Məhkəmə qərarları › İş №2-1(102)-334/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-334/2017

07.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-334/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-334/2017) Bakı şəhəri 07 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X9, vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı“Ukraynanın Milli Aviasiya Universiteti tərəfindən iddiaçıya verilmiş 17.06.2014-cü il tarixli, Dİ 044632 saylı dip lomun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2306/15 saylı, 22 dekabr 2015-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2010-cu il tarixdə Ukraynanın Milli Aviasiya Universitetinin iqtisadiyyat və menecment institutunda iqtisadiyyat və sahibkarlıq fakültəsinə daxil olmuş, 30 iyul 2014-cü il tarixdə təhsil aldığı ixtisas üzrə “bakalavr” təhsil pilləsini bitirərək ali təhsil almışdır. Buna uyğun olaraq o, 2014-cü il tarixdə həmin Universitetdə “Beynəlxalq iqtisadiyyat hazırlanması istiqamətində bakalavr təh sil pilləsinin “Beynəlxalq iqtisadiyyat” ixtisasını mənimsədiyinə görə Dİ №044632 seriyalı diplomu almışdır. İddiaçı 13 noyabr 2013-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona verilmiş diplomun tanınmasını xahiş etmişdir. Ukraynanın Milli Aviasiya Universitetinin məzunu, iddiaçının təqdim etdiyi 17 iyun 2014-cü il tarixli diplomun tanınmasına dair 30.04.2015-ci il tarixli ekspert rəyində və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.05.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Ukraynanın Milli Aviasiya Universiteti tərəfindən onun adına verilmiş 17.06.2014-cü il tarixli, Dİ 044632 saylı ali təhsil haqqında sənəddə (bakalavr) tədrisin müddəti 2010-2014-cü illər qeyd olunmaqla iqtisadiyyat ixtisası üzrə əyani formada təhsil aldığı bildirilmişdir. Lakin araşdırma zamanı U kraynanın Milli Aviasiya Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani-4 il) iddiaçının həmin ölkədə qısa müddət ərzində olması müəyyən edilmiş və bu qısa müddətə 43 fənn mənimsəmək, 11 kurs işi yazmaq, təcrübə keçmək (324 saat), 2 yekun dövlət imtahanın və diplom işinin yazılıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyrimümkündür. Qeyd olunanlar əsasında iddiaçının adına verilmiş diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-eü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haq qında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Ukraynanın qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndi və Nazirliyin ekspert qrupunun 30 aprel 2015-ci il tarixli rəyi rəhbər tutularaq, iddiaçının adına verilmiş 17.06.2014-cü il tarixli, Dİ 044632 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir”. İddiaçı 05 avqust 2015-ci il tarixdə cavabdehə qarşı iddia ə rizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ukraynanın Milli Aviasiya Universiteti tərəfindən ona verilmiş 17.06.2014-cü il tarixli, Dİ 044632 saylı diplomun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının oxuduğu təhsil müəssisəsinə sorğu ilə müraciət olunmuş və cavab olaraq bildirilmişdir ki, iddiaçı 30 iyul 2014-cü il tarixdə bakalavr pilləsini bitirərək ali təhsil aldığı “Beynəlxalq iqtisadiyyat” hazırlanması istiqamətində bakalavr təhsil pilləsinin “Beynəlxalq iqtisadiyyat” ixtisasını mənimsədiyinə görə iddiaçıya bakalavr diplomu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ-ci bəndinə əsasən hər bir vət əndaşın təhsil almaq hüququ vardır. Bundan başqa iddianın maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.28.-ci bəndinə, “Təhsil Haqqında” Qanunun 27, 32 və 44-cü maddələrinə, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının 2.3-cü maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2890/2015 saylı iş) 07 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində müəyyən edilmiş əsas ların mövcudluğuna deyil, yalnız iddiaçının aldığı təhsil müddətinə münasibət bildirməklə kifayətlənmişdir. Halbuki, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi, X6 və X7, 2-1(103)-2306/15 saylı iş) 22 dekabr 2015-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Ukrayna ərazisin ə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2010-2014-cü illər haqqındakı qeydlərdən görünür ki, iddiaçı 2010/2011-ci tədris ilində (İ kurs) tələb olunan müddətin qarşılığında tədris müəssisəsində 20 gün, 2011/2012-ci il üçün (İİ kurs) 25 gün olmamış, 2012/2013-cü tədris ilinin (İİİ kurs) İ semestr imtahanlarında iştirak etməmiş, qalan müddət ərzində isə tələb olunan müddətin qarşılığında cəmi 16 gün həmin ölkədə olmuşdur. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apell yasiya instansiyası məhkəməsi iddiaçının ixtisası üzrə nəzərdə tutulmuş təhsil müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrində “bakalavr” ixtisas dərəcəsi üzrə təhsilin müddətinə və təhsilin məzmununa görə uyğun gəlməsi halına qiymət verməmiş, yalnız iddiaçının Ukrayna Respublikasında olması haqqında dəqiq olmayan məlumatlara əsaslanmaqla, diplomun verilməsinə əsas olmuş fənlər üzrə iddiaçının verdiyi imtahanların nəticələrini nəzərə almayaraq, səhv olaraq, aldığı təhsilin Ukrayna və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçi rilmədən verilməlidir, “bakalavr” ixtisas dərəcəsi üzrə təhsilin müddəti və təhsilin məzmunu uyğun gəlməlidir. Burada təhsilin müddəti dedikdə, qanunverici iddiaçının təhsil aldığı müddəti deyil, “bakalavr” ixtisas dərəcəsi üzrə təhsilin proqramının müddətini nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu halı ümumiyyətlə nəzərə almamış və işin hallarına uyğun olmayan qənaətə gəlmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyas ı) Qaydaları”ın (bundan sonra mətndə Qaydalar) 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomlarını tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Sazişlə Ukrayna ali təhsil müəssisələrinin bakalavr ixtisası üzrə diplomuna münasibətdə ekvivalentlik müəyyən edilməmişdir və ona görə də Qaydaların 1.6-cı bəndinin “Azərbaycan Respublikasının tərəf daş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir” müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz. Bu da o deməkdir ki, Sazişin 5-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ukraynada verilmiş bakalavr ixtisas dərəcəsi haqqında diplom təhsil müddətinə və təhsilin məzmununa uyğun gələrsə, tanıyır. Cavabdeh də Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qay daların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Azərba ycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaq ədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndin ə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamə t (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18.07.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin: 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 2-ci maddəsinə görə Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır; 5-ci maddəsinə əsasən Azərbaycan tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azər baycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə müraciətindən sonra cavabdehin ekspertiza keçirməsini, mənfi rəy verilməsi üçün Qaydaların 3.7-ci bəndində olan əsasların olmasını, habelə Sazişin 5-ci maddəsinə əsasən iddiaçıya verilən diplomun Azərbaycan Respublikası ali tə hsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diploma təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gəlməsini İPM-in 12 və 58.7-ci maddələrinə əsasən araşdırıb qiymətləndirməmişdir. Saziş Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi olduğundan, ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələnin həlli zamanı həmin Sazişin 6-cı maddəsinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğu nəzərə alınmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret ha lda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsi bəhs edilən hüquq normalarının işığında cavabdehin hərəkətinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin 34-cü səhifəsində olan alınma mənbəyi məlum olmayan Ukrayna ərazisinə keçmə faktları barədə sərhəd keçmə hesabatı adlanan kağızda olan məlumatlara istinadən bildirir ki, iddiaçı 2010/2011-ci tədris ilində (İ kurs) tələb olunan müddətin qarşılığında tədris müəssisəsində 20 gün, 2011/2012-ci il üçün (İİ kurs) 25 gün olmamış, 2012/2013-cü tədris ilinin (İİİ kurs) İ semestr imtahanlarında iştirak etməmiş, qalan müddət ərzində isə tələb olunan müddətin qarşılığında cəmi 16 g ün həmin ölkədə olmuşdur. İPM-in 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbinə əməl etməyərək hansı faktlar və sübutlara əsasən iddiaçının tədris müəssisəsində ayrı-ayrı illərdə müəyyən vaxtlarda iştirak etməməsini, həmin dövrün həqiqətən iddiaçının təhsil aldığı Universitetdə iddiaçıya münasibətdə təhsil müddətinə aid olmasını, iddiaçının təhsil müəssisəsində olmadığı vaxtda ümumilikdə tədris olunan proqramı mənimsəməməsini müəyyən etməmiş, gəldiyi nəticəni hüquq normasına uyğun qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daş ıyır. Odur ki, şikayət təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2306/2015 saylı, 22 dekabr 2015-ci il tarixli qəra rı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar