Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3341/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “xxxx” Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3341/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: inzibati orqan vergi məbləği hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X11 oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili X4 iştirakları ilə, N.Əhmədovun k atibliyi ilə, iddiaçı «xxxx» Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi» haqqında qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019-cu il tarixli, 2-1(103)-297/2019 saylı qərarından cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» Müəssisəsi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı barəsində qəbul etdiyi ********** saylı xxxx 015-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliynin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən «xxxx» Müəssisəsində keçirilmiş vergi yoxlaması üzrə xxxx 2015-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərar əsasında əlavə hesablanmış vergilər üzrə 48.500,76 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 24.250,39 manat, cəmi 72.751,15 manat müəyyən edilmiş, Bakı Vergilər Departamentinin xxxx 2014cü il tarixli qərarına əsasən «xxxx» Müəssisəsində yoxlama təyin edilmiş, həmin yoxlama nəticəsində əlavə hesablanmış vergilər üzrə 26.440,00 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 13.260.01 manat, cəmi 39.700,01 manat müəyyən edilmiş, müəssisə tərəfindən vergi yoxlaması nəticəsində hesablanmış məbləğ xxxx 2015, xxxx 2015 və xxxx 2015-ci il tarixlərində Kapital Bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş, müəssisə tərəfindən vergi öhdəlikləri yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan yenidən növbədənkənar vergi yoxlaması keçirilmişdir. Bundan başqa, keçirilmiş vergi yoxlaması zamanı heç bir əsas olmadan şişirdilmiş məbləğlər hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il ta rixli, 2-1(81)-1348/2016 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən iddiaçı «xxxx» Müəssisəsi barəsində qəbul edilmiş xxxx 2015-ci il tarixli **********6 saylı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında” qərarın ƏDV üzrə 9.611,09 manat, mədən vergisi üzrə 1.180,27 manat, mənfəət vergisi üzrə 2.596,30 manat azaldılma və həmin məbləğə 50% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissələrdə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim E.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli 2-1(103)-2220/2016 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1(81)-1348/2016 saylı qərarı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi K.Abıyeva, hakimlər S.Həsənov və V.Ağayev). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər İ.Hüseynov və R.Nəbizadə) xxxx 2017-ci il tarixli 2-1(102)-888/201/7 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2016-cı il tarixli 2-1(103)2220/2016 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (Ü.Mayılov sədrlik edən və məruzəçi, hakimlər M.Tağızadə və V.Həsənov) xxxx 2019-cu il tarixli 2-1(103)297/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1(81)-1348/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş,cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xxxx 2015-ci il tarixli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2014-cü ilin xxxx - 2015-ci ilin xxxx ayları üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xxxx 2015-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən 2014-cü il üzrə mənfəət vergisinin 2.809,23 manat, əlavə dəyər vergisinin 2014-cü il üzrə 9.568,22 manat, 2015-ci il üzrə 28.856,31 manat, mədən vergisinin 2014-cü il üzrə 948,50 manat və 2015-ci il üzrə 6.318,50 manat azaldılması aşkar edilmişdir. Yoxlanılan dövrdə müəssisə Ba kı şəhəri, xxxx rayonu, Qızıl Daş ŞTQ, Qızıldaş qəsəbəsi ünvanda yerləşən,xxxx 2014cü və xxxx 2015-ci il tarixli müqavilələrə əsasən “xxxx” ASC (VÖEN **********) tərəfindən müəssisəyə ayrılmış 2,0 hektar torpaq sahəsində mişar daşının hasilatı ilə məşğul olmuşdur. Müəssisənin rəhbərliyi tərəfindən tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmişdir. İddiaçının fəaliyyət göstərdiyi yerə baxış zamanı obyektin fəaliyyət göstərməsi, sahədə 1 ədəd SM-89 daş kəsən və 1 ədəd NKM-2U pilləüstü şırımaçan maşınların istismar olunduğu müəyyən edilmişdir. xxxx 10.2015-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlama ilə əhatə olunan dövrdə istehsal sahəsinin fiziki-natur ölçüləri əsasında hasil edilmiş mişar daşının 1.652.672 ədəd təşkil etdiyi müəyyən edilmişdir. Hasil edilmiş mişar daşından 20%-ni n (330.534 ədəd) istehsal brakına və yükləmə işlərinə sərf olunmasını nəzərə alaraq satışa yararlı mişar daşı 1.322.138 ədəd təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, aylar üzrə istehsal edilən məhsulların həcmi mütəxəssis rəyinə əsasən istehsal edilmiş həmin məhsulların ümumi həcminin istifadə edilmiş elektrik enerjisinin ümumi həcminə nisbətini əsas götürərək hər ay üçün enerji sərfinin göstəricilərinin istifadə etməklə müəyyən edilmişdir. İddiaçı tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər tam təqdim edilmədiyindən yoxlama ilə 2014-cü il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəliri - 84.276,88 manat hazırki yoxlama ilə əhatə olunan noyabrdekabr ayları üzrə yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müyyən edilmiş gəlirin məbləği (58.162,78 manat) və həmin ilin yanvar-oktyabr ayları üzrə əvvəlki yoxlama ilə müəyyən edilmiş gəlirin məbləği (26.114,1 manat) əsasında hesablanmışdır. Lakin yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən müəssisənin 2014cü il üzrə vergiyə cəlb edilən mənfəəti Vergi Məcəlləsinin 67.14 vƏ 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2.809,23 manat (84.276,88 / 6 * 20%) azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama nəticəsində ƏDV üzrə bəyannamələrdə göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 38.424,56 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub.metr mişar daşına görə mədən vergisinin dərəcəsinin (məbləği) 0,5 manat təşkil etdiyi nəzərə alınaraq, yoxlanılan dövrə 8.046,5 manat (1.158.729 ədəd / 72 ədəd = 16.093 m3 x 0,50 manat) mədən vergisi hesablanmışdır. İddiaçı tərəfindən bəyan edilmiş 779,5 manat mədən vergisi nəzərə alınmaqla yoxlanılan dövr üzrə müəssisə tərəfindən mədən vergisinin 7.267,0 manat verginin azaldılması müəyyən edilmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X5 və vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edil məsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X10 oğlu və vəkili X7 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X10 oğlu və vəkili X1, cavabdehin nümayəndəsi X5 və vəkili X4 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-297/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Mə hkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» Müəssisəsi xxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, Departamentin «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xxxx 2015-ci il tarixli, ********** nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlanılan dövrdə «xxxx» Müəssisəsi faktiki olaraq dekorativ və tikinti daşları, əhəng daşı, gips, təbaşir və şist hasilatı ilə məşğul olmuş, müəssisə Bakı şəhəri, xxxx rayonu, Qızıl Daş ŞTQ, Qızıldaş qəsəbəsi ünvanda yerləşən, xxxx 2014-cü və xxxx 2015-ci il tarixli müqavilələrə əsasən «xxxx» ASC (VÖEN **********) tərəfindən müəssisəyə ayrılmış 2,0 hektar torpaq sahəsində mişar daşının hasilatı ilə məşğul olmuş, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında iddiaçıya xxxx 2015-ci il tarixli tarixli ********** nömrəli Tələbnamə verilmiş, müəssisənin rəhbərliyi tərəfindən tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmiş, Müəssisə tərəfindən 2014-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 42.912,0 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 70.315,23 manat, o cümlədən: əmək haqqı 35.660,76 manat, sosial sığorta haqları 7.845,36 manat, icarə haqqı 3.899,62 manat, enerji xərcləri 16.449,99 manat, bank xidməti üzrə xərclər 120,79 manat, amortizasiya ayırmaları 8,52 manat, digər xərclər 4.769,69 manat, mədən vergisi 1.560,5 manat və nəticədə 27.403,23 manat zərər göst ərilmiş, bəyannamədə 54.074,23 manat məbləğində keçmiş illərin çıxılası zərəri (o cümlədən: 2011-ci il üzrə 28.109,38 manat, 2012-ci il üzrə 25.964,85 manat) göstərilmiş, bəyannamənin kameral vergi yoxlaması nəticəsində gəlir və xərc hissələrində kənarlaşma müəyyən edilməmiş, lakin keçmiş illərin zərəri bəyannamədən çıxarılmış, bunun səbəbi kimi, müəssisənin əvəlki illər üzrə bəyannamələrdə və səyyar vergi yoxlaması aktlarında zərərin olduğunun əks etdirilməməsi göstərilmiş, vergi yoxlamasının nəticələrinə dair tərib edilmiş xxxx 2015-ci il tarixli ********** saylı səyyar vergi yoxlaması aktı və həmin akt əsasında cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xxxx 2015-ci il tarixli ******* *** saylı Qərara əsasən iddiaçı, səyyar vergi yoxlaması aktında göstərilmiş məbləğlərdə verginin azaldılmasına görə vergi məsuliyyətinə cəlb edilmiş, habelə onun barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci və 57.1-ci maddələrinə əsasən vergilərin azaldılmasına və vergi hesabatlarının təqdim edilməməsinə görə 24.250,39 manat maliyyə sanksiyası tətbiq edilmiş, səyyar vergi yoxlaması aktında vergi orqanı mütəxəssis və ekspert rəylərinə əsasən müyyən edilmiş gəlirin məbləği (58.162,78 manat) və 2014-cü ilin xxxx ayları üzrə əvəlki yoxlama ilə müəyyən edilmiş gəlirin məbləği (26.114,1 manat) əsasında 2014-cü il üzrə mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 84.276,88 manat təşkil etməsi qənaətinə gəlmiş və hesab etmişdir ki, yoxlamaya xərc sənədləri təqdim edilmədiyinə görə müəssisənin mənfəətini bir başa müəyyən etmək mümkün olmadığından müəssisənin 2014-cü il üzrə vergiyə cəlb edilən mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək, mənfəət vergisinin 2809,23 manat azaldılması (14.046,15x20%) nəticəsinə gəlinmiş, beləliklə, yoxlama nəticəsində ƏDV üzrə bəyannamələrdə göstərilən vergi məbləğinin bayannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 38.424,56 manat azaldılması, mədən vergisinin isə 7.267,0 manat verginin azaldılması müəyyən edilmişdir. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, cavabdehin mütəxəssis qismində cəlb etdiyi şəxsin xüsusi biliyi və peşə i xtisası müvafiq sənədlə təsdiq edilməməklə yanaşı, həmin mütəxəssisin müqavilə əsasında cəlb edilməsini təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyil, əksinə mütəxəssis yalnız müvafiq qərar əsasında dəvət olunmuş, tərəflər arasında müqavilə bağlanmamış, Məhkəmə Ekspertizası Mərkəzinin xxxx 2019-cu il tarixli Ekspert Rəyində ekspertlər tərəfindən aparılmış tədqiqatlar əsasında gəlinən nəticələr həmin Mərkəzin xxxx 2016-cı il tarixli, ******* saylı «Ekspert Rəyi»ndə göstərilmiş nəticələrlə uyğunluq təşkil edir, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan yayındırıldığını iddia etdiyi vergiləri mötəbər sübutlarla təsdiq etməli, həmin sübutlar əsaslı şübhələrdən azad olmalıdır, cavabdehin rəhbər tutduğu mütəxəssis və ekspert rəyləri isə bu cür şübhələrdən az ad deyildir, prosessual qanunvericiliyin tələblərinə görə vergi orqanı vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda cavabdeh inzibati orqan iddiaçıya mübahisələndirilən vergi məbləğinin hesablanmalı olduğunu təsdiq edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 59 və 73-cü maddələrinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər istisadi fəaliyyət növü ilə məşğul ola bilər və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər (45.1 ); Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. (45.2); Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. (45.3) Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsi z olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Həmin Məcəllənin 175-ci maddəsinə görə isə, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 27 noyabr 2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmələr iş materiallarını araşdıraraq iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin mütəxəssis qismində cəlb etdiyi şəxsin xüsusi biliyinin və peşə ixtisasının müvafiq sənədlə təsdiq edilmədiyini, Məhkəmə Ekspertizası Mərkəzinin xxxx 2019-cu il tarixli rəyində ekspertlər tərəfindən aparılmış tədqiqatlar əsasında gəlinən nəticələrin həmin Mərkəzin xxxx 2016-cı il tarixli «Ekspert Rəyi»ndə göstərilmiş nəticələrlə uyğunluq təşkil etdiyini, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan, yayındırıldığını iddia etdiyi vergiləri mötəbər sübutlarla təsdiq etməli olduğunu, mövcud prosessual qanunvericiliyin tələblərinə görə vergi orqanının, vergi ödəyicisini n təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda cavabdeh inzibati orqanın iddiaçıya mübahisələndirilən vergi məbləğinin hesablanmalı olduğunu təsdiq edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2682/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-297/201 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3341/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3341/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver