Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3357/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid və şəhid ailəsi statusunun ləğvi barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N nömrəli hərbi hissənin ##.##.1995-ci il tarixli, *** nömrəli bildirişinə əsasən X3 (iddiaçının əri) Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə ##.##.1995-ci il tarixdə güllə yarasından həlak olmuşdur.
2. X3 ölüm qeydi haqqında ##.##.1995-ci il tarixli şəhadətnamədə və ölüm haqqında ##.##.1995-ci il tarixli şəhadətnaməsində Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunmuşdur.
3. Yevlax şəhər Hərbi Komissarlığının ##.##.1996-cı il tarixli, **** nömrəli arayışında X3 ##.##.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olması barədə qeydlər icra edilmişdir.
4. İddiaçıya şəhid ailəsi kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq Yevlax rayon ƏSM mərkəzi tərəfindən ##.##.1995-ci il tarixdə ****** nömrəli vəsiqə verilmişdir.
5. Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş ##.##.1998-ci il tarixli *** nömrəli arayışda X3 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması, həmin arayışın verilməsinə əsas olaraq N saylı hərbi hissənin ##.##.1995-ci il tarixli, *** nömrəli bildirişi göstərilmişdir.
6. Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin ****** nömrəli qərarı ilə ##.##.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir.
7. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ##.##.2007-ci il tarixində Yevlax rayon Hərbi Komissarlığına daxil olmuş **/*-**** saylı məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmrindən çıxarışda R X3 ##.##.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğu göstərilir.
8. ##.##.2007-ci il tarixdən iddiaçıya təyin edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dayandırılmışdır.
9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək ##.##.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şəki İnzibati Məhkəməsinin ## ######## 2023-cü tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2007-ci il tarixdən dayandırılmış “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Cavabdeh apellyasiya şikayəti qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ######## 2023-cü tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Cavabdehin “İnzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” *-**-**/*-**/**** saylı qərarına əsasən X3 barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (36-cı bəndi) nəzərə alınaraq inzibati icraat başlanılmışdır.
16. Cavabdehin “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” haqqında ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı qərarına əsasən X3 və İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Yevlax rayon hərbi komissarlığı tərəfindən qəbul edilmiş ## ######## 1998-ci il tarixli *** nömrəli arayış (qərar) ləğv olunmuş, X3 şəhid statusu verilməmiş, İddiaçı şəhid ailəsi üzvü hesab edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X3 hərbi xidmət zamanı ##.##.1995-ci il tarixdə vəfat etmişdir. Qanuna müvafiq olaraq ona şəhid statusu verilmiş və eyni zamanda o, şəhid ailəsi statusu əldə etmişdir. Lakin 2007-ci ildə pensiya idarəsindən zəng olunaraq pensiyanın dayandırıldığı bildirilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Verilən cavablarda ərinin özünə qəsd edərək həlak olması əsas gətirilərək verilən təminatların dayandırıldığı qeyd olunmuşdur. Lakin, hal-hazıradək şəhid statusunun ləğv edilməsi barədə heç bir məlumat verilməmişdir. Mərhum ərinin ölüm haqqında ##.##.1995-ci il tarixli şəhadətnaməsində, ölüm qeydi haqqında ##.##.1995-ci il tarixli şəhadətnamədə, Yevlax Şəhər Hərbi Komissarlığının arayışlarında onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunmuş və dövlət qurumları bu hüquqmüəyyəndici sənədlər əsasında ona şəhid statusu vermişdir. Eyni zamanda onun nəşi Yevlax şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə edilən çoxsaylı müraciətlərə cavab məktublarında mərhumun özünə qəsd etdiyi faktı əsas gətirilmişdir. Bu səbəbdən Füzuli Hərbi Prokurorluğuna müraciət edərək A.Fəttayevin özünəqəsd faktı ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq ##.##.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X3 ilə bağlı Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır. Dövlət Sosial Müdafiə X1 Şəxsi * saylı X4 Filialı ##.##.2023-cü il tarixli məktubunda X3 şəhidlik statusunun ##.##.2007-ci il tarixdən ləğv olunduğunu və həmin tarixdən şəhid ailələri üçün verilən təqaüdün dayandırıldığını bildirmişdir. ##.##.2007-ci il tarixdən qanunsuz dayandırılmış təqaüd məbləğlərinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsi öhdəliyi qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixili *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ##.##.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin bərpa edilməsi və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Sözügedən qərarla razılaşmayan cavabdeh həmin qaradan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarının icra olunmasının təmin edilməsi məqsədilə ##.##.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi ##.##.2024-cü il tarixdə icra sənədini icra etməsi üçün cavabdehə göndərərək 20 gün ərzində icranı təmin etməsini tələb etmişdir. Lakin həmin müddətdən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, həmin qərarın icrası təmin edilməmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh hazırda mübahisələndirdiyi qərarı təqdim etmişdir. Qərarda ##.##.1998-ci il tarixli *** nömrəli arayışın ləğv olunması, X3 şəhid statusunun verilməməsi və İddiaçı Sayad qızının şəhid ailəsi üzvü hesab edilməməsi qeyd olunmuşdur. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
19. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X8 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X8 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, X2 barəsində ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubla Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və ##.##.2024-cü il tarixli *-**-**/*-****/**** nömrəli məktubla Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinə sorğular olunaraq cavablar alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli məktubunda və ##.## 2024-cü il tarixli **** nömrəli məktubla göndərilmiş əmrdən çıxarışda bildirilir ki, 5-ci motoatıcı taborun 3-cü bölüyünün Ru X3 ##.##.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmri ilə taborun şəxsi heyətinin siyahısından çıxarılmışdır.
20. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim V.Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” barədə qərarı ləğv edilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan ##.##.2025-ci il tarixdə “inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı inzibati icraatın təzələnməsi barədə” *-**-**/*-**/**** saylı qərar qəbul etmiş və eyni gündə “şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi haqqında” *-**-**/*-**/**** nömrəli qərar qəbul etmiş və bu zaman ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun normalarını nəzərə almamış, inzibati icraatda iddiaçının iştirakını, dinlənilmə hüququnu, o cümlədən işin hallarının obyektiv araşdırılmasını təmin etməmişdir. Şəxsə şəhid statusunun verilməsi cavabdehin özü tərəfindən həyata keçirildiyi halda cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Cavabdeh orqan, Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ##.##.2007-ci il tarixli **** nömrəli məktub ünvanlayarkən N saylı hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli əmrindən məlumatlı idi. Bununla belə cavabdeh orqan X2na şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının ##.##.1998-ci il tarixli, *** nömrəli arayışının ləğvi ilə bağlı hazırda mübahisələndirilən inzibati aktı məlumatının olduğu tarixdən 18 il keçdikdən sonra qəbul etmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, N saylı hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli əmrindən məlumatlı olduğu tarixdən 18 il keçdikdən sonra müvafiq inzibati aktı qəbul etməsini əsaslandırmamışdır. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aşkar şəkildə “İnzibati icraat haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi müəyyən edildiyindən iddiaçı sözügedən inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər T.Həsənov – məruzəçi, R.Rəfiyev və T.Musayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun və iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir.
27. Kassator əlavə olaraq göstərmişdir ki, X3 özünə qəsd etməsi nəticəsində həlak olması təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir və bu səbəbdən o, “şəhid”, ailəsi “şəhid ailəsi” hesab edilə bilməz və onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu tamamilə inkar olunur. Qeyd olunmalıdır ki, “İnzibati İcraat haqqında” Qanunun ## ####### 2005-ci ildə qəbul edilməsinə, İnzibati Prosessual Məcəlləsinin ## #### 2009-cu il tarixdə təsdiq olunmasına baxmayaraq hər iki normativ hüquqi akt 2011-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmin vaxta qədər müvafiq inzibati icraat institutlaşmamış, inzibati proseslər ayrı-ayrı mərkəzi inzibati orqanların müəyyən etdiyi (və ya etmədiyi) prosedurlar çərçivəsində həyata keçirilmişdir, qəbul edilən inzibati aktlar sərbəst - əmr, sərəncam, akt, protokol, arayış, məktub və digər formalarda qəbul edilmişdir. ##.##.2007-ci ildə A.S.Fəttayevin şəhid statusu və ailəsinin şəhid ailəsi statusunun ləğv edilməsi zamanı SHXÇDX-nin hüquqi sələfi Müdafiə Nazirliyinin tabeliyində Respublika Hərbi Komissarlığı olmuş və müvafiq ##.##.2007-ci il tarixli **** nömrəli məktub inzibati akt statusunu daşımışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmış, bundan sonra, əvvəllər hərbi komissarlıqlar tərəfindən verilmiş sənədlər yalnız müvafiq araşdırma zərurəti olduqda inzibati akt formasında yenidən rəsmiləşdirilmişdir. Bu səbəbdən, formal əsasların aradan qaldırılması üçün ##.##.2007-ci il tarixli **** nömrəli məktub ##.##.2025-ci il tarixdə *-**-**/*-**/**** saylı inzibati akt kimi rəsmiləşdirilmişdir. Bu zaman heç bir yeni inzibati akt qəbul edilməmiş, ##.##.2007-ci il tarixli **** nömrəli məktubun (inzibati aktın) məzmunu və mahiyyəti dəyişdirilməmişdir. Ona görə də, cavabdehin 18 ildən sonra inzibati akt qəbul etməklə müddət pozuntusuna yol verməsi həqiqətə uyğun deyil.
28. Apellyasiya məhkəməsinin A.S.Fəttayevin “şəhid”, iddiaçının “şəhid statuslarının saxlanılması barədə qərarı şəhidlik barədə cəmiyyətdə formalaşmış və qanunvericilikdə əks olunmuş ictimai fikrə, şəhidlik statusunun dövlət və xalq tərəfindən dəyərləndirilməsi meyarlarına uyğun deyil, “şəhid” statusunun bayağılaşdırılmasına yol açır, şəhid ailələrinin, şəhid olmayan şəxsin hər hansı səbəbdən şəhidlər sırasına daxil edilməsi şəhidlərin ruhlarının incidilməsi kimi qiymətləndirilməklə cəmiyyətin haqlı narazılığına səbəbdir, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı Qərarının kobud pozuntusudur, Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsis edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün şəhid olmayan şəxsin ailəsinə verilməsi həm qanunvericiliyə, həm də milli mənəviyyata ziddir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının cavabdeh tərəfindən qəbul edilmiş “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” haqqında ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı qərarın ləğv edilməsi ilə bağlı tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
40. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, formal əsasların aradan qaldırılması üçün ##.##.2007-ci il tarixli **** nömrəli məktub ##.##.2025-ci il tarixdə *-**-**/*-**/**** saylı inzibati akt kimi rəsmiləşdirilmişdir. Bu zaman heç bir yeni inzibati akt qəbul edilməmiş, ##.##.2007-ci il tarixli **** nömrəli məktubun (inzibati aktın) məzmunu və mahiyyəti dəyişdirilməmişdir. Ona görə də, cavabdehin 18 ildən sonra inzibati akt qəbul etməklə müddət pozuntusuna yol verməsi həqiqətə uyğun deyil.
41. İş materiallarında olan Yevlax rayon Hərbi Komissarlığının ##.##.2007-ci il tarixli **** nömrəli məktubunda göstərilmişdir ki, X3 ## ###### 1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə “şəhid” statusunun verilməsinə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2007-ci il tarixli məktubu və eləcə də, N saylı hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmrindən çıxarışı əsas vermədiyi üçün Yevlax rayon ƏƏSMM-dən mesvinəti ##.##.2007-ci il tarixdən dayandırılmışdır.
42. Cavabdehin “Şəhid və şəhid ailəsi statusunun verilməsi barədə qərarın ləğv edilməsi” haqqında ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı qərarına əsasən X3 və İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Yevlax rayon hərbi komissarlığı tərəfindən qəbul edilmiş ## ######## 1998-ci il tarixli *** nömrəli arayış (qərar) ləğv olunmuş, X3 şəhid statusu verilməmiş, İddiaçı şəhid ailəsi üzvü hesab edilməmişdir.
43. Göründüyü kimi cavabdeh ##.##.2007-ci il tarixli **** nömrəli məktubu ##.##.2025-ci il tarixdə *-**-**/*-**/**** saylı inzibati akt kimi rəsmiləşdirildiyini iddia etsə də, faktiki olaraq hər iki sənəd fərqli məzmunlarda olmuşdur.
44. Bundan başqa, hazırkı iş üzrə iddiaçının “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin bərpa edilməsi ilə bağlı iddia tələbinə məhkəmədə baxılmış, iddia təmin edilmiş və məhkəmə icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının xeyrinə yekunlaşmışdır.
45. Qeyd edilən inzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin ****** nömrəli qərarı ilə ##.##.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilsə də, ##.##.2007-ci il tarixindən müavinətin ödənilməsi dayandırılmışdır. Dayandırmaya əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının ##.##.2007-ci il tarixli **** nömrəli məktubu olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığı məktubla Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət edərək bilmişdir ki, X3 ##.##.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğundan o, şəhid hesab edilə bilməz. Lakin məhkəmə kollegiyası işdə olan sənədlərə istinad edərək bildirmişdir ki, iddiaçıya verilmiş şəhid ailəsi statusu ləğv edilməmişdir və hazırda da qüvvədədir. Odur ki, iddiaçının şəhid ailəsi statusu ləğv edilmədiyindən həmin statusdan irəli gələn imtiyazlardan da istifadə hüququ qalmaqda davam edir.
46. Hazırkı işin materiallarında olan cavabdehin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X3 ##.##.1995-ci il tarixdə Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən ##.##.1995-ci il tarixdə X3 “şəhid”, onun anası “şəhid ailəsi” hesab edilir.
47. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ##.##.2007-ci il tarixli **** nömrəli məktubla ##.##.2025-ci il tarixli *-**-**/*-**/**** saylı inzibati aktı eyniləşdirməsi və buna görə müddət pozuntusuna yol verməməsi barədə dəlili əsassızdır.
48. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə şəhid statusunun verilməsi cavabdehin özü tərəfindən həyata keçirildiyi halda cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində qeyd edilmiş müddətlə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarında həmin hallar tam və hərətərəfli göstərildiyi üçün məhkəmə kollegiyası həmin halların təkrar edilməsinə zərurət görmür.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ərinin 1995-ci ilin fevral ayında özünə qəsd etməsi ilə bağlı cinayət təqibinin həyata keçirilməsi və onun nəticəsi barədə hər hansı sübut olmadığından, cavabdehin istinad etdiyi N nömrəli hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** nömrəli əmrin (A.Fəttayevin özünə qəsd edərək həlak olduğuna görə şəxsi heyətin siyahısından çıxarılması) verilməsinə səbəb olan heç bir dəlil təqdim olunmadığından cavabdehin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.