Məhkəmə qərarları › İş №2-1(102)-332/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-332/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-332/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (adın hüquqi şəxslərin dövlət reyestrdən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsin ə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi iddiaçının adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-466/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışına əsasən "xxxx" MMC 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Həmin Cəmiyyətin təsisçisi və rəhbəri İddiaçı olmuşdur. 2. 22 iyun 2012-ci il tarixli, 3M -209 nömrəli notarial alqı-satqı müqaviləsinə əsasən iddiaçı öz payını 100 faiz həcmində X1.

3. İddiaçı cavabdehə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər və təsisçiliyindən çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh 31 avqust 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədlər təqdim olunmadığından dövlət reyestr məlumatlarında hüquqi şəxsin təsisçisinin və rəhbərinin dəyişməsi ilə bağlı müvafiq düzəlişlərin aparılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi iddiaçının adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarı laraq X2 qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və həmin cəmiyyət 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2008ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Həmin Cəmiyyətin təsisçisi və rəhbəri kimi iddiaçı, yəni İddiaçı dövlət qeydiyyatına alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi həmin müəssisədəki 5 manat 100% təsis payını və təsisçilik hüququnu 22 iyun 2012-ci il tarixli 3M-209 nömrəli notarial alqı-satqı müqaviləsi ilə X1. Həmin tarixdən sonra müəssisənin bütün təsis sənədləri tərəfindən X3 təhvil verilmiş və müəssisəyə rəhbərlik də onun tərəfindən edilmişdir. Buna baxmayaraq, X5 özünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət etməmiş və bunun nəticəsində də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bu günə qədər "xxxx" MMC-nin təsisçisi və rəhbəri kimi adı dövlət reyestrində qalmaqdadır. Nəticədə 11 saylı Ərazi Vergilər Departamentinin ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(039)-2412/2018 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin 97626,35 manat vergi borcu ödənilənədək onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bütün bunlarla əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş, cavabdeh müvafiq dəyişikliyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

8. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(116)-1389/2023 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə İddiaçı adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyi qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı artıq "xxxx" MMC-nin rəhbəri deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. Bu halı təsdiq edən sübut kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması departamentinin ********* nömrəli cinayət işi üzrə ittiham aktından müəyyən olunur ki, vergi orqanında iddiaçının "xxxx" MMC-nin rəhbəri olmadığına və X2 həmin hüquqi şəxsin rəhbəri olaraq cinayət əməllərinə dair mə lumat olmuşdur. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-466/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X9 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(116)-1389/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqey i ilə razılaşmışdir.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarında dəyişikliklərin dövlət qeydiyyatına alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqında” Azərbaycan Respublikasının Qanununun 9cu maddəsi ilə tənzimlənir və həmin Qanunun 9.2-ci maddəsindən göründüyü kimi dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbayca n Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

17. Hazırkı iş üzrə isə İddiaçı "xxxx" MMC-nin təsisçisi kimi 100% təsis paylarını 22 iyun 2012-ci il tarixli 3M-209 nömrəli notarial alğı-satqı müqaviləsi əsasında X1. Lakin yeni təsisçi X5 yuxarıda istinad olunan qanunvericiliyin normalarına əməl etməmiş və bu barədə hüquqi şəxslərin dövlət qeydiyyatını aparan orqana təqdim etməmişdir.

18. Digər tərəfdən məhkəmənin iş üzrə sübut qismində qəbul etdiyi 22 iyun 2012-ci il tarixli 3M-209 nömrəli təsis payının alğı-satqı müqaviləsi yalnız iddiaçının həmin Cəmiyyətin təsisçisi olmadığı faktını təsdiq edir və qanuni təmsilçilik vəzifəsindən azad edilməsinə da ir hüquqi nəticəyə gətirib çıxarmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Əriz ədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdə n istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, x arici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KAS SASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata a lınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.

29. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərin in əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür.

30. İş materiallarından göründüyü kimi iddiaçı artıq "xxxx" MMC-nin rəhbəri deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. Məhkəmənin bu halı təsdiq edən sübut kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması departamentinin ********* nömrəli cinayət işi üzrə ittiham aktından müəyyən olunur ki, vergi orqanında iddiaçının İRRİQATOR-E” MMC-nin rəhbəri olmadığına və X2 həmin hüquqi şəxsin rəhbəri olaraq cinayət əməllərinə dair məlumat olmuşdur.

31. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti, deyil, hüquqi şəxslərə münasibət də real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir.

32. Belə olan halda iddiaçı adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar tələbi əsaslıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-466/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar