Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3347/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3347/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının 1979-cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işləməsi X12 Filialının arayışı ilə təsdiq olunur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, N.Əhmədovu n katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2016-cı il tarixdən gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1979-cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işlədiyi (faktiki müddət nəzərə alınmaqla) illərin və 1928-ci il təvəllüdlü qayınanası X4 (ahıla) 2000-ci il tarixdən xxxx 2012-ci il tarixədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün, yəni xxxx 2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-716/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı 1979cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işlədiyi (faktiki müddət nəzərə alınmaqla) illərin və 1928-ci il təvəllüdlü qayınanası X4 (ahıla) 2000-ci il tarixdən xxxx 2012-ci il tarixədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün, yəni xxxx 2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərardadı ilə cavabdeh Cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərarı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və M.R.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı 1979-cu il tarixdən 1998-ci il tar ixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işlədiyi (faktiki müddət nəzərə alınmaqla) illərin və 1928-ci il təvəllüdlü qayınanası X4 (ahıla) 2000-ci il tarixdən xxxx 2012-ci il tarixədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, hüququnun yarandığı xxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün, yəni xxxx 2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi ni xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının qayınanasına qulluq etdiyi 2000-ci ildən 2012-ci ilə qədərki müddət Məhkəmə tərəfindən iddiaçının ümumi stajına daxil edilmiş, halbuki. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il xxxx tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" Qaydaların 3.2.5-ci bəndinə əsasən, 2006-cı il xxxx sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı 1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt əsasında müəyyən edilməlidir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən, 1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluqedilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edildiyindən iddiaçı tərəfindən akt məhkəməyə təqdim edilməmiş, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında yalnız yeyinti sənayesində fəaliyyət göstərən tütün istehsalı üzrə fəhlə vəzifəsi özünə yer almış, iddiaçı isə kolxozda-kənd təsərrüfatında tütün yarpaqları düzən kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-283/2019 saylı qərarında da bu kimi işlərə baxılarkən yalnız İddiaçının vəzifəsinin adının deyil, həm də işlədiyi sahənin əhəmiyyət kəsb etdiyi vurğulanmış və deyilmişdir: “Siyahıda göstərilən eyni peşənin sahibiquruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısa müddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və ya zərərsiz hesab oluna bilər”’. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şiəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xx.xx.1961-ci il tarixdə Şəki rayon Baş Layısqı kəndində anadan olmuş İddiaçı, xxxx 2013cü il tarixdə 52 yaşı tamam olmuş, həmin tarixə iddiaçı kolxozda işlədiyi illər nəzərə alınmaqla, 18 il 1 ay 6 gün sosial sığorta stajına malik olmuş və iddiaçı 1928-ci il təvəllüdlü qayınanası X4 2000-ci il tarixindən xxxx 2012-ci il tarixinədək qulluq etmiş və onun 10.06 2013-cü il tarixə 20 ildən artıq ümumi və 15 ildən artıq xüsusi (1979-1998) sığorta stajı olmuş,iddiaçı həmin tarixə həm 20 il ümumi, həm də 15 il xüsusi sığorta stajını toplamış, iddiaçı 1979-cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işləmiş, həmin hal X12 Filialının xxxx 2019-cu il tarixli 145 nömrəli arayışı ilə təsdiq olunur, iddiaçıya məxsus arxiv arayışına əsasən iddiaçının 14 ili minimum adam günü normasını doldurduğu üçün tam, iddiaçının digə r natamam işlədiyi günlərin toplamını (708 gün) il ərzindəki iş günlərinin sayına (170) böldükdə iddiaçının 4 il 1 ay 6 gün, cəmi 18 il 1 ay 6 gün stajının olduğu müəyyən edilmiş, həmçinin, DSMF-in Şəki şəhər şöbəsinin pensiya sektorunun aparıcı məsləhətçisi X7, Şəki şəhər İHB-nın Baş Layısqı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X5, Baş Layısqı kənd sakini, qonşu X8, Qumux kənd sakini, qonşu X1, Qumux kənd sakini, qonşu X2 iştirakı ilə tərtib edilmiş xxxx 2019-cu il tarixli müayinə aktına əsasən Qumux kənd sakini İddiaçı qayınanası 1928-ci il təvəllüdlü 70 yaşdan yuxarı yaşı olan X6 həqiqətən xəstə olduğu üçün xxxx 2000-ci ildən vəfat etdiyi xxxx 2012-ci il tarixədək bir mənzildə yaşayaraq qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamış, beləliklə, cavab deh qanunçuluq prinsipinin tələblərini pozaraq iddiaçının müraciətini qanunda nəzərdə tutulmayan əsaslarla təmin etməkdən imtina etdiyndən, onunimtinası qanuni və əsaslı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, el əcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir və iddiaçının 1979-cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işləməsi X12 Filialının xxxx 2019-cu il tarixli 145 nömrəli arayışı ilə öz təsdiqini tapmış, arxiv arayışından müəyyən olunur ki, iddiaçının 14 ili minimum adam günü normasını doldurduğu üçün tam, iddiaçının digər natamam işlədiyi günlərin toplamı isə 4 il 1 ay 6 gün olmaqla, cəmi 18 il 1 ay 6 gün stajının olduğu müəyyən edilir. İddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələri ndə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq e dilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minənə qədər əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxo zlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayara q 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bu müddəaların tələblərindən göründüyü kimi, kolxozda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışan qadınların 01 yanvar 2006-cı ilə qədər həmin sahədə azı 15 il işləməsi, ümumi iş stajının azı 20 il olması - həmin şəxslərə 52 yaşın tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün əsasdır. Habelə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci bəndində müəyyən olunmuşdur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müdd ət üzrə nəzərə alınır. Cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na, həmin Siyahının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsinin qeyd edilməsinə, bu Siyahıda tütün istehsalının Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanunvericiliyə uyğun olmaması qeyd edilmişdir. xxxx 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri tətbiq olunduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə şəxsin işlədiyi peşə və sahə müəyyən edilməlidir. İddiaçının 1979-1998-ci illərdə kolxozda (tütünçü) işləməsi zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görəəmək şəraitinə görə güzəştli pensiya hüququnun yaranması əsaslarından birini təşkil edir. Bu halda yuxarıda istinad edilmiş Qanununun 9.8-ci maddəsi və müvafiq olaraq göndərici norma kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinin “z” bəndinin tələbləri tətbiq edilməlidir. Belə ki, qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir. Tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan və tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmiş və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 1979-cu il tarixdən 1998-ci il tarixədək Şəki rayon Baş Layısqı kənd Fəhlə kəndli birliyi kolxozunda tütünçü işləməklə, cəmi 18 il 1 ay 6 gün stajının olduğunu, DSMF-in Şəki şəhər şöbəsinin pensiya sektorunun aparıcı məsləhətçisi X7, Şəki şəhər İHB-nın Baş Layısqı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X5, Baş Layısqı kənd sakini, qonşu X8, Qumux kənd sakini, qonşu X1, Qumux kənd sakini, qonşu X2 iştirakı ilə tərtib edilmiş xxxx 2019-cu il tarixli müayinə aktına əsasən Qumux kənd sakini İddiaçı qayınanası 1928-ci il təvəllüdlü X4 xəstə olduğu üçün xxxx 2000-ci ildən xxxx 2012-ci il tarixədək bir mənzildə yaşayaraq qulluq etdiyini, qayğısına qalaraq bütün ehtiyaclarını q arşıladığını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında da 70 yaşına çatmış ahıllara qulluq edilməsi müddətinin yalnız onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunmuş qəyyumların sığorta stajına daxil ediləcəyi barədə müddəanın mövcud olmadığını nəzərə alaraq kassasiya şikayətinin buna dair dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq norm alarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-408/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3347/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3347/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver