Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-336/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-336/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbə sinə qarşı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2018 saylı 19 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikasını n Ordubad şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamaqla, 08.06.1976-cı ildən 06.08.2007ci il tarixədək müxtəlif təşkilatlarda, o cümlədən 17.01.1983-cü ildən etibarən 07.09.1990cı ilədək xxx diyarı X1 və Prokurorluğunda, 30.08.1991-ci ildən 03.11.2001-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğu orqanlarında işləmişdir. (13.06.1976-cı il tarixli, İT-İ seriyalı ******* saylı əmək kitabçası) İddiaçının Azərbaycan Respublikası Prokurorluğu orqanlarında işlədiyi 1991-1996-cı illər ərzində aldığı vəzifə maaşı, xidmət illərinə görə əlavələr, həmçinin mükafatlar barədə məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 14.08.2007ci il tarixli, 15/85 4 saylı arayışda qeyd edilmişdir. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının 31.10.2007-ci il tarixli, TSE-01 seriyalı, 047953 saylı müayinə aktı ilə ümumi xəstəlikdən (boyun fəqərələrinin osteoxondrozu, hipertonik) 2-ci qrup əlillik dərəcəsi verilmiş, 14.10.2015-ci il tarixdən isə ona müddətsiz İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə (bundan sonra- cavabdeh) müraciət edərək, 30.08.1991-ci il tarixdən başlayaraq ardıcıl gələn 60 ay ərzində Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, (istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğunun böyük müstəntiqi vəzifələrində) məzuniyyətə çıxark ən iki aylıq əmək haqqı məbləğində pul təminatı, pensiya təyin edilən tarixdən müəyyənləşdirilmiş orta aylıq əmək haqqının ilkin olaraq iki misli həcmində müalicə pulu və əmək haqqının iki misli həcmində maddi yardımın hesablanması və ödənilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh 29.11.2017-ci il tarixli 18/04-7045 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçıya hüququnun yarandığı 31.10.2007-ci ildən əliliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanarkən 1991-1996-cı illərin əmək haqqısı nəzərə alınaraq 1944 manat pensiya hesablanmışdır. Təqdim etdiyi əmək haqqı cədvəlində 60 ay ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğunun böyük mü stəntiqi vəzifələrində məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı pul təminatı, pensiya təyin edilərkən müəyyənləşdirilmiş orta əmək haqqının illik olaraq iki misli həcmində müalicə və əmək haqqının iki misli həcmində maddi yardım ödənilməsi barədə məlumat öz əksini tapmamışdır. Müvafiq sənədlər təqdim edildikdən sonra pensiyanın hesablanmasına yenidən baxıla bilər. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.08.1991-ci il tarixdən başlayaraq ardıcıl gələn 60 ay ərzində Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğun böyük müstəntiqi vəzifələrində məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, pensiya təyin edilən tarix dən müəyyənləşdirilmiş orta aylıq əmək haqqının illik olaraq iki misli həcmində müalicə pulu və əmək haqqının iki misli həcmində maddi yardımın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 17.01.1983-cü ildən 07.09.1990-cı ilədək xxx diyarı X1 və Prokurorluğunda, 30.08.1991-ci ildən isə 03.11.2001-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 03.11.2001-ci ildən köçürülmə yolu ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində işə qəbul olunması ilə əlaqədar əmək fəaliyyətini həmin Nazirlikdə davam etdirmiş, 31.10.2007-ci ildən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensi yası həmin vaxtı qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.8 və 20.8.3-cü maddələrinin tələblərinə əsasən prokurorluq orqanlarında qulluğun istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən (sonrakı artırmalar nəzərə alınmaqla) hesablanması hüququ nəzərə alınmaqla 30.08.1991-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq və Xətai rayon Prokurorluğun böyük müstəntiqi vəzifələrində aldığı əmək haqqı hesablanmışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqına” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələr pensiya hesablanarkən nəzərə alınmamışdır. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.08.1991-ci il tarixdən başlayaraq ardı cıl gələn 60 ay ərzində prokurorluq orqanlarında işlədiyi dövr (Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, (istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğun böyük müstəntiqi) üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının 2 misli həcmində müalicə pulu və əmək haqqının 2 misli həcmində maddi yardımın verilməsi nəzərə alınmaqla 19 noyabr 2009-cu ildən ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ona ödənilməsi vəzifəsinin DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını imtina məktubuna uyğun əsaslandıraraq bildirmişdir ki, iddiaçıya hüququ yarandığı 31.10.2 007-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanarkən 1991 -1996-cı illərin əmək haqqısı nəzərə alınaraq ona 1944 manat pensiya hesablanmışdır. Təqdim edilmiş əmək haqqı cədvəlində 60 ay ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğunun böyük müstəntiqi vəzifələrində məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı pul təminatı, pensiya təyin edilərkən müəyyənləşdirilmiş orta əmək haqqının illik olaraq iki misli həcmində müalicə və əmək haqqının iki misli həcmində maddi yardım barədə məlumat öz əksini tapmamışdır. Müvafiq sənədlər təqdim edildikdən sonra pensiyanın hesablanmasına yenidən baxılacaqdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tar ixli, 2-1(82)684/2018 saylı qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin mart 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehinapellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(82)-684/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1728/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayət ində bildirmişdir ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulmasını bildirmişdir. Belə ki, iddiaçıya hüququnun yarandığı 31.10.2007-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərkən 1991 -1996-cı illərin əmək haqqısı nəzərə alınaraq 1944 manat pensiya hesablanmışdır. İddiaçının təqdim etdiyi əmək haqqı cədvəlində 60 ay ərzində Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, istintaq idarəsinin böyük müstəntiqi, Xətai rayon Prokurorluğun böyük müstəntiqi vəzifələrində məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı pensiya təyin edilərkən müəyyənləşdirilmiş orta əmək haqqının illik olaraq iki misli həcmində müalicə pulu və əmək haqqının iki misli həcmində maddi yardımın verilməsi barədə məlumatlar öz əksini tapmamışdır. İddiaçının pensiya məbləği düzgün hesablanmışdır. Ona bildirilmişdir ki, müvafiq sənədlər təqdim edildikdən sonra pensiyasının hesablanmasına yenidən baxıla bilər. Beləliklə də cavabdeh hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə səhvdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olun muşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir i nsanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir Məhkəmə kollegiyası qeyd edir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”Azərbaycan Respublikası Qanununun: - 20.8-ci maddəsinə əsasən, proku rorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. -20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, 20 oktyabr 2009-cu ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci və 20.8.3-cü maddələrinə edilmiş dəyişiklik və əlavəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Bu qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prok urorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun: - 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasın ın qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.11-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsu liyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.1 və 21.4-cü maddələri iddiaçının vəziyyətini yüngülləşdirən və yaxşılaşdıran normativ hüquqi akt olduğundan, qeyd edilən aktın hüquqi qüvvəsi iddiaçıya münasibətdə geriyə tətbiq edilməklə pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla iddiaçının pensiya məbləğinin mart 2009-cu il tarixdən yenidən hesablanaraq ödənilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məsələ iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3). Beləliklə, cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasından imtinası qanuna zidd o lmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). «Əmək pensiyaları haqqında» Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03. 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1728/2018 saylı iş üzrə 19 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-336/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-336/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver