Məhkəmə qərarları › İş №2-1(102)-3329/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3329/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3329/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi. 03.12.2019 GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məlumat vərəqəsinin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1958/2019 saylı iş üzrə 15 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nazirliyin 08.10.2018-ci il tarixli cavab məktubunda ifadə olunan imtinasını qanunsuz hesab edilməklə hərbi xidmət illərinin (güzəştli xidmət dövrü daxil olmaqla) və təminat xərcliyinin məlumat vərəqinin iddiaçıya pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(81)-448/2019 saylı, 15 may 2019-cu il tarixli qərarı (hakim – M.T.Hacıbəyova) ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1958/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və Z.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-448/2019 saylı, 15 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra isə iddiaçı əri zə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətindən imtina etdiyini və bunu nəzərə almaqla icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətindən imtinanın qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 97.1 və 97.2-ci maddələrinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayəti geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra iş baxılması üçün 03 dekabr 2019-cu il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Bundan sonra isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişlər. Beləliklə, kassasiya şikayəti onu verən şəxs tərəfindən iş üzrə şifahi məhkəmə baxışı keçirilmədən əvvəl geri götürüldüyü üçün başlanılmış kassasiya icraatına xitam verilməli, eyni zamanda, tərəflərə bununla apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi izah olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90 və 97-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1958/2019 saylı iş üzrə 15 avqust 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən başlanılmış kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar