Məhkəmə qərarları › İş №2-1(102)-334/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-334/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-334/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: order əsasında verilmiş mənzilin 1/3 hissəsinin özəlləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X8 və X9) “mənzilin 1/3 hissəsinin üzərində iddiaçı nın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-431/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhəri XDS-nin İcraiyyə komitəsinin xx.xx.1981-cü il tarixli, 59 nömrəli qərarı ilə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 15 nömrəli evin 28 nömrəli mənzil X6 verilmiş və bu barədə xx.xx.1981-ci il tarixli, 9781 nömrəli order tərtib edilmişdir.

2. Həmin orderdə X5 ailə üzvləri kimi arvadı X2, övladları İddiaçı (iddiaçı), X3 və X4 (üçüncü şəxslər) adları qeyd edilmişdir.

3. X10 xx.xx.2018-ci il tarixdə, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər.

4. İddiaçı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən 15 nömrəli evin 28 nömrəli mənzilinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********83 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

5. İmtina onunla əsaslandırmışdır ki, iddia olunan mənzilə dair forma-2 arayış və mənzilin özəlləşdirilməsinə razılıqları barədə həmin mənzil sahəsinə hüququ olan şəxslərin (X8 və X4) ərizələri təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin razılığı olmadan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 15, 28 saylı mənzilin özəlləşdirilməsi və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı 9781 nömrəli Orderlə 17 mart 1981-ci ildə X1na verilmişdir. Sözügedən evdə o, qardaşları X8 və X9 istifadəçi kimi yazılmışdır. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Sözügedən mənzil özəlləşdirilməmiş və heç kimin adına keçirilməmişdir. Atası vəfat edənə kimi mənzildə həmin vaxtdan o və ailə üzvləri (arvadı və uşaqları) yaşamışdır. Qardaşları həmin vaxt sözügedən mənzildə yaşamamışlar. Hə min mənzilin 9781 nömrəli Orderlə 17 mart 1981-ci ildə verilməsinə baxmayaraq sözügedən mənzili özəlləşdirə bilmirlər. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda mənzilin özəlləşdirilməsinə dair qanunvericiliyin tələbləri yazılsa da, sözügedən normalar heç biri imtina üçün əsas deyil. Yalnız qardaşlarının razılıq ərizəsinin verilməsi ola bilər ki, bu da onun səlahiyyətində olan bir iş deyil. Qardaşları pay istəyirsə, onları paylı mülkiyyətə bölmək də ola bilər. Lakin öz aralarında razılığa gələ bilmirlər. Məhkəmə mübahisəsinin davam etməməsi və hüquqi nəticənin olması üçün mənzilin özəlləşdirilməsi mütləqdir. Cavabdehin etirazları:

8. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Mə hkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1057/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, q anunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya instansiyası məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 15 saylı evin 28 saylı mənzilinin İddiaçı adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-431/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1057/2023 nömrəli qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin üzərinə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 15 saylı evin 28 saylı mənzilinin iddiaçının adına 1/3 hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxsin adının kirayə müqaviləsində əks etdirilməsi özəlləşdirmədə iştirak hüququnun mövcudluğuna birbaşa dəlalət etmir. Başqa sözlə, kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri hər bir halda özəlləşdirmədə pay sahibi kimi iştirak etmək hüququna malik deyildirlər. Bununla yanaşı, həmin Qanunun 5-ci maddəsində təsbit edilmiş şərti özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqla rının olmasını tələb etsə də, kirayəçilərdən yalnız birinin öz payına düşən hissəsinin özəlləşdirilməsi ilə bağlı kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqlarının olmasını ehtiva etmir. Yəni, sözügedən qanunvericilikdə kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan bir kirayəçinin yalnız öz payına münasibətdə özəlləşdirmənin aparılacağının mümkünsüzlüyünü özündə əks etdirən hər hansı norma müəyyən edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuşdur və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olması dövlətdaxili konkret qanunvericilik aktından, yəni “Azərbaycan Respubl ikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanundan irəli gəlir. Ona görə də cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. İddiaçı mübahisəli mənzilin 1/3 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına çıxarışın və texniki pasportun verilməsini tələb etdiyindən üçüncü şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazlığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin 1/3 hissədə baş tutması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh qeyd edir ki, məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı ünvan 1-ə dair forma-2 arayışı və mənzilin özəlləşdirilməsinə X3 və X4 razılıq ərizələri təqdim edilməmişdir, belə olan halda isə cavabdeh haqlı olaraq müraciətə imtina vermişdir.

18. Özəlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin a parılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir.

19. Qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iş tirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etiraz və mülahizələr:

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

21. Üçüncü şəxslər kassasiya şikayətinə dair mülahizə təqdim edərək cavabdeh tərəfindən verilən kassasiya şikayətini müdafiə etdiklərini bildirmiş, şikayətin təmin olunmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... 23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, hab elə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə

3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata k eçirilir. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.... Maddə 8.... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edil məsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qəra ra qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericilikdə kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan iddiaçının yalnız öz payına münasibətdə özəlləşdirmənin aparılacağının mümkünsüzlüyünü özündə əks etdirən hər hansı normanın müəyyən edilmədiyinə istinad edərək iddianı əsaslı hesab etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. 30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinin tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər yaşadıqları mənzilləri (ev ləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirə bilərlər.

31. Həmin Qanunun 3-cü maddəsində isə “mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması” mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur.

32. Həmin Qanunda, həmçinin ailə üzvlərinin razılığının olması özəlləşdirmənin əsas şərti kimi nəzərdə tutulmuş, belə razılığın verildiyinə dair həmin şəxslərin ərizələri inzibati orqana təqdim edilməli olan və siyahısı imperativ qaydada müəyyən edilən sənədlərə aid edilmişdir (5-ci və 8-ci maddələr).

33. Qanunla müəyyən edilmiş həmin şərtlər hazırkı halda iddiaçının “öz payı” hesab etdiyi “1/3 hissə” üzərində sərəncam hüququnu ona görə məhdudlaşdırır ki, mübahisəli mənzilə dair bərabər hüquqları olan iddi açı və üçüncü şəxslər arasında yaşayış sahəsinin bölgüsü olmamış, onların payları naturada ayrılmamışdır. Başqa sözlə, iddiaçının adına qeydə alınması iddia olunan payın mənzilin naturada məhz hansı hissəsindən (hissələrindən) ibarət olduğu müəyyən edilməmişdir.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin nəzərdə tutduğu “gözlənilən mülkiyyət hüququ” mübahisəli mənzildə yaşayanların hər birinə eyni əsasla məxsus olduğundan, lakin hazırkı halda onlardan yalnız biri mənzilin özəlləşdirilməsi hüququndan öz payına münasibətdə istifadə etmək istəyirsə, o, həmin məzmunda sərəncam hüququnu, bu hüququn aid olduğu payını (qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda məhkəmə qaydasında) naturada ayırmalı, onunla mülkiyyətçi (balans saxlayıcı) arasında həmin paya aid sahəyə ayrıca mən zil-kirayə müqaviləsi bağlanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin imtinası “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə uyğun olmuşdur.

35. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya i nstansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

36. Həmin normada təsbit edilən və işin təkrar apellyasiya baxışına qaytarılmasına səbəb olan əsaslar bu işdə mövcud deyil. Mübahisə ilə bağlı işə dair yekun qərar çıxarılması üçün əsaslar vardır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-431/2023 nömrəli qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar