Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3346/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 52 yaşının tamam olduğu ##.##.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixindən etibarən ödənilməyən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə müraciət edərək, 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən hissənin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan müraciətinə ##.##.2024-cü il tarixli imtina haqqında məktubla cavab vermişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən arayışda ##.##.1994 -##.##.1994-cü il, ##.##.1997- ##.##.2003-cü il, ##.##.2005-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə rabitə bölməsində (XXIX) 231000 ***** saylı koda uyğun gəlmədiyinə görə, cavabdeh tərəfindən ona cəmi 4 il 6 ay 16 gün güzəştli iş stajı hesablanmışdır. Cavabdehə təqdim edilən iş yerindən ##.##.2024-cü il tarixli ** nömrəli arayışda konkret olaraq hansı illərdə və hansı vəzifələrdə işlədiyi göstərilmişdir. Qeyd olunan arayışda faktiki olaraq güzəştli iş stajı hesablanaraq 13 il 09 ay 25 gün təşkil edilməsi qeyd olunmuş və əlavə olaraq bildirilmişdir ki, tutduğu vəzifə və faktiki gördüyü iş, vəzifə təlimatlarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə rabitə bölməsində (XXIX) ******-***** saylı koda uyğun gəlir, lakin cavabdeh orqan arayışda qeyd olunan faktları nəzərə almadan pensiya təyinatından imtina etmişdir. Ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında soyadı “Ciqayeva” göstərilmişdir. Əmək kitabçasında müvafiq olaraq nikaha daxil olduğuna görə soyadın dəyişilməsi qeyd olunmuşdur.
3. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, # ###### 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli ** nömrəli arayışında onun ##.##.1994-##.##.1994-cü il tarixləri arasındakı dövr ərzində stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, ##.##.1997 - ##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, ##.##.2005 - ##.##.2005-ci il tarixləri arasındakı dövrlər ərzində rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda, sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının ##.##.1988-##.##.1989-cu il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində olduğu müəyyən edilib. Bu fakt “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də # ###### 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən az (4 il 6 ay 16 gün (##.##.1985-##.##.1988-ci il, ##.##.1989-##.##.1991-ci il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu ##.##.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixindən əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Iş materiallarında olan Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin xxxxsi Məhdud Məsuliyyətli Cəmiyyətinin ** nömrəli, ## #### 2024-cü il tarixli arayışında aşagıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən” peşədə Bakı Tikinti Quraşdırma idarəsi “Telefon Tikinti Birliyi trestində” ##.##.1985- ##.##.1991-ci illərdə montajçı, ##.##.1994-##.##.1994-cü illərdə Texnoloji avadanlığı təmir edən təsərrüfat hesablı emalatxananın yeni yaradılmış stansiya qurğularının təmiri briqadasında quraşdırıcı, ##.##.1997-##.##.2003-cü illərdə Stansiya və komutator qurğularının quraşdırılması və təmiri sexində elektrik quraşdırıcısı, ##.##.2005- ##.##.2005-ci illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində quraşdırıcı, ##.##.2006-##.##.2006-cı illərdə Rabitə qurğularının tikintisi və təmiri idarəsində 3-cü dərəcəli quraşdırıcı vəzifələrində işləmişdir. Işlədiyi müddətdə qurğuşunlaşdırılmış kabellər, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olub, həmçinin işlədiyi montajçı, quraşdırıcı və elektrik quraşdırıcısı vəzifələrinin xüsusiyyətləri lehimləyici-rabitə montajçılarla eynidir. Işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il 09 ay 25 gün təşkil edir. Işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olmaqdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” üzrə 2310000014629 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, arayışda iddiaçının gördüyü iş ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən iş arasındakı uyğunluq (eynilik), iddiaçının işinin xarakteri, işlədiyi müəssisənin fəaliyyəti(istiqaməti) göstərilərək, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 10 ildən artıq güzəştli stajının olması təsdiq edilmişdir. 5.2. Məhkəmə hesab edir ki, ddiaçıya aid əmək kitabçasında işəgötürən tərəfindən aparılmış qeydlər və müəssisənin arayışına əsasən, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə, qocalığı görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli siyahısında nəzərdə tutulmuşdur: (Fəsil XXIX. Rabitə;- 23100000—14629, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları.) Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlərlə birgə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının güzəştli iş stajı ##.##.2006-ci il tarixinə 10 ildən çox təşkil edir. Odur ki, onun pensiya hüququ ##.##.2019-ci il tarixdən, yəni 52 yaşı tamam olduğu tarixdə yaranmışdır. 5.3. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququ ##.##.2019-cu ildə yaranmasına baxmayaraq, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana ##.##.2024-cü il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya pensiya ##.##.2024-cü il tarixindən əvvəlki 3 üç il üçün (##.##.2021-ci il tarixdən) hesablanaraq ödənilməlidir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1967-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (52 yaşa) çatması, ##.##.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi (güzəştli) iş stajına malik olduğundan, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.