Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3333/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar söz: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin qoyulması tələ binə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1957-ci il təvəllüdlü iddiaçı 21.06.1973-06.05.1977-ci illərdə Təngəaltı kənd sakinləri sovxozunun 6 nömrəli briqadasında fəhlə kimi işləmiş, 10.05.1977-28.05.1979-cu il tarixləri arasında hərbi xidmətdə olmuş, 14.08.1979-cu ildən 03.05.1985-ci ilədək “Neft Daşları” NQÇİdə operator, 17.07.1985-30.08.1985-ci illərdə fəhlə, 21.08.1987-24.03.1988-ci illərdə tikintidə fəhlə, 23.04.1988-28.09.1996-cı illərdə “Neft Daşları” X1 İdarəsində qazma qurğularında mo torçu, 16.10.1996-23.05.2010-cu illərdə “X” müəssisəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 18.02.2019-cu il tarixli **********5 nömrəli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina etmiş və imtinanın əsası kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 25 il ümumi iş staja malik olmamasını göstərmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil etməklə, 52 yaşı tamam olduğu tarixdən, yəni 15.04.2009cu ildən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.04.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil etməklə, 52 yaşı tamam olduğu tarixdən, yəni 15.04.2009-cu ildən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması nı xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nəsimi rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1942/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsindən “21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil etməklə” və “həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq” sözləri çıxarılsın, “hazırki dövrə qədər” sözləri “22 yanvar 2016-cı il tarixdən” sözləri ilə əvə z edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə birinci instansiya məhkəməsi cavabdehə keçmiş müddətə görə pensiyanın ödənilməsi vəzifəsini həvalə edərkən mübahisəyə “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvədə olmayan redaksiyada 32.1-ci maddəsini tətbiq etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” AR Qanununun həm iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi 03.04.2019-cu il tarixdə, həm də məhkəmə qərarının çıxarıldığı 22.04.2019-cu il tarixdə, yəni 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Yəni, yaşa görə əmək pensiyasının, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarand ığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilməsi qaydası artıq qüvvədə deyildi. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə isə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu baxımdan iddiaçıya pensiyanın cavabdehə müraciət etdiyi 22.01.2019-cu il tarixdən və yalnız əvvəlki üç il üçün ödənilə bilər. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıya 21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil etməklə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan 15.03.2011-ci il tarixli 371 nömrəli arxiv çıxarışında qeyd olunmuşdur ki, iddiaçı həmin dövrlərdə mövsümi işlərdə, yəni tam il ərzində deyil, ilin müəyyən vaxtlarında çalışmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellya siya instansiya məhkəməsi AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini səhv təfsir etməklə qərar qəbul etmişdir. İddiaçının pensiya hüququ 15.04.2009-cu il tarixdə yarandığından iddiaçının pensiyası hesablanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarına istinad edilməlidir. Cavabdehin imtinasında qeyd etdiyi dəyişikliklər 01.01.2010-cu il tarixdən sonra yaranmış münasibətlərə tətbiq edilməlidir. İddiaçının pensiya hüququ konstitusion hüquq olmaqla cavabdeh tərəfindən pozulmuşdur. Onun iddia tələbi əsaslı olmuş və bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin nəticəsini dəyişdirirək, heç bir əsas olmadan, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini səhv təfsi r etməklə onun pensiya almaq hüququnu 3 il ilə məhdudlaşdırmışdır. İddiaçı İPM-nin 91, 96.5, 96.5.1, 96.5.2, 96.9, 98-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə işə baxan apellyasiya instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 21.1-ci maddələrinin tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Cavabdeh İPM-nin 91, 96.9-cu maddələrinə, MPM-nin 405. 407, 417.0.3, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tar ixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 52 yaşdan, yəni 15.04.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin b bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər— kişilər—50 yaşına çat dıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsaaxırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı olmalıdır. xx.xx.1957-ci il təvəllüdlü iddiaçı 21.06.1973-06.05.1977-ci illərdə Təngəaltı kənd sakinləri sovxozunun 6 nömrəli briqadasında fəhlə kimi işləmiş, 10.05.1977-28.05.1979-cu il tarixləri arasında hərbi xidmətdə olmuş, 14.08.1979-cu ildən 03.05.1985-ci ilədək “X” NQÇİ-də operator, 17.07.1985-30.08.1985-ci illərdə fəhlə, 21.08.1987-24.03.1988-ci illərdə tikintidə fəhlə, 23.04.1988-28.09.1996-cı illərdə “X” X1 İdarəsində qazma qurğularında motorçu, 16.10.199623.05.2010-cu illərdə “X” müəssisəsində işləmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 01.01.2006-cı ilədək 20 ildən artıq ümumi iş stajı olmuşdur. Bundan əlavə, iddiaçının 14.08.1979-cu ildən 03.05.1985-ci ilədək “X” NQÇİ-də işlədiyi operator, 23.04.1988-28.09.1996-cı illərdə “X” X1 İdarəsində qazma qurğularında motorçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Yer altı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının X fəslində (“Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”) 1100000a-14713 (qazma qurğularının motorçuları) və 1100000a-15866 (quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar) kodları ilə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı ilədək 10 ildən artıq güzəştli iş stajı olmuşdur. Göründüyü kimi, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi iş stajı, 10 il xüsusi iş stajı vardır. Buna görə də, iddiaçıya güzəşt li şərtlərlə əmək pensiyası 52 yaşdan təyin edilməlidir. Cavabdeh inzibati orqan iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının 52 yaşdan pensiya hüququnun olması nəticəsinə gəlsə də, iddiaçının 21.06.1973-06.05.1977-ci illərdə Təngəaltı kənd sakinləri sovxozunun 6 nömrəli briqadasında fəhlə kimi işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməmiş və öz nəticəsini belə əsaslandırmışdır ki, 15.03.2011-ci il tarixli 371 nömrəli arxiv çıxarışında qeyd olunmuşdur ki, iddiaçı həmin dövrlərdə mövsümi işlərdə, yəni tam il ərzində deyil, ilin müəyyən vaxtlarında çalışmışdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması v ə saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabin etinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Başqa sözlə qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan iddiaçının arxiv arayışı ilə təsdiq olunan 21.06.1973-06.05.1977-c i illərdə Təngəaltı kənd sakinləri sovxozunun 6 nömrəli briqadasında fəhlə kimi işlədiyi müddət onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmçinin qanunvericilikdə sovxozda mövsümi işlərdə işləyən şəxslərin əmək stajının nəzərə alınmamalı olmasına dair norma mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin “21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil edilməsinə” dair iddia tələbinin təmin edilməməsi barədə nəticəsi əsassızdır. Bundan əlavə, işə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olsa da, “Əmək pensiyaları haqqında” AR Qanununun həm iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi 03.04.2019cu il tarixdə, həm də məhkəmə qərarının çıxarıldığı 22.04.2019-cu il tarixdə, yəni 01.07.2017-ci il tarixdən qüvvədə olan Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu baxımdan iddiaçıya pensiyanın cavabdehə müraciət etdiyi 22.01.2019-cu il tarixdən və yalnız əvvəlki üç il üçün ödənilə bilər. Apellyasiya instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 52 yaşı, 15.04.2009-cu il tarixdə olmuşdur. Bu baxımdan iddiaçıya pensiya təyini zamanı onun pensiya hüququ yarandığı tarixdə, yəni 15.04.2009 -cu il tarixdə qüvvədə olan hüquq normalarının tələbləri nəzərə alınmalıdır. Həmin dövrdə qüvvədə olanq anunvericilik isə keçmiş dövr üçün alınmamış pensiya məbləğini 3 il ilə məhdudlaşdırmamışdır. Belə ki, 15.04.2009-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin iddiaçıya pensiyanın cavabdehə müraciət etdiyi 22.01.2019-cu il tarixdən əvvəlki yalnız üç il üçün ödənilə bilməsinə dair nəticəsi əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatı nda tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli,iddia tələbi tam təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1732/2019 saylı 15 avqust 2019-cu il tarixli qərarı qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilsin. İddia tələbi tam təmin edilsin. İddiaçıya 21.06.1973-cü ildən 06.05.1977-ci ilə qədər Quba rayonu «Xx» meyvəçilik sovxozunda fəhlə işlədiyi dövrü ümumi iş stajına daxil etməklə, 52 yaşı tamam olduğu tarixdən, yəni 15.04.2009-cu ildən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-3333/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3333/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver