Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-335/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina, örüş sahələrinin torpaqlarının mülkiyyətə verilməsinin mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cav abdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax rayonu Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-100/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon Aran Bələdiyyəsinin 09.09.2004-cü il tarixli 42 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan 1036 ha torpaq sahəsi X2 15 il müddətinə icarəyə verilmiş, Aran Bələdiyyəsi ilə X3 arasında 09.09.2004-cü il tarixli 10 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. Həmin 1036 ha torpaq sahəsi ilə bağlı X1 adına 25.10.2004-cü il tarixli JN-5952 kod 90100016 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verilmişdir. Həmin sənəddə 1036 ha torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi göstərilmişdir. Yevlax rayon Aran Bələdiyyəsinin 26.04.2006-cı il tarixli 33 nömrəli qərarı ilə həmin 1036 ha torpaq sahəsi üzərində istifadə və icarə hüququ "xxxx" MMC-yə verilmişdir. Yevlax rayon Aran Bələd iyyəsi ilə "xxxx" MMC arasında həmin 1036 ha torpaq sahəsinin sonuncuya 15 il müddətinə icarəyə verilməsinə dair 26.04.2006-cı il tarixli 12 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır.
2. Bundan sonra, Yevlax rayon Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı ilə bələdiyyənin kənd təsərrüfatına az yararlı 1240 ha torpaq sahəsinin alqı-satqı yolu ilə torpağın əvvəlki normativ qiymətinin 40 faizi həcmində güzəştlə "xxxx" MMC-yə satılmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır..
3. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 01.02.2019-cu il tarixli **********15 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bild irmişdir ki, elektron baza məlumatlarına əsasən, həmin 1240 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir, örüş torpaqları isə xüsusi mülkiyyətə verilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Yevlax rayon Aran Bələdiyyəsinin 25.05.2007-ci il tarixli 11 nömrəli qərarı əsasında Yevlax rayon Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240 ha təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır k i, sözügedən torpaq sahəsinin örüş torpaqlarına aid olması barədə cavabdehin dəlillərinin heç bir hüquqi əsası yoxdur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, elektron baza məlumatlarına əsasən, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Hal-hazırda əkin kimi istifadə olunan torpaq sahəsində heç bir hüquqmüəyyənedici sənədi olmayan 1 (bir) bina və 1(bir) pambıqqurutma talvarı mövcuddur, həmçinin ərazidən 35 min vt-lıq yüksək gərginlikli elektrik xətti keçir.
7. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı ilə (hakim: V.K.Qasımov) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüş sahələrinin torpaqlarının satılmasını qadağan etmişdir. İddiaçıya Yevlax rayon Aran Bələdiyyəsi tərəfindən 25.05.2007-ci il tarixli 11 nömrəli qərarla satılmış 1240 ha torpaq örüş sahəsi olduğuna görə satıla bilməzdi.
9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-100/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və E.Ş.Hüseynov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-31/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya ins tansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Yevlax rayon Aran Bələdiyyəsinin 11 saylı, 25 may 2007-ci il tarixli qərarında Aran Bələdiyyəsinin kənd təsərrüfatına az yararlı 1240.0 ha torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçıya satılması barədə qərar qəb ul edilmişdir. Qanunvericiliyə əsasən, Yevlax rayon Aran Bələdiyyəsi tərəfindən 1240 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılarkən həmin sahənin xüsusiyyəti və torpağın ayrılma məqsədləri ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq rəy tərtib olunaraq bələdiyyə orqanına təqdim olunmuşdur. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi inzibati məhkəmə icraatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəmə sorğusuna verilmiş cavaba istinad edərək mübahisəli torpağın örüş sahələrinin torpaqlarına aid olması barədə nəticəyə gəlməsi AR Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanının tələbləri ilə ziddiyyət təşkil edir.
14. Eyni zamanda, Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən iddiaçının adına 1240 ha torpaq sahəsi ilə bağlı A-004010 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və həmin sənədin torpaq sahəsinin kadastr göstəriciləri, həmçinin torpaq sahəsinin qaiməsi bölməsində 1240 ha torpaq sahəsinin kateqoriyasının sair sahələrə aid olduğu göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. …
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Maddə
86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri...
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. 17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Bələdiyyə torpaqları...
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları... 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və t əsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir; 2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparıl ması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasland ırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmələrin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etməklə Bələdiyyədə tərəfindən “Torpaqların alqısatqısına” dair aktla ona satılmış torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarını təsdiq etməkdən imtina etməsi qanuni deyildir.
25. Məhkəmə tərkibi bildirir ki, torpağın alqı-satqısına dair a kt həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsasdır. Lakin həmin torpaq sahəsinin alqı-satqı predmeti olması üçün onun təyinatı müəyyənləşdirilməlidir.
26. Həm qanunvericiliyə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən, torpaq sahəsinin kateqoriyası və təyinatı ilə bağlı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətidir. Belə ki, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsi və aparılması həmin orqanın xidməti vəzifəsinə aiddir.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli rəydə qeyd edilir ki, elektron məlu mat bazasında mövcud olan Yevlax rayonu "Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsinə əsasən, mübahisələndirilən 1240 ha torpaq sahəsi “kənd təsərrüfatı” təyinatlı örüş torpaq sahəsidir. Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 1240 ha torpaq sahəsinin “sair sahələr” kimi göstərilməsinin səbəbini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu "Aran" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsinə əsasən, qonşuluqda yerləşən torpaq sahələri bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir, lakin naturada həmin torpaq sahələri əkin kimi istifadə edilir. "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş "sair sahələr” anlayışının hansı torpaq kateqoriyasını ehtiva etməsinin araşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Alqı-satqı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəy və kadastr məlumatlarının hüquqi əsaslarının araşdırılması mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli 1240 ha torpaq sahəsinə tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində 5-ci keyfiyyət qrupu və 19 bonitet balı şərti yararsız torpaq sahəsi kimi qeyd edilsə də, elektron məlumat bazasında mövcud olan, Yevlax rayonu “Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində həmin torpaq sahəsi lll Keyfiyyət qrupuna aid olmaqla, bonitet ba lı 43 dür. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman Yevlax rayonu "Aran” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində mübahisəiəndirilən 1240 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir.
28. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericilik kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısını müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həmin siyahıda "sair" adlanan torpaq yoxdur. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir.
29. İddiaçının adına verilmiş A-004010 nömrəli "Torpaq sahəsinin pla nı və ölçüsü"ndə ona satılmış 1240 ha torpaq sahəsinin uqodiyası "sair sahələr" kimi göstərilmişdir, cavabdeh isə həmin torpaq sahəsinin uqodiyasının "örüş" olmasını iddia edir. Ona görə də qeyd olunan 1240 torpaq sahəsinin təyinatının və uqodiyasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən səlahiyyətli orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək 10.09.2019-cu il tarixli, 4023 nömrəli və 03.09.2020-ci il tarixli, 408 nömrəli arayışlar alınmışdır. Birinci arayışda göstərilir ki, Azərbaycan Respublikası DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" baza məlumatları ilə tutuşdurulduqda bir çox uyğunsuzluqlar aşkar edilmişdir. Belə k i, baza məlumatlarında ərazinin uqodiyası "örüş" kimi göstərildiyi halda, sənəddə "sair sahələr" yazılıb. Bundan əlavə, bələdiyyə qərarı verilən tarixdə ərazi daxilində ayrı-ayrı şəxslərin icarəsinə torpaq sahələrinin verilməsi barədə Dövlət Aktları olmuşdur ki, həmin aktlar bu gün də bazada öz əksini tapmışdır. Qeyd olunan "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən, torpaq sahəsinin "xxxx" MMC-yə hansı hüquqda (mülkiyyət, icarə) verilməsini müəyyən etmək mümkün deyildir. Baza məlumatlarına əsasən, torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Ərazidə pambıq bitkisi əkilmişdir. İkinci arayışda göstərilir ki, 2002-ci ildə tərtib edilmiş, Yevlax rayonu "Aran" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, torpaq kənd təsərrüfatı təyinatlı kateqori yalı torpaqlara aiddir. "Torpaq sahəsinin planı və ölçüsü"ndə torpaq sahəsinin "sair sahələr"ə aid edilmə səbəbini müəyyən etmək mümkün deyildir. Torpaqda hal-hazırda pambıq və müxtəlif dənli bitkilər əkilmişdir.
30. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıdakı sənədlərdən də göründüyü kimi, iddiaçıya satılmış 1240 ha torpaq sahəsinin uqodiyası A-004010 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə "sair sahələr" kimi göstərilsə də, bu məlumat səhvdir. Əslində, həmin torpaq sahəsinin uqodiyası "örüş"dür və qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüş sahələrinə aid torpaqların satılmasını qadağan etmişdir.
31. İddiaçı "xxxx" MMC-yə Yevlax rayon Aran Bələdiyyəsi tərəfindən 25.05.2007-ci il tarixli 11 nömrəli qərarla satılmış 1240 ha torpaq da örüş sahələri olduğuna görə satıla bilməzdi. Ona görə də məhkəmə tərkibi hesab edir ki, bələdiyyənin qərarı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına və onun hüququnun qeydiyyata alınmasına əsas vermir.
32. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaıları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıdakılara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-100/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.