Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-333/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra ca vabdeh) qarşı “işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2416/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə Gürcüstan SSR Bolnisi rayonunda doğulmuşdur. İş materiallarında olan arayışlara əsasən iddiaçı 02.03.1976-cı ildən 23.10.1976-cı ilədək 2 №-li Çörək Zavodunda çörəkyığan, 02.06.1980-cı ildən 06.03.1983-cü ilə qədər “Qırmızı Oktyabr” adına Bakı Tütün Kombinatında, 19.04.1983-cü ildən 1997-c i ilin oktyabr ayına qədər “xxxx” ASC-də sürücü işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 16 mart 2018-ci il tarixli məktubdan görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün şöbəyə ərizə ilə müraciət etmiş, cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı 10 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 02.03.1976-cı ildən 23.10.1976-cı ilədək 2 №-li Çörək Zavodun da çörəkyığan, 02.06.1980-cı ildən 06.03.1983-cü ilə qədər “Qırmızı Oktyabr” adına Bakı Tütün Kombinatında, 19.04.1983-cü ildən 1997-ci ilin oktyabr ayına qədər “xxxx” ASC-də sürücü işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 02.03.1976-cı ildən 23.10.1976-cı ilədək 2 №-li Çörək Zavodunda çörəkyığan, 02.06.1980-cı ildən 06.03.1983-cü ilə qədər “Qırmızı Oktyabr” adına Bakı Tütün Kombinatında, 19.04.1983-cü ildən 1997-ci ilin oktyabr ayına qədər “xxxx” ASC-də sürücü işləmişdir. Bu barədə müvafiq arxiv arayışları əldə edilmişdir. İddiaçının adı çəkilən müəssisələrdə işləməsi faktı müəyyən olunduğu üçün əmək kitabças ı olmasa da, həmin sənədlər əmək kitabçasına bərabər tutulan sənədlər kimi tanınmalıdır. Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən müəssisələr tərəfindən verilən arayışlar ərizəçinin orada işləməsi faktını təsdiq edən sübut kimi qəbul edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-2383/2018 tarixli iş) 16 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklər edilməsi barədə 10.03.2017-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Hazırda tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, hazırkı mübahisə üzrə 01.07.2017-ci il tar ixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları tətbiq olunmalıdır. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanuni olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 16 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2-məruzəçi, X4 və X1, 2-1(103)-2416/2018 saylı iş) 26 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 19 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 16 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il sığorta stajı tələb olunur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) məcmusudur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci yarım bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 1 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı araşdırılmasını həyata keçirir. İddiaçıya 02.03.1976-cı il tarixdən 23.10.1976-cı il tarixədək 2 saylı Çörək Zavodunda çörəkyığan, 02.06.1980-ci il tarixdən 06.03.1983-cü il tar ixədək Qırmızı Oktyabr adına Bakı Tütün Kombinatında, 19.04.1983-cü il tarixdən 1997-ci ilin oktyabr ayına qədər Çörək Nəqliyyat ASC-də işlədiyi əmək kitabçasından edilmiş kserosurətdəki qeydə əsasən müxtəlif idarə və təşkilatlarda işləyib. Lakin bu təşkilatların hal-hazırda fəaliyyəti olmadığından və sənədlərinin arxivlərdə müəyyən etmək mümkün olmadığından araşdırılması və qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının işlədiyi dövr sığorta stajına daxil edilə bilməz və onun pensiya hüququnun müəyyən edilməsi zamanı nəzərə alına bilməz. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə i şə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 02.03.1976-23.10.1976, 02.06.1980-06.03.1983 və 19.04.1983-10.1997-ci illərin iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir, cavabdeh isə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan qaydada iş stajı əmək kitabçası ilə təsdiq olunmadığından və iş yerində qarşılıqlı yoxlama həyata keçirilməsi mümkün olmadığından iddiaçıya pensiya təyin edilməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının yaşa görə əmək pensiyası hüququ olmuşdur. İddiaçı 16 yanvar1954-cü ildə anadan olmuşdur. İddiaçının pensiya hüququnun yaranma tarixi ilə bağlı mübahisə açılmamışdır. Hazırkı kassasiya şikayəti cavabdeh tərəfindən təqdim edilməklə mübahisə iddiaçının qanunvericilikdə nəzərdə tutulan iş stajının mövcud olması ilə bağlıdır. İddiaçının işlədiyi dövrdə (1976-1991-ci illərdə) qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin b) bəndinə görə iş yerindən verilən arayışlar iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 1992-ci ildən 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu məzmun “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsində də əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə görə hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil edilməklə) sığortaedənin sığorta stajına daxil edilir. İddiaçının iş stajının mövcudluğu barədə onun vaxtilə işlədiyi iş yerinin arayışlarının verilmə tarixindən görünür ki, həmin arayışlar müvafiq olaraq 28 dekabr 2017-ci il, 8 yanvar 2018-ci il və 12 yanvar 2018-ci il tarixlərdə tərtib edilmiş, hər üç arayışda onu verə n müəssisənin ünvanı və telefon nömrəsi qeyd edilmişdir. Arayışlarda olan məlumata görə iddiaçı 02.03.1976-cı ildən 23.10.1976-cı ilədək 2 №-li Çörək Zavodunda çörəkyığan (7 ay 21 gün), 02.06.1980-cı ildən 06.03.1983-cü ilə qədər “Qırmızı Oktyabr” adına Bakı Tütün Kombinatında düzləyici-yükləyici (2 il 7 ay), 19.04.1983-cü ildən 1997-ci ilin oktyabr ayına qədər “xxxx” ASC-də sürücü (13 il 6 ay) işləmişdir. Həmçinin iddiaçının hərbi biletinə görə 02.11.1973-12.12.-1975-ci illərdə hərbi xidmətdə (2 il 1 ay) olmuşdur. Bəhs edilənlərə əsaslanaraq qeyd edilməlidir ki, iddiaçının 62 yaşına qədər ümumilikdə 18 ilə yaxın iş stajı mövcud olmuşdur. 62 yaşı 16 yanvar 2016-cı ildə tamam olmuşdur. İddiaçının 62 yaşı tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin redaksiyasına əsa sən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. İddiaçının 62 yaşı Qanunun 7-ci maddəsinin Qeyd hissəsində göstərilən 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək olan dövrdən sonrakı vaxta düşdüyündən, Qeydin tələbləri iddiaçıya münasibətdə nəzərə alınmaqla iddiaçının 63 yaşdan (16 yanvar 2017-ci ildən) pensiya hüququ yaranmışdır. Həmçinin adı çəkilən normaya görə yaşa görə əmək pensiyası hüququ olan şəxslər üçün sığorta stajının azı 12 il olması tələb edildiyindən iddiaçının azı 12 il sığorta stajı mövcud olmuşdur. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək iddiaçının yaşa görə əmək pensiya hüququnun yaranması üçün 25 il sığorta stajına malik olmasını bildirmişdir. İddiaçının həm 62 yaşı, həm də 63 yaşı tamam olarkən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırkı redaksiyası qüvvəyə minmədiyindən şikayətin bu dəlili əsaslı sayıla bilməz. Bundan başqa, cavabdeh şikayətində bildirir ki, iddiaçının işlədiyi təşkilatların fəaliyyəti olmadığından və sənədlərini arxivlərdə müəyyən etmək mümkün olmadığından onların araşdırılması və qarş ılıqlı yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçının təqdim etdiyi arayışlarda həmin ünvanlar, həm də telefon nömrələri qeyd edilmişdir və cavabdeh hər hansı araşdırma və qarşılıqlı yoxlamanın aparılması və onun mümkünsüzlüyü ilə bağlı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dai r (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən arayışlar mövcuddur, arayışlar yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus arayışda olan məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iş yerlərindən verilən arayışlarda qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sü but təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublik asının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2416/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-333/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-333/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver