Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3341/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusu ilə bağlı arayışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “şəhid ailəsi statusunun verilməsi ilə bağlı arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı Əliyev Məhəmməd Məhərrəm oğlu Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax” X4 Komandirinin ## ###### 2021-ci il tarixli **** saylı əmri ilə ## ###### 2021-ci il tarixdən N nömrəli hərbi hissə üzrə şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə “kiçik mütəxəssis hazırlığı kursu”na cəlb edilmiş hesab edilmişdir.
2. Beyləqan rayon Qeydiyyat şöbəsinin AZ-II ****** nömrəli "Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əliyev Məhəmməd Məhərrəm oğlu ##.##.2022ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 19 günündə 569 nömrə ilə qeyd aparılmışdır.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları "Qazax” X4 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisinə ünvanladığı ##.##.2022-ci il tarixli, k/*/**** nömrəli məktubundan görünür ki, ## ####### 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu ## ###### 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur.
4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** №-li Qərarına əsasən Şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Bu Qərarın 4.1. bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarələri tərəfindən, digər hərbi qulluqçulara (əsgər, matros və R heyəti,) isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrinin (şöbələrinin) verdiyi arayışları əsasında təsdiq edilir. Məktubunda qeyd etdiyi məsələ ilə bağlı mərhum Əliyev Məhəmməd Məhərrəm oğlunun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə) və ya aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin ##.##.2024-cii il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları "Qazax” X4 ##.##.2022-ci il tarixli məktubunda «əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur.» bildirişi verilmişdir. Gəncə Hərbi Məhkəməsinin ## ###### 2024-cü il tarixli Iş № *-1(095)- 03/2024-cü il tarixli Hökmünün “müəyyən etdi” hissəsində hadisənin növbəni dəyişmək üçün səngər əlaqə yolunun girişində yerləşən silah doldurulub-boşaldılması məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə zidd olaraq, silahla müxtəlif qadağan edilmiş hərəkətlər (davranışlar) edildiyi zaman baş verməsinə və “Hökm etdi” hissəsində "Məmmədov Mirhasil Mirtaqət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məmmədov Mirhasil Mirtaqət oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. ” hökmü verilmişdir. Odur ki, ərizədə qeyd etdiyi arayışın verilməsi SHXÇDX-ııin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir.
6. Gəncə Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-l(***)-*/**** nömrəli hökmü ilə Məmmədov Mirhasil Mirtaqət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məmmədov Mirhasil Mirtaqət oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesab edilməsi, Məmmədov Mirhasil Mirtaqət oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs X2 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” X4 saxlanılan 01 ədəd "AK-74 M" markalı, **** №-li və 01 ədəd "AK-74 M” markalı, **** №-li avtomat silahlar, 05 ədəd daraq, 45 ədəd ballistik ekspert tərəfindən eksperimental atəşlər açıldıqdan sonra (gilizləri təqdim olunmaqla) qalan 103 ədəd patron, 02 ədəd dəbilqə, 01 ədəd binokl, 01 ədəd metal fincan hərbi hissənin istifadəsinə verilməsi, 02 ədəd giliz, 01 ədəd güllə hissəciyi, 01 ədəd qoruyucu gödəkcə, 01 ədəd (maska tipli) yun papaq, 02 ədəd isti qış gödəkcəsi, 01 ədəd boğazlıq, 01 ədəd uzunboğaz jaket, 01 ədəd boğazsız jaket, 01 ədəd isti alt paltarının uzunqol köynəyi, 01 ədəd belində kəməri olan şalvar, 01 ədəd şalvar, 01 ədəd idman şalvarı, Ol ədəd isti alt paltarının şalvarı, 02 cüt hərbi çəkmə, 02 cüt corab, 01 ədəd mələfə. 02 ədəd konfet, 02 ədəd qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd beyin möhtəviyyatından götürülmüş nümunə və təqsirləndirilən şəxs M.M.Məmmədovun hər iki əlindən götürülmüş tampon nümunələri yararsız olduqlarından məhv edilməsi, M.M.Məmmədova məxsus 01 ədəd "Samsung” markalı, smartfon tipli mobil telefonun onun özünə qaytarılması, mərhum Əliyev Məhəmməd Məhərrəm oğluna məxsus olmuş 01 ədəd qol saatının zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı təhvil verilməsi hökm edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, l-l(***)-**/**** nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, l-l(***)-*/**** nömrəli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X4 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisinə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**/*kl*/****l** nömrəli məktubundan görünür ki, ## ####### 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu ## ###### 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı ##.##.2024-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X4 ##.##.2022~ct il tarixli məktubunda «əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən güllə yarasından həlak olmuşdur,» bildirişi verilmişdir. Gəncə Hərbi Məhkəməsinin ## ###### 2024-ciı il tarixli 1-İ(ö85}-Ö3/2024-ciı il tarixli “Hökmünün “müəyyən etdi” hissəsində hadisənin növbəni dəyişmək üçün səngər əlaqə yolunun girişində yerləşən silah doldurulub-boşaldılması məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə zidd olaraq, silahla müxtəlif qadağan edilmiş hərəkətlər (davranışlar) edildiyi zaman baş verməsinə və “Hökm etdi" hissəsində “Məmmədov Mirhasil Mirtaqət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 14 (on dörd) il 8 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məmmədov Mirhasil Mirtaqət oğlu cəzasım ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Hökmü verilmişdir. Valideyinin ərizəsində qeyd etdiyi arayışın verilməsi SHXÇDX-ııin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilir ki, mərhumun valideyininin müraciətinə əsasən Prezident Administrasiyasi tərəfindən Xidmətin Aparatına daxil olmuş ərizəsinə əsasən, tərəfimizdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax " X4 «əsgər Əliyev Məhəmməd Məhərrəm oğluna şəhid statusu verilib-verilməməsi barədə” SHXÇDX-nin Beyləqan rayon şöbəsinə arayış göndərilməsi üçün tərəfimizdən məktub göndərilmişdir. Həmin məktuba Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X4 tərəfindən cavab verildikdən sonra əlavə məlumat veriləcəkdir. Odur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Qazax” X4 tərəfindən «əsgər Əliyev Məhəmməd Məhərrəm oğluna şəhid statusu verilib-verilməməsi barədə” SHXÇDX-nin Beyləqan rayon şöbəsinə arayış daxil olan müddətədək məhkəmə müddətinin uzadılmasını və digər tarixə keçirilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Gəncə Hərbi Məhkəməsinin məhkəməyə ünvanladığı ##.##.2024-cil il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun ölümü ilə əlaqədar olaraq istintaq orqanı tərəfindən Məmmədov Mirhasil Mirtaqət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cil maddələri ilə ittiham verilmişdir. Məmmədov Mirhasil Mirtaqət oğlu Gəncə Hərbi Məhkəməsinin ## ###### 2024-cü tarixli *-l(***)-*/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məmmədov Mirhasil Mirtaqət oğlu və müdafiəçisi X1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2024-cü il tarixli l-l(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-Ц***/-*/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin ## ###### 2024-cü il tarixli l-l(095)-3!**** nömrəli hökmü qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Azərbaycan Respublikası Penitensiar Xidmətin (Bakı şəhəri, Binəqədi rayonu 7 MKR-da yerləşən) ** saylı cəzaçəkmə müəssisəsindən daxil olmuş ## #### 2024-cü il tarixli məlumatdan görünür ki, məhkum Mirhasil Məmmədov hazırda həmin müəssisədə saxlanılmaqla cəza çəkir.
11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Istintaq və Təhqiqat Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Qazax“ X4 sabiq hərbi qulluqçusu mərhum Əliyev Məhəmməd Məhərrəm oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişdir. ##.##.2022-ci il tarixdə saat 16:50 radələrində N №-li hərbi hissənin 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci Vnin müavini- snayperçi R Məmmədov Mirhasil Mirtaqət oğlu xidmətə çıxan zaman silah yoxlama yerində silahından açılan təsadüfi atəş nəticəsində yanında olan əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu baş nahiyyəsindən güllə yarası alaraq vəfat etmişdir.
12. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Istintaq və Təhqiqat Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Qazax" X4 sabiq hərbi qulluqçusu mərhum Əliyev Məhəmməd Məhərrəm oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişdir. ##.##.2022-ci il tarixdə saat 16:50 radələrində N №-li hərbi hissənin 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci Vnin müavini - snayperçi R Məmmədov Mirhasil Mirtaqət oğlu xidmətə çıxan zaman silah yoxlama yerində silahından açılan təsadüfi atəş nəticəsində yanında olan əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu baş nahiyyəsindən güllə yarası alaraq vəfat etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “şəhid ailəsi statusunun verilməsi ilə bağlı arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu ## ####### 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X4 Qazax rayonunun Xanlıqlar kəndinin ərazisində yerləşən 3-cü sərhəd komendantlığının 25-ci sərhəd zastavasının şərti olaraq “Şahin” adlandırılan 1-ci sərhəd döyüş məntəqəsində keçirmişdir. ## ###### 2022-ci il tarixdə Azərbaycan Respublikası dövlət sərhədinin müdafiəsi və mühafizəsi zamanı xidməti vəzifələrini icra edərkən almış olduğu güllə yarasından həlak olmuşdur. Bu hal Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” X4 SHXÇDX-nin Beyləqan rayon şöbəsinə ünvanladığı ## ###### 2022-ci il tarixli məktubu ilə təsdiq olunur. ## #### 2024-cü il tarixli ərizə ilə SHXÇDX-nin Beyləqan rayon şöbəsinə müraciət edərək, oğlu Əliyev Məhəmməd Məhərrəm oğluna şəhid statusunun verilməsini xahiş etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdeh imtinasını heç bir qanun norması ilə əsaslandırmamışdır.
15. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə (hakim H.Nəcəfov) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik normalarının təhlilinə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. Əliyev Məhəmməd Məhərrəm oğlunun şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur.
17. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
18. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: C.Quliyev /sədrlik edən və məruzəçi/, Q.Əliyev və S.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 21. Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarı «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» 1.2.6-сı bəndinin məhkəmələr tərəfindən dar və geniş mənada təfsirinin aradan qaldırılması məqsədi ilə qəbul edilmiş, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» 1.2.7-ci bəndində isə Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçulara şəhid statusunun verilməli olduğunu təsbit edərkən, həlak olma halları ilə bağlı hər hansı fərq müəyyən etməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” Qaydaları: Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
1. Şəhid anlayışı 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarı: “...«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.”
25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “şəhid ailəsi statusunun verilməsi ilə bağlı arayışın verilməsi” tələbinin rədd edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
32. Ilk növbədə qeyd edilməlidir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi şəhid anlayışını konkret çərçivədə müəyyən edir. Bu norma yalnız Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olma, yaxud hərbi əməliyyatlarla birbaşa əlaqəli şəraitdə ölüm və ya itkin düşmə hallarını əhatə edir. Yəni, burada əsas meyar ölümün xidmətin mahiyyəti ilə döyüş tapşırığı, döyüş şəraiti və ya hərbi əməliyyatlarla səbəbli bağlılığıdır.
33. Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli qərarı ilə təsdiq olunmuş Qaydaların 1.2.5 və 1.2.6-cı bəndləri bu anlayışı müəyyən qədər genişləndirsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2008-ci il tarixli qərarında açıq şəkildə göstərilmişdir ki, tətbiq zamanı əsas götürülməli norma məhz Qanunun 1-ci maddəsidir. Bu isə o deməkdir ki, hər bir konkret halda ölümün məhz dövlətin müdafiəsi ilə bağlı funksional əlaqəsi sübuta yetirilməlidir. Yəni, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır.
34. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən Əliyev Məhəmməd Məhərrəm oğlu həqiqətən hərbi xidmətdə olmuşdur. Lakin onun ölümü döyüş tapşırığının icrası zamanı deyil, hadisə digər hərbi qulluqçunun silahından açılan təsadüfi (və ya cinayət xarakterli) atəş nəticəsində baş vermişdir. Bu fakt məhkəmə hökmü ilə təsdiq olunmuş və təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məhkum edilmişdir.
35. Kollegiya bildirir ki, bu qərarın 32 və 33-cü bəndlərində qeyd olunan hallar mübahisənin həllində hüquqi baxımdan çox vacib sayılır. Hazırkı işdə ölümün xidmətin mahiyyəti ilə döyüş tapşırığı, döyüş şəraiti və ya hərbi əməliyyatlarla səbəbli bağlılığı, eyni zamanda həlak olma ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən olunmur. Belə olan halda işə baxmış məhkəmələrin “inzibati orqanın həmin şəxsə şəhid statusu verilməsindən imtinasının qanuni və əsaslı olması” barədə qənaəti düzgün olmuşdur.
36. Beləliklə, kollegiya işə baxmış məhkəmələrin hüquqi mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.