Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-332/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: ezamiyyət xərcinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı "ezamiyyət xərcinin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-149/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Şirvan şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli raportlarından görünür ki, ona ezamiyyət xərcinin ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir.
2. Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 140 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur.
3. Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 269 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 161 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 219001- 15 nömrəli əmrindən görünür ki, Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru Dadaşov X1 “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam olunmuşdur.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 2936001- 15 nömrəli əmrindən görünür ki, Sabirabad “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam edilmiş Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru İddiaçı daimi xidmət yerinə qaytarılmışdır.
6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində 2015-ci il tarixdə iş rejimi həftə içi 10:00- dan 20:00-dək, həftəsonu isə 10:00-d an 17:00-dək olmuşdur. 7. "xxxx" Açıq Səhmdar Cəmiyyətin 16 iyul 2024-cü il tarixli, 01-216 nömrəli məktubundan görünür ki, 2015-ci ilin yanvar-dekabr aylarında Sabirabad Şirvan istiqamətində marşrutların sonuncu yola düşmə saatı 17:40 olmuşdur.
8. Ambulator kitabçadan çıxarış”dan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Şəkərli diabet tip 2, agır gedişli, insulin tələbi ilə” diaqnozu qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğu müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər PŞ-nin QŞVQ-nin rəisi vəzifəsində işləmiş, Azərbaycan Respublikası DİN-nin xx.xx.2022-ci il tarixli Ə2494001- 22 №li əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmətdə olduğu vaxt AR DİN-nin xx.xx.2015-il tarixli, Ə 19- 001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmuşdur. Ezamiyyət xərclərin ödənilməsi ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciətlər (raport) etsə də 8127 manat məbləğində ezamiyyət xərci (301 gün 27 manat =8127 manat) bu vaxtadək ona ödənilməmişdir. Bununla əlaqədar o, Azərbaycan Res publikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə müraciət etmiş. Lakin ona bildirmişlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 İİ hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilməlidir. Şirvan səhərindən Sabirbad rayonuna olan məsafənin gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün təsdiqedici sənədlər təqdim edilməlidir. Sabirabad ASAN Xidmət Mərkəzində saat 10:00-dan axşam 20:00-dək işdə olurmuşdur. Yorucu iş günü sonu istirahət etmək üçün pulunu ödədiyi mehmanxanda qalmış, səhərlər işə getmişdir. Şirvan şəhərindən Sabirabad ASAN Xidmət Mər kəzinə olan məsafə 51 km-dir həmin məsafəni gedişgəliş yolda 90-100 dəqiqə vaxt sərf olunur. Həmçinin saat 20:00-da işdən çıxmaqla hansı nəqliyyatla Şirvan şəhərinə qayıda bilməsi halı cavabdeh tərəfindən tam aydınlaşdırmadan ona imtina cavabı verilmişdir. Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən ezamiyyə xərclərinin 1 günlük normasına - mehmanxana xərci və gündəlik xərclər daxildir. Gündəlik xərc işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci - işçiyə ezamiyyətdə oldu ğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir, lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45 manat müəyyən edilmişdir. (2015-ci il tarixə ona qanunvericilik) Mehmanxana xərcinin və gündəlik xərcin təsdiqedici sənədləri ol madığı üçün gündəlik mehmanxana xərci normasının 50 faizi yəni 18 manat ( 36 x 50% = 18 manat) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9 manat) təşkil edir. Bu halda ezamiyyət xərci 8127 manat hesablanmalıdır (301 gün * 27 manat = 8127 manat).
11. Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2- 1(120)1212/2023 nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia rədd edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən yol xərcini təsdiq edən sənədlər cavabdehə təqdim edilməməsi səbəbindən ona ezamiyyət xərclərinə görə ödəniş hesablanmamışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yol xərcinin ödənilməsi üçün yalnız müvafiq təsdiqedici sənədlər təqdim edilməsi şərtdir. Yəni işçi yaxın məsafəyə ezam olunmuşdursa və müvafiq ezamiyyə xərclərini tələb edirsə, ilki növbə də xərcləri təsdiq edən müvafiq təsdiqləyici sənədlər təqdim etməli, eləcə də respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlərlə sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının ezamiyyədə olduğu öz təsdiqini tapsa da, tələblərə uyğun olaraq xərcləri təsdiq edən müvafiq sənədlər barədə məhkəməyə heç bir subut təqdim etməmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-149/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, S.Həsənov və C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sabirabad regional “Asan xidmət” mərkəzində ezamiyyətdə olduğu müddət ərzində ödənilməli olan 8127 (səkkiz min bir yüz iyirmi yeddi) manat məbləğində ezamiyyət xərcinin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur.
15. Məhkəmə kollegiyası gəld iyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddiaçının ezam edildiyi Sabirabad rayonunun Şirvan şəhərindən təqribən 40-50 km məsafədə yerləşməsi və iddiaçının həftə içi hər gün saat 20:00-da işdən çıxması, eyni zamanda həmin saatlarda həmin rayondan iddiaçının daimi yaşayış yeri istiqamətində ictimai nəqliyyatın olmaması iddiaçının ezam günlərində ezam edildiyi ərazidə qalması ilə bağlı dəlillərinin əsaslı olmasının deməyə əsas verir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanmışdır ki, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli ezamiyyət vərəqələrinin özündə də iddiaçının gündəlik deyil, 161 gün və 140 gün davamlı olaraq ezamiyyətdə olması öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı həqiqətən 301 gün ezamiyyətdə olması səb əbindən ona mövcud qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni mehmanxana xərcinin və gündəlik xərcin təsdiqedici sənədləri olmadığı üçün gündəlik mehmanxana xərci normasının 50 faizi yəni 18 manat ( 36 x 50% = 18) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9) olmaqla, cəmi 8127 manat (301 gün * 27 manat= 8127) ezamiyyə xərcini tələb etməkdə haqlıdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabirabad və Şirvan arasında nəqliyyat vasitəsi yalnız avtobus xidmətindən ibarət deyil. M övcud dövrün imkanları nəzərə alınmaqla ünvanlar arasında məsafə müxtəlif taksi şirkətlərində 7-20 manat təşkil edir. Eyni zamanda iddiaçı nəqliyyat vasitəsinə yanacaq üçün çəkdiyi xərcləri təsdiq edən sənədlərlə də inzibati quruma müraciət edə bilərdi. Vaxt baxımından 42 km-lik məsafə 30-50 dəqiqə arasında dəyişir. İddiaçı bu xidmətlərdən istifadə edərək təsdiqedici sənədləri təqdim etməklə yol xərcini tələb edə bilərdi. İddiaçının tələbi o zaman əsaslı olardı ki, təsdiqedici sənədlər təqdim edildikdən sonra ona ezamiyyə xərci ödənilməmiş olsun.
18. Nəzərə alınmalıdır ki, bu gün Bakı şəhəri daxilində rayonlar arası 80 km-lik məsafədə hərəkət etmək (Qaradağ-Pirallahı) tıxaclar nəzərə alınmaqla 2-3 saata qədər vaxt tələb edir. Məhkəmə isə, 42 km-lik məsafəni 30-50 dəqiqəyə qət etməyin ağlab atan olmadığı ehtimalına söykənərək iddiaçının ezam edildiyi ərazidə qaldığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçının taksi xidmətindən yararlana bilməsi ehtimalına və ya nəqliyyat vasitəsindən istifadə edərək yanacaq üçün çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməklə sərf etdiyi ezamiyyə xərclərini tələb etmək imkanını da ehtimal olaraq nəzərdən keçirmək mümkündür.
19. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3’nın: Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərini n 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
20. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən yol xərcini təsdiq edən sənədlər cavabdeh DİN-ə təqdim edilmədiyi səbəbindən ona ezamiyyət xərclərinə görə ödəniş hesablanmamışdır.
21. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddia tələbinin r ədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”: Bənd
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. 1-1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. 4. ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassız dırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şi kayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(106)-149/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”na istinadən belə hesab etmişdir ki, “iddiaçı həqiqətən 301 gün ezamiyyətdə olması səbəbindən ona mövcud qanunvericiliyin müəyyən etdiyi qaydada, yəni mehmanxana xərcinin və gündəlik xərcin təsdiqedici sənədləri olmadığı üçün gündəlik mehmanxana xərci normasının 50 faizi yəni 18 manat ( 36 x 50% = 18) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9) olmaqla, cəmi 8127 manat (301 gün * 27 manat= 8127) ezamiyyə xərcini tələb etməkdə haqlıdır.”
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Maliyyə Nazirliyinin xx.xx.2012ci il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olnduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti yerinə yetirilən tapşırığın xarakteri həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Şirvan və Sabirabad şəhərləri arasında məsafə 42 km təşkil edir. Bu məsələ gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün iddiaçı tərəfindən yol xərclərini təsdiq edənmüvafiq sənədlər (bilet və.s) təqdim edilmədiyini nəzərə alaraq iddiaçıya ezamiyyə pulunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.
28. Beləliklə cavabdehin qənaətinə görə iddiaçının, onun iş yerindən 42 km məsafədə olan iddiaçıya məxsus Şirvan şəhərində yerləşən yaşayı ş evi olduğundan iddiaçı hər iş günü Sabirabaddan Şirvana gedib orada qalmalı idi.
29. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, məlumdur ki, Azərbaycan Respublikasının ərazi inzibati bölgüsünə əsasən Sabirabad və Şirvan müxtəlif rayonlardır.
30. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Şirvan şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli raportlarından görünür ki, ona ezamiyyət xərcinin ödənilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir.
31. Eyni zamanda Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 140 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur.
32. Bununla yanaşı Şirvan şəh ər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 269 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, Dadaşov X1 “ASAN” xidmətdə 161 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur.
33. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015ci il tarixli, 219-001-15 nömrəli əmrindən görünür ki, Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru Dadaşov X1 “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam olunmuşdur.
34. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 2936-001- 15 nömrəli əmrindən görünür ki, Sabirabad “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam edilmiş Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru İddiaçı daimi xidmət yerinə qaytarıl mışdır.
35. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində 2015-ci il tarixdə iş rejimi həftəiçi 10:00- dan 20:00-dək, həftəsonu isə 10:00-dan 17:00-dək olmuşdur.
36. Bununla yanaşı işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətin 16 iyul 2024-cü il tarixli, 01-216 nömrəli məktubundan görünür ki, 2015-ci ilin yanvar-dekabr aylarında SabirabadŞirvan istiqamətində marşrutların sonuncu yola düşmə saatı 17:40 olmuşdur.
37. Ambulator kitabçadan çıxarış”dan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Şəkərli diabet tip 2, agır gedişli, insulin tələbi ilə” diaqnozu qoyulmuşdur.
38. Beləliklə işin təkzib olunmaz faktlarından biri ondan ibarətdir ki, iddiaçı 2015-ci ildə Şirvan şəhər Polis şöbəsinin əməkdaşı olaraq il ərzində cəmi 301 gün Sabirabad “ASAN xidmət” mərkəzində ezamiyyətdə olmuş, bunun müqabilində müvafiq ödəniş tələb etsə də cavabdeh orqan xərclərlə bağlı sübut təqdim edilməli olması və iddiaçının məsafə baxımından ezamiyyə yerinə gedib-gəlmək imkanının olması əsası ilə iddiaçının müraciətinin müsbət həllindən imtina etmişdir.
39. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”nı müddəalarını tətbiq etmiş, belə ki, həmin normaların 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisin də ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. 1-1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. 4. ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.
5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.
40. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödəni lir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
41. Beləliklə mövcud qanunvericilik ezam olunan işçiyə ezamiyyə xərclərinin ödənilməsini iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanının olub-olmaması, məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi ilə şərtləndirmişdir.
42. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, “Ha zırkı mübahisə üzrə iddiaçının ezam edildiyi Sabirabad rayonunun Şirvan şəhərindən təqribən 40-50 km məsafədə yerləşməsi və iddiaçının həftə içi hər gün saat 20:00-da işdən çıxması, eyni zamanda həmin saatlarda həmin rayondan iddiaçının daimi yaşayış yeri istiqamətində ictimai nəqliyyatın olmaması iddiaçının ezam günlərində ezam edildiyi ərazidə qalması ilə bağlı dəlillərinin əsaslı olmasının deməyə əsas verir.”
43. Apellyasiya məhkəməsinin bu qənaəti həm də ona əsaslanır ki, xx.xx.2015ci il tarixli və xx.xx.2015-ci il tarixli ezamiyyət vərəqələrinin özündə də iddiaçının gündəlik deyil, 161 gün və 140 gün davamlı olaraq ezamiyyətdə olması öz əksini tapmışdır.
44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin xx.xx.2024-cü i l tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-149/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.