Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3332/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; etibarnamə müddətinin bitməsi; kassasiya şikayətinin imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-3170/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsini və onun (xarici pasport ilə Golovanov Anton) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 20 may 2024-cü tarixli, 2-1(112)-8136/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
2. İddiaçı həmin qərardaddan ap ellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-3170/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı tərəfindən vəkili Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin təkcə vəkil tərəfindən imzalanmış kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən ş ikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. …
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi … 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. … … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. … Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. … K ASSASİYANİN MÜMKÜNLÜYÜ
6. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya icraatı aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
7. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
8. Hazırkı iş üzrə kassasiya şikayəti iddiaçının vəkili tərəfindən tərtib edilməklə imzalansa da, iddiaçı tərəfindən həmin vəkilə onun adından kassasiya şikayətinin imzalanması səlahiyyətini verən etibarnamənin müddəti bitmişdir. Kassasiya şikayətinə yeni etibarnamə də əlavə edilməmişdir.
9. Halbuki, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərarla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və iddiaçının vəkili xx.xx.2024-cü il tarixdə həmin prosessual sənədləri almışdır. Buna baxmayaraq, kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir.
10. Qeyd edilməlidir ki, inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hü ququ həyata keçirilərkən, bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq kassasiya şikayəti tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinə əməl edilsin.
11. Hazırkı iş üzrə kassasiya şikayəti səlahiyyəti olmayan nümayəndə tərəfindən imzalanmaqla, iddiaçı tərəfindən ümumiyyətlə imzalanmadığından məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayıla bilməz. 12.Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(103)-3170/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.