Məhkəmə qərarları › İş №2-1(102)-332/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-332/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-332/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraatın dayandırılması barədə vəsatətin həlli) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 16.02.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi X3, Üçüncü şəxsin vəkili X2 iştirakları il ə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (üçüncü şəxs: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 noyabr tarixli, 21(103)-1891/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin vergi ödəyici sinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 2020-ci il 10 mart tarixli, **********198093 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin iddia tələbi üzrə məhkəmə baxışının həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən səyyar vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar ilə əlaqədar hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsində ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Göstərilənlərə uyğun olaraq qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan müba hisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Cinayət Prosessual Məcəllənin 7.0.4-cü maddəsində cinayət təqibinə “cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyət” kimi anlayış verilmişdir. Qeyd olunan norma obyektiv həqiqətin müəyyən edilməsi, eyni məsələlər üzrə məhkəmələrdə əlavə araşdırmanın aparılması və vaxt itkisinə yol verilməməsi baxımın dan əhəmiyyətlidir. Məhkəmədə baxılan cinayət işi üzrə vergidən yayınma faktı təsdiqini tapacağı halda, həmin hal birbaşa hazırkı işin nəticəsinə təsir edəcəkdir.

4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 06 oktyabr tarixli, 2-1(112)-4159/2020 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı 2020-ci il 10 mart tarixli, **********198093 nömrəli qərarının ləğv edilməsi tələbi barədə 2-1(112)4159/2020 saylı iş üzrə icraatın Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan 20200256 nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işə baxılması Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatında olan 20200256 nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək mümkün deyil. Odur ki, iş üzrə icraatın dayandırılması məqsədəuyğundur.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, vəsatətin təmin edilməməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 noyabr tarixli, 2-1(103)-1891/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı ləğv edilmiş, cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin hazırkı məhkəmə baxışının ********* nömrəli c inayət işi üzrə icraat başa çatana qədər dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İPM-in 7.2-ci maddəsinə istinadən indiki məhkəmə baxışı o halda dayandırıla bilərdi ki, mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə icraatından birinin o birindən asılılığı demək olardı. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktların qanuniliyinin mübahisələndirmə haqqında iddia müstəvisində yoxlanması qanunvericiliklə bilavasitə inzibati məhkəmələrin səlahiy yətinə aid edildiyindən, həmin inzibati aktların qəbul edilməsinə əsas təşkil faktiki hallarla bağlı paralel həyata keçirilən digər növ (mülki, cinayət, inzibati xəta) məhkəmə icraatlarına münasibətdə inzibati mühakimə icraatı hər hansı üstünlüyə yaxud asılılığa malik deyil. Belə bir asılılıq İPM-in 58.8-ci maddəsində nəzərdə tutulan preyudisiallıq çərçivəsində mümkündür ki, bu halı zəruri edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə digər qərarı hazırkı işdə mövcud deyil (AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral və “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 08 avqust tarixli qərarları).

9. Cavabdeh həmin qə rardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlilləri vəsatətin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayət işi üzrə cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmalıdır. Vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq ifadələr əsasında araşdırılması nə ticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər.

11. Obyektiv həqiqətin müəyyən edilməsi, eyni məsələlər üzrə məhkəmələrdə əlavə araşdırmanın aparılması və vaxt itkisinə yol verilməməsi baxımından əhəmiyyətlidir. Məhkəmədə baxılan cinayət işi üzrə vergidən yayınma faktı təsdiqini tapacağı halda, həmin hal birbaşa hazırkı işin nəticəsinə təsir edəcəkdir.

12. Apellyasiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinin tələblərini Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddənin tələbləri ilə eyniləşdirməklə düzgün qənaətə gəlməmişdir. Həmin maddələr mülki və inzibati məhkəmə icraatı üzrə fərqli qaydalar müəyyən etdiyindən Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsi nə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli Qərarına istinad etməkdə haqlı olmamışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

14. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

15. Üçüncü şəxsin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, h abelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandır ılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərard adının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin vəsatətinin prosessual-hüquqi əsası kimi çıxış edən İPM-in 7.2-ci maddəsinə istinadən hazırkı məhkəmə icraatı o halda dayandırıla bilərdi ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Hazırkı işdə həmin hallarının mövcudluğu təsdiq olunmur.

21. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd e tmişdir ki, ibtidai istintaq orqanının cinayət təqibi üzrə qərarı inzibati mübahisəyə baxılarkən preyudisial əhəmiyyət kəsb etmir.

22. Bu qənaət, həmçinin İPM-in 58.8-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normaya görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

23. Beləliklə, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etdiyindən, hazırkı halda isə, nəticəsi inzibati mübahisənin həllinə təsir edə bilən cinayət təqibi üzrə məhkəmə icraatına dair işdə məlumat olmadığından cavabdehin vəsatətinin dəlilləri inzibati iş üzrə icraatın dayandırılmasına əsas vermir.

24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 02 noyabr tarixli, 2-1(103)-1891/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar