara 280.000 manat məbləğdə dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2-1(103)-2155/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - V.M.Məmmədov, hakimlər - S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1475/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı onlara 790.000 manat məbləğdə dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, iddiaçıların məskunlaşdıqları binadakı yaşayış yerlərinin dəyəri təqribən ******* manat (iki milyon qırx min) təşkil etmiş, bundan əlavə, əllərindən alınmış əmlak şəhərin mərkəzində, şəhərin ən bahalı prospektində yerləşmiş, verilmiş mənzillər isə şəhər ətrafındakı qəsəbədə olmuşdur və torpaq sahəsi də yoxdur. İddiaçılara verilmiş kompensasiya ədalətli və yetərli olmamışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, yaşayış sahəsinə yalnız İsbəndiyar Əliyevin istifadə hüququ tanınmışdır. Halbuki Səbail rayon Məhkəməsinin qətnaməsində göründüyü kimi istifadə hüququ mərhum İsbəndiyar Əliyevin bütün ailə üzvləri, o cümlədən iddiaçılar üçün tanınmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkilləri kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Bununla yanaşı cavabdeh məhkəməyə təqdim etdiyi mülahizəsində göstərmişdir ki, id diaçıların üzərində durduqları iddialarına görə dəymiş ziyana münasibətdə qanunvericiliyə uyğun aidiyyəti orqanlardan müəyyən kompensasiyanın ayrılması ilə bağlı tələbə məhkəmə tərəfindən baxıla bilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdı r. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbəsində Ermənistan Respublikasından olan qaçqın ailələrhazırkı iş üzrə iddiaçıların məskunlaşması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə iddiaçıların yaşadığı sahənin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, hazırda Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yerləşdiyi, ümumi sahəsi 740 kv.m. olan ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansından götürülərək, AR Mədəniyyət və Turizm Nazirliyinin balansına verilməsi, Azərbaycan Re spublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələr-hazırkı iş üzrə iddiaçıların həmin binadan köçürülərək Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 70 mənzilli, 5 mərtəbəli yaşayış binasında 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin edilməsi işin mübahisəsiz hallarına aiddir. Hazırkı iş üzrə iddiaçılar Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin binasının layihələndirilməsi üçün sökülməsi və yerində Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin inşa edilməsi nəticəsində onlara ədalətli kompensasiya ödənilmədiyini idd ia edirlər. İşə baxan apellyasiya instansiya məhkəməsinin qənaətinə görə mübahisəli bina o dövrdə dövlət mülkiyyətində olmuşdur və bu hüquqi rejim indi də dəyişməyib, bina cavabdehin qərarı ilə deyil, yuxarı inzibati orqan AR Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə cavabdehin balansına verilmişdir. Bu baxımdan yuxarı inzibati orqanın göstərişi ilə əmlaka sahiblik həvalə olunan cavabdehin bina üzərində bundan irəli gələn hüquq və vəzifələrini həyata keçirməsinə iddiaçıların hüquqlarının məhdudlaşdırması və onlara zərər vurulması kimi qiymət verilməməlidir. İddiaçılara kompensasiyanın verilməsi üçün cavabdeh tərəfindən onlara hansı zərərin vurulması da iddia ərizəsində aydınlaşdırılmamış və əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi işin mahiyyəti ilə bağlı düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Belə ki, burada tərəflər arasında yaranan mübahisənin predmetini cavabdehin bina üzərində bundan irəli gələn hüquq və vəzifələrini həyata keçirməsi nəticəsində iddiaçıların hüquqlarının məhdudlaşdırmasının müəyyən edilməsi təşkil etmir. Qiymət verilməli olan məsələ iddiaçıların cavabdeh tərəfindən məskunlaşdıqları binadan köçürülməsi nəticəsində müvafiq mənzillərlə təmin edilməsinin “ədalətli kompensasiya” anlayışı ilə əhatə olunub-olunmadığıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2009-cu il tarixli 22s saylı Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2009-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 4717994.6 manat vəsaitin sifarişçi təşkilatla r və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü bu Sərəncamın əlavəsinə uyğun olaraq müəyyən edilmişdir. Sərəncamın əlavəsinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Sifarişçi təşkilat kimi Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin binasının təmiri və yenidən qurulması üçün vəsait ayrılmışdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 15.05.2012-ci il tarixli məktubundan, cavabdehin iddia tələbinə verdiyi “Etiraz”dan müəyyən olunur ki, Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələrin həmin binadan köçürülməsində köməklik göstərilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsin ə müraciət edilmiş, müraciət əsasında Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələr-hazırkı iş üzrə iddiaçılar həmin binadan köçürülərək Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 70 mənzilli, 5 mərtəbəli yaşayış binasında 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin edilmişlər. Beləliklə, cavabdeh orqan musiqi məktəbinin 1-ci mərtəbəsində yerləşən Ermənistan Respublikasından olan qaçqın ailələrin həmin binadan köçürülməsi zamanı onların yaşayış yerlərindən məhrum olduqlarını nəzərə alaraq müəyyən formada kompensasiya ödəmiş, onların kompensasiya almaq hüquq larını mübahisələndirməmiş, buna hər hansı formada etirazı olmamışdır. Cavabdeh kassasiya məhkəməsinə təqdim etdiyi mülahizəsində də dolayısıya bu mövqeyini təkrarlamışdır. Hazırkı halda isə iddiaçılar onlara kompensasiya kimi verilmiş mənzillərin “ədalətli kompensasiya” anlayışı ilə əhatə olunmamasını mübahisələndirirlər. Bununla bağlı olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birl ikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə ö zgəninkiləşdirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizə çilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyəynləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtali yaya qarşı, 103-cü bənd; X4 və başqaları Portuqaliyaya qarşı, 76-cı bənd). İşin hallarında görünür ki, iddiaçılar onlara verilmiş mənzillərin ümumi dəyərinin 70000 manat olduğunu iddia edirlər. İş materiallarında İddiaçı3 tərəfindən ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzili 21571 manata satmışdır. İş materiallarında digər mənzillərin satışına dair sənədlər isə yoxdur. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, işə təkrar baxarkən apellyasiya instansiya məhkəməsi İPM-in 12.1 və 82-ci maddələrinin tələblərinə uyğun olaraq zəruri araşdırmanı aparmaqla iddiaçıların köçürülmələri nəticəsində onlara ədalətli kompensasiya ödənilib-ödənilməməsinə qiymət vermək üçün ilk növbədə iddiaçıların məskunlaşdıqları və daha sonra köçürüldükləri sahənin bazar dəyərini müəyyən etməli, daha so nra iddiaçıların təmin olunduqları mənzillərin dəyəri müəyyən edilməli və nəticədə müqayisə aparmaqla ağlabatan məbləğdə kompensasiya ilə iddiaçıların təmin olunub-olunmadıqlarına qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2155/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3318/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3318/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver