Məhkəmə qərarları › İş №2-1(102)-335/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-335/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-335/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-335/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı prokurorluq işçisi ki mi pensiya təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2283/2018 saylı qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1983-xxxx 2001-ci illərdə prokurorluq orqanlarında müstəntiq, böyük müstəntiq, xüsusilə mühüm işlər üzrəmüstəntiq, şöbə rəisi, prokuror müavini kimi xi dmət etdiyini, sonradan köçürmə yolu ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə işə qəbul olunduğunu və xxxx 2001-ci il tarixdən xxxx 2008-ci il tarixədək Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində təhqiqat şöbəsinin rəisi, əməliyyat müvəkkili, müstəntiq işlədiyini, 2008-2011-ci illərdə Sumqayıt Hərbi Məhkəməsində, 2011-ci ildən isə Bakı Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyini, prokurorluq orqanlarında 17 il 10 ay 15 gün işlədikdən sonra köçürmə yolu ilə Vergi cinayətlərinin İbtidai Araşdırılması Departamentində və daha sonra hərbi məhkəmədə hakim işləməsi prokurorluq orqanlarında xidmət illərinə əlavə edilməklə ümumilikdə 25 ildən çox xidmət illərini topladığını, iş stajının nəzərə alınmaqla ona prokurorluq orqanlarının əməkdaşı kimi xxxx 2008-ci i l tarixdən pensiya təyin edilməsi üçün cavabdehə ərizə ilə etdiyi müraciətə, sonuncunun, xxxx 2018-ci il tarixli məktubla prokurorluq orqanlarındakı xidmət illərinin 25 ildən az olduğuna istinad etməklə, imtina etdiyini bildirərək, vergi orqanlarında və hakim kimi xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ilinin tamam olması nəzərə alınmaqla xxxx 2008-cı il tarixdən ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)3155/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı vergi orqanlarında və hakim kimi xidmətdəolduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluqorqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla xxxx2008-ci il tarixdən ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi və ödənilməmişpensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2283/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iş hərtərəfli tam və obyektiv araşdırılmamış, apellyasiya məhkəməsi İPM-nin 12-ci maddəsinin tələblərini pozaraq şikayətin dəlillərinə hüquqi qiymət verməmiş, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir, iddiaçının prokurorluq orqanlarında 25 il qulluq stajı olmadığından, onun iddiası əsassızdır, işə baxılarkən “Əmək pensiyaları haqqında” Qanunun, İPM-nin 12, 58.7, 68-ci maddələrinin müddəalarına riayət edilmədiyi üçün apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin edilməli, müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə, əsaslandırılmış məhkəmə qərarının çıxarılması təmin edilməldir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018ci il tarixli, 2-1(103)-2283/2018 saylı qər arı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli,cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı xxxx 1983 - xxxx 2001-ci illərdə prokurorluq orqanlarında stajçı, böyük müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, şöbə rəisi, prokuror müavini vəzifələrində işləmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xxxx 2001-ci il tarixli, *** saylı əmri ilə ədliyyə müşaviri İddiaçı köçürülmə qaydasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə işə qəbul olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə müvafiq olaraq öz xahişinə əsasən xxxx 2001-ci il tarixdən respublika pr okurorluğu orqanlarından xaric edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xxxx 2001-ci il tarixli, **** saylı əmrlə İddiaçı xxxx 2001-ci il tarixdən Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsinə köçürmə yolu ilə təyin edilmiş və həmin şöbənin rəisi səlahiyyətlərinin icrası ona həvalə edilmiş, iddiaçı 17.07.2001-ci il tarixdən xxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentində baş təhqiqatçı, rəis müavini, əməliyyat müvəkkili, müstəntiq vəzifələrində işləmiş, “Azərbaycan Respublikasının bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli Sərəncamı ilə iddiaçı Sumqayıt Hərbi Məhkəməsinin hakimi vəzifəsinə, xxxx 2010cu il tarixdən Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, vergi orqanlarında və hakim kimi xidmətdə olduğu dövrü prokurorluq orqanlarındakı qulluq illərinə əlavə etməklə, prokurorluq orqanlarında xidmət illərinin ümumilikdə 25 ilinin tamam olması nəzərə alınmaqla xxxx 2008-ci il tarixdən ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla prokurorluq orqanlarında 25 il qulluq stajının olmadığ ına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçının xxxx 2001-ci il tarixdən xxxx 2008-ci il tarixədək Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində xidmət illəri, xxxx 2008-ci ildən hal-hazıradək hakim işləməsi iddiaçının prokurorluq orqanlarındakı xxxx 1983-cü ildən xxxx 2001-ci il tarixədək qulluq illərinə daxil edildikdə onun prokurorluq işçisi kimi güzəştli pensiya hüququ yaranır, beləliklə, iddiaçının prokurorluqorqanlarında xidmət illərinin ümumilikdə 25 ildən çox olması nəzərə alınmaqla iddiaçıya xxxx 2008-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilməlidir,İddiaçı prokurorluq orqanlarında 25 ildən a z işləsə də, onun vergi orqanlarının istintaqında işlədiyi illər, həmçinin hakim kimi fəaliyyət göstərdiyi illər prokurorluqdakı xidmət illərinə daxil edildikdə iddiaçıya prokurorluq işçisi kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş minimum 25 il əmək stajı yaranır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsa sən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı xxxx 1983-cü ildə prokurorluq orqanına işə qəbul edilərək, xxxx 2001-ci il tarixədək prokurorluq orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun xxxx 2001-ci il tarixli əmrinə əsasən o, köçürülmə qaydasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə işə qəbul olunması ilə əlaqədar öz xahişinə əsasən həmin tarixdən respublika prokurorluğu orqanlarından xaric edilmiş və xxxx 2001-ci il tarixdən xxxx 2008-ci il tarixədək Vergilər Nazirliyinin Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində işləmiş, xxxx 2008-ci ildən halhazıradək hakim kimi fəaliyyət göstərir. “Əmək pensiyaları haqqı nda” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərininyaşa görə əmək pensiyası hüququ vardır. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xxxx 2001-ci il tarixli Qanununun 32.4-cü maddəsinə əsasən, yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokurorutərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Beləliklə, Qanunun 32.5-ci maddəsi prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin həmin orqanlarda xidmət illərinə daxil edilməsini, həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin Azərbaycan Respublikasının Baş prokurorutərəfindən müə yyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilməsini müəyyən edir. İddiaçı isə 2001-ci ildə prokurorluq orqanlarında 17 il 10 ay 15 gün xidmət etdikdən sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə, xxxx 2008-ci ildən hal-hazıradək isə hakim olaraq fəaliyyət göstərir və qanunun istinad edilən norması məhz onun prokurorluqdakı xidmət illərinin Vergilər Nazirliyindəki xidmət illərinə, sonradan isə hakimlik stajına daxil edilməli olduğunu müəyyyən edir. Normanın ikinci hissəsində isə həmin orqanlardan, habelə hüquqmühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin Azərbaycan Respublikasının Baş prokurorutərəfindən müəyyən olu nmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilməli olduğu müəyyən edildiyindən, işin halları nəzərə alınmaqla bu norma hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. İddia tələbini təmin edərkən istinad edilmiş «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2002-ci il tarixli 168 saylı Qərarı ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr, bu qərarla təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi» Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aid olduğu və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin digər hüquqmühafizə orqanlarında xidmət etdiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən etdiyini qeyd etsələr də, sonda məhz həmin qərara istinad etməklə, iddiaçının Vergilər Nazirliyində və xxxx 2008-ci ildən isə hakim stajını prokurorluq orqanlarındakı xidmət illərinə hesablamaqla ona prokurorluq işçisi kimi pensiya təyin edilməsini cavabdehə həvalə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xxxx 2012-ci il tarixli qərarında o hüquqi mövqe vurğulanmışdır ki, ““Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən ya ş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Eyni zamanda, daha sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər”ə həsr edilən 9-cu maddəsi də prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin əmək pensiyası hüququnu təsbit edir (maddə 9.4.1.). Prokurorluq orqanlarında qulluq anlayışının aydınlaşdırılması üçün “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə nəzər yetirilməlidir. Belə ki, həmin müddəaya görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orq anlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Beləliklə, prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlar ında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Bundan başqa, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqq ın verilməsi” Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Eyni zamanda,“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xxxx 2006-cı il tarixli Qanununun (bundan sonra - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun) 18.5-ci maddəsi də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları işçilərinin sosial vəziyyətini tənzimləyir. Müvafiq olaraq, qeyd olunan Qaydanın 2.2.3-cü bəndi, eləc ə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsi prokurorluq işçisi kimi güzəştli pensiya hüququnun əldə olunması üçün qanuni əsas təşkil edə bilməz. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2.3-cü bəndi və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.5-ci maddəsi əsasında prokurorluq orqanlarında 25 il xidmət illəri tamamlanmadan müvafiq digər orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonradan prokurorluq işçisi kimi güzəştli pensiya almaq hüququna malik olmasına dair kassasiya instansiyası məhkəməsinin xxxx 2011-ci il tarixli qərarı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə, habelə “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci mad dəsinə, eləcə də Konstitusiyanın məhkəmə müdafiəsi təminatını nəzərdə tutan 60-cı maddəsinə uyğun hesab edilə bilməz.” İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad edilən qərarında vurğulanmış hüquqi mövqeyə uyğun olmadığından qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxıl ması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaranmış mübahisəyə münasibətinin öyrənilməsi məqsədi ilə onun işdə iştirakının məqsəuyğunluğu müzakirə olunmalı, işdəki mövcud və əldə ediləcək digər sübutlar düzgün qiymətləndirilməklə, mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2283/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2283/2018 saylı qərarı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar