Məhkəmə qərarları › İş №2-1(102)-333/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-333/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-333/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; mübahisələndirmə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qa nunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(106)-381/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********3305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş e dilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 20357.52 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

2. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********3439 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələblər i nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 7339 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsind ə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3305 nömrəli və xx.xx.2022-ci il tarixli **********3439 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə dair etirazla eyni vaxtda vəsatətlə müraciət edərək iddiaçının iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir

5. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-2050/2024 nömrəli qərardadı ilə (hakim P.T.Qurbanova) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan qərarlardan və digər sənədlərə əsasən iddiaçının uzun müddətdir mübahisələndirdiyi qərarlardan məlumatının olduğu müəyyən edilir. Qeyd edilənl ərlə bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Lakin iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı bir sənəd və ya ərizə məhkəmənin icraatına daxil olmamışdır. Məhkəmə qanunvericiliyin normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi qərarlardan xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə ki, iş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli qərar isə xx.xx.2022-ci il tarixdə o xunmuşdur. Belə olan halda, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuşdur. Lakin iddiaçı tərəfindən hüquqi yardıma heç bir münasibət bildirilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024cü il tarixli, 2-1(106)-381/2024 nömrəli qərardadı ilə (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S. F.Həsənov və İ.Q.Əsədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-2050/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış və elektron qaydada təqdim edilmiş məktubların məzmunundan görünür ki, iddiaçının mübahisələndirilən qərarlar barədə məlumatı olmuş və həmin qərarlar əsasında hesablanmış vergi borcunun bir halda hissə-hissə ödənilməsini, digər halda isə azaldılmasını xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, iddiaçı bu fürsətdən yararlanmamışdır.

10. İddiaçı kassasiya şi kayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Elektron sistem üzərindən həmin qərarların “oxunmuş” olaraq qeyd olunması uzun müddət iddiaçının xəbərsiz və qərarların əlçatmaz olaraq qalması ilə nəticələnmişdir. İddiaçı həmin qərarlardan 2023-cü ilin noyabr ayında məlumat əldə etmiş və dərhal məhkəməyə müraciət etmişdir. Belə olan halda bu qeyd olunanlar məhkəməni n gəldiyi nəticənin tamamilə əsassız olmasını təsdiq edir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3305 nömrəli və xx.xx.2022-ci il tarixli **********439 nömrəli qərarları iddiaçıya e-taxes-gov.az saytı vasitəsilə göndərildikdən sonra cavabdeh orqan tərəfindən sistem üzərindən “oxunmuş” olaraq qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının yuxarıda qeyd olunan qərarlardan şifahi şəkildə mühasib vasitəsilə məlumatı olmuşdur. İddiaçı qərarlar b arədə məlumat əldə edən kimi məhkəməyə müraciət etmişdir. Həmçinin həmin qərarlar iddiaçıya kağız daşıyıcıda ümumiyyətlə təqdim edilməmişdir. b)

12. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtin a olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhru metmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılm ışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

20. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti za manı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

21. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəs inə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddia qaldırılarkən iddia müddəti ilə bağlı şərtə əməl olunmasıdır. İddia müddəti ötürüldükdə və iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verildikdə, məhkəmə ilkin olaraq müddətin bərpası ilə bağlı məsələni həll etməli, üzrlü səbəblərdən müddətin ötürülmədiyi müəyyən edildikd ə iddia mümkün sayılmamalıdır.

23. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması əsaslı olmuşdur.

24. Belə ki, işin hallarından müəyyən olunur ki, mübahisələndirilən qərarlar xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçı tərəfindən oxunmuş, müvafiq olaraq prosessual müddətin axımı həmin qərarın təqdim olunduğu vaxtdan başlanmışdır. Eyni zamanda, iş üzrə mövcud olan digər sübutlar əsasında da iddiaçının mübahisələndirilən qərarlardan məhkəmədə iddia qaldırmadan xeyli əvvəl məlumatlı olduğu müəyyən edilir. Belə ki, inzibati aktların, yəni vergilərin hesablanmasına dair qərarların özündə şikayət vermə ilə bağlı hüquqların aydın şəkildə izah olunmasına baxmayaraq iddiaçı xx.xx.2023cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, bu isə özlüyündə onun mübahisələndirmə haqqında iddialara xas olan xüsusi mümkünlük şərti 30 günlük prosessual müddətinin ötürülməsi anlamına gəlir.

25. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım qaydasında iddiaçıya iddia müddətinin bərpası ilə bağlı ərizənin təqdim edilməsi hüququ izah olunmuş, lakin iddiaçı tərəfindən bu məsələ ilə əlaqədar hər hansı tədbir görülməmiş, əksinə iddiaçının vəkili birinci instansiya məhkəməsinə ünvanlandığı ərizəsində işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Nəhayət, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış və elektron qaydada təqdim edilmiş məktubların məzmunundan görünür ki, o, mübahisələndirilən qərarlar barədə məlumatı olmuşdur. Odur ki, məhkəmələrin iddia müddəti nin ötürüldüyünə və müddətin bərpası barədə vəsatət verilmədiyinə istinadla iddianın mümkün sayılmaması barədə mövqeyi əsaslı olmuşdur.

26. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(106)-381/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar