Məhkəmə qərarları › İş №2-1(102)-3334/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3334/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3334/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2ci maddəsinin tətbiqi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reye stri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1(103)-1659/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.11.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 22 nömrəli kooperativ tərəfindən verilmiş 10 nömrəli order ilə Bakı Şəhər İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli 9/549 n ömrəli qərarına əsasən Ünvan1 0,12 ha sahəsi olan bağ sahəsi ayrılmışdır. Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli 9/549 saylı qərarında Türkan bağ massivində BTK-22-nin tərkibinə daxil edilənlərin siyahısında vəfat etmiş X4 həyat yoldaşı X5 adı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3434/2018 nömrəli iş üzrə 16.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 30.09.1988-ci il tarixli 9/549 nömrəli qərarda X5 X6 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.03.2012-ci il tarixli AZ-İ 507117 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 06.03.2012-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanlanmış 04.07.2018-ci il tarixli 285 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı müraciəti əsasında 06.03.2012-ci ildə vəfat etmiş X2 adına Bakı şəhəri 24 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı 23.10.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək anası mərhum N.Mehrəliyevadan miras qalmış Ünvan1 yerləşən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, inzibati orqan 14.11.2018-ci il tarixli **********68 saylı cavab məktubu ilə bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, v ərəsəlik işinin açılması ilə bağlı notariusun məktubu təqdim edilməmiş və ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi İdarəyə icra üçün rəsmi qaydada daxil olmamışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən təqdim olunmuş orderin arxiv nüsxəsinin aşkar olunmamış və orderdə bağ nömrəsinin öz əksini tapmamışdır. Qeyd olunanlardan əlavə, müvafiq bağ sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əslləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) əlavə olunmamışdır. İddia çı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Ünvan1 ümumi sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Ünvan1 yerləşən ümumi sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçının mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 08 avqust 2019-cu il tarixli 2-1(103)-1659/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-966/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, Ünvan1 yerləşən ümumi sahəsi 0,12 hektar olan bağ sahəsi üzərində hüquqların mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı, vəfat etmiş anasının, yəni mülki hüquq qabiliyyəti xətm edilmiş şəxsin adına həm mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və çıxarışın verilməsi, həm də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir. Halbuki, bu kimi hallarda qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (iddiaçının anası) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi (iddiaçı) hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) qeydiyyat orqanına (cavabdehə) təqdim edilməli və daşınmaz əmlak üzərində hüquq həmin vərəsənin adına dövlət qeydiyyatına alınmalıdır (daşınmaz əmlakın dövlət reyestrindən ç ıxarış verilməlidir). Lakin işin qeyd olunan halına birinci instansiya məhkəməsi də düzgün hüquqi qiymət verməmiş, qərarında iddianı olduğu kimi təmin edərək, ölmüş şəxsin adına həm çıxarışın, həm də arayışın verilməsi nəticəsinə gəlmişdir. Halbuki, iddiaçı, mərhum anasının miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmiş şəxsə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışı, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların mərhum anasının deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1(103)-1659/2019 nömrəli qərarından cavabdeh ka ssasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə ərizəyə əlavə edilmiş sənədlər surətdir və həmin sənədlərin əslləri İdarəyə təqdim olunmamışdır. Bundan əlavə, vərəsəlik işinin açılması ilə bağlı notarius məktubu ərizəyə əlavə edilməmişdir. Bundan başqa, arxiv məlumatlarına əsasən ərizəyə əlavə olunmuş orderin arxiv nüsxəsi idarədə aşkar olunmamışdır. Həmçinin, müvafiq bağ sahəsinə dair orderdə bağ sahəsinin nömrəsi öz əksini tapmamışdır. Qeyd olunanlardan əlavə, müvafiq bağ sahəsinin iddiaçının adına hüquqi qeydiyyata alınması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas oları müvafiq sənədlərin əslləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) əlavə olunmamışdır. Qeyd olunanlara əsasən ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Kassator İPM-nin 5, 28.1, 91, 96.9-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8,9, 11.1, 12.1, 22.2, 23-cü maddələrinə, Topraq Məcəlləsinin 55, 68-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1(103)-1659/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavab dehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1(103)1659/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1(103)-1659/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ünvan1-dəki 22 nömrəli kooperativ tərəfindən verilmiş 10 nömrəli orderə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli 9/549 nömrəli qərarına əsasən X3 Ünvan1 0,12 ha sahəsi olan bağ sahəsi ayrılmışdır. Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli 9/549 saylı qərarında Türkan bağ massivində BTK-22-nin tərkibinə daxil edilənlərin siyahısında vəfat etmiş X4 həyat yoldaşı X5 adı qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)3434/2018 nömrəli iş üzrə 16.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 30.09.1988-ci il tarixli 9/549 nömrəli qərarda X5 X6 ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişd ir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.03.2012-ci il tarixli AZ-İ 507117 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 06.03.2012-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanlanmış 04.07.2018-ci il tarixli 285 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı müraciəti əsasında 06.03.2012-ci ildə vəfat etmiş X2 adına Bakı şəhəri 24 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı 23.10.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək anası mərhum N.M.-dan miras qalmış Ünvan1 yerləşən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 14.10.2018- ci il tarixli **********68 saylı məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı vərəsəlik işinin açılması ilə bağlı notariusun məktubu təqdim edilməmiş və ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi İdarəyə icra üçün rəsmi qaydada daxil olmamışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən təqdim olunmuş orderin arxiv nüsxəsinin aşkar olunmadığı və orderdə bağ nömrəsinin öz əksini tapmadığı qeyd edilmişdir. Bununla da apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının mərhum anası X2 qanuni istifadəsində olmuşdur. Lakin N.M. tərəfindən onun torpağa olan hüquqları müvafiq qaydada qeydiyyatdan keçirilməmiş, 2012-ci ildə isə o vəfat etmişdir. ünvan 3 ünvanlanmış 28.03.2019-cu il tarixli 141 nömrəli məktubda 06.03.2012-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair vərəsələrin dairəsinin müəyyən edildiyi, vərəsələri olan oğlu İddiaçı və qızı X7 ərizələri əsasında vərəsəlik işinin açıldığı bildirilmişdir. 24 saylı Notariat Ofisində 30.03.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə X11 Ünvan1 yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarışın İddiaçı adına verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əv əzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tə rtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin a rayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Lakin cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən əsassız olaraq imtina olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün qeydiyyat orqanına müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra həmin vərəsə vərəsəlik sənədlərini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınma z əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsi nin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd ver miş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mərhum N.M. vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə N.mehrəliyevanın hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası yuxarıda sadalanan qanun normalarının tələblərinə ziddir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq o lunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2-1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar