Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3345/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın mübahisələndirilməsi; mənfəət vergisi hesablanarkən birbaşa şərti rentabellik normasının tətbiqinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçınin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarına əsasən iddiaçı barəsində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
2. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən mənfəət vergisinin 2020-ci il üzrə 354083,76 manat, 2021ci il üzrə 191338,61 manat, 2022-ci il üzrə 109219,8 manat, əlavə dəyər vergisinin (ƏDV) 2020-ci il üzrə 43847,01 manat, 2021-ci il üzrə 2133,09 manat, 2022-ci il üzrə 56557,23 manat, 2023-cü il üzrə 46352,11 manat azaldılması qərarına gəlinmiş və buna görə cəmi 802463,04 manat əlavə vergi məbləği hesablanmış, 401765,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarından görünür ki, iddiaçının inzibati şikayətləri təmin edilməmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə ##.##.2023-cü il tarixli qərara əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024-cti il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra ##.##.2024-cü il tarixli qərar çıxarılmışdır. Qərara əsasən 802463,04 manat vergi məbləği və 401765,83 manat sanksiya məbləği hesablanmışdır. Hesablama Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin ** saylı qərarına əsasən aparılmışdır. Əsas kimi xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlərin yoxlamaya təqdim edilmədiyi bildirilmişdir. İlk növbədə, vergi orqanı qanunvericilikdə tələb edilməyən sənədləri istəmişdir. Belə ki, nə Vergi Məcəlləsində, nə də ki vergi qanunvericiliyində xammal və material silgisinin mütləq şəkildə vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulmamışdır. Digər tərəfdən, tərəflərindən xərcləri təsdiq edən ilkin sənədlər tam olaraq yoxlamaya təqdim edilmişdir. Başqa sözlə Vergi Məcəlləsi ilə vergi ödəyicisi kimi üzərilərinə düşən xərcləri təsdiq edən sənədləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi orqanına təqdim etmişdirlər. Vergi orqanının ilkin sənədlərin təqdim edilməməsi ilə bağlı aktda və qərarda qeyd etdikləri tamamilə yanlışdır. Vergi orqanının ümumiyyətlə sənəd istəməyinə ehtiyac yox idi. Belə ki, iddiaçı onlara aldıqları malların hamısının e-qaimə və idxal ilə əldə etdiklərini bildirmiş və xərcləri təsdiq edən sənədləri özlərinin əldə etməsinin mümkünlüyünü bildirmişlər. Lakin vergi orqanı heç bir araşdırma aparmadan üzərinə düşən vəzifələri icra etməkdən boyun qaçırmaqla düzgün olmayan vergilər hesablamışdır. Həmçinin, Vergi Məcəlləsində topdan satış, ictimai iaşə, istehsal və pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxslərin hansı qaydada gəlir və xərclərinin uçota aparılması müəyyənləşdirilmişdir. Göründüyü kimi Vergi Məcəlləsi lazım olan sahələr üzrə uçotu müəyyən etmişdir. Lakin tikinti fəaliyyəti ilə bağlı hər hansı qayda müəyyən edilməmişdir. Yeganə şərt Vergi Məcəlləsində göstərilmiş eqaimə və idxal sənədləridir ki, bunları da vergi orqanları əməkdaşları özləri görürlər. Belə ki, Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 130-cu maddəsi 2 hal üzrə uçotu müəyyənləşdirir: 1) topdansatış, ictimai iaşə, istehsal və pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxslərin xərclərinin uçotunun aparılması qaydası; 2) Hesablama və kassa metodunun tətbiq edilməsi qaydası. Qeyd edilənləri nəzərə alaraq vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 130-cu maddəsinə istinad etməklə və daha sonra 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin ** nömrəli qərarına istinad etməklə vergilərin hesablanması düzgün deyildir. Yoxlanılan dövrdə isə iddiaçı kassa metodu ilə uçot apardığından çəkdiyi bütün xərclər xərc kimi nəzərə alınmalıdır. Vergi orqanı tərəfindən xərclərin hansı hissəsinin qəbul