Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-332/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti, vəkilin orderinin təqdim edilməməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı əmlakın hərrac da satılmasına dair protokolun və alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.11.2021-ci il tarixli, 2-1(103)2803/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, İŞİN HALLARİ
1. İddiaçı 17.11.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alğı-satqısına aid müqavilənin ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)2721/2021 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 23.09.2021-ci il tarixli, 21(112)-2721/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiya məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 02.11.2021- ci il tarixli, 2-1(103)-2803/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23.09.2021-ci il tarixli, 2-1(112)-2721/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 02.11.2021-ci il tarixli, 2-1(103)-2803/2021 nömrəli qərardadının tamamilə ləğv edilməsini və iddia tələbinin mümkünlüyünün təmin edilməsi üçün işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
6. İddiaçının kassasiya şikayə ti vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış, habelə şikayətə vəkilin orderi əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti v erən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Mülki Prosessual Məcəllə: Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni aç ılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Belə ki, iddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış, həmçinin vəkilin orderi işə əlavə edilməmişdir.
11. Ali Məhkəmə tərəfindən iddi açıya göndərilmiş 21.12.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (21.01.2022-ci il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq iddiaçı qeyd olunan tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, həmçinin vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
12. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, bununla bağlı qərardadın 7-8-ci bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
13. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 02.11.2021-ci il tarixli, 2-1(103)-2803/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.