Məhkəmə qərarları › İş №2-1(102)-334/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-334/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-334/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili işlər orqanları əməkdaşlarının X1nin pozulması; xidmətdən xaric edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(107)431/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 28.08.2011-ci il tarixdə Cavabdeh post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə işə qəbul edilmiş, 20.10.2020-ci il tarixli Ə 117 ş/h – 144 – 20 nömrəli əmrlə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun Daxili İşlər orqanlarından xaric edilməsi barədə 20.10.2020-ci il tarixli, Ə117 ş/h-144-20 nömrəli əmrinin ləğ v edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tabeliyində olduğu rəis tərəfindən ona qeyri-qanuni göstərişlər verilmiş, daha sonra həmin qeyri-qanuni göstərişləri icra etmədiyinə görə ona qarşı etik davranış normaların uyğun olmayan hərəkətlər edilmişdir. İşdən çıxarılması barədə əmrin verilməsinə əsas da bununla bağlı olmuş, cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur. Belə ki, iddiaçı daxili işlər orqanlarından azad edilmək üçün heç bir qanunsuz hərəkətə yol verməmişdir. Cavabdeh tərəfindən isə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 108, 109-cu, “Daxili işlər orqanlarının X1”nin 6, 10, 19 və 21-ci maddələrinin tələbləri pozulmuşdur. Şöbə rəisinə iddiaçının davranışları barədə təhrif olunmuş məlumatlar veri lmiş, daxili təhqiqatın hansı şəkildə və kim tərəfindən aparılması barədə iddiaçının məlumatı olmamış, təhqiqatın materialları ilə tanış edilməmiş, daxili işlər orqanlarından xaric edilməsi barədə əmr ona təqdim edilməmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, İddiaçı daxili işlər orqanlarından xaric edilməsi barədə Qəbələ RPŞ-in 20.10.2020-ci il tarixli Ə117ş/h144-20 nömrəli əmrinin əsassız və qanunsuz olması, həmin əmrin ləğv edilməsi və xidmətə bərpa olması barədə tələbi əsassızdır. Belə ki, Cavabdeh ictimai təhlükəsizlik bölməsinin sabiq sahə polis nəfəri polis serjantı İddiaçı İTB-nin əməkdaşları tərəfindən 07.07.2020-ci il tarixdə rayon ərazisində xüsusi karantin rejimi qaydalarına ri ayət edilməsinin yoxlanılması məqsədilə keçirilən reydlərdə xidmətdən yayınmış, 08.07.2020-ci il tarixdə bölmə rəisi polis kapitanı Nicat Hümbətalıyev tərəfindən tutulan iradı səmimi qəbul etməmiş və sonuncunu DİN-in rəhbərliyinə şikayət etməklə hədələyərək qapını çırparaq otağı tərk etmiş, faktla bağlı xidməti yoxlama aparılmış və İddiaçı DİN-in “X1”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu üçün barəsində toplanmış material kollektiv təsir imkanlarından istifadə edilməsi məqsədilə şöbənin sıravi və kiçik rəis heyəti yığıncağına verilmişdir. Yığıncaqda İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmuş və qərar şöbə rəhbərliyi tərəfindən qüvvədə saxlanılaraq 11.08.2020-ci il tarixli Ə197-144-20 nömrəli əmrlə “Töhmət” intizam tənbehi elan edilmişdir. Sabiq sa hə polis nəfəri polis serjantı İddiaçı DİNin 18.08.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində xidməti yoxlama aparılmış, polis serjantı İddiaçı qüvvədə olan intizam tənbehi nəzərə alınaraq kifayətlənilmişdir. İddiaçı intizamsızlığını davam etdirərək 17.10.2020-ci il tarixdə İTB-nin əməkdaşlarının iştirakı ilə keçirilən təlimata dəvət edilmiş, sonuncuya xidməti ərazidə tibbi maska və gigiyenik qaydalara riayət etməyən obyektlərin və şəxslərin aşkar edilməsi sahəsində fəaliyyətinin zəif olması barədə bölmə rəisi polis kapitanı N.Hümbətalıyev irad tutmuş, lakin polis serjantı İddiaçı iradı səmimi qəbul etməyərək bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etmiş, İddiaçı daha sonra dəhlizdə intizamsız hərəkətlərini davam etmişdir. Faktla bağlı Qəbələ RPŞ-də xidməti yoxlama aparılmış, təlimatda iştirak edən polis sahə rəisləri və YYÇPİTQ-nin inspektorlarının, polis kapitanı N.Hümbətalıyevin, İddiaçı izahatları alınmış, digər müvafiq sənədlər toplanmış və araşdırmanın nəticələrinə dair rəy tərtib edilmişdir. Polis serjantı İddiaçı xidmətində mənfi xarakterizə olunduğuna, rütbəcə və vəzifəcə özündən böyük olan rəisin iradlarını səmimi qəbul etmədiyinə, ona tutulan iradlara dözümsüzlük göstərərək polis sahə rəislərinin qarşısında bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etdiyinə, 24.09.2020ci tarixdə üzürsüz səbəbdən xidmətdən yayındığına, il ərzində xidməti intizamı kobuncasına təkrar pozduğuna, qüvvədə olan “Töhmət intizam tənbeh indən nəticə çıxartmadığına və bununla “X1”nin 1,9 və 14 maddələrinin, “İntizam Nizamnaməsi”nin 2.3, 3.8 və 53-cü bəndlərinin tələblərini pozduğuna görə Qəbələ RPŞnin 116ş/h-144-20 nömrəli əmri ilə DİO-da “xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qəbələ RPŞdə aparılan araşdırma zamanı İddiaçı xidmətdə təqib olunması xüsusatları öz təsdiqini tapmamışdır. İddiaçı Qəbələ RPŞ-də xidmətdən əsassız olaraq xaric edilməsi barədə DİNin rəhbərliyinə ünvanladığı müraciət əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsində xidməti araşdırma aparılmış və Qəbələ RPŞ-in intizam əmri qüvvədə saxlanılmışdır

5. Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabba rov) iddia təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X1”nin 1, 9, 11 və 14-cü maddələrinin tələblərini pozması müəyyən olunmuş, bununla da “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci bəndinin 9 və 10-cu hissələrinə əsasən xidmətdən xaric edilməsi barədə cavabdeh tərəfindən qanuni əmr verilmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 21(107)-431/2021 nömrəli qərarına əsasən (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və Elçin Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(107)431/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(107)-431/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə görə vəzifəli şəxslər (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalıdırlar. Lakin Cavabdeh İTB-nin rəisi qərəzli şəkildə vətəndaşları və sahibkarları incitmək məqsədilə polis nəfərinin cinayət törətməsinə və bunu etməyəcəyi təqdirdə işdən azad edilməsi ilə hədələmişdir. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.1, 67.2, 67.3-cü maddələrinin tələbləri pozulmuş, məhkəmə isə bu hallara qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"

108. Daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlar ına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. 14. “Daxili işlər orqanları əməkdaşlarının X1” Maddə

1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə

9. Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Maddə

11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbu l etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Maddə

14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Maddə

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulma sı, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

15. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pro sessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddiaçının tələbi Cavabdeh 20.10.2020-ci il tarixli, Ə117 ş/h-144-20 nömrəli əmrinin ləğv edilməsindən ibarətdir. Məhkəmələr həmin əmrin əsaslı olması qənaətinə gələrək iddianı təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı kassasiya şikayətində məhkəmənin iş üzrə tam, hərətərəfli və obyektiv araşdırma aparmadığını bildirmişdir. Məhkəmə kollegiyası isə kassatorun dəlillərini əsassız hesab edir.

19. Belə ki, mübahisələndirilən əmrin verilməsinə əsas olan hallar məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh rəisinin 11.08.2020-ci il tarixli əmri ilə iddiaçıya ilk dəfə töhmət elan olunmuşdur. Daha sonra 31.08.2020-ci il tarixində iddiaçı barəsində İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməklə xidməti yoxlama aparılmış və “töhmət” intizam tənbehi nəzərə alınmaqla kifayətlənmişdir.

20. Cavabdehin təqdim etdiyi xidməti araşdırma materiallarına əlavə edilmiş 18.10.2020-ci il tarixli əmrdə qeyd edilmişdir ki, polis serjantı İddiaçı öz intizamsızlığını davam etdirərək 17.10.2020-ci il tarixində saat 10 radələrində Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı Nicat Hünbətalıyevin xidməti otağında rayon ərazisində xüsusi karantin rejiminin riayət edilməsi ilə bağlı polis sahə rəislərinin iştirakı ilə keçirilən təlimata çağırılmış, polis serjantı İddiaçı şöbənin yeməkxanas ında yemək yeməsini bildirməklə təlimata gecikmiş, daha sonra təlimatda bölmə rəisi xidməti ərazidə vətəndaşlar tərəfindən tibbi maskadan istifadə və gigiyenik qaydalara riayət edilməməsi ilə bağlı aşkarlama olmaması ilə bağlı iradını bildirdikdə, sonuncu bölmə rəisinin iradlarını səmimi qəbul etməyərək uca səslə digər əməkdaşların qarşısında kobud şəkildə cavab vermiş və aralarında yaranmış mübahisə zamanı İddiaçı bölmə rəisi polis kapitanı N.Hünbətalıyevin ünvanına şərəf və ləyaqətini alçaldacaq şəkildə ifadələr işlətməklə təhqir etmişdir. Bundan başqa, polis serjantı İddiaçı 24.09.2020-ci il tarixində xidmət etdiyi 7 saylı inzibati ərazini özbaşına tərk edərək xidmətdən yayınması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçı 11.08.2020-ci il tarixli “Töhmət” intizam tənbehindən n əticə çıxarmadığına görə daxili işlər orqanlarından xaric edilmişdir.

21. İddiaçı isə sadalanan halları qəbul etməyərək həm iddia ərizəsində, həm də apellyasiya və kassasiya şikayətlərində ona istinad etmişdir ki, cavabdeh tərəfindən ona qanunsuz göstərişlər verilmiş, birbaşa rəisi ona qarşı “Daxili işlər orqanları əməkdaşlarının X1”nin tələblərinə zidd hərəkətlər etmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Kassasiya şikayətində iddiaçı bildirmişdir ki, İTB-nin rəisi Hümbətəliyev Nicat qərəzli şəkildə iddiaçını işdən çıxarmaq üçün şərait yaradıb. Lakin iddiaçının dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılarkən məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı bununla bağlı kassasiya şikayətində də hər hansı mötəbər sübut təqdim etməmişdir.

22. Ək sinə, məhkəmə araşdırmaları zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları əsasında iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X1”nin 1, 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu aşkar edilmişdir. Hazırkı qərarın 13-14-cü bəndlərində göstərilən normaların məzmunundan isə görünür ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması intizam məsuliyyətinə cəlb edilmə üçün əsasdır.

23. Beləliklə, işin araşdırılmış halları ilə cavabdehin mübahisələndirlən aktının qanuni və əsaslı olması öz təsdiqini tapmışdır. İPM-in 14.1-ci maddəsinin tələbinə əsasən sübuetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

24. Odur ki, iddiaçını n kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(107)-431/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 21(107)-431/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar