Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-336/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN-OUQBP46) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1692/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletindəki qeydlərə əsasən: - xx.xx.1978-1979-cu illərdə təhsil almışdır; -xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətə olmuşdur; -28 avqust 1981-ci ildən əmək fəaliyyətinə başlamış, qısa fasilələrlə müxtəlif yerlərdə işləmişdir və hazırda da əmək fəaliyyətini davam etdirir.
2. Mingə çevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli 02 nömrəli Güzəştli arayışında qeyd edilmişdir ki, X2 həqiqətən də “Qafqazenerji-quraşdırma" trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1981-ci il tarixdə (əmr 190k,xx.xx.1981 -ci il) 3-cü dərəcəli quraşdırıcı-çilingər və qazla-kəsici (qazorezçik) kimi işə qəbul olmuş, xx.xx.1997ci il tarixdə (əmr 78k, xx.xx.1997-ci il) öz xahişi ilə işdən azad olmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağı legirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyaların quraşdırılması və təmiri və sair işləri aparmışdır. X1 tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici (qazorezçik),metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ver ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcı kimi nəzərdə tutulmuşdur. Trest ”Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən, 29 iyul 1999-cu il tarixdə Mingəçevir Enerjiquraşdırma AçıqTipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan X1 şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir.
3. AZFEN B.M. tərəfindən verilən xx.xx.2020-ci il tarixli Güzəştli arayışa əsasən, İddiaçı "xxxx" Birgə Müəssisəsinin layihələrində quraşdırıcı, boru formeni, m etal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, sahə nəzarətçisi və quraşdırma ustası vəzifəsində çalışıb. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2003 – xx.xx.2008-ci illərdə "xxxx" Birgə Müəssisəsinin layihələrində quraşdırıcı, boru formeni və usta vəzifəsində 05 il, 09 ay, 08 gün (beş il, doqquz ay, səkkiz gün) çalışmışdır. xx.xx.2010 - xx.xx.2013-cü illərdə "xxxx" X4-081 layihəsində usta vəzifəsində 02 il, 05 ay, 29 gün (iki il, beş ay, iyirmi doqquz gün) çalışmışdır. xx.xx.2014 – xx.xx/2017-ci illərdə "xxxx" X4-086 layihəsində metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində 03 il, 02 ay, 22 gün (üç il, iki ay, iyirmi iki gün) çalışmışdır. xx.xx.2019-cu ildən "xxxx" X4-100 la yihəsində quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində 01 il, 04 ay, 10 gün (bir il, dörd ay, on gün) çalışmışdır. Cəmi iş stajı12 il, 10 ay, 9 gün (on iki il, on ay, doqquz gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində, «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki tə chizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsində “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
4. AZFEN B.M. tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli AZF2021/53-K nömrəli xx.xx.2020-ci il tarixli, AZF-2020/33-K saylı Güzəştli arayışa Əlavədə qeyd edilmişdir ki, İddiaçı həqiqətən də "xxxx" Birgə Müəssisəsinin layihələrində quraşdırıcı, boru formeni, metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, sahə nəzarətçisi və quraşdırma ustası vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tə sdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" 29-cu maddəsi: a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi. b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi. b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və t əmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 27 dekabr 2020-ci il tarixdə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 28 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının işlədiyi quraşdırıcı-çilingər, işçi usta, quraşdırma işləri üzrə nəzarətçi boru formeni və quraşdırma işləri üzrə nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə tə sdiq olunmuş Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən (60 yaş) başlayaraq pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. O, 1978-1979-cu illərdə peşə təhsili almış ( 1 il) xx.xx.1979- xx.xx.1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur (02 il 21 gün). Əmək fəaliyyətinə 1981-ci ildə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma sahəsində başlayaraq xx.xx.1981-ci il tarixdə həmin müəssisədə quraşdırıcı-çilingər və qazla-kəsici (qazorezçik) kimi işə qəbul olmuş, xx.xx.1997-ci il tarixdə (əmr 78k, xx.xx.1997-ci il) öz xahişi ilə işdən azad olunmuşdur (16 il 2 ay). xx.xx.1997- xx.xx.1998-də “Azərenerji" ASC-də 6-cı dərəcəli çilingər vəzifəsində işləmişdir (07 ay 06 gün). Bundan sonra, əmək fəaliyyətimi "xxxx" Birgə Müəssisəsində davam etdirmişdir. xx.xx.2003 - xx.xx.2008-ci illərdə həmin müəssisənin layihələrində quraşdırıcı, boru formeni və usta vəzifələrində (05 il, 09 ay, 08 gün), xx.xx.2010 - xx.xx.2013-cü illərdə eyni müəssisənin Azf-081 layihəsində usta vəzifəsində (02 il, 05 ay 29 gün), xx.xx.2014-xx.xx.2017-ci illərdə Azf-086 layihəsində metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində (03 il, 02 ay, 22 gün) işləmişdir və xx.xx.2019-cu ildən hal hazıradək Azf-100 layihəsində quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində (01 il, 04 ay, 10 gün) olmaqla, (cəmi 12 il 10 ay 09 gün) çalışmışdır.
9. İşlədiyi həmin peşələrin əksər hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən q urulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir- beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş mütəxəssislər bölməsində «tikinti və quraşdırma işləri üzrə ustalar», “boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcı” bəndlərinə uyğun olan zərərli peşələr sayılır. Qeyd edilənlərə əsasən hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərlə 60 yaşı tamam olduğu vaxtdan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından cavabdehin imtinası əsassızdır..
10. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1144/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 27 dekabr 2020-ci il tarixdən başlayaraq pensiyanın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “a) fəhlələr: po lad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar”; “b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları” bəndində nəzərdə tutulmuşdur. İddiaçının 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1692/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov / sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmaya n pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: - bölmə 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şika yətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclası nda baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 4 (dörd) şərtin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması, azı 25 il ümumi və güzəştli pensiya hüququ verən 12 il 6 ay xüsusi stajı, habelə minimum əmək pensiyası almağa imkan verən pensiya kapitalının mövcud olması.
29. Apellyasiya instansiyası məhkəməsindən işin araşdırılmış hallarına əsasən iddiaçıya münasibətdə məhz qanunun tələb etdiyi həmin şərtlərin tam ödənildiyi sübuta yetirilmişdir.
30. Belə ki, iddiaçının iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, o, xx.xx.1960-ci il təvəllüdl üdür və onun 27 dekabr 2020-ci il tarixində 60 yaşı tamam olmuş, həmin tarixə onun 32 il 4 ay iş stajı və fərdi hesabında 107066,75 manat pensiya kapitalı mövcuddur ki, bunun da aylıq məbləği 524,84 (107066,75:204) manat təşkil edir. Yəni, pensiyanın 2020-ci ildə ödənilən minimum məbləğindən (200 manat) artıqdır.
31. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi quraşdırıcı-çilingər, işçi usta, quraşdırma işləri üzrə nəzarətçi boru formeni və quraşdırma işləri üzrə nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmamışd ır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 2 gün) təşkil edir.
32. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının xx.xx.1981-ci ildən doldurulmasına başlanılan İT-İ 129982 nömrəli əmək kitabçasının, qaralamasız və səlist yazılara malik qeydlərinə, habelə Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2021-ci il tarixli 02 nömrəli Güzəştli arayışına və Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı “Qafqazenerji-quraşdırma" trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1981-xx.xx.1997-ci illərdə “çilingər quraşdırıcı”, çilingər boru çəkən və qazla-kəsici kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri” Siyahısının “29-cu - “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində, bundan əvvəl qüvvədə olan AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş 2 N-li Siyahının isə “eyni adlı” bölməsində nəzərdə tutulmuşdur.
33. Eyni zamanda, adıçəkilən Mingəçevir Enerjiquraşdırma ATSC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış qeyd edilən xx.xx.2022-ci il tarixli, 14 nömrəli məktubda bildirilir ki, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş Siyahıda (№) olan “2290000a-14612 kodunda olan “polad və dəmir-beton konstruksiyaların quraşdırıcıla rı” və həmin kod üzrə “sənaye dəmir-beton boruların boruçəkənləri” peşələrinin funksiyaları eynidir.
34. Bundan əlavə, ATSC-nin yuxarıda göstərilən həmin məktubunda qeyd olunmuşdur ki, iddiaçı qeyd edilən tarixlərdə “Qafqazenerjiquraşdırma” Mingəçevir Quraşdırma sahəsində işlədiyi 8 saatlıq iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların daxilində legirli polad boruların (konstruksiyaların) quraşdırılmasında, dəmir beton boruların çəkilməsində bilavasitə iştirak etmişdir. Yüksəklik şəraitində qapalı sahələrdə, yəni 2000,0 kub. m. həcmli mazut çənlərində boru və metalları kəsərək qaynaq işlərinə hazırlanması, metalların əl ilə qazla kəsilməsində iştirak etmiş və daxili əmrlə ona ümumi əmək haqqının 10 faizi həcmində əlavə əmək haqqı ödənilmiş, bu səbəbdən on a güzəştli arayış verilmişdir.
35. Nəzərə alınmalıdır ki, iddiaçının qeyd edilən iki müəssisədə təkcə, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı və tikinti və quraşdırma işləri üzrə usta kimi güzəştli iş stajı 12 il 6 aydan da iki dəfə çoxdur. 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. Qeyd olunanlar baxımından, iddiaçının çalışdığı müəssisənin Güzəştli Arayışından və həmin güzəştli arayışa xx.xx.2021-ci il tarixli Əlavəsindən görünür ki, iddiaçı “İddiaçı "xxxx" Birgə Müəssisəsinin layihələrində: xx.xx.2003–xx.xx.2008-ci illərdə quraşdırıcı, boru formeni və usta vəzifəsində 05 il 09 ay 08 gün; xx.xx.2010 - xx.xx.2013cü illərdə usta vəzifəsində 02 il 05 ay 29 gün, xx.xx.2014 – xx.xx.2017-ci illərdə metal konstruksiya üzrə usta, quraşdırma işləri üzrə nəzarətçi, quraşdırıcı ustası vəzifəsində 03 il 02 ay 22 gün, xx.xx.2019-cu ildən quraşdırıcı ustası, sahə nəzarətçisi, quraşdırma işləri üzrə nəzarətçi vəzifəsində 01 il 04 ay 10 gün - cəmi: 12 il 10 ay 9 gün güzəştli peşə və vəzifələrdə çalışmışdır Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında bölməsində a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndlərində nəzərdə tutulmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənildiyindən, iddianın əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qə rarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1692/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.