edilməməsi, hansı hissədə artıq salınması araşdırılmadan, qarşı tərəflərdən məlumat əldə etmədən sadəcə ən asan yol ilə Nazirlər Kabinetinin qərarını tətbiq etməklə vergilər hesablanmışdır. Halbuki bütün malları rəsmi sənədlərlə əldə etmişdirlər. Həmin mallar əldə edilmiş və görülən işlərə aid edilmişdir. Vergi orqanı iddiaçı tərəfindən malların artıq alındığını və xərclərə çox saldıqlarını hesab edirdisə, o zaman inventarizasiya keçirməli və malların harada olduğunu araşdırmalı idi. Lakin vergi orqanı bunların heç birini etməmişdir. Bundan əlavə vergi orqanı qanunsuz olaraq Vergi Məcəlləsinə edilmiş 2022-ci ildəki dəyişikliyi iddiaçıya tətbiq etmişdir. Belə ki, qanunvericiliyə edilən həmin dəyişikliyə əsasən iddiaçını hesablama metoduna keçirmişlər. Halbuki, qanunvericiliyin ağırlaşdırıcı norması iddiaçıya tətbiq edilə bilməz. Belə ki, uçotunu əvvəlki illərdən kassa ilə aparmışdır və uzunmüddətli fəaliyyətini nəzərə alaraq bu cür uçotun iqtisadi fəaliyyətinə uyğun olduğunu müəyyən etmişdir. Lakin vergi orqanı 2022-ci ildə yeni qanun qəbul edir və iddiaçını əvvəlki dövrlər üzrə formalaşmış gəlirlərini yeni qanun tətbiq etməklə gəlirə aid etmişdir. Bu cür yanaşma Konstitusiyaya ziddir. ƏDV hesablamaları ilə əlaqədar bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti zamanı çəkdiyi xərclər üzrə ödənilmiş ƏDV məbləğləri düzgün olaraq əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.
6. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı barəsində vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar əsasında səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair ##.##.2024-cü il tarixli, **************** nömrəli akt və **************** nömrəli ##.##.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar tərtib edilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Cəmiyyətdə 2020-2021-ci illər üzrə gəlir və xərclərin uçotu kassa metodundan istifadə edilməklə müəyyən edilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 18434433,17 manat (o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 18434433,17 manat), cəmi xərclər 17082070,86 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr 3362859,59 manat; sosial sığorta haqları 457258,89 manat; malın dəyəri 9419361,46 manat; norma daxili ezamiyyə xərci 3066,24 manat; yanacaq xərcləri 5102,57 manat; rabitə xərcləri 10753,86 manat; reklam xərcləri 67892,25 manat; amortizasiya xərcləri 18499,23 manat; nəqliyyat xərcləri 833882,87 manat; sığorta üzrə xərclər 5512,5 manat; digər xərclər 2895449 manat; əmlak vergisi 924 manat; Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 1507,5 manat; vergitutma məqsədləri üçün mənfəət 1352362,31 manat; keçmiş illərin çıxılan zərəri 897680,11 manat; mənfəət vergisi 90936,44 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 5622386,65 manat (o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 5622386,65 manat), cəmi xərclər: 5915272,53 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr 1670724,65 manat; sosial sığorta haqları 241859,92 manat; malların dəyəri 2625338,03 manat; ezamiyyə xərcləri 1989,82 manat; yanacaq xərcləri 1898,65 manat; rabitə xərcləri 5568,53 manat; bank xərcləri 25225,81 manat; amortizasiya ayırmaları 15025,33 manat; nəqliyyat xərcləri 118457,45 manat; sığorta üzrə xərclər 16007,05 manat; digər xərclər 1192228,08 manat; əmlak vergisi 801,71 manat, Vergi Məcəlləsinin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesabından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 147,5 manat; zərər 292885,88 manat göstərilmişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 3331690,75 manat (o cümlədən işlərin xidmətlərin göstərilməsindən gəlir 3331690,75 manat), cəmi xərclər: 3232468,65 manat, o cümlədən Ə/h və ona bərabər tutulan ödəmələr 367588,87 manat; sosial sığorta haqları 84935,97 manat; Xammal və material 290111,77 manat; Malın dəyəri 698360,11 manat; icarə haqqı 7988,85 manat; yanacaq xərci 779,64 manat, rabitə xərcləri 843,66 manat; bank xidməti üzrə xərclər 7275,03 manat; sair xərclər 1752311,54 manat; amortizasiya ayırmaları 12230,4 manat; Sığorta üzrə xərclər 9352,86 manat; Əmlak vergisi 689,95 manat, Balans mənfəəti 99222,1 manat, keçmiş illərin çıxılası zərəri 99222,16 manat; Vergiyə cəlb olunan mənfəət 0.00 manat göstərilmişdir. Cəmiyyət tərəfindən həyata keçirilən tikinti işlərində xammal və materialların silgisini əks etdirən material və texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər yoxlamaya təqdim edilmədiyindən mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmamış və nəticədə mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin ## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən 83.9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” haqqında ** saylı qərarına əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə gəlirdən çıxılan xərclər, mənfəət və nəticədə mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyyətin 2020-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 18431480,29 manat müəyyən edilmişdir. Beləliklə cəmiyyət tərəfindən 2020-ci il üzrə hesablanmış 90936,44 manat verginin hesablandığını nəzərə alınaraq mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 354083,76 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üzrə ümumi gəlirin 2952,88 manat artıq göstərilməsinin səbəbi “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyyətin 2021-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 5740158,29 manat müəyyən edilmişdir. Yoxlama ilə cəmiyyət tərəfindən 2021-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 191338,1 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üzrə ümumi gəlirin 117771,64 manat az göstərilməsinin səbəbi “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən yerinə yetirilməli işlərə görə avans ödənişlərinin bağlanmasının gəlirə aid edilməməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama zamanı cəmiyyətin 2022-ci il üzrə gəlirləri işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən 132024,14 manat, vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri 3144569,74 manat, cəmi 3276593,88 manat müəyyən edilmişdir. Yoxlama ilə cəmiyyət tərəfindən 2022-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 109219,8 manat azaldılması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il üzrə ümumi gəlirin 55096,87 manat artıq göstərilməsinin səbəbi “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən yerinə yetirilməli işlərə görə vergilərin uçotu metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəlirinin artıq göstərilməsi olmuş və bununla da Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ümumilikdə mənfəət vergisinin 654642,17 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654642,17 manat azaldılmasına görə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327321,09 manat maliyyə sanksiya tətbiq edilmişdir. Yoxlanılan dövrdə cəmiyyətdə ƏDVyə cəlb olunan dövriyyələr ilə mənfəət vergisi bəyannamələri üzrə ümumi gəlirlər arasında yaranmış fərqin səbəbi yoxlama ilə əhatə olunan dövrdə avans məbləğlərinin nəzərə alınması olmuşdur. 2020-2021-ci illər üzrə gəlirin hesablanmasının kassa metodu tətbiq edildiyindən hesablanmış əmək haqqı ilə xərclərə aid edilmiş əmək haqqı məbləği arasında kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Yoxlanılan dövr (##.##.2020-##.##.2023) üzrə vergi ödəyicisinin vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyəsi 19939895,35 manat, ƏDV 3589181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 2062899,29 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1526293,64 manat olmuşdur. Kameral vergi yoxlaması ilə 2021ci ilin iyul ayında cəmiyyətə ƏDV-nə cəlb edilən dövriyyənin azaldılmasına görə 24178,27 manat vergi hesablanmışdır. Yoxlama ilə kameral olaraq vergi hesablanması öz təsdiqini tapmışdır. Belə ki, 2021-ci ilin iyul ayında yerinə yetirilmiş işlərə və xidmətlərə görə cəmiyyətin bank hesabına daxil olmuş məbləğ 430450,22 manat olduğu halda, həmin ay üzrə təqdim edilmiş bəyannamədə daxil olmuş məbləğ 290190 manat göstərilmişdir. Yoxlama nəticəsində ƏDV-yə 18% dərəcə ilə cəlb olunan dövriyyə 19939895,35 manat, ƏDV 3589181,16 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə hesablanmış ƏDV 54794,07 manat, əvəzləşdirilən ƏDV 1915078,42 manat, qeyri-rezidentin yerinə yetirdiyi işlərə görə ödənilmiş ƏDV 54782,3 manat və büdcəyə çatacaq ƏDV 1674114,51 manat müəyyən edilmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 147820,87 manat azaldılmışdır. Eyni zamanda ƏDV 2021-ci ilin iyul ayında “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin az göstərilməsi nəticəsində ƏDV 1068,57 manat azaldılmış və 2021-ci ilin noyabr ayında “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən yerinə yetirilmiş işlərə görə ödənilmiş məbləğin artıq göstərilməsi nəticəsində ƏDV 1068,57 manat artıq hesablanmış və nəticədə Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə yoxlanılan dövrdə ƏDV-nin 148889,44 manat azaldılması və 1068,57 manat artıq hesablanması, ümumilikdə 147820,87 manat azaldılması müəyyən edilmişdir. ƏDV-nin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: 1)102069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirilməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətə liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. 2) 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən sosial xarakterli xərclər çəkiləndə həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. ƏDV-nin azaldılması “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN 900055901) tərəfindən təqdim edilmiş elektron qaimələrə əsasən əvəzləşmələrin düzgün aparılmamasına görə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 654642,17 manat azaldılmasına görə azaldılmış mənfəət vergisi məbləğinə 50% miqdarında, yəni 327321,09 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə ƏDV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148889,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 74444,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, iddia ərizəsində göstərilənlərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız olduğunu hesab edilir. İddiaçı ərizəsində xammal və materiala dair xərclərin uçotunun aparılmasına dair vergi ödəyicisinin öhdəliyi olmadığı halda bu barədə vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edildiyi bildirilmişdir. Qanunvericilik iddiaçının qeydinin əksinə, vergi ödəyicisi üçün xərclərin vaxtlı-vaxtında dəqiq uçotunun aparılması, həmçinin çəkilən xərclərin konkret dövrlər üzrə aid edilməsi öhdəliyini müəyyən edir. Buna baxmayaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın aparılması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmiş, cəmiyyət tərəfindən həyata keçirilən tikinti işlərində istifadə edilmiş xammal və materiallara dair texniki hesabatlar və onlarla bağlı ilkin sənədlər təqdim edilməmişdir. Yekun olaraq təqdim edilmiş xərc sənədlərinin hansı dövrə və hansı hissədə aid edildiyini müəyyən etmək mümkün olmadığından nəticədə müəssisənin mənfəətini də müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə Vergi Məcəlləsinin ##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiyasının 83.9-cu maddəsini əsas götürülməklə Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6-cı bəndinə uyğun olaraq, mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. ##.##.2021-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərzində uçotunu kassa və ya hesablama metodu ilə apar bilərdi. Qeyd olunan tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən sahibkarlıq subyektlərinin meyarlarından asılı olaraq metodun növü müəyyən edilmişdir. Belə ki, kassa metodu ilə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə uyğun olaraq artıq hesablama metoduna keçirilmişdir. Mübahisələndirilən iş üzrə vergi ödəyicisi yoxlamaya qədərki dövrdə kassa metodu ilə fəaliyyət göstərdiyi halda müəssisəyə aid olan debitor borcları “Mənfəət vergisi bəyannaməsi’’nin 216-cı sətrində (Vergilərin uçot metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri) deyil, 200-cü sətirdə (Malların təqdim edilməsindən gəlir) hissəində göstərmişdir. Bildiririk ki, qanunvericiliyə edilmiş dəyişiklik səbəbi ilə vergi ödəyicisinin uçot metodu kassa metodundan hesablamaya keçirilmiş və Vergi Məcəlləsinin 130.5-ci maddəsinin (vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın) tələbləri nəzərə alınaraq yoxlamanın yekununda vergi orqanı tərəfindən dəqiqləşmiş bəyannamə tərtib edilmiş, vergi ödəyicisinə məxsus debitor borcların yazılmalı olduğu sətirlər dəyişdirilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq dəyişiklik yalnız texniki düzəliş xarakterli edilmişdir və nəticədə vergi ödəyicisinə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, qanunvericiliyə edilmiş gəlirlərin və xərclərin uçotu ilə bağlı metodun dəyişdirilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınmamalıdır. Müvafiq hal vergi orqanı tərəfindən qanunvericiliyin tələbi kimi icra edilmişdir. Əlavə dəyər vergisinə münasibətdə bildirilmişdir ki, əlavə verginin hesablanmasının əsas səbəbi sahibkarlıq fəaliyyətinə aid edilməyən xərclər və sosial xarakterli xərclərə dair məbləğlər üzrə ƏDV əvəzləşmələrinin aparılması olmuşdur. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına tikinti işləri üzrə xidmət göstərilən zaman icraçı hərəkətləri nəticəsində zədələnmiş liftin təmiri üçün cəmiyyət tərəfindən ödənilmiş kompensasiya məbləği üzrə ƏDV məbləği əvəzləşdirilmişdir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğ üzrə əlavə dəyər vergisi sahibkarlıq fəaliyyətinin məqsədləri üçün ödənildiyi halda əvəzləşdirilməsi mümkün olur. Mübahisələndirilən iş üzrə isə cəmiyyət tərəfindən “Tekfen İnşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına ödənilmiş məbləğ kompensasiya xarakterli olmaqla kommersiya fəaliyyətinə aid edilmədiyindən ƏDV-nin əvəzləşdirilməsi vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Həmçinin yoxlama zamanı sosial xarakterli xərclər üzrə oxşar qaydada əlavə dəyər vergisi üzrə əvəzləşmələrin aparılması aşkar olunmuşdur. Belə ki, “Tekfen inşaat və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən cəmiyyətin işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Cəmiyyət tərəfindən həmin ödənişlər üzrə əvəzləşmələr aparılmışdır. Nəticə olaraq, vergi qanunvericiliyi vergi ödəyicisinin işçilərlə bağlı çəkmiş olduğu sosial xarakterli xərclər üzrə əlavə dəyər vergisinin əvəzləşdirilməsinə imkan vermədiyindən cəmiyyətin ödəmiş olduğu məbləğlər üzrə əvəzləşmələr nəzərə alınmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin etibarnamə ilə səlahiyyətli nümayəndəsinin araşdırmaya verdiyi izahatından da aydın olur ki, Vergi Məcəlləsinin qeyd edilən maddəsinin tələbləri pozulmuş, silgi cədvəlləri və texniki hesabatlar, yəni malmaterialların hərəkətini təsdiq edən hesabatlar yoxlamaya təqdim edilməmiş, bununla bağlı ##.##.2024-cü il tarixli akt tərtib olunmuş, aktda bunun səbəbi kimi uçotun aparılmaması göstərilmiş, akt Filialın etibarnamə ilə səlahiyyətli nümayəndəsi İ.Kərimov tərəfindən imzalanmışdır. Buna görə də mənfəət vergisinin hesablanması Vergi Məcəlləsinin ##.##.2024-cü il tarixədək qüvvədə olan 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” haqqında ** saylı qərarına əsasən əldə edilmiş gəlirə 20% şərti rentabellik tətbiq etməklə həyata keçirilmişdir.
9. Birinci instansiya məhkəməsi ƏDV-nin azaldılmasının səbəbləri ilə bağlı qeyd etmişdir ki, 102069,83 manat ƏDV-nin azaldılmasının səbəbi işlərin yerinə yetirilməsi zamanı sifarişçiyə liftin zədələnməsinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə, həmin xərclərə görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iddiaçıya liftin zədələnməsinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Həmin xərclər kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Həmçinin, 45751,04 manat ƏDV-nin səbəbi yemək xərclərinə görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. “Tekfen İnşaat Və Təsisat Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iddiaçının işçilərinə yemək xərclərinə görə hesablar təqdim edilmiş və həmin hesablara əsasən ödənişlər həyata keçirilmişdir. Yemək xərcləri kommersiya xərcinə aid olmadığından ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Qanunvericiliklə sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə ƏDV-nin əvəzləşdirilməsi qadağan edilsə də, yoxlama zamanı iddiaçının ƏDV əvəzləşmələrinin səbəbinin sosial xarakterli xərclərə aid olan iş və xidmətlərlə bağlı əməliyyatlar olduğu müəyyən edilmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər R.Səmədov – məruzəçi, X.Cəmilova və O.İsmayılov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir.
15. Kassasiya şikayətində Vergi Məcəlləsinin 67, 108, 130 və 175-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12 və 69-cu maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. [499] 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ... 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması ... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
Qeyd: # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 67.3-cü, 67.14-cü və 83.9-cu maddələr ləğv edilmiş, # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” (##.##.2024-cü ildən ləğv edilmişdir):
1. Ümumi müddəa Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir.
6. Vergi ödəyicisinin (xarici hüquqi şəxsdən başqa) vergiyə cəlb olunan mənfəətinin (gəlirinin) müəyyən olunması 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.2. vergi ödəyicisinin (idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; 6.1.3. Vergi ödəyicisinin (idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla) mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin (xarici hüquqi şəxslər, habelə idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.
23. Belə ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı barəsində 2020-2022-ci illər üzrə mənfəət vergisi, 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə vergi və müvafiq olaraq maliyyə sanksiyası hesablanmışdır.
2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə vergi hesablanması
24. İlk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı barəsində 2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə verginin hesablanması hissəsinə münasibətdə əsassızdır. Həmin hissə ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı barəsində 2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə verginin hesablanması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı barəsində 2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə verginin hesablanmasına dair hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında 2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə verginin hesablanmasının əsaslı olması ilə bağlı ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin 2022-ci il üzrə mənfəət vergisi və 2020-2023-cü illər üzrə ƏDV ilə bağlı əlavə verginin hesablanmasına münasibətdə müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
2020-2021-ci il üzrə əlavə mənfəət vergisinin hesablanması
28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni iddiaçı barəsində 2020 və 2021ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyasının tətbiq edilməsinin əsassızlığı ilə bağlı hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, iddiaçının kassasiya şikayəti qismən – 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyasının hesablanması hissəsində təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı qismən – cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.
29. Cavabdeh iddiaçı barəsində 2020-2022-ci illər üzrə mənfəət vergisini müəyyən edərkən birbaşa şərti rentabellik norması tətbiq etsə də, 2020-2021-ci illər üzrə mənfəət vergisinə münasibətdə Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur.
30. Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
31. Göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir.
32. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.
33. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
34. Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.
35. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.
36. Məhkəmə kollegiyası iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 2020-2021-ci illər üzrə gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin 2020-2021-ci illər üzrə mənfəətinin hesablanması qanuni sayıla bilməz.
37. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsində edilmiş dəyişikliyə əsasən Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Qeyd edilən dəyişiklik Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu əsasında 2022-ci ilin ######ın #-dən qüvvəyə minmişdir.
38. Belə olan halda, cavabdeh iddiaçı barəsində 2022-ci il üzrə mənfəət vergisi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan sıra üzrə ardıcıllığı gözləmədən birbaşa həmin Məcəllənin 83.9-cu maddəsinə istinad etməklə şərti rentabellik normasını tətbiq etməkdə haqlı olsa da, 2020-2021-ci illər üzrə mənfəət vergisi hesablanan zaman Vergi Məcəlləsinin 67-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına istinad edilməli idi.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı qismən – 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası hissəsində ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə – iddianın, cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçınin Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən – cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı qismən – 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə – iddianın, cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının 2020 və 2021-ci illər üzrə mənfəət vergisi ilə əlaqədar əlavə hesablama və maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.