Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-335/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)-318/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı ərizə ilə (torpaq sahəsi ayrılması barədə qərarı və yerquruluşu planından çıxarışı əlavə etməklə) cavabdehə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışını verilməsini xahiş etmişd ir. 3.Cavabdeh 2018-ci il 11 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsi daş karxanasının ərazisində yerləşdiyindən, həmin torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə X6 Komitəsinin Bakı şəhər Ərazi Şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2018-cı il 19 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini hasara almış və indiyədək onun istifadəsindədir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 mart tarixli 2-1(81)785/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiyası məhkəmələrindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1436/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər V.Agayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və C.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2876/2019 saylı, 2019-cu il 16 oktyabr tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, (sədrlik edən və məruzəçi) Z.Quliyev və N.Rəsulbəyova) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...cavabdeh i ddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə) fərqlidir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)-3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 21(81)-5193/2018, 2-1(81)-5194/2018, 2-1(81)-5196/2018 nömrəli işlərdə iddiaçılar iddia ərizəsində tələblərini əsaslandırarkən Səbail Rayon İcra Hakimiyyəti başçısın ın 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamına istinad etmişlər. Bundan başqa, etirazda göstərilənlərə əlavə olaraq, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı X3 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alğı-satqı müqavilələri əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir.Cavabdehin etiraz və şikayətində qeyd edilən həmin dəlilər məhkəmə araşdırması nın predmeti olmamış, onlara münasibət bildirilməmişdir.”
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-318/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və R.Qurbanov) apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə iş materiallarından görünür ki, Bakı şəhəri, Səbail ray on İcra Hakimiyyətinin xx xxxxxx 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış və uzun müddətdir ki, heç bir fiziki və hüquqi şəxsin müdaxiləsi olmadan onun istifadəsindədir. İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisindən də müəyyən olunur ki, iddiaçının sahibliyində olan torpaq sahəsi heç bir hüquqi və fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür. Əgər məhkəmə həmin mübahisəsi gedən torpaq sahəsinin daş karxanası ilə və ya digər hər hansı bir fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi qənaətinə gəlirsə, o zaman bununla bağlı ekspertizanın keçirilməsi zəruri idi. Belə ki, işin bu halını müəyyən etmək xüsusi bilik tələb edən məsələ dir. Həmçinin iddiaçının qardaşına məxsus torpaq sahəsi də hazırda mübahisəsi gedən torpaq sahəsi ilə bitişik yerləşir. Həmin torpaq sahəsinə dair də mülkiyyət hüquqlarının qeydə alınmasına və bununla bağlı çıxarışın verilməsinə dair iddia tələbi mövcud idi. Həmin məhkəmə prosesi zamanı da cavabdeh təşkilat eyni arqumentlər gətirərək torpaq sahəsinin daş karxanasının və digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə tərəfindən işin bu halının aydınlaşdırılması üçün ekspertiza keçirilmiş və nəticədə ekspert tərəfindən verilmiş rəy ilə müəyən olunmuşdur ki, sözügedən torpaq sahəsi daş karxanasının, nə də ki başqa bir fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Nəticə etibarı ilə iddiaçının qardaşı X4 qeyd olunan torpaq sahəsinə dair mül kiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış almışdır. Qeyd olunan ekspert rəyi və çıxarışın surəti apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş olsa da, məhkəmə buna əhəmiyyət verməmişdir. Göstərilənlərlə yanaşı, hazırkı iş üzrə Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hazırda mübahisəsi gedən torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi araşdırılmalıdır. Məhz bu məsələni araşdırmaq üçün iş üzrə texniki tikinti ekspertizasının keçirilməsi zəruridir. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, yenə də işin həmin hallarını araşdırmadan hüquqlarının pozulması ilə nəticələnən bir qərar qəbul etmişdir. İddiaçıya torpaq ayrılması ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci i l tarixli sərəncamı qanunvericiliyin tələbinə uyğun şəkildə verilmiş və sərəncam verildiyi andan da ayrılmış torpaq sahəsinə əmlak hüquqlarının əldə edilməsi qüvvəyə minmişdir. Göründüyü kimi, məhkəmənin iş üzrə gəlmiş olduğu qənaət iddiaçının Konstitusiya iiə qorunan mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnmiş, məhkəmənin qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və İPM-nin 96.11-ci maddələrinin tələblərini pozulmaqla qəbul olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etiraz
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
19. İşə ba xılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdı rılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edi lə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səb əb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 21. “İnzibati icraat haqqında” Qanun Maddə
10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə
11. Qanun çuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlə t maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi (xx.xx.1991) Maddə
23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Maddə
29. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hü quqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə
97. Dövlət torpaq kadastrı torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. Dövlət torpaq kadastrının məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi i lə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Maddə
99. Yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Yer quruluşu xalq təsərrüfatının bütün sahələrində torpaqlardan elmi surətdə əsaslandırılmış səmərəli istifadənin təşkilinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir. Maddə
101. Yer quruluşu işlərin i xüsusi dövlət torpaq orqanı dövlət büdcəsi hesabına həyata keçirir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. M addə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması işin hallarının araşdırılması prinsipinə və sübutların araşdırılması qaydasının tələblərinə cavab vermədiyinə görə qərar ləğv edilməli və iş təkrar baxılması üçün göndərilməlidir. Belə ki, işin məhkəmlər tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən ayrılmışdır. Bu qərar, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş əsasdır. Adı çəkilən qanunun 10-cu maddəsi, torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin, torpaq sahəsinin planı və ölçüsünün və dövl ət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilməsini zəruri sayır ki, iddiaçı da torpaq sahəsinin ayrılması barədə qərarı və torpaq sahəsinin yerləşmə cizgisini cavabdehə təqdim etmişdir. Bu halda cavabdehin hüquqları qeydə almaqdan imtinası, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinnin müddəalarına uyğun əsaslandırılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən, cavabdehin imtinasını həmin norma əsasında qiymətləndirməmiş, hüquqların qeydiyyata alınmasından imtina üçün bu əsasların hansının mövcud olduğunun əsaslandırmamışdır. Apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsi ayrılan dövrdə qüvvədə olmuş xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 23, 29, 97, 99, 101-ci maddələri “Daşınmaz əmla kın dövlət reyestri haqqında” Qanunun 8 və 10cu maddələrinin təhlili «göstərir ki, iddiaçının mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının yaranmasından bəhs etmək üçün: 1) Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edilməli idi; 2) bu sərəncamla əldə olunan əmlak hüquqları qüvvəyə minməli idi. Lakin iş üzrə bu iki şərt yerinə yetirilmir. Belə ki, xx.xx.1998-ci il tarixli sərəncamın yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında qəbul edildiyini təsdiq edəcək həmin dövrdə fəaliyyət göstərən dövlət torpaq və kadastr orqanları tərəfindən tərtib edilən heç bir sənəd cavabdehə və Məhkəməyə təqdim olunmamışdır, iddiaçı da onda adıkeçən sənədlərin olduğunu irəli sürmür. Sonun cu belə bir sənəd kimi Səbail RİH-in memarı tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Situasiya planına və Sxemə istinad edir ki, sözügedən sənədlər xx.xx.1998-ci il tarixli sərəncam qəbul edilən dövrdə deyil, ondan 20 il sonra tərtib olunduğu üçün mötəbər sayıla bilməz. Üstəlik, Səbail RİH-in özü cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda iddiaçıya məxsus torpaq sahəsinə dair daha əvvəllər verilmiş cizgini şübhə altına almışdı. Həmçinin, Səbail RİH başçısının sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsinin hansı tərəfində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrıldığı aydın deyil. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyət i orqanlarının torpaq sahələrinə dair situasiya planları yaxud sxemləri tərtib etmək səlahiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır. İstisna olaraq, bu kimi hallarda yerli icra hakimiyyəti orqanları torpaq sahəsinə dair vaxtilə tərtib etdikləri sənədlərin onlarda saxlanılan əsllərindən surət çıxarıb maraqlı şəxslərə təqdim edə bilərdilər ki, qeyd olunan halın da iş üzrə mövcud olmaması Səbail RİH-in xx.xx.2017-ci il tarixli məktubu ilə təsdiq olunur. Qeyd edilənlərdən çıxan nəticəyə görə, Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamının qəbul edilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu sərəncamla əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla ba ğlı mülkiyyət hüquqları yaranmamışdır». Halbuki, cavabdehin istər inzibati icraat zamanı qeydiyyatdan imtinanın dəlilləri və sonradan məhkəmə icraatında iddia tələbinə etirazın dəlilləri bundan ibarət deyildir. Hüququ qeydə almalı olan orqan həmin qərarı mübahisələndirmir, iddiaçının hüququnun yaranmadığını əsas gətirmir. Cavabdeh hüququ qeydə almaqdan imtina edərkən və sonradan iddia tələbinə etiraz edərkən dörd əsasa istinad edir:
1. Sözügedən torpaq sahəsi kadastr məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir;
2. Səbail RİHnin xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilmiş yerləşmə cizgisi (Səbail RİH-in xx.xx.1998-ci il tarixli 1971 saylı sərəncamı ilə) fərqlidir;
3. İddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu Ba damdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və RİH tərəfindən təsdiq olunmamışdır;
4. Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür (Hər iki torpaq sahəsi 5 saylı X3 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alğı-satqı müqavilələri əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir). Məhkəmə araşdırmasının predmetini də ilk növbədə bu etiraz dəlilləri təşkil etməli idi. İş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli qərarında da məhz bu xüsusatların araşdırılmasının zəruri olduğu göstərilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi bu hallar üzrə araşdırma aparmamışdır. İşə takrar baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli 1971 nömrəli sərəncamında qeyd olunmuş torpaq sahəsinin harada yerləşməsi, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinin koordinatlarına uyğun olub-olmaması, iddiaçıya ayrıl ımış torpaq sahəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Qərardad ekspertiza mərkəzinə xx xxxx 2020-ci ildə daxil olmuşdur. İş materiallarından görünür ki, ekspert xx.xx.2020-ci ildə həmin qərardad üzrə ekspertiza aparmaqdan imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ekspertiza aparılması üçün zəruri olan əlavə materialların təqdim olunması barədə xx.xx.2020-ci ildə ekspert tərəfindən vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin məlumatdan sonra işi məhkəmə iclasında baxılmağa təyin etmiş, lakin ekspertiza aparmaq üçün ekspertin tələb etdiyi materialların nədən ibarət olduğu, həmin materialların təqdim edilməməsinin səbəbi ni araşdırmamışdır. Ümumiyyətlə ekspertin məhkəməyə əlavə materialların göndərilməsi barədə məktubu iş materiallarında yoxdur. Məhkəmənin iş üzrə ekspertiza təyin etməklə, qərardadda göstərilən xüsusatların araşdırılmasının zəruri olduğu barədə nəticəyə gəldiyi halda, həmin hallar üzrə ekspertizanın nəticəsi olmadan işə mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə mövqeyi əsaslandırılmamışdır. Məhkəmə iddiaçının ekspertiza təyin olunması barədə vəsatətini də təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «iş materiallarında olan hüquq müəyyənedici sənədlərdə ilk baxışdan uyğunsuzluq mövcud olduğu üçün hazırki mərhələdə ekspertizanın təyin olunmasına zərurət yoxdur. Əgər işin araşdırması ilə sonradan belə bir zərurət yaranarsa, o halda ekspertiza təyin edilə blər». Halbuki, uyğunsuzluq olan hüquqmüəyyənedici sənədlər və müəyyən edilmiş uyğunsuzluq aydın şəkildə göstərilib əsaslandırılmamışdır. İş materiallarından görünür ki, cavabdeh iddiaçının Səbail RİH başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisinin (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə) fərqli olduğunu göstərir. Lakin iş materiallarında yalnız bir yerləşmə cizgisi vardır (səh. 33). Məhkəmə bundan fərqli olduğu iddia edilən digər cizgini tələb edib yoxlamamış, onların həqiqətən də uyğun olub-olmamasını, uyğunsuzluğun nədən ibarət olmasını, uyğunsuzdursa hansının düzgünlüyünü müəyyən etməmişdir. Bundan başqa, cavabdehin apelyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)-3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Cavabdehin bu dəlili, işin hallarının araşdırılması prinsipi baxımından məhkəmədən tələb edirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)3171/2017 nömrəli işin hazırki işlə əlaqəsini müəyyən etsin. Lakin həmin işin nədən ibarət olması müəyyənləşdirilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi torpaq ayrılan zaman yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyi qənaətinə gəlsə də, Səbail RİH-nə və ya arxiv idarəsinə torpaqayırma sənədlərinin olubolmaması barədə sorğ u verməmişdir.
27. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
28. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılarkən məhkəmə Səbail RİH-dən (zərurət olduğu halda arxiv idarəsindən) iddiaçıya torpaq sahəsi ayrılmasına d air sənədləri sorğu edib almalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-3171/2017 nömrəli işin hazırki işlə əlaqəsini müəyyən etməli, iddiaçıya ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş və cavabdehin isinad etdiyi torpaq sahəsinin yerləşmə cizgisini cavabdehdən tələb edib iş materiallarına əlavə etməli, işin 33-cü səhifəsində olan sxemlə tutuşdurmaqla həqiqətən də uyğunsuzluq olub-olmamasını, uyğunsuzluq varsa bunun səbəbini müəyyən etməli, bununla bağlı zərurət yaranarsa Səbail RİH-ni üçüncü şəxs qismində işə cəlb etməli, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin ststusunu, iş materiallarının 33-cü səhifəsində olan sxemə uyğun olub-olmamasını, daş karxanasının ərazisinə düşübdüşməməsini, X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməlidir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-318/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.