Məhkəmə qərarları › İş №2-1(102)-333/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-333/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-333/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğvi edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2125/2021 nömrəli iş üzrə 12.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli 1094 şh nömrəli əmrinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) aid hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. Birinci instansiya məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)2629/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkə məsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına, İPM-in 24.4, 32.1, 35.1, 38.1-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 12.08.2021-ci il tarixli, 2-1(103)-2125/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrl ik edən və məruzəçi, Səadət Bəktaşi və Vidadi Məmmədov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 23.06.2021-ci il tarixli, 2-1(112)-2629/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsinin də istinad etdiyi prosessual hüquq normalarını tətbiq etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(103)-2125/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbin in mahiyyəti üzrə baxılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər Bakı İnzibati Məhkəməsinin, istər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadları onun Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqlarını kobud şəkildə pozmaqla qanunsuz və ədalətsiz çıxarıldığı üçün ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılaraq yeni qanuni və ədalətli məhkəmə qərarı qəbul edilməlidir. Belə ki, o, kapitan rütbəli hərbi qulluqçudur. 2011-2018-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində hərbi qulluqda olmuşdur. Lakin sonradan qərəzli şəkildə böhtanla barəsin də cinayət təqibi aparılmış və 07.07.2018-ci il tarixdə 1094 şh nömrəli əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən, yəni "xidmətə uyğunsuzluğa" görə xidmətdən azad edilmişdir. Həmin əmrlə, razılaşmadığına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində, üzrlü səbəblərdən məhkəmə qaydasında mübahisələndirə bilməmişdir. Belə ki, 2018-ci ilin iyul ayında hərbi qulluqdan qanunsuz azad edildikdən dərhal sonra, barəsində aparılmış qondarma cinayət təqibi əsasında həbs edilmiş və doqquz ay həbsdə saxlanılmışdır. Həmin dövrdə cinayət təqibi üzrə vəkilinə əmrin mübahisələndirilməsi üçün müraciət etdikdə ona bildirmişdir ki, onun hərbi qulluqdan azad olunmağı barəsində aparılan cinayət təqibi ilə birbaşa əlaqəli olduğundan, əvvəlcə cinayət işinin nəticəsin i gözləmək lazımdır. Məhz bu səbəbdən o, inzibati aktdan qanunvericiliklə müəyyən edilmiş şikayət etmək müddətlərini ötürmüşdür. Bundan başqa, həbsdən azad olunduqdan sonra isə, səhhətində meydana çıxmış psixiki pozuntular nəticəsində müalicə olunmuş, daha sonra atası ağır xəstəlikdən vəfat etmişdir. Bütün bu səbəblər nəticəsində, barəsində verilmiş qanunsuz əmri gec mübahisələndirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irə li sürülmüş maddi-hüquqi tələbin mövcud olub olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

10. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olm adan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini mə hkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansi yasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiya sı iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir, belə ki, iş materiallardan görünür ki, 1094 şh saylı, 07 iyul 2018-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əmrin surətinə əsasən “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Lerik rayon şöbəsinin baş əməliyyat müvəkkili kapitan İddiaçı DTX-nın ehtiyatına buraxılması və cari ildə nəzərdə tutulmuş məzuniyyətin istifadə olunmamış hissəsi (17 gün) eləcə də öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (02 gün) nəzərə alınmaqla 26 iyul 2018-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

14. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı ünvanlanmış 31 iyul 2019-cu il tarixli, 12-Ə-3170 saylı məktubunun surətinə əsasən T.X1 Xidmətinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq görə) əsasən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmiş və onun 18.07.2019-cu il tarixli müraciətinə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq qaydada baxılmış və barəsində qəbul edilmiş qərarın dəyişdirilməsi üçün əsas tapılmamışdır.

15. İddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qəbul edilən əmr 07.07.2018-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər han sı bir sübut məhkəməyə təqdim olunmamamasına baxmayaraq iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan ən geci 18 iyul 2019-cu il tarixdən, yəni onun Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdiyi vaxtdan xəbərdar olmuşdur.

16. Eyni zamanda iddiaçı iddia tələbi ilə Bakı İnzibati Məhkəməyə müraciət edərək, Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyi müddətdə son 2 ildə məzuniyyətdə olma tarixləri və müddətləri; son il müddətində aldığı əmək haqqı və məzuniyyət ödənişləri məlumatların ona təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlliyinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli əmri i lə “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyyata buraxılmış və 26.07.2018-ci il tarixdə isə hərbi xidmətdən təxris edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli 2-1(102)-3884/2020 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Yəni Bakı İnzibati Məhkəməsinin 07.10.2020-ci il tarixli 2-1(102)-3884/2020 nömrəli qərardadı ilə müəyyən olunur ki, iddiaçının Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mövcudluğundan xəbərdar idi.

18. İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 07.07.2018-ci il tarixli, 1094 şh nömrəli “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 156cı maddə sinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əmrini 12.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

19. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür.

20. Belə ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki, iş materiallarına əsasən iddiaçının həmin əmr barədə hələ 2018-ci ildən məlumatlı olması təsdiq olunur, bundan əlavə iddiaçı özü kassasiya şikayətində həmin əmr barəsində məlumatı olduğunu bildirmişdir.

21. Bu baxımdan Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırmaq müddətini ötürüldüyü üçün iddianın əsaslılığının araşdırılmasına imkan vermir.

22. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvi valentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

23. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı dəyişd irilmədən qüvvədə saxlanılmalıdır.

25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-2125/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar