Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-334/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinə qarşı pensiya məbləği fərqinin ödənilməsi tələbinə dair Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamenti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13.02.2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 28 oktyabr 1992-ci il tarixindən 04 iyun 1994-cü il tarixinə kimi Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığında çağırış bölməsinin rəisi, 04 iyun 1996-cı il tarixindən 15 avqust 2003-cü il tarixinə kimi hərbi komissarın müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbayca n Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 2012-ci il tarixli 112-2 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəli təsdiq edilmişdir. Bu zaman hərbi komissarlıqların əməkdaşı olan və təqaüdə çıxmış iddiaçı ordu sıralarından tərxis edilərkən çalışdığı sonuncu vəzifənin aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları a rasında 01 aprel 2012-ci il tarixdən fərq yaranmışdır. Lakin iddiaçıya münasibətdə yaranmış artım 01 mart 2013-cü il tarixdən tətbiq olunmuşdur. İddiaçı bununla bağlı DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinə müraciət etmiş, lakin cavabdeh 13.03.2018-ci il tarixli ****/**** saylı məktubla bundan imtina etmişdir. Cavabdehin hərəkətləri ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək təqaüdə çıxarkən aldığı sonuncu aylıq vəzifə maaşı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki müvafiq hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərqin (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən 01 mart 2013-cü il tarixədək dövrə müvafiq hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə h əvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hərbi komissarlıqların ləğvi və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixl i, 593 nömrəli Fərmanının və bu Fərmanla bağlı qəbul edilmiş digər normativ aktların icrası təmin olunmalı, hərbi komissarlıqların əməkdaşı olmaqla təqaüdə çıxmış hərbi qulluqçuların ordu sıralarından tərxis edilərkən çalışdıqları sonuncu vəzifələrin aylıq vəzifə maaşları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərq (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən hesablanmaqla onlara ödənilməlidir. Çünki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edən hərbi qulluqçulara 01.04.2012-ci il tarixdən ödənilən aylıq vəzifə maaşlarında artımlar edildiyi halda, iddiaçıya münasibətdə həmin artımların 01.03.2013-cü il tarixdən tətbiq edilməs i Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulan bərabərlik prinsiplərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2013-cü il tarixli, 365 nömrəli qərarı ilə pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin ərizə ilə müraciət etdiyi vaxt, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin hesablandığı, hərbi xidmət vəzifəsi mövcud olmadıqda, hərbi qulluqçuların vəzifələrinin halhazırda mövcud hərbi xidmət vəzifələrinə uyğu nlaşdırılması siyahısının təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli, 30 nömrəli Qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki Hərbi Komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmiş və həmin Qərar 01 mart 2013-cü il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il və 30 dekabr 2013-cü il tarixli qərarları və həmin qərarlarda nəzərdə tutulmuş hərbi xidmət vəzifələrinin uyğunlaşdırılması, qanunamüvafiq olaraq qərarın qüvvəyə mindiyi tarixdən, yəni 01 mart 2013cü il tarixdən etiba rən ödənilmişdir. Kassator İPM-nin 81.2, 87.6-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinin vəkili Vəkil kassasiya şikayətini dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə Azərbaycan Res publikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti yaradılmış, eləcə də bu Dövlət Xidmətinin Əsasnaməsi təsdiq olunmuş və digər normativ hüquqi aktlarının «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasının üç ay müddətində təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 2012-ci il tarixli 112-2 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat cədvəli təs diq edilmiş və bu qərar 01 aprel 2012-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmiş və Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə uyğun hesab olunmuşdur. Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün hərbi qulluqçuların və ya vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası Hərbi Komissarlığında və həmin Komissarlığın tabeliyindəki hərbi komissarlıqlarda, eləcə də Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında və bu Komissarlığın tabeliyindəki komissarlıqlarda mövcud olmuş hərbi xidmət vəzifələrinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və bu Xidmətin tabeliyində olan strukturlarda, eləcə də Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində və həmin Xidmətin tabeliyində olan strukturlarda mövcud olmuş hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq əlavələr edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarı 2013-cü il martın 1-dən qüvvəyə minmişdir. Halbuki, hazırki iş üzrə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2013-cü il tarixli 30 nömrəli və 30 dekabr 2013-cü il tarixli 365 nömrəli qərarları nəzərə alınmamış və aylıq vəzifə maaşları arasındakı fərq təqaüddə olan sabiq hərbi qulluqçuya yalnız 01 mart 2013-cü il tarixdən başlayaraq ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012ci il tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqlarının ləğv edilməsi və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edən hərbi qulluqçulara 01.04.2012-ci il tarixdən ödənilən ayl ıq vəzifə maaşlarında artımlar edildiyi halda, iddiaçıya (keçmiş hərbi komissarlıq əməkdaşlarına) münasibətdə həmin artımların 01.03.2013-cü il tarixdən tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulan bərabərlik prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hərbi komissarlıqların ləğvi və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında Azərbayca n Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli fərmanının və bu Fərmanla bağlı qəbul edilmiş digər normativ aktların icrası təmin olunmalı, hərbi komissarlıqların əməkdaşı olmaqla təqaüdə çıxmış hərbi qulluqçuların ordu sıralarından tərxis edilərkən çalışdıqları sonuncu vəzifələrin aylıq vəzifə maaşları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan hərbi xidmət vəzifələrinin aylıq vəzifə maaşları arasındakı fərq (sonrakı artımlar nəzərə alınmaqla) 01 aprel 2012-ci il tarixdən hesablanmaqla onlara ödənilməli olduğu ilə bağlı doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda sadalananlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli araşdırma aparılmış, işin müəyyən edilmiş həqiqi halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı olan nəticəyə gəlinmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş üzrə Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2204/18 saylı, 09.10.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-334/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-334/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver