Məhkəmə qərarları › İş №2-1(102)-333/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-333/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-333/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1292/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur.

2. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlikdən İİ qrup əlillik verilmişdir.

3. Əmək kitabças ındakı qeydlərə əsasən, iddiaçı 1976-cı ildə əmək fəaliyyətinə başlamış, 1976-1977-ci illərdə Dəniz piyada məktəbində mühərrik ustası, 1977-78-ci illərdə Xəzər Dəniz Gəmiçiliyində gəmi nəqliyyat mühərrik ustası işləmiş, 1978-80-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1980-81-ci illərdə Xəzər Dəniz Gəmiçiliyində gəmi nəqliyyat mühərrik ustası, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sənayekommunaltikinti” Birliyində rəngsaz peşəsində işləmişdir.

4. O, əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli, xx/xx-5609 nömrəli məktubla iddiaçının pensiya kapitalının olmadığını əsas gətirərək ərizənin təmin olunmasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddia çı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998ci ildən xx.xx.2006-cı ilədək işlədiyi müddətin sığorta stajına daxil edilərək, II qrup əliliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı ərizəsində göstərmişdir ki, o, əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır və 20 ildən artıq iş stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ona II dərəcəli əlillik təyin edilmişdir. İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə müraciət etmiş, xx.xx.2018-ci il tarixli, xx/xx-5608 saylı cavab məktubu ilə ona imt ina edilmiş, imtinaya əsas kimi xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək dövrə aid iş stajının müəssisədə qarşılıqlı yoxlanılmasının mümkün olmadığı göstərilmişdir.

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı tələb olunan qədər olmadığından əlliliyə görə əmək pensiyası almaq hüququ yoxdur. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2-1(81)4391/2018 sayl ı qərarı ilə (hakim: X.X.İmanov) qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Sənayekommunaltikinti” Birliyində 3-cü dərəcəli rəngsaz işləməsi onun adına tərtib edilmiş əmək kitabçası ilə sübut olunur. Həmin dövrlərin cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının iradəsindən asılı olan hal deyil və ona əliliyə görə əmək pensiyasının təyin edilməsindən imtinaya əsas ola bilməz.

10. Cavabdeh birinci instansiya məhkəməsinin qər arından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-983/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və V.T.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2-1(81)-4391/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2731/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-983/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı iddiaçının hüququnun yarandığı x xxx 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar x xxxxxx 2006-cı il x xxxxxx 2006-cı il döv rünün iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, bu hissədə iddia təmin edilməmiş, qərar iddiaçının xx xxxx 1998-ci il tarixdən x xxxxxx 2006cı ilədək işlədiyi iş stajının sosial sığorta stajı kimi nəzərə alınması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə olunan dövr əmək kitabçası ilə təsdiq edildiyindən, əmək kitabçasında olan məlumatların şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının İİ dərəcəli əlil kimi pensiya hüququna malik olmasını kifayət qədər ətraflı tədqiq etməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) inzibati iş üzrə icraata xitam verilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2-1(81)- 4391/2018 saylı qərarı ləğv edilmişdir.

17. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əliliyə görə pensiya təyin edildiyindən və cavabdehlə iddiaçı arasında hazırda mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir.

18. İddiaçı apelyasiya instansiyası məhkəməsini qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsindəki i kinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1112/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və R.S.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-320/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin apelyasiya instansiyası məhkəməsində icraata aid olan prosessual hüquq normalarında iş üzrə icraata xitam verilərkən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi nəzərdə tutulmadığından qərardad qanuni sayıla bilməz. e) apelyasiya instansiyası məhk əməsindəki üçüncü icraat

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1292/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 4391/2018 saylı qərarı “iddiaçının hüququ yarandığı xx xxx 2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İİ qrup əlil kimi pensiya təyin edilməsi üçün iddiaçının tələb olunan pensiya kapitalı olduğundan onun tələbi əsaslıdır.

23. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi “Sənayekommunaltikinti” Birliyinin mövcud olması barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müvafiq sorğular verilmişdir. Lakin sorğuda sözügedən müəssisənin mövcud olmadığı qeyd edilmişdir. Həmçinin, iddiaçının işlədiyi 1998-1999-cu illər aktla təsdiq edilsə də, digər illər aktda qeyd edilməmişdir. İddiaçının “Sənayekommunaltikinti” Birliyində işləməsi əmək kitabçasında qeyd edilsə də, müəssisənin mövcud olmaması onun müəssisədə işləməsini şübhə altına alır. Müəssisə olmadığından 1998-2006-cı illər sosial sığorta stajı kimi nəzərə alma bilməz. Bu halda isə şəxsin pensiya almaq üçün müvafiq kapitalı yığılmamış olur ki, bu da iddianın rədd edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

27. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştira k etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqlar ı pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 30. “Əlilliyi olan şəxslərin hüqu qları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

31. Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkə mə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın maddi və prosessual hüquq normalarının tələblərinə zidd olması əsası ilə ləğv edilməsini xahiş edir.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi qanunvericiliyin müddəalarına zidd olduğundan əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə İİ qrup əlillik təyin edilmişdir.

37. Əliliyə görə pensiya təyin edilmənin əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanuna ə sasən İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:

1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;

2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir.

38. Apelyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı 28 il x hər il üçün 701,48 ma nat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 19635,84 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir: 174 ay / 192 = 0,906. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,906x144=130) və pensiya sığorta kapitalı (PSK=19635,84) alınmış rəqəmə bölünərək (19635,84/130 = 151,04 manat) pensiyanın məbləği 151,04 manat məbləğində müəyyən edilir.

39. Alınan bu məbləğ (151,04 manat) “Əmək pensiyaları haqqında” qanunun 13.2-ci maddəsində nəzərdə tutulan (110 manat) məbləğin, eyni qanunun 29.1-ci maddəsinə uyğun olaraq imzalanan Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik tempinə uyğun olaraq 5,7 % faiz artırılmaqla alınan 116,27 manat məbləğindən (110 + 110 x 5,7% = 116,27) çoxdur.

40. Beləliklə, işin hallarından, eləcə də cavabdehin imtina məktubundan görünür ki, iddiaçının İİ qrup əlilliyə görə pensiya hüququnun yaranması üçün 14 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 14 998, 80 manat pensiya kapitalı tələb olunur. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixinə 28 il sığorta stajına və fərdi hesabın sığorta hissəsində 19635,84 manat pens iya kapitalına malik olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ƏPQ-nun 12.1-ci maddəsinin dispozisiya şərtləri, yəni sığorta stajına və fərdi hesabın sığorta hissəsində pensiya kapitalına dair şərtlər iddiaçıya münasibətdə tam ödənildiyindən, onun İİ qrup əlilliyə görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur.

41. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apely asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1292/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar