Məhkəmə qərarları › İş №2-1(102)-335/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-335/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-335/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər İsmayıllı bələdiyyəsi və X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər İsmayıllı bələdiyyəsi və X3) qarşı “İsmayıllı bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 nömrəli qərarı ilə satılmış 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 05 sentyabr 2024cü il tarixli, 2-1(107)-405/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi xx.xx.2013-cü il tarixli 218 nömrəli rəylə iddiaçıya həyətyanı məqsədilə bələdiyyə mülkiyyətində olan, perspektiv inkişaf fondu torpaqlarından 0,03 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir.

2. İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0.03 ha torpaq sahəsi fərdi ev tikmək məqsədilə iddiaçıya satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 921 manat pul vəsaiti ödənmişdir.

3. Bələdiyyə ilə iddiaçı arasında xx.xx.2013-cü il tarixdə torpaqların alqı-satqısına dair akt və xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, 483409 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır.

4. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati or qana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2017-ci il tarixdən bələdiyyə alqı-satqı predmeti olan torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İsmayıllı bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 nömrəli qərarı ilə satılmış 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeyd edilməsi və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmi şdir.

6. İddiaçı tələbini bu qərarın 1-4-cü bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2093/2023 nömrəli qərardadı ilə İsmayıllı bələdiyyəsi (adi qaydada), xx.xx.2024-cü il tarixli 2-1(116)-252/0224 nömrəli qərardadı ilə X3 (zəruri qaydada) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

9. İşin məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, bələdiyyə qərarı ilə satılmış 0.03 hektar həyətyanı torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (islahat xəritə sinə) və X1 X2 (TEKUİS) əsasən İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazisinin sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiası ictimai tikililər olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 359 kv.m torpaq sahəsinin 218 kv.m hissəsi İsmayıllı bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 nömrəli qərarı ilə satılmış 0.03 hektar həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda, iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 359 kv.m torpaq sahəsinin 45 kv.m hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********99 saylı çıxarışla, 17 kv.m hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********85 saylı çıxarışla, 46 kv.m hissəsi isə hüquqların dövlət r eyestrində qeydiyyata alınmış **********63 saylı çıxarışla üst-üstə düşür. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 359 kv.m torpaq sahəsinin 33 kv.m (23 kv.m və 10 kv.m) hissəsi İsmayıllı rayon İsmayıllı şəhər inzibati ərazi dairə sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiası ictimai tikililər olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki naturada ölçülmüş torpaq sahəsinə ən yaxın məsafədən, 0,45 metrliyindən yüksək gərginlikli elektrik xətti (UnKv 10) keçir və iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 359 kv.m torpaq sahəsinin 158 kv.m hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 18 aprel 2024-cü il tarixli 21(116)-252/2024 nömrəli qərarı ilə iddia t əmin edilmiş, İsmayıllı bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 22 nömrəli qərarı ilə satılmış 0.03 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İsmayıllı şəhərində yerləşən 300 kv.m həyətyanı torpaq sahəsi İsmayıllı bələdiyyəsinin xx.xx.2013-ci il tarixli, 22 nömrəli qərarı əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq s ahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müvafiq rəyi, İsmayıllı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alqısatqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarına və xx.xx.2013-cü il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. C avabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. Qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərb aycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kim i məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Cavabdeh orqan tərtib etdiyi ilkin mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşu torpaq sahələrinə aid sənədlərlə müəyyən hissələrdə üst-üstə düşməsini bildirsə də, məhkəmə araşdırması gedişində müvafiq üstüstə düşmələrin iddia olunan 300 kv.m torpaq sahəsinə münasibətdə aradan qaldırıldığını bildirmişdir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasın ı hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 05 sentyabr 2024-cü il tarixli, 21(107)-405/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, İdarə qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədlərin dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, iddiaçıya satılmış 0.03 ha torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (islahat xəritəsinə) və X1 X2 (TEKİUS) əsasən İsmayıllı şəhər inzibati ərazisinin sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Bununla yanaşı, torpaq sahəsinə ən yaxın məsafədən 0.45 metrliyindən yüksək gərginlikli elektrik xətti (UnKv 10) keçir və torpaq sahəsinin 158 kv.m hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq ərizənin icrasından imtina verilmişdir. Həmçinin, hazırki iş üzrə xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilmişdir ki, qeyd olunan torpaq sahəsi İsmayıllı şəhər inzibati ərazisinin sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. Bu kimi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi isə qanunda nəzərdə tutulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanu nu Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslər in mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.... 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.... 19. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.... Bənd

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həya ta keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan s onra qəbul edilir.... Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barəd ə qərar qəbul edir.... 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.... Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyə n edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudl aşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdi qlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. tutulmuş qeydiyyatın 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət et məyə borcludurlar.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır....

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti o rqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin q ərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri g östərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Məhkəmə kollegiyası “bələdiyyənin mübahisə predmeti olan torpaq sahəsini iddiaçıya satmamışdan əvvəl həmin torpaq sahəsi üzərində öz hüqu qlarını dövlət qeydiyyatına aldırmaması” ilə bağlı cavabdehin imtina və kassasiya dəlillərinə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin halları təkrarlamağı lüzum bilmir.

32. Cavabdehin “mübahisə predmeti olan 0.03 ha torpaq sahəsinin Kompleks yerquluşu xəritəsinə (islahat xəritəsinə) və X1 X2 (TEKİUS) əsasən İsmayıllı şəhər inzibati ərazisinin sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı mütəxəssis məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əvvəllər iddia olunan torpaq sahəsi ilə bağlı v erilmiş digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə barədə məlumatlar dəyişmişdir. Belə ki, hazırda iddia olunan torpaq sahəsinin 218 kv.m hissəsi iddiaçının elə özünün adına verilmiş planölçü sənədi ilə üst-üstə düşən torpaq sahəsidir. 17 kv.m torpaq sahəsi əvvəllər **********85 nömrəli çıxarışla üst-üstə düşsə də, hazırda üst-üstə düşmə aradan qaldırılmışdır. 46 kv.m torpaq sahəsi əvvəllər **********63 çıxarışla üst-üstə düşsə də, həmin torpaq sahəsinə verilmiş texniki pasportda üst-üstə düşmə aradan qaldırılmış, çıxarış texniki pasporta uyğunlaşdırılmamışdır. Çıxarışla texniki pasport arasında hal-hazırda uyğunluq olmasa da, texniki pasport son tərtib olunan sənəddir, çıxarışın texniki pasporta uyğunlaşdırılması həyata keçiriləcəkdir. Qalan 23 kv.m torpaq sahəsi bələdiyy ə ərazisidir, üzərində hüquqların qeydiyyatı aparılmamışdır.

33. Göründüyü kimi, müvafiq üst-üstə düşmələr iddia olunan torpaq sahəsinə münasibətdə aradan qaldırılmışdır.

34. Məhkəmə kollegiyası cavabdehin “mübahisə predmeti olan torpaq sahəsinə ən yaxın məsafədən 0,45 metrliyindən yüksək gərginlikli elektrik xətti (UnKv 10) keçməsi və torpaq sahəsinin 158 kv.m hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarında torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin torpaq sahəsinin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.

35. Gös tərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2-1(107)-405/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar