Məhkəmə qərarları › İş №2-1(102)-3331/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3331/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3331/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2-1(103)- 757/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 166 nömrəli Sərəncamından görünür ki, "xxxx" MTK-nın müraciəti əsasında Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində yüksək mərtəbəli binaların tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Kooperativin istifadəsinə verilmişdir. 3. “Torpaq sahə sinin icarəyə verilməsi” haqqında xx.xx.2014-cü il tarixli 1025 nömrəli müqavilə ilə cavabdeh ilə üçüncü şəxs arasında Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır.

4. Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 noyabr 2016-cı il tarixli Sərəncamından görünür ki, üçüncü şəxs göstərilən ərazidə hasarlanma işlərinin görülməsini xahiş etmiş, sərəncam əsasında hasara alınmaya cavabdeh tərəfindən razılıq verilmişdir.

5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən üçüncü şəxsə Nərimanov ray, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı küçələrini və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə ayrılmış torpaq sahəsində xx.xx.2020-ci il tarixli 62 nömrəli “Obyektin tikintisinə icazə” sənədi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Nərimanov rayonu N.Yusifbəyli, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi haqqında 15 aprel 2014-cü il tarixli 166 nömrəli və 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında kooperativin istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, bu barədə olan cavabdehin sərəncamı ləğv edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamla "yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi,sahəsi icarə əsasında həmin koorperativin istifadəsinə verilməsi, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət etmək, AR Torpaq Məcəlləsinin 66. 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “İnterservis” müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etmək və Ə MDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almaq "xxxx" MTK-ya tapşırılması nəzərədə tutulsa da üçüncü şəxs nə torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlamış, nə bu hüquqları ƏMDK-nın yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almış, nə sakinlərlə qarşılıqlı razılaşma əldə etmişdir. Əksinə həmin sərəncamlardan istifadə edərək iddiaçı və digər sakinləri məcburi razılığa gətirməyə çalışır. Belə ki, iddiaçının yaşayış evi, qarajı və digər sahəsinin əksər hissəsinə dair çıxarışı olmaqla yanaşı həmin sahələrin 1998-ci ildə inşa edilməsi və onun tərəfindən başqa sakindən almağı ilə bağlı məhkəmə qərarı da mövcud olmasına baxmayaraq üçüncü şəxs sərəncamdan istifadə edərək məhkəməyə müraciət edərək digər sahələrin ödənişini etmədən iddiaçının ti kililərini sökməyə çalışır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 nömrəli 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçıların “Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş xx.xx.2005-ci il tarixli, 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən sərəncamından görünür ki, yeni yüksəkmərtəbəli binaların iddiaçının xüsusi mülkiyyətində olduğu ərazidə tikilməsi zəruri hesab edilmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarından razılıq alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlakla bağlı daşımalı olduğu sosial öhdəliklə bağlı şərtə əməl etmədən sosial məqsədlərlə tikintisi zəruri olan 2 ədəd 20 mərtəbəli binanın 1,25 ha torpaq sahəsində dayandırılmasına nail olmağa çalışır. İddiaçı nəzərə almamışdır ki, 70 kv.m ölçüdə fərdi yaşayış evi və 0,02686 ha ölçüdə torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun mövcudluğu dövlətin aidiyyəti struktur bölmələri tərəfindən razılaşdırılmış layihə çərçivəsində cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi sərəncamının ləğvinə mübahisələndirilən hissədə olsa belə əsas ola bilməz. Əks halda, ictimai və şəxsi maraqların tarazlığının əsaslı pozulması halı mövcud olacaqdır.

11. İddiaçı həmin qərard an apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTKnın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamının onun mülkiyyətində və istifadəsində olan hissəyə münasibətdə etibarsız hesab edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında “ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi (torpaq sahəsi ilə) mübahisələndirilən sərancamla "xxxx" MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilindədirmi?” sualı qoyulmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/2006 saylı, 03 iyul 2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin mübahisələndirilən sər ancamla "xxxx" MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2-1(103)-757/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə ə sasında "xxxx" MTK-nın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamı iddiaçı X1 mülkiyyətində və istifadəsində olan ünvan 2 ünvanda yerləşən hissəyə münasibətdə (iddiaçıya münasibətdə) etibarsız hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə zidd şəkildə apararaq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansi ya məhkəməsi tərəfindən iddia rədd edilərkən nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə ica rəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Digər tərəfdən, hazırki işdə inzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir.

17. Cavabdeh kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Üçüncü şəxs kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbi nin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.8-ci - qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam, 13-cü - etimad hüququnun qorunması prinsipinə - maddələrinə istinad edərək qeyd etmişdir ki, inzibati aktı həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlar əsasında qəbul edilib və 2014-cü ildə qəbul edilmiş inzibati aktın 10 ildən sonra 2024-cü ildə etibarsız hesab edilməsi etimad hüququnun pozulması kimi qiymətləndirilə bilər. Buda özlüyündə Bakı şəhərin də aparılan abadlıq və quruculuq işlərində öz təsirini, fiziki və hüquqi şəxslərin dövlət orqanı tərəfindən verilmiş inzibati akta olan münasibətində öz əksini tapmasından yan keçə bilməyəcək.

20. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələrinə əsasən mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyə tin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

21. Həmçinin qeyd edilmişdir ki, cavabdeh bu qəbildən olan inzibati aktları Bakı şəhəri ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəzi yyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. Bu inzibati akt əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə hazırkı mübahisəyə baxılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1, 21.2, 62.1 və 65.1.2-ci maddələri tətbiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasənmüvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğundan etibarsız sayılır. Lakin Qanunun özündə də, etimadın qorunması prinsipi ehitava olunur. Belə ki, Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qor unması hüququna malikdir.

22. Belə ki, sərəncam məhkəmə tərəfindən müəyyən hissədə etibarsız sayıldığı təqdirdə, tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri ilə sosial mütənasiblik prinsipinin tarazlaşdırılması zərurəti yaranır ki, bu da özlüyündə geri dönüşü olmayan istiqamətdir. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə tikililərin yenidən qurulmasına dair qaydaları n dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozu lmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən maddələri Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.

23. Kassator yekunda qeyd etmişdir ki, mübahisələndirilən Sərəncam 2014-cü ildə verildiyi və Bakı Şəhər Memarlıq Şəhərsalma Baş İdarəsi tə rəfindən (hazırda BŞİH-nin tabeliyində deyil) inşaat pasportu tərtib edildiyi zaman qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan, 5 il sonra 2019-cu ildə iddiaçı tərəfindən torpaq sahəsinə mülkiyyət hüququ alınmışdır. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

24. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin icarə müqaviləsi ilə, iddiaçının ərazisi də daxil olmaqla ərazi üçüncü şəxs Zirvə-A MTK-nın icarəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri İcra Hakimiyyəti səlahiyyəti baxımından Bakı şəhəri üzrə zəruri hesab edilən tikinti-abadlaşdırma işlərinin həyata keçirilməsı baxımından vəzifə daşıyan qurumdur və hesab etmişdir ki, göstərilən ərazidə də mövcud tikililərin sökülməsi və yeni binaların tikintisinə ictimai və dövlət maraqları baxımından əsas mövcud olmuşdur. İddiaçı isə həmin qurumun fəaliyyətinə maneə törətməklə faktiki olaraq daşıdığı sosial öhdəliyin tələblərinə əməl etməmiş, şəxsi maraqları baxımından ictimai maraqların mövcudluğuna əhəmiyyət verməmişdir. İddiaçının təkcə xüsusi mülkiyyətinin mövcudluğu həmin əmlakla bağlı cavabdehin qəbul etdiyi sərəncamların qanunsuzluğu üçün əsas yaratmır. Qanunsuzluqlarla bağlı konkret əsasların mövcudluğu müəyyən edilməlidir ki, nə iddiaçı həmin konkret əsasa istinad etməmiş, nə də iş materialları ilə həmin əsaslar müəyyən edilməmişdir. c. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati or qan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “N.Əbilovun şikayət i üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı. Konstitusiya

29. S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdırar aq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

34. İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 2014 və 2016-cı il tarixli Sərəncamların onun mülkiyyətində olan torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsinə yönəlmişdir.

35. İnzibati aktın etibarsızlığı İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia vasitəsi ilə tanınır. Həmin normaya görə tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.

36. Tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.

37. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. İstinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şə xsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

38. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən sərəncamların etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin sərəncamlar ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır.

39. Apellyasiya məhkəməsi də öz növbəsində bu istiqamətdə araşdırmasını və nəticədə iddianın təmin edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki:

1. Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icar əyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir.

2. İnzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.

41. Belə ki, mübahisə predmeti olan 2014 və 2016-cı il tarixli sərən camlar qəbul edilən zaman iddiaçının hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi əmlakın onun xüsusi mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir.

42. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2019-cu ildə qeydiyyata alınmışdır. Bundan əlavə, həmin qeydin hansı hüquqmüəyyənedici sənədlərin əsas olması apellyasiya məhkəməsinin araşdırılması predmeti olmamışdır.

43. Halbuki, qeyd edilənlərin araşdırılıb müəyyən edilməsi, hazırkı işin vacib və həlledici hallarından hesab edilməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququ 2019-cu ildə qeydiyyata alınsa da, mübahisə predmeti təşkil edən torpaq sahəsinə mülkiyyət hüququnun hansı tarixdən yaranması müəyyə n edilməlidir. Başqa sözlə, burada əsas müəyyən olunmalı məqam iddiaçının mülkiyyət hüququnun mübahisələndirilən sərəncamlardan əvvəl və ya sonra yaranmasıdır. Qeyd edilən hal müəyyən ediləndən sonra, mübahisələndirilən sərəncamların iddiaçının mülkiyyət hüququna toxunubtoxunmaması qənaətinə gəlmək olar.

45. Beləliklə, qeyd olunan halların araşdırılması və bununla əlaqədar sübutların qiymətləndirilməsi ilə bağlı İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Nəzərə almaq lazımdır ki, mə hkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

46. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. (“N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

47. Məhkəmə, özü tərə findən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 21(103)-757/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar