Məhkəmə qərarları › İş №2-1(102)-3335/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3335/2025

03.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3335/2025 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“uyğunsuzluqların aradan qaldırılması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq X20 uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İş materiallarında olan JN-208 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.35 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini X2, X5, X3, X4 mülkiyyətinə verilmişdir.

2. İş materiallarında olan JN-207 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən 0.33 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Lənkəran rayonu Separadi kənd sakini İsgəndərov Aydın Xurşud qızı, X8, İsgəndərova Şəbnəm Aydın qızı, İsgəndərova Maynisə Aydın qızının mülkiyyətinə verilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.327 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. İş materiallarında olan Lənkəran rayon * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1, X6, X13 rayonu Separadi kəndində yerləşən ümumi sahəsi 0,35 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus 3/4 hissə 0.2645 ha olan torpaq sahəsini İddiaçı hədiyyə vermişdirlər. Lənkəran rayon Torpaq şöbəsi tərəfindən ##.##.1998-ci il tarixdə X1, X6, X13 verilmiş seriya nömrəsi JN 208, KOD: 80220018 olan dövlət aktına əsasən birgə mülkiyyət üzrə, 0.3527 ha olan torpaq sahəsidir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Separadi kəndində 0.3527 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2022-ci il tarixli, ********** və 28.11,2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışlarla iki halda olmaqla tam mülkiyyətində olan (ayrı-ayrılıqda 0.327 və 0.3527 ha) kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin birləşdirilərək ümumilikdə tək “Çıxarış”ın, habelə plan və ölçü sənədi tərtib edilməklə müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, iki halda olmaqla tam mülkiyyətinizdə olan torpaq sahələrinə dair tərtib olunmuş ilkin hüquqmüəyyənedici sənəd qismində həmin hüquqmüəyyənedici və texniki sənədlər üzrə göstərilənlərlə mövcud yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq vardır. İcraatda olan həmin hüquqmüəyyənedici sənədlərin ekspertizasının və faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, iki halda olmaqla notarial təsdiqlənmiş alqı-satqı müqavilələri əsasında əldə etdiyiniz həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN207 və JN-*** nömrəli “Dövlət Aktlarında göstərilən konfiqurasiya ilə faktiki vəziyyət, habelə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq aşkarlanmışdır. Həmçinin, sözü gedən torpaq sahələrinin qərb hissəsinin dəmir torla hasara alındığı və müəyyən hissəsinin isə yaxınlıqda yerləşən ümumi istifadədə olan tarixi abidənin üzərinə düşdüyü məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. X20 uçotu məlumat bazasına əsasən ilkin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış həmin kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə dair mövcud DWG (xəritə) baza məlumatları ilə yeni elektron uçot xəritə məlumatları arasında yaranmış uyğunsuzluğa münasibətdə isə bildiririk ki, sözü gedən ərazidə ayrıayrı torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluqların hissə-hissə tənzimlənməsi istiqamətində dürüstləşdirmə işləri başa çatdırıldıqdan sonra, gələcəkdə hazırki müraciətinizə təkrarən baxıla bilər. Qeyd olunan səbəblərdən sözü gedən ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatı aparılmış kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq yuxarıda barəsində qeyd olunan plan və ölçü sənədlərində cari dəyişikliklərin edilməsi (ayrıayrılıqda mövcud olan həmin torpaq sahələrinin birləşdirilərək tək çıxarışın və plan ölçü sənədinin verilməsinə münasibətdə) proseduru barədə hazırki ərizənizin icrası təmin olunmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaklara dair tərtib olunmuş plan və ölçü sənədlərində cari dəyişikliklərin edilməsi prosedurundan imtina edilməsi qanunamüvafiq hesab edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışlara və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq X20 uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışlarına və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən xüsusi mülkiyyətində olan 0,3527 ha və 0,327 ha torpaq sahələrinin koordinatları ilə bağlı uyğunsuzluqların aradan qaldırılaraq X20 uçotu informasiya sistemində hüquqmüəyyənedici sənədlərdə qeyd edilən koordinatlara əsasən uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Lənkəran rayonu Separadi kəndində 0,327 ha və 0,3527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyətinə verilmişdir. Bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-207 və JN-*** saylı Dövlət Aktları tərtib edilmişdir. Sonradan isə digər payçılar öz torpaqdakı paylarını ona verdiklərindən qeyd olunan torpağa dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ##.##.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli və ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlarla plan-ölçü sənədləri verilmişdir. Torpağın naturada yerinin dəqiqləşdirilməsi zamanı isə məlum olmuşdur ki, sonradan həmin ərazi ilə bağlı elektron bazada dəyişiklik edilmiş və torpaqlarının koordinatları dəyişdirilmişdir. Belə ki, sözügedən torpaq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməklə uzun illərdir ki, istifadələrində olmasına baxmayaraq elektron bazada torpağın bir hissəsi 1941-1945-ci illər müharibəsinə dair abidənin ərazisinə tərtib edilmişdir. Halbuki elektronnaşmadan öncə olan ərazinin yerqruluşu xəritəsində torpaq sahələrinin heç də abidənin ərazisinə düşmədiyi açıq-aşkar görünür. Bu isə ərazi ilə bağlı elektron bazada olan məlumatların həm ərazinin əvvəlki yerqruluşu xəritəsinə, həm Dövlət Aktlarına, həm də hazırda olan Plan-ölçü sənədlərinə uyğun olmadığını göstərir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublbikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Qanunvericiliyin tələbinə əsasən elektron baza məlumatlarında düzəliş edilərək mülkiyyətimdə olan payıbəlli torpaq sahələrinin koordinatlarının əvvəlki yerinə tərtib edilməsi öhdəliyi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyula bilər.

11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərlə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq mövcuddur. İddiaçıya məxsus həmin torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-207 və JN-*** nömrəli “Dövlət Akt’larında göstərilən konfiqurasiya ilə faktiki vəziyyət, habelə yeni elektron uçot xəritə məlumatları arasında uyğunsuzluq vardır. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində 0.3527 ha torpaq sahəsinin 0.01 ha hisəsinin cənub-qərb istiqamətdə abidənin üzərinə düşməsi, 0.017 ha hissəsinin isə şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gedişgəliş yolunun üzərinə düşməsi göstərilmişdir. Qeyd olunan 0.327 ha torpaq sahəsinin 0.005 ha hissəsi tərtib edilmiş rəqəmsal kadastr xəritəsinə əsasən şimal-qərb istiqamətdə naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yoluna düşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahələrinin qərb hissəsinin dəmir torla hasara alındığı və müəyyən hissəsinin isə yaxınlıqda yerləşən ümumi istifadədə olan tarixi abidənin üzərinə düşür.

13. Şirvan İnzibati Məhkəməsinin (hakim H.N.Nəcəfov) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, 100 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X25, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ**CTRE********************) köçürülməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarları əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı 0,3527 ha və 0,327 ha torpaq sahələri ilə bağlı xüsusi mülkiyyət hüququnu təsdiq edən ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli və ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli çıxarışları təqdim edilsə də, torpaq sahəsinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının mövcud hüquqlarının pozulması ilə nəticələ biməz. Qeyd edilən səbəbdən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir.

15. Məhkəmə eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, həmin ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin huqüqmüəyyənedici sənəd Lənkəran rayon Aqrar İslahat komisiyyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə İsgəndərov Aydın Xurşud oğluna və onun ailə üzvlərinə ayrılmış JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Speradi kəndi ərazisində yerləşən 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,005 ha hissəsinin şimal- qərb istiqamətində naturada mövcud təsərrüfatdaxili gediş-gəliş yolunun üzərinə düşməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyd olunan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X20 uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun dürüstrləşdirilməsi mümkün olduğu göstərilmişdir. Qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunduğu göstərilmişdir. İddiaçı İddiaçı iddia etdiyi 0,03 ha torpaq sahəsinin isə onun mülkiyyətindı olan 0,3527 ha və 0,327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin koordinatlarından kənara düşməsi və iddia edilən torpaq sahəsinin X17 istifadəsində olması müəyyən olunduğu göstərilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən ##.##.1998-ci il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarları, “Torpağın mülkiyyət hüququna dair” JN 207, KOD ******** saylı və JN 208, KOD 80220018 dövlət aktına əsasən sahibinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir.

17. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir.

18. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir.

19. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.

20. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə X20 uçot infiormasiya sistemində düzəliş edilərək, ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd olan JN-*** nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılınası, həmçinin ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəsi üzrə koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-*** nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması barədə qərar çıxarılmasını xahiş etdi.

22. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, H.X.Bəhmanov və C.Ə.Quliyev) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddianın təmin edilməsi hissəsində dəyişdirilmış, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənədləri üzrə “X20 Uçotu İnformasiya Sistemi”ndə düzəliş edilərək, ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN- *** nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılınası, həmçinin ##.##.2022-ci il tarixində ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəsi üzrə koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-*** nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi iddianın əsaslı olmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyilə razılaşmış, əlavə olaraq isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair verilmiş çıxarışlar üzrə koordinatların “X20 Uçotu İnformasiya Sistemi”ndə uygunlaşdırılması qərara alınsa da, hansı hüquqmüəyyənedici sənədə uyğunlaşdırılması dəqiq göstərilmədiyindən, iddiaçının müvafiq müraciəti nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.5. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

30. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»: Bənd 3.0.2. Hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək. Bənd 3.0.3. Təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, Bənd 3.0.4. Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, Bənd 3.0.5. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, Bənd 3.0.7. Hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, Bənd 3.0.11. Hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab edilir. Apelyasiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

37. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın təmin edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı ilə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar