Məhkəmə qərarları › İş №2-1(102)-333/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-333/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-333/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarə sinə qarşı “bələdiyyənin qərarına əsasən alqı-satqı yolu ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-694/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü il tarixli qəbzlə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına 1.500.000 manat torpaq alqı-satqı pulu ödəmişdir.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2003cü il tarixli rəyinə əsasən, iddiaçıya 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir.

3. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-ci il tarixli, 86 nömrəli qərarına əsasən, iddiaçıya Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. 4. xx.xx.2003-cü il tarixli akta əsasən, 600 kv.m torpaq sahəsi nişanlanaraq iddiaçıya təhvil verilmişdir.

5. Sumqayıt şəhəri, 20-ci mikrorayonun eskiz layihəsindən çıxarış və iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

6. Sumqayıt şəhər Bələdiyyə Şurası tərəfindən təsdiq edilmiş inşaat pasportundan görünür ki, həmin sənəd iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə dair tərtib edilmişdir.

7. İddiaçı qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməs i ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

8. İmtina onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq torpaqların alqı-satqısına dair akt ərizəyə əlavə edilməmişdir. Bundan başqa, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv məlumatlarında alqı-satqı aktının arxiv nüsxəsi aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 22 avqust 2003-cü il tarixli 86 nömrəli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cii il tarixli 86 nömrəli protokolu ilə qəbul edilmiş qərara görə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə görə iddiaçı 8 avqust 2003-cü il tarixli CZX seriyalı 022108 saylı “Kassa mədaxil orderi” ilə Sumqayıt bələdiyyəsinin hesabına ******* manat (köhnə manatla) pul ödəmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin Baş memarı tərəfindən 25 avqust 2003-cü ildə “Torpaq sahəsinin ayrılmasına dair” İnşaat Pasportu hazırlanıb təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsi tərəfindən xx.xx.2003-cü ildə 02/291 saylı rəyə görə torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşməsinə etiraz edilmədiyi bildirilmişdir. Tikinti üçün torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi barədə xx.xx.2003-cü ildə akt tərtib edilmiş və təsdiq olunmuşdur. Həmçinin torpaq sahəsinin planı Dövlət To rpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsi tərəfindən təsdiqlənmişdir. Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçüsünün verilməsi ilə əlaqədar xx.xx.2022-ci ildə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

11. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, müvafiq torpaq sahəsi ayrılarkən Memarlıq və Şəhərsalma İdarəsinin rəyi alınmamış, ödəniş bank vasitəsilə aparılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibat i Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1775/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 22 avqust 2003-cü il tarixli 86 nömrəli qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, torpaqların alqı-satqısına dair aktın mövcud olmaması və ya sonradan tərtib edilməsi imtina üçün əsas deyildir. İddiaçının xx.xx.2003-cü il tarixdə bələdiyyənin hesabına köhnə manatla 1.500.000 manat məbləğində pul vəsaiti ödəməsi onun torpaq sahəsinin dəyərini faktiki olaraq ödədiyini təsdiq edir. Torpağın alqı-satqısına dair aktın tərtib edilməsi iddiaçının vəzifələrinə aid olmamışdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-694/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İ nzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1775/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilmə sini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh təkrar olaraq göstərir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən maddi hüquq normasının tələblərinə zidd olaraq alqı-satqı aktı tərtib edilməmiş, alqı-satqı müqaviləsi bağlanmamış, yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, bununla da, torpağın ayrılması qaydaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-ci il tarixli, 86 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. 28. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqa nın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

29. Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-ci il tarixli, 86 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. 30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

31. Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-ci il tarixli, 86 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

32. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-694/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar