Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3331/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR 24.12.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı ekspert rəyinin ləğvi və avtomaşın üzərində həbsin götürülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2054/2019 saylı, 14 avqust 2019-c u il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək nəqliyyat üzrə ekspert rəyinin ləğv olunması və avtomaşın üzərindən həbsin götürülərək cərimə meydançasından buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyul 2019-cu tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında şifahi vəsatət verərək apellyasiya şikayəti üzrə müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 avqust 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı şikayətin dəlillərində iddianın mahiyyəti ilə bağlı əsaslandırma vermişdir. tərəflərin izahatları: İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında şikayətin təmin olunmasını xahiş etmişlər. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə 31 yanvar 2019-cu il tarixli qərardad qəbul etmiş və qərarın surətini 31 yanvar 2019-cu il tarixli məktubla iddiaçıya göndərmiş, iddiaçı 15 fevral 2019-c u il tarixdə (səh.42) məhkəmə sənədini almışdır. İşdə olan sənədlərdən, o cümlədən işin 60-cı səhifəsində olan zərfdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətini 28 iyun 2019-cu il tarixdə poçta təqdim etmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərard adının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İddiaçının mübahisə açdığı birinci instansiya məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadından şikayət vermə müddəti 15 fevral 2019-cu il tarixdə başlamış, 25 fevral 2019-cu il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə bundan 4 ay sonra, yəni 28 iy un 2019-cu il tarixdə təqdim edilməklə şikayət vermə müddəti 3 ay 20 gün buraxılmışdır. İddiaçı müddətin bərpası barədə apellyasiya instansiyası məhkəməsinə verdiyi şifahi vəsatəti hər hansı faktla əsaslandırılmamışdır. İddiaçı şikayət üzrə müddətin bərpasına dair hər hansı sübut təqdim etməmişdir. İPM-in 24.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İddiaçının apellyasiya şikayəti üzrə müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxması işdə olan sənədlərlə təsdiq edilmir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkə mə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin ver ilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. İddiaçı apellyasiya şikayətini vaxtında vermədiyindən, müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxılması iş materialları ilə təsdiq edilmədiyindən qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2054/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3331/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3331/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver