Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-336/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; iddianın qaldırılması müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “cavabdehin imtinasının qanunsuz hesab edil məsi, texniki pasportların Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-540/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli, 22 avqust 2006-cı il tarixli, 11753 inventar nömrəli, xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasportlarda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun düzəliş aparılmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tari xli, **********88 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.
2. İmtina onunla əsaslandırmışdır ki, 5 oktyabr 1972-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X1 adına 9922/4488 saylı torpaq qeydi verilmişdir. Vartaşen Rayon Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iki yerə bölünmüşdür: sahəsi 30 kv.m olan zal otaq, orta otağın bir qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m hissə X8 verilmiş, digər tərəfdən sahəsi 26 kv.m olan otaq, orta otağın qalan 11 kv.m olan hissəsi, 27 kv.m eyvan X1 mülkiyyətində saxlanılmışdır. 16 yanvar 1974-cü il tarixdə X3 və X5 adlarına ümumi birgə mülkiyyətdə olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 23 yanvar 1974-cü il tarixli ev dəyişmə müqaviləsi ilə X3 öz payını İddiaçı vermişdir. 26 yanvar 1974cü il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X5 adlarına olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 1 sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X5 adlarına olmaqla 9922/4488 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 1 sentyabr 2001-ci il tarixdə İddiaçı adına 10864 inventar nömrəli texniki pasport verilmişdir. Məhkəmə qətnaməsində göstərilən orta otağın qalan 11 kv.m olan hissəsi və 27 kv.m eyvan texniki pasportda göstərilməmişdir. 22 avqust 2006-cı il tarixdə digər mülkiyyətçinin adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq qabaq eyvan bütünlüklə göstərilmişdir. 6 iyul 2007-ci il tarixdə digər mülkiyyətçinin adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq qabaq e yvan bütünlüklə göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, düzəlişlər məhkəmənin qərarı əsasında aparıldığından, həmçinin mübahisə olduğundan və iddiaçıya aid olan hissə yüklü olduğundan aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X5 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli, inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli, inventar nömrəsi 10864 olan texniki pasportun və X4 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportunun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 il anası X11 1953-cü il tarixdə evlənmiş və 1972-ci il tarixinədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə atası X3 ilə anası X 11 arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindən zal otaq 30 kv.m qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X5 mülkiyyətinə, digər divar tərəfdən bir otaq 26 kv.m qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, evlərdən zal otaq 30 kv.m, orta otaqdan isə bir qapı, bir pəncərə daxil olmaqla 15 kv.m, həm də balkondan 3 metr 75 sm İsmayılova Rənaya verilməlidir. Yan barı tərəfdə olan 26 kv.m sahədə bir otaq, orta otaqdan bir pəncərə onun tərəfində qalmaq şərti ilə evi 2.75, uzunu 4 metr sahə 11 kv.m Səlimov Abduləvvələ verilməlidir. Balkonun uzunu 14 metrdir. 10 metr 25 sm yenə Səlimovda qalmalıdır. Göründüyü kimi zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. Lakin nədənsə sonradan X8 texniki pasport hazırlanarkən orta otağın atasına düşən hissəsi və həmin hissəyə münasibətdə qarşısındakı balkon hissəsi X5 payı kimi göstərilmişdir. Halbuki, həmin texniki pasportda texniki pasportun verilməsi əsası kimi Vartaşen Rayon Xa lq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin olması qeyd edilmişdir.
5. Buradan da aydın şəkildə görünür ki, cavabdeh Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələblərini kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport qanunsuz və əsassız tərtib edilmişdir. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı onunla dəyişdirilmişdir. Həmçinin, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən orta otağın 2.25 m hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bununla da, Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur.
6. Həmçinin, sonradan anası X11 öz payına düşən hissəsini nəvəsi X6 bağışlamış və ondan sonra da X7 xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə X2 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X7 məxsus kimi göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasport Var taşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir. Cavabdehin etirazları:
7. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı münasibətin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-28/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırkı halda iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtl ər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
10. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlk i qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən texniki pasportlar 2001, 2006 və 2007-ci illərdə tərtib olunmuşdur və mübahisəli fərdi yaşayış evində iddiaçı faktiki olaraq yaşamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı (texniki pasportların düzgün tərtib edilməməsi) müb ahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
11. Bununla yanaşı, məhkəmə onu da vurğulamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-540/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən saxla nılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, həmin texniki pasportların varlığından xəbəri olmamış və həmin texniki pasportlar cavabdeh inzibati orqan tərəfindən tərtib edilərkən ona məlumat verilməmişdir. Ona görə də işə baxan birinci instansiya məhkəməsinin məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüş hesab etməkdə düzgün hüquqi nəticəyə g əlməmişdir. Onun həmin texniki pasportların varlığından xəbərinin olması barədə heç bir sübuta istinad etməmiş və iş materialdan da belə bir sübut mövcud deyil. Bununla da işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vas itəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət ver ildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. [45] 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi İPM-in 35.1-ci maddəsinə istinad etmişdir. Bu isə o deməkdir ki, iddiaçı hüququnun cavabdeh tərəfindən p ozulduğunu əsaslandıra bilməmişdir və ya, - məhkəmələrin əsaslandırdıqları kimi, - hazırkı məzmunda iddia qaldırmaq imkanını (müəyyən edilmiş müddəti ötürməsi səbəbi ilə) itirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı inzibati orqanın 2011-ci il 1 yanvar tarixədək etdiyi hərəkətləri – texniki pasportların verilməsini mübahisələndirir. Ona görə də, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, əslində, burada söhbət ümumi olaraq qəbul edilmiş prinsipdən gedir. Hə min prinsipə əsasən, məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan prosessual qanunvericiliyə uyğun aparılmalıdır. Yalnız əvvəlki prosessual qanunvericiliyə müvafiq olaraq edilmiş və artıq başa çatmış prosessual hərəkətlər (məsələn, iddianın qaldırılması, sübutların araşdırılması və s.) öz etibarlılığını saxlayır.
25. İddiaçının ərizədə göstərdikləri nəzərə alındıqda, nəzərə alınmalıdır ki, o, hər hansı inzibati aktı mübahisələndirmir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müvafiq texniki pasportlar verilən zaman Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə düzgün istinad olunmamışdır. Ona görə də, iddiaçı Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi əsasında texniki pasportlarda düzəliş edilməsini, başqa sözlə, cavabdehdən faktik i xarakterli hərəkətin edilməsini tələb edir. İddiaçının müraciətini cavabdeh təmin etməmiş, buradan, iddiaçının həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmaq hüququ yarınmışdır (İPM-in 34.1-ci maddəsi). Öhdəliyin icrası haqqında iddialar üzrə isə İPM-də müddət müəyyən edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarın 32-ci bəndində (32. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla mü əyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.) göstərilən hüquqi mövqe mübahisələndirmə haqqında iddia növünə aiddir, ona görə də həmin hüquqi mövqenin hazırkı işdə tətbiqi işin faktiki hallarına uyğun hesab edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq, iddia müddəti ilə bağlı tələbləri tətbiq etməklə gəldiyi yekun nəticə düzgün olmamış, ona görə də, iddianın mümkünlüyü öhdəliyin icrası haqqın da iddia növünə aid ümumi və xüsusi mümkünlük şərtləri baxımından yoxlanılmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, habelə irəli sürülən tələblərin mümkünlük şərtlərinin, iş üzrə yekun qərarın qəbul edilməsi də daxil olmaqla, icraatın bütün mərhələlərində yoxlanılması tələb olunduğundan şikayət iddianın mümkün hesab edilməsi tələbinə aid hissədə təmin oluna bi lməz.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-540/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.