Məhkəmə qərarları › İş №2-1(102)-332/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-332/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-332/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-332/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 23 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “pensiya məbləği fərqinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)-2211/2018 nömrəli qərarından cavabdeh tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 13 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 dekabr tarixli, 365 nömrəli Qərarı ilə pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin ərizə ilə müraciət etdiyi vaxt, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin hesablandığı, hərbi xidmət vəzifəsi mövcud olmadıqda, hərbi qulluqçuların vəzifələrinin hal-hazırda mövcud hə rbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli, 30 nömrəli Qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki Hərbi Komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmiş və həmin Qərar 2013-cü il 1 mart tarixdə qüvvəyə minmişdir. İddiaçıya qanuna müvafiq olaraq 2013-cü il 1 mart tarixdən vəzifə maaşına uyğun pensiya yenidən hesablanaraq ödənilmişdir. İddiaçı 2018-ci il 10 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək təqaüdə çıxarkən ald ığı sonuncu aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 2012-ci il 1 aprel tarixdən 2013-cü il 1 mart tarixədək dövrə müvafiq hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1994-cü il 1 aprel tarixdən 2008-ci il 7 avqust tarixə kimi hərbi komissarlıq sistemində müxtəlif vəzifələrdə işləmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2008-ci il 7 avqust tarixli əmrinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və hazırda təqaüddədir. Hərbi komissarlıqların ləğvi və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli, 593 nömrəli Fərmanı və bu Fərmanla bağlı qəbul edilmiş digər normativ aktların icrası təmin olunmalı, hərbi komissarlıqların əməkdaşı olmaqla təqaüdə çıxmış hərbi qulluqçuların ordu sıralarından tərxis edilərkən çalışdıqları sonuncu vəzifələrin aylıq vəzifə maaşları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərq (sonrakı artımlar nəzərə alınmaqla) 2012-ci il 1 aprel tarixindən hesablanmaqla ona ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda gös tərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli 2-1(81)-2392/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının təqaüdə çıxarkən aldığı sonuncu aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 2012-ci il 1 aprel tarixdən 2013-cü il 1 mart tarixədək dövrə müvafiq hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərbi komissarlıqların ləğvi və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 f evral tarixli, 593 nömrəli Fərmanı ilə həyata keçirildiyindən, təqaüdə olan hərbi qulluqçuların pensiya təminatı həmin Fərmana əsasən tənzimlənməli və maddi təminatın yaxşılaşdırılmasına təsir edəcək bütün hallar bu təqaüdçülərə də Fərmanın qüvvəyə mindiyi gündən şamil edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)-2211/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan 2018-ci il 6 noyabr tarixdə kass asiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 69.4-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli, 593 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikası Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradılmış, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 may tarixli, 112-2 nömrəli Qərarı ilə SHXÇDX-nin ştat cədvəli təsdiq edilmiş, Qərar 2012-ci il 1 aprel tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli, 30 nömrəli Qərarı ilə «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı» təsdiq edilmiş, Qər ar imzalandığı gündən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 dekabr tarixli, 365 nömrəli Qərarı ilə «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı»na əlavələr edilmiş, Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki hərbi komissarlıqlarda, eləcə də Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələri SHXÇDX və bu Xidmətin tabe liyində olan strukturlarda, eləcə də Naxçıvan Muxtar Respublikası SHXÇDX və həmin Xidmətin tabeliyində olan strukturlarda mövcud olan hərbi xidmət vəzifələrinə uyğunlaşdırılmışdır. Qərar 2013-cü il 1 mart tarixdən qüvvəyə minmişdir. SHXÇDX-də çalışan, hərbi komissarlıqların ləğvindən sonra, lakin 2013-cü il 1 mart tarixə qədər pensiyaya çıxmış Xidmətin hərbi qulluqçularına aylıq vəzifə maaşları arasındakı fərq 2012-ci il 1 aprel tarixdən hesablanaraq ödənilmişdir. İddiaçının əvvəl tutduğu vəzifə hazırda SHXÇDX-nin tabeliyində olan strukturlarda mövcud olan müvafiq hərbi xidmət vəzifəsinə uyğunlaşdırılmaqla, həmin aylıq vəzifə maaşları arasındakı fərq pensiyada olan sabiq hərbi qulluqçu kimi iddiaçıya yalnız 2013-cü il 1 mart tarixdən başlayaraq ödənilmişdir. Apellyasiya instansiyası məhkəm əsi haqlı olaraq hesab etmişdir ki, hərbi komissarlığın əməkdaşı olmaqla pensiyaya çıxmış iddiaçının tərxis edilərkən çalışdığı sonuncu vəzifənin aylıq vəzifə maaşı ilə SHXÇDX-də mövcud olan müvafiq hərbi xidmət vəzifəsinin aylıq vəzifə maaşı arasındakı fərq (sonrakı artımlar da nəzərə alınmaqla) 2012ci il 1 aprel tarixdən 2013-cü il 1 mart tarixədək hesablanmaqla ona ödənilməlidir. Belə ki, SHXÇDX-də hazırda xidmət edən hərbi qulluqçulara 2012-ci il 1 aprel tarixdən ödənilən aylıq vəzifə maaşlarında artımlar edildiyi halda, iddiaçıya (keçmiş hərbi komissarlıq əməkdaşına) münasibətdə həmin artımların 2013-cü il 1 mart tarixdən tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulan bərabərlik prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəs inin İ və V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hərbi qulluqçuların təminat xərcliyi barədə məlumatın onların qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən hazırlanıb cavabdehə göndərilməli olması barədə şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 6.0-cı maddəsinin müddəalarına əsasən, inzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər: 6.0.1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda; 6.0.2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda; 6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda; 6.0.4. müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı məsələnin həll i üçün tələb olunan zəruri məlumatları (sənədləri) həmin məlumatlar (sənədlər) sərəncamında olan digər inzibati orqandan hüquqi yardım qaydasında tələb edə bilər, sonuncu isə həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Məhkəmə kollegiyası əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən həmin tələblər üzrə məhkəmə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan qanunun tələbləri nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanuna 2018-ci il 7 dekabr tarixli 1383-VQD №-li Qanunla əlavə edilmiş 32.2-1-ci maddənin tələbinə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tə rəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, müraciəti həll etməyə səlahiyyətli olan inzibati orqan ona lazım olan zəruri məlumatları (sənədləri) digər inzibati orqandan özü əldə etməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 9 oktyabr tarixli 2-1(103)-2211/2018 nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar