Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-336/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı İsgəndər oğlunun Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri X qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzr ə Dövlət Xidmətinin idarə müdiri X qarşı “idarə müdiri X tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2-1(108)-31/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İsgəndər oğlu cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri Xə qarşı 2775 nömrəli texniki pasportun Xdən alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək idarə müdiri X tərəfindən onlara məxsus 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-230/2021 nömrəli 16 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim Səxavət Novruzov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir.
3. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2-1(108)-31/2021 nömrəli qərardadına əsasən (sədrlik edən – Fərman Abbasov, hakimlər – Yusifəli Qurbanov və Vüqar Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.
4. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 de kabr 2021-ci il tarixli, 2-1(108)-31/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. İnzibati Prosessual Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
6. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.
7. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
8. Mülki Prosessual Məcəllənin 67.1-c i maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
9. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
10. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayətinə vəkil orderi əlavə olunmamış və şikayət vəkil tərəfində n imzalanmamışdır.
12. Bununla bağlı iddiaçıya göndərilmiş 21 dekabr 2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 21 yanvar 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
13. Hazırkı qərardadın 5-10-cu bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz.
14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiy asının 06 dekabr 2021-ci il tarixli, 2-1(108)-31/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.