Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-335/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 kəndli (fermer) təsərrüfatının və "xxxx" MMC-nin cavabdeh Yevlax bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi, iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı2 Kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” və iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax bələdiyyəsinə qar şı “xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 21(107)-395/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 51 nömrəli sərəncamına əsasən, 142 nömrəli texniki peşə məktəbinə təlim-təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş xx.xx.1977-ci il tarixli dövl ət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır.
2. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin ehtiyat torpaq fondundan 50 ha torpaq sahəsində İddiaçı2 kəndli (fermer) təsərrüfatının yaradılması qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmiş və həmin təsərrüfat xx.xx.1997-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır
3. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 55 nömrəli sərəncamına əsasən, İddiaçı2 kəndli (fermer) tə sərrüfatının adına 50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-000332 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı” verilmişdir. Həmin sənəddə 50 ha torpaq sahəsinin sxemi göstərilmişdir.
4. İddiaçı2 kəndli (fermer) təsərrüfatının nümayəndəsi Nümayəndə4 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 50 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli “Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı” tərtib edilmişdir.
5. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 84 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə şəhər icra hakimiyyətinin balansında olan Kür çayı sahilindəki ehtiyat torpaq fondundan 20 ha torpaq sahəsində “Amil-96” kəndli (fermer) təsərrüfatının yaradılmas ı qərara alınmış, onun Nizamnaməsi təsdiq edilmişdir.
6. Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 84 nömrəli sərəncamına əsasən, “Amil-96” kəndli (fermer) təsərrüfatının adına 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə A-004865 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı” verilmişdir 7. “Amil-96” kəndli (fermer) təsərrüfatının nümayəndəsi X1 da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq 20 ha torpaq sahəsi seçilmiş, bu barədə xx.xx.1996-cı il tarixli “Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı” tərtib edilmişdir.
8. Ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. Təsərrüfat təsisçilərinin xx.xx.2004-cü il tarixli, 01 nömrəli ümumi yığıncaq qərarına əsasən, “Amil-96” kəndli (fermer) təsərrüfatının adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış, həmin MMC-nin nizamnaməsi təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamına əsasən, Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır.
10. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 16 nömrəli qərarına istinadən, 80 ha torpaq sahəsi ilə bağlı Yevlax bələdiyyəsinin adına A-322330 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır.
11. Yevlax şəhərində yerləşən 80 ha torpaq sahəsinə Yevlax bələdiyy əsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir
12. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli protokoluna əsasən, Yevlax bələdiyyəsinin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsi, müsabiqə satış qiymətinin 40000 manat olması müəyyən edilmiş və müsabiqə keçirilməsi ilə bağlı bələdiyyə ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. 13.. Keçirilmiş müsabiqə ə sasında 80 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və torpaq sahəsi ilə bağlı "xxxx" MMC-nin adına 044788 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir
14. Həmin torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
15. Həmin torpaq sahəsinə "xxxx" ASC-nin ipoteka hüququ xx.xx.2017-ci ildə dövlət reyestrində qeydiyyata alınaraq onun adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
16. İddiaçı2 kə ndli (fermer) təsərrüfatı xx.xx.2018-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin 50 ha torpaq sahəsi Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 55 nömrəli sərəncamına əsasən iddiaçıya verilmiş, lakin 2016-cı ildə "xxxx" MMC-nin əməkdaşları iddiaçıya məxsus torpaq sahəsini onun əlindən almışdır. Sonradan məlum olmuşdur ki, onların zəbt etdiyi torpaq sahəsinə xx.xx.2011-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, Yevlax bələdiyyəsinin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2011-ci il tarixli iclas protokolları və buna əsasən verilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi xx.xx.2011-ci ildə ********** qeydiyyat nö mrəsi ilə İdarə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi qeydiyyata alınarkən heç bir qanun pozuntusu olmamış və qeydiyyat qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Hal-hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüququ "xxxx" ASCnin Yevlax filialının xeyrinə 120 ay müddətinə yüklü edilərək xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
19. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-296/2019 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" ASC və Yevlax bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
20. Üçüncü şəxs Yevlax bələdiyyəsi xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, İddiaçı2 kəndli (fermer) təs ərrüfatına verilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmamışdır. Sözügedən torpaq sahəsi xx.xx.2010-cu ilədək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında və istifadəsində olmuşdur. Bu faktlar sübut edir ki, qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması heç bir yerdə qeydiyyatdan keçməmişdir. Bundan sonra Yevlax bələdiyyəsi tərəfindən "xxxx" MMC-nin müraciətinə əsasən, qeyd olunan torpaq sahəsi hərrac və müsabiqə ilə ona satılmışdır. Hərrac və müsabiqənin qalibi sənədləri əsasında torpaq sahəsi xx.xx.2011-ci ildə çıxarışla "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Bütün əməliyyatlar mülki, torpaq və bələdiyyə torpaqlarına aid qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Sə nədlərdən aydın olur ki, mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə satılmasından 7 ildən çox müddət keçib.
21. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-1(84)-296/2019 nömrəli qərardadı ilə İddiaçı2 kəndli (fermer) təsərrüfatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır
22. İddiaçı2 kəndli (fermer) təsərrüfatı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. İş üzrə apellyasiya icraatı zamanı İddiaçı2 kəndli (fermer) təsərrüfa tının nümayəndəsi ərizə təqdim edilərək bildirmişdir ki, iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır və hazırda torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə Yevlax bələdiyyəsinin qərarının ləğv olunmasını istəyir, bu baxımdan da hazırkı ərizəsinin qəbul edilərək təmin olunmasını xahiş edir.
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(107)-335/2019 nömrəli qərardadı ilə İddiaçı2 kəndli (fermer) təsərrüfatının apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2-1(84)-296/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. birinci instansiya məhkəməsində ikinci icraat
25. İddiaçı2 kəndli (fermer) təsərrüfatı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdeh kimi Yevlax bələdiyyəsini, üçüncü şəxs kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini və "xxxx" MMC-ni göstərmiş, iddia tələbini isə xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi kimi ifadə etmişdir.
26. Üçüncü şəxs "xxxx" ASC xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, İddiaçı2 kəndli (fermer) təsərrüfatının yaradılması zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının kəndli fermer təsərrüfatı yaratmaq səlahiyyəti olmadığı halda bu barədə qanunsuz inzibati akt qəbul etmiş, qanunda göstərilən digər prosedur qaydaları pozmuşdur. İddiaçı2 kəndli (fermer) təsərrüfatı hüquqi baxımdan ümumiyyətlə mövcud deyil, onun kəndli (fermer) təsərrüfatı kimi fəaliyyəti və mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun olmasını iddia etməsi qanunsuzdur.
27. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Yevlax bələdiyyəsi ilə əvəz edilmişdir.
28. İddiaçı "xxxx" MMC xx.xx.2019-cu il tarixdə cavabdeh Yevlax bələdiyyəsinə qarşı xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
29. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun istifadəsində olan 20 ha torpaq sahəsi hərrac vasitəsilə "xxxx" MMC-yə satılmış və həmin sahəyə dair Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə qeydiyyata alınmaqla çıxarış verilmiş və həmin 20 ha sahə də daxil olmaqla 80 ha torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Göründüyü kimi, bələdiyyənin qərarı ilə hərraca çıxarılan torpaq sahəsi həmin vaxt onun istifadəsində olmuşdur.
30. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilmiş və işə 2-1(116)4/2022 nömrəsi verilmişdir: 1) İddiaçı2 kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax bələdiyyəsinə qarşı xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş xx.xx.2011-ci il tarixli, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqları n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə iddiasına dair 2-1(116)-1/2022 nömrəli iş; 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi barədə iddiasına dair 2-1(116)-4/2022 nömrəli iş.
31. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
32. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, xx.xx.2019-cu il tarixli protokol qərardadı isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edilməsinə dair hissədə ləğv edilmiş, eləcə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Yevlax bələdiyyəsinin məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
33. İddiaçı2 kəndli (fermer) təsərrüfatı məhkəməyə “Mübahisələndirmə haqqında iddia üzrə mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbinə dair əlavə ərizə” təqdim edərək mübahisələndirdiyi Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarının icra olunması nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci ildə "xxxx" MMC-nin adına verilmiş ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 50 ha hissədə ləğv olunmasını da xahiş etmişdir.
34. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 kəndli (fermer) təsərrüfatının iddianın dəyişdirməsi barədə əlavə ərizəsinin qəbulundan imtina edilmişdir.
35. Hazırkı işdə iddiaçı qismində İddiaçı2 kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC, cavabdeh qismində Yevlax bələdiyyəsi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində "xxxx" MMC, adi cəlbetmə qaydasında üçüncü şəxs qismində ASC "xxxx" iştirak edirlər. Hər iki iddiaçının iddia tələbi Yevlax Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarının qismən - müvafiq olaraq 50 ha və 20 ha torpaq sahələr inə aid hissələrdə ləğv edilməsi barədədir.
36. Şəki İnzibati Məhkəməsinin (hakim: Vidadi Qasımov) xx.xx.2022-ci il tarixli, 21(116)-4/2022 nömrəli qərarı ilə İddiaçı2 kəndli (fermer) təsərrüfatının iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilmiş, cavabdeh Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarı İddiaçı2 kəndli (fermer) təsərrüfatının adına olan A-000332 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”nda göstərilmiş 50 ha torpaq sahəsinin üst-üstə düşən 35,3 ha hissəsində, iddiaçı "xxxx" MMC-nin adına olan A-004865 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”nda göstərilmiş 20 ha torpaq sahəsi ilə üst-üstə düşən 20 ha hissəsində ləğv edilməsi, İddiaçı2 kəndli (ferme r) təsərrüfatının iddiasının qalan hissədə təmin olunmaması qərara alınmışdır.
37. Məhkəmə qeyd etmişdir ki, hər iki iddiaçının adına ayrı-ayrı dövlət aktları verilmiş və bununla da torpaq sahəsi üzərində onların hüququ yaranmışdır. Hazırda Qanunun qüvvədə olduğu müddətdə, nə də ondan sonra ötən dövrdə iddiaçıların torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsi barədə hər hansı qərar verilməmişdir. Belə olan halda, iddiaçıların adına verilmiş dövlət aktları öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin sənədlərdə göstərilmiş koordinatlar müvafiq olaraq İddiaçı2 kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sa həsinin və "xxxx" MMC-yə ayrılmış 20 ha torpaq sahəsinin yerquruluşu planlarına uyğundur. Göstərilən koordinatlar məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək, onların üst-üstə düşübdüşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Alınmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, cədvəl 1-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 20 ha və cədvəl 2-də (İddiaçı2 kəndli (fermer) təsərrüfatı) göstərilən koordinatlar daxilində yerləşən 35,3 ha torpaq sahəsi cədvəl 3-də ("xxxx" MMC) göstərilən koordinatlar daxilində yerləşən 80,1 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş və iddiaçılar barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul edilmişdir.
38. Üçüncü şəxslər "xxxx" ASC və "xxxx" MMC həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Mahir Əsədli və Ələddin Məcidov) 15 sentyabr 2022-ci il tarixli, 2-1(107)-172/2022 nömrəli qərarı ilə iş üzrə üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
41. Üçüncü şəxslər "xxxx" ASC və "xxxx" MMC kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər. kassasiya instansiyası məhkəməsində birinci icraat
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 04 aprel 2023-cü il tarixli, 2-1(102)-63/2023 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir.
43. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahələrinin üst-üstə düşmələri ilə bağlı birinci instansiya məhkəməsinin qər arındakı əsaslara istinad etsə də, həmin hallarla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı mütəxəssis rəyinə üstünlük verməsinin səbəblərini qərarında əsaslandırmamışdır. Bundan başqa, əgər apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia olunan (mübahisələndirilən) torpaq sahələri ilə bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatlarının tam və ya qismən üst-üstə düşdüyünü qəbul edirsə, bu halda o, həmin torpaq sahələrinin (o cümlədən, iddiaçıların istifadəsində olmuş mübahisəli torpaq sahələrinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə bələdiyyə mülkiyyətinə verilmiş 128 ha tor paq sahəsinin tərkibində olduğunu da qəbul etməli idi. Məhkəmə kollegiyası nəzərə alır ki, torpaqdan daimi istifadə hüququna qanunla müəyyən edilmiş hallarda və qaydada xitam verilə bilər (Torpaq Məcəlləsinin XV fəsli), həmçinin əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının (o cümlədən, istifadə hüququnun) xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsinin Yevlax bələdiyyəsinin mülkiyyətinə v erildiyini qərarında qeyd etsə də, həmin sərəncamın mübahisənin düzgün həlli üçün hansı əhəmiyyət kəsb etdiyinə (mübahisəli torpaq sahələrinə münasibətdə hansı hüquqi nəticələr yaratdığına) münasibət bildirməmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
44. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında mütəxəssis qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri X2 izahatında bildirmişdir ki, məhkəmə tərəfindən təqdim edilən 3 cədvəl üzrə koordinatlarla birlikdə torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilmişdir. Birinci cədvəldə yerləşən koordinatlarla müəyyənləşən 20 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80,1 ha torpaq sahəsi ilə tamamilə üst-üstə düşür. 2-ci cədvəldə göstərilən 50 ha torpaq sahəsi 3-cü cədvəldə göstərilən 80,1 ha torpaq sahəsinin 35,3 ha hissəsi ilə üst-üstə düşür.
45. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Elçin Mehdiyev və Günay Cavadova) 04 oktyabr 2023cü il tarixli, 2-1(107)-395/2023 nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı2 kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi”, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax bələdiyyəsinə qarşı “xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarın 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahələri bələdiyyənin mülkiyyətində olan 80 ha torpaq sahəsi ilə üst-üstə düşdüyündən, həmin torpaq sahəsi kateqoriyası dəyişdirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə Yevlax bələdiyyəsinin mülkiyyətinə verildiyindən, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 80 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin sərəncam və onun əsasında verilmiş çıxarış da hazırda da qüvvədə olduğundan İddiaçı2 kəndli (fermer) təsərrüfatının Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarının 50 ha torpaq sahəsi, həmçinin iddiaçı "xxxx" MMC-nin Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarının 20 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır.
47. İddiaçılar ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
48. İddiaçıların kassasiya şikayətlərinin əsasını mahiyyətcə onların iddia ərizələrinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Üçüncü şəxs "xxxx" MMC tərəfindən kassasiya şikayət lərinə qarşı etiraz təqdim edilərək, iddiaçıların kassasiya şikayətlərinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 50. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud luğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati o rqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericili yə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
56. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
57. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifl əri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
58. Hazırkı mübahisədə iddiaçıların tələbi bələdiyyənin alqı-satqı predmeti olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilm əsinə dair Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarının onlara məxsus torpaq sahələrinə aid hissələrdə ləğvinə yönəlmişdir. İddiaçılar hesab edirlər ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən onlara verilmiş və bununla bağlı torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktları tərtib edilmiş torpaq sahələrinə dair cavabdeh Yevlax bələdiyyəsi mübahisələndirilən xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarı qəbul etməklə nəticədə həmin torpaq sahələrinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə səbəb olmuş və bununla da onların torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarını pozmuşdur.
59. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
60. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prose ssual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
61. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə Yevlax peşə məktəbinin istifadəsində olan 128 ha, o cümlədən 100 ha şoran dinc, 11,20 ha şoran örüş və 16,80 ha sair torpaq sahəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Bələdiyyənin həmin torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə Yevlax şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq v ə Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 16 nömrəli qərarına istinadən, Yevlax bələdiyyəsinin adına 80 ha torpaq sahəsi ilə bağlı A-322330 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci ildə 13 nömrəsi ilə uçota alınmışdır. MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, həmin 80 ha torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli protokol qərarı ilə bələdiyyənin 80 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün açıq müsabiqəni n keçirilməsi və s. qərara alınmış, daha sonra həmin 80 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.
62. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərara əsasən barəsində açıq müsabiqənin keçirildiyi 80 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı ilə Yevlax bələdiyyəsinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində Yevlax bələdiyyəsinin mülkiyyəti hüququ məhz həmin sərəncam əsasında rəsmiləşdirilmişdir.
63. İddiaçılar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamını deyil, onlara məxsus torpaq sahələrinə aid hissədə Yevlax bələdiyyəsinin mülkiyyətində olan 80 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsal ı məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqənin keçirilməsinə dair xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarını mübahisələndirmişlər. Halbuki, iddiaçıların marağına toxunma kontekstində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 278s nömrəli sərəncamı həlledici təsirə malikdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 06 nömrəli qərarını mübahisələndirməkdə iddiaçılar haqlı sayıla bilməzlər. Belə ki, mülkiyyətində olan torpaq sahəsinə aid qərar qəbul etmək bələdiyyənin səlahiyyətinə aid məsələdir və onun məsuliyyət sferası ilə ehtiva olunur.
64. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanıl ır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
65. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il ta rixli, 2-1(107)-395/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.