Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-332/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tə ləbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2873/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletə əsasən, o, 2 noyabr 1976-cı il tarixdən 2 noyabr 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili Komitəsi tərəfindən 22 iyul 1976-cı il tarixdə verilmiş 287816 saylı diploma əsasən, iddiaçı 1973-cü ildə Bakı şəhəri 11 saylı Texniki peşə məktəbinə daxil olmuş və 1976-cı ildə tornaçı peşəsi üzrə tam kursu bitirmişdir. 3. 21 iyun 1976-cı il tarixli, ИТ-İ 056494 saylı əmək kitabçasına əsasən, iddiaçı 1 973cü ildən 1976-cı ilə qədər PTM-də təhsil almışdır. xx.xx.1976-cı il tarixdən Bakı şəhəri Leyt.Şmidt adına Zavodun İnstrumental sexinə istehsalat təcrübəsi keçmək üçün 2-ci dərəcəli tornaçı qəbul edilmiş, 02 avqust 1976-cı il tarixdə peşə məktəbini bitirməsi ilə əlaqədar 3-cü dərəcəli tornaçı keçirilmiş və xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bakı şəhəri Leyt.Şmidt adına Zavodun İnstrumental sexində 3-cü dərəcəli tornaçı, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək Bakı Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun 1 nömrəli sexində 2-ci dərəcəli elektrik quraşdırıcı-çilingər, 3-cü dərəcəli elektrik quraşdırıcı-çilingər, 2-ci dərəcəli əl qaynağının elektrik qaynaqçısı, 3-cü dərəcəli əl qaynağının elektrik qaynaqçısı, əl qaynağının 4-cü dərəcəli qaynaqçısı işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək briqadir qaynaqçı işləmişdir. xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Təchizat İdarəsi “Azərmetal” Birliyinin Təmir qrupuna 5-ci dərəcəli çilingər-təmirçi qəbul edilmişdir. “TKİ” Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 29 noyabr 1991-ci il tarixli, 2 nömrəli qərarına əsasən “Azərmetal” birliyi “TKİ” SC "xxxx" Kommersiya Şirkəti adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən təmir qrupuna 4-cü dərəcəli elektrik qaynaqçı vəzifəsinə təyin edilmişdir. Maddi Ehtiyatlar Nazirliyinin xx.xx.1992-ci il tarixli, 49 nömrəli əmrinə və struktur bölgüyə əsasən "xxxx" Kommersiya şirkəti yenidən qurularaq, “Azərmetal” İdarəsi adlandırılmışdır. xx.xx.1992-ci il tarixdən 5-ci dərəcəli elektrik qaynaqçı təyin edilmiş, xx.xx.1994-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdən Neft Daşları İdarəsinin Qaz-kompressor sexinə qaz-motor kompressorlarının 4-cü dərəcəli çilingərtəmirçisi qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən qaz-motor kompressorlarının 5-ci dərəcəli çilingər-təmirçisi dərəcəsi verilmiş, xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərmetal” Birliyinin təmir qrupunda elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də çilingər vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “X1 Treyd” MMC-də Texniki departamentin istehsalat şöbəsində 6-cı dərəcəli quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “SDL Denholm LTD” şirkətinin filialında quraşdırıcı peşəsində işləmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 14 aprel 2021-ci il tarixli, **********8 saylı imtina məktubu ilə bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 21 iyun 1976-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2001-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsəd ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 11 gün) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2015-ci il t arixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 may 1976-cı il tarixdən bu günə qədər müxtəlif peşələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi vəzifələr bütünlüklə ağır şəraitdə olmuşdur və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına əsasən 12 il 6 aydan çox güzəştli sahələrdə əmək stajı və 25 ildən çox ümumi əmək stajı vardır. B u səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğuna görə ona 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
8. Cavabdeh iddiaya qarşı 14 aprel 2021-ci il tarixli imtina məktubu ilə eyni məzmunlu yazılı etirazında iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2-1(112)-1111/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 dekabr 2017-ci il tarixdən bu günədək yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu dövr də hesablanmaqla, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işlədiyi dövr nəzərə alındığı halda, onun 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı mövcuddur və həmin stajın 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında nəzərdə tutulan peşədə işləmişdir. Buna görə də ona 57 yaşın ın tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunduğundan və həmin əmək kitabçasında olan qeydin mötəbərliyinə şübhələr mövcud olmadığından, həmin dövrün iddiaçının sosial sığorta stajına hesablanmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassız olmuşdur.
11. Məhkəmə iddiaçının iddia tələbinin 29 sentyabr 2015-ci il tarixdən yaranacaq fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ona pensiya hüququnun yarandığı 29 sentyabr 2015-ci il tarixdən yaranmış fərqin ödənilməsini tələb etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün 02 dekabr 2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan və keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün, yəni p ensiya hüququnun yarandığı 29 sentyabr 2015-ci il tarixdən pensiyanın hesablanması barədə dəlili əsassızdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2873/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) Bakı İnzibati Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2-1(112)1111/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmama sını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaq qı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Resp ublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyy əti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən, 2006-cı il 1 yanvar tarixinədək sığortaol unanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 21. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışın ın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyi n yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yana şı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və yaranmış fərqin ödənilməsinə yönəlmişdir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
33. Bu qərarın 18-20-ci və 32-cu bəndlərində istinad olunan normaların m üddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu 29 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
34. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 18-19-cu bəndlərində isti nad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi tam toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır.
35. Kassasiya şikayətinin iddiaçının xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə işlədiyi "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X2 üzrə Baş İdarəsinin 04 iyun 2021-ci il tarixli, **********598300 saylı məktubundan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.2001-ci il tarixindən qeydiyyata alındığı görünür. Bu zaman həmçinin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il Qanunun 1-ci maddəsinin məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi ilə bağlı müddəaları da nəzərə alınmalıdır.
36. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının mübahisə olunan dövrdə əmək fəaliyyətinə dair məlumatlar ona məxsus əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını və şübhə altına alındığını təsdiq edən hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir və cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzər ə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
37. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
38. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütü n faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
41. Odur ki, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apelyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-2873/2022 nömrəli qərarı dəyişdirilmədən sa