Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-336/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Mülüm oğlu və X6 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətin vəkili X13 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X11 Komitəs i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(103)-1560/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Orconokidze rayonu “Qum Adası” NQÇİ rəhbərliyi tərəfindən xx xxxxxx 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, xx xxxxxxxx 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsə rrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.
2. Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskizlayihəsinə əsasən Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası” NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. 3. "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx xxxxxxx 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda xx xxxxxxx 1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası id diaçıya təqdim edilmişdir.
4. İddiaçı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamış, iddiaçıya xx.xx.2017-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir, sözügedən bağçılıq yoldaşlığında eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Bundan başqa, göstərilən bağ sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağ sahəsinin ünvanında uyğunsuzluq aradan qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx xxxxxxx 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda xx.xx.1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçı "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx xxxxxxx 1994-cü il tarixli, 01 saylı qərarını və xx xxxxxxx 1994-cü il tarixli “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər surətdir, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfa tının üzvlərinin siyahısında adı aşkar olunmamış, sözügedən bağçılıq-yoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, göstərilən bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2-1(81)835/2018 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda siyahida iddiaçının adının olmaması və nomrədəki uyğunsuzluq iddiaçının iradəsindən asılı deyil.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. İş üzrə yuxarı instansiyası m əhkəmələrindəki icraat Apelyasiya məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Məmmədov və İ.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti («ARDNŞ») ilə X12 Ltd. («xxx x») və ARDNŞ-nin Ortaq Neft Şirkəti («ONŞ») arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununa istinadən göstərmişdir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dovlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Ali Məhkəmədəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1723/2019 saylı, 2019-cu il 7 avqust tarixli qərarı ilə (hakimlər S.Huseynova, (sədrlik edən və məruzəçi) İ.Dadas ov və K.Bədəlov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
14. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, mübahisəli məsələyə apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 5-ci bəndinin tətbiqi düzgün olmamışdır, çünki məhkəmə həmin bənddə nəzərdə tutulmuş tələbləri düzgün təfsir etməmişdir. Belə ki, 4-cü bəndin tələblərinə görə, Qanun qüvvəyə mindikdən sonra Sazişin qüvvədə olduğu müddət ərzində onun tələblərinə zidd olan hər hansı bir normativ-hüquqi və ya inzibati akt qəbul edildiyi təqdirdə, onların daha sonra qəbul edilməsinə baxmayaraq, daha yüksək hüquqi qüvvə Qanunla təsdiq edilmiş Sazişə, Hökumət təminatına və Ə lavələrə verilmişdir. 5-ci bəndin mahiyyəti isə ondan ibarətdir ki, əgər həmin Saziş bağlanmadan əvvəl kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün hər hansı bir digər saziş, kontrakt və ya bu cür başqa sənəd mövcud olmuşdursa, onların hüquqi qüvvəsi ləğv edilmiş hesab olunmalıdır. Qeyd edilmiş bənddə nəzərdə tutulmuş tələblər bilavasitə həmin sahənin hər hansı bir məqsədlə və hüquqla başqa şəxslərə verilməsini nəzərdə tutmamış, yalnız məqsədli təyinatı neft-qaz əməliyyatları aparmaq üçün verildiyi halda, bu çür əqdlərin qüvvəsinin ləğv edildiyini müəyyən etmişdir. Bu nəticə həmçinin ondan irəli gəlir ki, Azərbaycan Respublikasının qanunvericiliyində hər hansı bir torpaq sahəsinin hər hansı bir hüquqla məxsusluğu müəyyən edildiyi təqdirdə, müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Çünki əks halda məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həll edilməsi müəyyən olunmalı idi. 1987-ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur ki, onun yuxarıda istinad edilən Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununu ilə ləğv edilməsi nəticəsi yaranmır. Apelyasiya məhkəməsindəki ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2479/2019 saylı, 2019-cu il 27 noyabr tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçı iddia təmin edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, işin mübahisə olunmayan halı ondan ibarədir ki, mübahisəli torpaq sahəsi iddiaçıya xx xxxx 2001-ci il tarixli Qanundan əvvəl qəbul olunmuş inzibati akt olan Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987ci il tarixli, 10/396 saylı qərarı ilə ayrılmışdır. Və həmin qərar qəbul edildiyi halda da, hazırki vəziyyətdə də həmin torpaq sahələri neft-qaz təyinatlı, sənaye əhəmiyyətli torpaqlar olduğundan həmin torpaq sahələrindən əvvəlki dövrdə də, hal-hazırki dövrdə də təyinatına görə istifadə edilməsi qanuni və zəruridir. Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 say lı qərarı ilə həmin torpaq sahəsinin hər hansı digər məqsəd üçün (tikinti, mülkiyyət və s.) deyil, məhz iddiaçının bağçılıq təsərrüfatı aparması üçün istifadəsinə verilməsi həmin torpaqların sənaye təsərrüfat əhəmiyyətindən irəli gəlmişdir. Adı çəkilən inzibati akt əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına və dövlət reyestrində qeydiyyata alınmasına əsas vermir. Müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsinin nəzərdə tutulmaması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair mövcud hüququnun ləğv edilməsinə dair aidiyyatı orqan tərəfindən hər hansı bir qərarın qəbul edilməsi iş materiallarından müəyyən olunmur. Belə bir qərar qəbul olunacağı təqdirdə i sə iddiaçıya dəyəcək zərərin ödənilməsinin tələb edilməsi qanunvericiliklə nizama salınmışdır. Bundan başqa iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutuan Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı iddiaçının məzmununa etimad göstərdiyi qanunsuz, lakin əliverişli inzibati akt kimi qiymətləndirilməlidir. Qanunsuz əliverişli inzibati akt isə ləğv olunduğu təqdirdə maraqlı şəxs olaraq iddiaçının həmin aktın məzmununa etimad göstərməsi səbəbindən düşdüyü zərərin əvəzini kompensasiya ilə ödənilməsini tələb etmək hüququna malikdir. Ali Məhkəmədəki ikinci icraat
17. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-735/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi) İ.Hüseynov və R.Nəbizadə) Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2479/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1723/2019 nömrəli qərarında qeyd olunmuşdur ki, “apelyasiya instansiyası məhkəməsi iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən bildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir”
19. Lakin işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Kollegiyasının bu göstərişlərini yerinə yetirməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini pozmuşdur.
20. Həmin maddəyə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
21. Bununla yanaşı, kassatorun “qanunçuluq və bərabərlik” prinsipləri ilə bağlı dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin göstərilən dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə eyni vəziyyətdə olan yüzlərlə şəxsə artıq mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyinə dair iddiaçının bildirdiklərini də yoxlamalı və işin müəyyən olunmuş hallarına qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri baxımından qiymət verməlidır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(102)1295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı). Apelyasiya məhkəməsindəki üçüncü icraat
22. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1560/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Agayev (sədrlik edən və məruzəçi), R.Həsənov və A.Nuriyeva) apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.
23. Məhkəmə qərarıını onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı iddiaçının məzmununa etimad göstərdiyi qanunsuz, lakin əliverişli inzibati akt kimi qiymətləndirilməlidir. Qanunsuz əliveriş li inzibati akt isə ləğv olunduğu təqdirdə maraqlı şəxs olaraq iddiaçının həmin aktın məzmununa etimad göstərməsi səbəbindən düşdüyü zərərin əvəzini kompensasiya ilə ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə istinad edərək müraciəti təmin etməməkdə haqlı olmuşdur.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətində göstərilir ki, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi təqdim etdiyi etirazda bağçılıq və yoldaş ıq cəmiyyəti üzvlərinin siyahısında iddiaçının adının olmadığını qeyd etməsinə və adı çəkilən siyahının məhkəməyə təqdim edilməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq, qeyd edilən siyahı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş və ya təqdim edilməkdən imtina edilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş bağçılıq və yoldaşıq cəmiyyəti üzvlərinin siyahısında adının olmasına baxmayaraq məhkəmə bu fakta qiymət verməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə qeyd edilən siyahının Bakı Şəhər İcra Hakimiyyətinin arxivlərində olmasının mümkün olmadığını bildiyi halda, üzvlərin siyahısının İcra hakimiyyətinin arxivində mövcud olub-olmaması və məhkəməyə təqdim edilməsinə dair sorğu vermişdir. Nəticədə gözlənilən cavab olaraq siyahının onlard a olmaması barədə məhkəməyə məktub daxil olmuş və məhkəmə bu məktuba istinad edərək apelyasiya şikayətini təmin etmişdir. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının və Bakı səhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd edilən üzvlərin siyahısı əgər dəyişiklik edilməyibsə (siyahıdan kənar şəxslərə çıxarışlar verilib), mövcud olduğu halda onun mötəbərliyinə şübhə ilə yanaşan Dövlət Neft Şirkətində bir nüsxəsinin olmaması məntiqlidir. Dəfələ rlə siyahının məhkəməyə təqdim edilməsinə dair məhkəmənin yazılı və şifahi göstərişlərinə baxmayaraq, siyahı məhkəmələrə təqdim edilməmiş və hətta təqdim edilmədiyi halda apelyasiya məhkəməsi öz qərarında üzvlərin siyahısına istinad etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin təqdim etdiyi etirazda digər mübahisəli bir məqam isə, qeyd edilən bağ sahəsinin başqa fiziki şəxsin adına qeydiyyata alınmasıdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən də görünür ki, vətəndaş X2 (X4) 20 ildən artıqdır ki iddiaçının bağ (hasar) qonşusudur. Torpaqların eyni cəmiyyət tərəfindən ayrılmasına baxmayaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiçıya məxsus torpaq sahəsinin ayrılmasından məlumatlı olmas ına baxmayaraq, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 istifadəsində olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli ******* reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Eyni yerdə yerləşən digər torpaq sahələrinə X8 Komitəsi tərəfindən plan və ölçü sənədləri, habelə dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmçinin torpaqların yerləşdiyi qəsəbədə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. “X7 Limited” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0025 saylı məktubunda iddiaçının 25 ildir ki istifadəsində olan Bloq «A» 50 saylı bağ sahəsinin 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməsi bildirilir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2017-ci il tarixli 31 saylı qərarının İİİ bəndindəki cədvələ əsasən şəxsi tikililər və digər obyektlər quyulardan, separatorlardan 300 metr məsafədə olmalıdır. İddiaçıya məxsus torpaq sahəsi isə 477 metr məsafədə yerləşir. Lakin məhkəmələr bu halları nəzərə almamışdır. Qeyd edilən bağ sahəsi ARDNŞ-nin “Qum adası” NQÇİ-nin tabeliyində və neft və qaz əməliyyatlarının aparılması üçün istehsalata yararsız olmuş torpaq sahəsində ayrıldığı nəzərə alınarsa, o zaman həmin bağ sahələrinin yerləşdiyi ərazinin Neft Şirkətinin ərazisi olması normal hal kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, apely asiya məhkəməsi “Azərbaycan Respublikasında Zığ və Hovsan neft yataqlannın daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə X10 LTD” (LUKOİL) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ortaq neft şirkəti (ONŞ) arasında xx.xx.2001-ci il tarixli sazişin 5-ci maddəsinə istinad edərək bu maddəni təhrif etmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Üçüncü şəxsin vəkili X13 oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhk əmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
29. Torpaq Məcəlləsi Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (b undan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdı r. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. 31. “İnzibati icraat haqqında” qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktın ın bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam araşdırılmadığına görə qərar ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Belə ki, işin həlli zamanı apelyasiya instansiyası məhkəməsinin qərarlarında ardıcıl olaraq “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti («ARDNŞ») ilə X12 Ltd. («xxxx») və ARDNŞ-nin Ortaq Neft Şirkəti («ONŞ») arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununa istinad edərək, iddiaçıya məxsus torpaq sahəsinin ARDNŞ-na məxsus olduğuna istinad edilmişdir.
37. Halbuki, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyası həmin qanunun 5-ci maddəsini işə tətbiq edərkən məhkəmələrin qanunu səhv təfsir etmələri müəyyən edilmiş və bununla bağlı hüquqi mövqe aydın şəkildə bildirilmişdir.
38. Ali Məhkəmə əlavə olaraq bildirmişdir ki, “qanunvericiliyin tələblərinə müvafiq olaraq Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası” NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. Yəni 1987-ci ilə münasibətdə hazırda inzibati akt kimi qiymətləndirilən torpaq sahəsinin ayrılması barədə qərar qəbul olun muşdur ki, onun yuxarıda istinad edilən Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununu ilə ləğv edilməsi nəticəsi yaranmır. Bu hissədə məhkəmə kollegiyası iddiaçının dəlilini əsaslı, apelyasiya məhkəməsinin mövqeyini isə düzgün hesab etmir”.
39. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi təkrarən həmin normanı əvvəlki qaydada tətbiq etmişdir.
40. Bundan başqa, iddiaçının hüquqlarını bəyan etdiyi torpaq sahəsinin ARDNŞ-na aid olması barədə iş materiallarında olan sənəd yalnız “X7 Limited” şirkəti tərəfindən təqdim edilmiş sxem və məktubdur. Məhkəmə mübahisəli torpağın həqiqətən də “X7 Limited” şirkətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini araşdırmamış, buna səlahiyyətli orqan olan X11 Komitəsinin rəyi əsasında müəyyən etməmişdir.
41. İş materiallarından g öründüyü kimi, cavabdehin etiraz dəlillərindən biri ondan ibarətdir ki, İdarəyə təqdim olunmuş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında iddiaçının adı aşkar edilməmişdir (1-ci cild səh 21, səh 47).
42. İşə baxmış məhkəmələr cavabdehdən həmin siyahını tələb edib baxış keçirməmişdir.
43. İş materiallarının 1-ci cildinin 96-100-cü səhifələrinə “Qum adası” Bahar bağçılığında sahəsi olan işçilərin siyahısı əlavə olunmuşdur. Bu siyahının 7-ci sətrində iddiaçının adı qeyd olunmuşdur. Həmin siyahı HİK sədri, bağçılıq təsərrüfatının sədri və katib tərəfindən imzalanmışdır, lakin kserosurət sənəd olduğuna görə möhür görünmür. Bu siyahı poçtla və ya dəftərxana vasitəsilə daxil olmamışdır və məhkəmə iclas protokolunda qeyd olmadığına görə kim tərəfindən təqdim edilməsi müəyyən olunmur. İş ə baxmış məhkəmələr bu siyahıya qiymət verməmişdir.
44. Bundan başqa, cavabdeh əvvəllər verdiyi apelyasiya şikayətində iddiaçının hüquqlarını bəyan etdyi müvafiq bağ nömrəsinin X3 adına qeydiyyataalındığını bildirmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim etmişdir.
45. Lakin məhkəmələr həmin şəxsi üçüncü şəxs qismində işə cəlb olunması məsələsini müzakirə etməmişdir.
46. İiddiaçının bildirməsinə görə torpaq sahəsi ona ayrıldığı vaxtdan oradan istifadə etmişdir və 2006-cı ildə orada tikili inşa edilmişdir. Həmin evin yerləşdiyi ərazidə olan tikililərə vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
47. Kassatorun “qanunçuluq və bərabərlik” prinsipləri ilə bağlı dəlili ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayətinin göstərilən dəlili əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə eyni vəziyyətdə olan yüzlərlə şəxsə artıq mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyinə dair iddiaçının bildirdiklərini də yoxlamalı və işin müəyyən olunmuş hallarına qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri baxımından qiymət verməlidır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1295/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı).
48. Bundan başqa, İnzibati-Prosessual Məcəllənin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübut larla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).
49. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
50. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
51. Göstərilən normaların tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Bu iş üzrə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarında da məhz “qanunçuluq və bərabərlik” prinsiplərinə istinadən işin araşdırılmalı olduğu göstərilmiş, lakin apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir.
52. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
53. İşə yenidən baxan apelyasiya instans iya məhkəməsi iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh tərəfindən bildirilmiş digər əsaslar üzrə araşdırma aparılmaqla tələbə qiymət verilməlidir
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 21(103)-1560/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.