Məhkəmə qərarları › İş №2-1(102)-3342/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3342/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3342/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar söz: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X3 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2 -1(107)496/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 08.06.1989-20.04.1991-ci il tarixlərdə hərbi xidmətdə olmuş, 13.05.1993-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, daha sonra 06.08.1993-cü ildə N nömrəli hərbi hissəyə qəbul edilmiş, bütün növ təminatlarla təmin edilərək 1-ci dağ-piyada taburunda 1-ci tağımın baş qumbaraatantuşlayıcı vəzifəsinə, 23.01.1994-cü ildə isə baş tuşlayıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun qanuni əsaslarla ehtiyata buraxılmaması səbəbinə gö rə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mart 1993-cü ildən N nömrəli hərbi hissənin tərkibində, daha sonra N nömrəli hərbi hissə ləğv olunaraq onun yerinə 06.08.1993-cü ildə yaranmış N nömrəli hərbi hissədə Daştəpə, Nərgiztəpə, Mərzili, Qiyaməddinli, Kuropatkino döyüşlərində iştirak etmişdir. O, 26.01.1994-cü ildə Xocavənd rayonu Kuropatkino döyüşündə sol qulağından zədə almış, hal-hazıra kimi sol qulağı eşitmə qabiliyyətini itirmişdir. Həmin gün sağ ayağı donmuşdur. 1994-cü ilin may ayında hərbi hissənin arayışına əsasən, Göyçay Rayon Kənd Təsərrüfatı və Ərzaq İdar əsinə öz işinə qaytarılmışdır. O, 1989-1991-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Bu zaman hərbi biletində Vətən uğrunda gedən döyüşlərdə iştirakı barədə qeydlər aparılıb, lakin naməlum səbəblərdən hərbi bileti itdiyi üçün müharibə veteranı və vəsiqəsini almaq hüququ yaranmamışdır. Onun fərariliyə və digər hərbi cinayətə görə məhkum olub olmaması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən Füzuli Hərbi Prokurorluğuna, hərbi xidmət barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivinə sorğu göndərilmiş və alınmış cavablara əsasən, hərbi qeydiyyata götürülərək təkrar hərbi bilet verilmişdir. Cavabdeh iddiaya etirazını belə əsaslandırmışdır ki, iddiaçının hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arx iv arayışı və s. xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin fevral-mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində isə onun xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2-1(84)-661/2019 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2-1(84)-661/2019 nömrəli qərarından iddiaçı apellyasiya şik ayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2-1(107)-496/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 iyun 2019-cu il tarixli 21(84)-661/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığına dair sübutunun olmaması iddiaçının tələbinin təmin edilməməsi üçün əsasdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2-1(107)-496/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətin in dəlillərinə görə məhkəmə Milli Arxiv İdarəsi X7 filialının 25.06.2018-ci il tarixli 305 saylı arayışında göstərilənləri nəzərə almamışdır. Belə ki, həmin arayışda könüllü olaraq iddiaçının işlədiyi idarədən döyüşlərə getməsi və 1994-cü ilin may ayında isə idarəyə geri qayıtması öz əksini tapmışdır. Bundan əlavə, iddiaçı 06.08.1993-cü ildə N nömrəli hərbi hissəyə qəbul edilmiş, bütün növ təminatlarla təmin edilərək 1-ci dağpiyada taburunda 1-ci tağımın baş qumbaraatan-tuşlayıcı vəzifəsinə, 23.01.1994-cü ildə isə baş tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Kassator İPM-nin 90-99-cu maddələrinə, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2.1-ci maddəsinə isitnad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2-1(107)-496/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 21(107)-496/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X2 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2 -1(107)-496/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 08.06.1989-20.04.1991-ci il tarixlərdə hərbi xidmətdə olmuş, 13.05.1993-cü ildə N nömrəli hərbi hissənin siyahısına daxil edilmiş, daha sonra 06.08.1993-cü ildə N nömrəli hərbi hissəyə qəbul edilmiş, bütün növ təminatlarla təmin edilərək 1-ci dağ-piyada taburunda 1-ci tağımın baş qumbaraatantuşlayıcı vəzifəsinə, 23.01.1994-cü ildə isə baş tuşlayıcı vəzifəsinə təyin edilmişdir. Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müh aribə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hak imiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəb əy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi d öyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd edilən maddənin məzmunundan aydın olur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişsə, bu zaman ona müharibə veteranı adı verilmir. Hazırkı iş üzrə id diaçıya məxsus əmək kitabçası, o cümlədən AR MN İşlər İdarəsi Mərkəzi Arxivinin arayışında iddiaçının 06.08.1993-cü ildə N nömrəli hərbi hissəyə qəbul edilməsi, bütün növ təminatlarla təmin edilərək 1-ci dağ-piyada taburunda 1-ci tağımın baş qumbaraatan-tuşlayıcı vəzifəsinə, 23.01.1994-cü ildə isə baş tuşlayıcı vəzifəsinə təyin edilməsinə dair məlumatlar olsa da, onun şəxsi həyet siyahısından çıxarılması və ehtiyata buraxılmasına dair məlumatlar yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsi həyet siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmədiyindən, apellyasiya instansiya məhkəməsi iddia tələbini haqlı olaraq əsaslı hesab etməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə i craatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinin tələbi baxımından inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müharibə veteranı adının verilməməsinə dair faktiki belə şərtlərin mövcudluğunu sübut edə bilmiş, lakin iddiaçı ona müharibə vetaranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən iddiaçının hərbi xidməti ilə bağlı əhəmiyyətli olan halları hərtərəfli və obyektiv araşdırmış, işdə olan sübutları tam tədqiq etmiş, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirərək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qərarını qüvvəd ə saxlamışdır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2-1(107)496/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2-1(107)-496/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar