Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3360/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərarın əsaslandırılması; əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi; obyektiv hallardan yaranan əsaslı şübhə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2024-cü il tarixli, ************** nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir şəhərində yerləşən “ADEL” yanacaq doldurma məntəqəsində ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi qərara alınmışdır.
2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərarla bağlı KY********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”da qeyd edilmişdir: “Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): ##.##.2024 - ##.##.2024; Yoxlanılan dövr: Cari fəaliyyət; Yoxlamanın predmeti və hüquqi əsasları: Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi (Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Maddə 50.1.13). Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Maddə 50.1.3). Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Maddə 50.1.7); Yoxlama obyekti: 85001 ADEL YANACAQ DOLDURMA MƏNTƏQSİ; AZ5711 ŞƏMKİR RAYONU ŞƏMKİR Ş ev.0 m.0;YANACAQ DOLDURMA MƏNTƏQƏLƏRİNİN FƏALİYYƏTİ Yoxlamanın növü: Operativ vergi nəzarəti; Yoxlamanın tipi: Plandankənar (növbədənkənar); Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2). “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura3.əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilmədən təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ##.##.2024-cü il tarixli, DVX ****** nömrəli akta əsasən ##.##.2024-cü il tarixdə Şəmkir şəhəri, Kraz yolu, Xocalı küçəsində fəaliyyət göstərən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yanacaq doldurma məntəqəsində ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə 1893165,88 (ƏDV-li) dəyərində malları Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə təqdim etməli olduğu halda e-qaimə təqdim edilmədən topdansatış edildiyi faktı aşkar olunmuşdur.
4. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı ilə, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, 189 316,59 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, ##.##.2024-cü il tarixədək 189 316,59 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
5. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə ************** nömrəli Tələbnaməyə əsasən, İddiaçı MMC-dən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar əsasında büdcəyə ödənilməli 189 316,59 manat məbləğində vəsaitin müvafiq hesaba ödənilməsi tələb edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2024-cü il tarixli, ************** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Şəmkir şəhəri, Kraz yolu, Xocalı küçəsində, Yanacaq doldurma məntəqəsinin nəzdində olan mağazada müxtəlif dövrlərdə spirtli içkilərin, şirələrin, siqaretlərin pərakəndə satışı həyata keçirilir. Cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı ilə obyektdə operativ vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətdə 189316,588 manat dəyərində malların elektron qaimə təqdim edilmədən satılması, başqa sözlə guya topdan satış yolu ilə satılması əsası ilə, iddiaçı cavabdehin ##.##.2024-cü il tarixli, ************** saylı qərarı ilə 189316,59 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar qanunvericiliyin pozulması ilə müşayiət olunduğundan ləğv edilməlidir. Vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə (##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək) aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda iddiaçının ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətdə 1893165,88 manat dəyərində malları elektron qaimə təqdim etmədən satması heç də onun topdansatış fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas vermir. İddiaçı tərəfindən bütün mallar pərakəndə satılmış və NKAda bu barədə məlumatlar yerləşdirilmişdir.
8. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Risklərin İdarə edilməsi baş idarəsindən daxil olan ##.##.2024-cü il tarixli, **************** nömrəli xidməti məktuba əsasən, ** saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli, ##.##.2024-cü il tarixli, ************** nömrəli və ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarlarına əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir rayonu, Şəmkir şəhərində yerləşən “ADEL” yanacaq doldurma məntəqəsində, Şəmkir şəhəri, Xocalı küçəsində yerləşən İddiaçı sair ərzaq məhsullarının pərakəndə satışı obyektində və Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Eldar Market” sair ərzaq məhsullarının pərakəndə satışı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərində, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, həmçinin, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi üzrə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Vergi orqanında olan uçot baza məlumatlarına əsasən, Cəmiyyət ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək 1.976.426,63 (ədv-li) manat dəyərində tütün, alkoqol və alkoqolsuz içki məmulatları aldığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir şəhəri, Xocalı küçəsində yerləşən İddiaçı sair ərzaq məhsullarının pərakəndə satışı obyektində 211.189,60 manat və Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Eldar Market” sair ərzaq məhsullarının pərakəndə satışı obyektində 10.421,09 manat olmaqla, cəmi hər iki obyekt üzrə 221.610,59 manat nəzarət kassa aparatına mədaxil olduğu, həmçinin nəzarət kassa-aparatında malın adı düzgün qeyd olunmadığından və korreksiya, yəni Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə riayət edilmədən gündəlik 0 (satış olmadığı), eyni zamanda digər günlər üzrə isə 300-1000 manat, hətta 2000, 3000, 5000, 20000 və 30000 manatadək olduğu müəyyən edilmişdir. Bu isə öz növbəsində əhali üzrə tütün, alkoqol və alkoqolsuz içki məmulatlarının gündəlik istehlak malları olduğunu və nəzarət kassa-aparatına qismən 221.610,61 manat dəyərində daxil edildiyi və e-qaimə faktura tətbiq etmədən satış məlumatlarına əsasən, cəmiyyətin pərakəndə qaydada deyil, topdan satış qaydada malların təqdim edilməsi hesab edilir. Cəmiyyətin rəhbəri tərəfindən yoxlamaya təqdim etdiyi izahatında mallara 7% ticarət əlavəsi tətbiq edilməklə satdığı bildirmişdir. Beləliklə, cəmiyyət ##.##.2023-ci il tarixdən ##.##.2024-cü il tarixədək alış dəyəri 1.976.426,63 (ədv-li) manat, nəzarət kassa aparatına mədaxil edilmiş 221.610,61 manat və kənarlaşma 1.893.165,88 manat olmuşdur. (1.976.426,63-207.112,72 (221.610,61/1,07) = 1.769.313,91), (1.769.313,91 + 123.851,97 (1.769.313,91*7%)=1.893.165,88 manat olmuşdur. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, tərtib olunmuş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsimləşdirilmədən təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ##.##.2024-cü il tarixli, DVX ****** nömrəli aktla rəsmiləşdirilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən, qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə ##.##.2024-cü il tarixli, **************** nömrəli dəvət məktubu göndərilmişdir. Dəvət məktubu ##.##.2024-cü il tarixində saat 10:54də oxunmuşdur. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilmədən təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ##.##.2024-cü il tarixli, DVX ****** nömrəli akta əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli Qərar ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Vergi Məcəlləsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vəsitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 189316,59 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Hazırkı iş üzrə cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Həmçinin məhkəmə cavabdehin iddiaçının topdansatış fəaliyyəti həyata keçirməsi iddiası ilə bağlı qeyd etmişdir ki, iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır. Cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir. Cavabdehin yoxlama keçirildiyi müddətdən əvvəlki dövr üzrə maliyyə sanksiyası tətbiq etməsi də, operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
11. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.İsgəndərova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti rədd edilmiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Cavabdeh vergi orqanının operativ vergi nəzarəti üzrə yoxlamanın müddəti ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddəti əhatə etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışdan da göründüyü kimi, yoxlamanın müddəti ##.##.2024-##.##.2024-cü il, yoxlanılan dövr “cari fəaliyyət” olmuşdur. Lakin cavabdeh yoxlamanın keçirildiyi müddətdən əvvəlki ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin bu hərəkəti operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir.
14. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, topdansatış malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya aid obyektdə fəaliyyət növü pərakəndə satışın həyata keçirilməsi olmuşdur. Belə fəaliyyətlə bağlı malların alıcıya satışı istehlak məqsədi ilə nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilmişdir. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır. Göründüyü kimi, hazırkı halda pərakəndə satış növü ilə məşğul olan vergi ödəyicisinin fəaliyyətinin bir malın eyni vaxtda toplu halında satılması topdan satış ticarət fəaliyyəti kimi qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçıya hesablanmış vergi borcunun əsaslı olması təkzib edilir. Belə olan halda, cavabdeh inzibati orqanının iddiaçıya məxsus obyektdə nəzarət kassa-aparatına bir dəfəyə 300-1000 manat və daha çox məbləğdə mədaxil olması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiytmətləndirilməsi əsaslı hesab edilə bilməz.
15. Cavabdeh vergi orqanı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı tərəfindən kassasiya şikayətinə yazılı etiraz verilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 62.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 63.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. ... 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ... 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ##### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası.
21. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydaları.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməklə, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinin göndərilməlidir.
26. İddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarının ləğv edilməsini tələb etmişdir.
27. İddia tələbini əsaslı hesab edən apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə: 1) cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad etməmiş, operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmamışdır; 2) cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə etməsinə baxmayaraq, operativ vergi nəzarət tədbiri nəticəsində ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr yoxlanılmış və bunun nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə keçirilir, cavabdehin davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir; 3) cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh iddiaçının elektron qaimə-faktura verilmədən malların topdan qaydada satılması faktının aşkar olunduğunu bildirsə də, kollegiya cavabdehin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır, hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi də iş üzrə sənədlərlə təsdiq olunmur. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.
28. Məhkəmə kollegiyası hazırkı işlə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli oxşar işindəki mövqeyinə istinad etməyi və aşağıdakıları qeyd etməyi zəruri sayır.
operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması
29. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
30. Qeyd edilən normalar inzibati aktlara münasibətdə qanunvericilikdə təsbit olunmuş ən mühüm tələblərdən birini əks etdirir. Əsaslandırma tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən hakimiyyət səlahiyyətləri həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə qoyan əlverişsiz (yükləyici) inzibati aktlara münasibətdə isə əsaslandırma tələbinə riayət olunması daha çox gözlənilən və tələb olunandır. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin güzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur.
31. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində operativ vergi nəzarətinin hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmiş, eləcə də 50.2-ci maddədə belə nəzarətin həyata keçirilməsi üçün tələb olunan əsasların bitkin siyahısı konkret sadalanmışdır. Bu mənada, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması həmin hallar və əsaslarla bağlı olmalıdır. Başqa sözlə, qərardan vergi nəzarətinin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanmış hallardan hansı biri və ya bir neçəsi ilə bağlı keçirildiyini müəyyən etmək mümkün olmalı, o cümlədən qərarda 50.2-ci maddədəki əsaslardan birinə və ya bir neçəsinə istinad olunmalıdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslarla bağlı həmçinin nəzərə alınmalıdır ki, qərarda istinad olunan sözügedən əsaslar qərarın çıxarılmasınadək mövcud olmalıdır.
32. Əsaslandırma tələbinə qiymət verərkən həm də operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın mahiyyəti də nəzərə alınmalıdır. Belə ki, bu qərar şəxsin hüquqlarına müəyyən müdaxilə vəziyyəti yaratsa da, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaratmır. Ona görə də, həmin qərarın əsaslandırılmasına dair tələb də, yekun əlverişsiz (yükləyici) vəziyyətlər yaradan inzibati aktların əsaslandırılmasına dair tələblə eyni deyildir. Belə qərarlara münasibətdə gözlənilən yetərli əsaslandırmanı ehtiva etmiş olmalarıdır. Bu mənada, Vergi Məcəlləsinin 50.2-ci maddəsindəki əsaslardan birinə və ya bir neçəsinə ümumi istinad olunması, həmişə qərarın əsaslandırılmamış hesab edilməsi üçün avtomatik nəticəyə gəlməyə əsas vermir. Aydındır ki, qərarda sadəcə qanun normasına istinad yetərli hesab oluna bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə qərar çıxarılarkən onların mövcudluğuna dair sübutlar təqdim etməyə borcludur. Cavabdehdən də gözlənilən qərarın əsaslandırılmasına münasibətdə məhz bu qaydada davranmaqdır.
33. Bununla yanaşı qeyd edilməlidir ki, əgər operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda belə nəzarətin həyata keçirilməsinə imkan verən əsas kimi Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamışsa, bu hal məhkəmə icraatının gedişində İPM-in 58.6cı maddəsinə uyğun olaraq sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında aradan qaldırıla bilər. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar bununla bağlı inzibati orqan tərəfindən qərarın özünün qəbul edilməsinədək aparılmış bir icraatın nəticəsi olaraq çıxarılır. Başqa sözlə, həmin qərar müvafiq icraatın nəticəsidir. Ona görə də, qeyd edilən icraatla bağlı mövcud materiallar həmin vahid icraatın tərkib hissəsini təşkil edirlər. Odur ki, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanmış əsaslardan hər hansı birinə və ya bir neçəsinə ümumi qaydada istinad edilmiş, lakin onunla bağlı zəruri hallar və məlumatlar qərarın özündə birbaşa açıqlanmamış olsa belə, sonradan cavabdeh məhkəmə icraatının gedişində təqdim olunmuş icraata aid materiallara istinad etməklə əsaslandırma təqdim edərsə, bu zaman “yetərli əsaslandırma” tələbi ödənilmiş sayıla bilər. Həlledici olan qərarın əsaslandırılmasının əsası kimi istinad olunan həmin materialların qərarın çıxarılmasınadək mövcud olması, onların qərarda istinad olunan Vergi Məcəlləsinin konkret maddəsindəki əsasla bağlılığının müəyyən edilməsi və yetərli hesab oluna bilməsidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, inzibati orqan daha sonra məhkəmə icraatının gedişində əsaslandırmanın mövcudluğunu sübut etmək üçün qərarda istinad etdiyi normadan fərqli normaya sonradan istinad edə bilməz, eləcə də sonradan yaranmış halları qərarın əsaslandırılması kimi də təqdim edə bilməz.
34. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda yoxlamanın Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində göstərilmiş halla bağlı keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarına riayət olunduğu təsdiq olunur.
35. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında ##.##.2024-cü il tarixli qərarla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”da yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmişdir. Həmin məlumatlar qərarın çıxarılmasınadək mövcud olan, qərarda istinad olunan əsasla (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə) bağlılığı müəyyən edilən və yetərli hesab oluna biləcək xarakterli məlumatlardır. Sözügedən məlumatlar nəzərə alındıqda onlar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılması kimi qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsinin gəldiyi operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmadığına, həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmadığına və bunların üzərindən mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın ləğvinə dair nəticə düzgün olmamışdır.
36. Apellyasiya məhkəməsinin gəldiyi nəticə həm də İPM-in 70.1-ci maddəsinə də uyğun olmamışdır. Həmin normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
37. İşin hallarında müəyyən olunur ki, məhkəmə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmadığına istinadla mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarı ləğv edərkən, icraatla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas götürmüşdür. Lakin nəzərə alınmalıdır ki, belə pozuntular yalnız inzibati orqanın qərarına təsir edən vəziyyətlər yaratdıqda inzibati aktın ləğvinə əsas verə bilər. Apellyasiya məhkəməsi isə inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu halını müəyyən etmədən qərarı ləğv etmişdir.
operativ vergi nəzarətinin həyata keçirildiyi dövrlə bağlı
38. Cavabdeh tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə etmiş, operativ vergi nəzarət tədbiri nəticəsində ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr yoxlanılmış və bunun nəticəsində iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə keçirilir, cavabdehin davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil etmişdir.
39. Kollegiya qeyd edir ki, 5 dekabr 2023-cü il tarixli 1033-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 50.4-1-ci maddə əlavə edilmiş və həmin norma 2024-cü il ## ###### tarixdən qüvvəyə minmişdir. Həmin normaya görə, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.
40. Hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar yeni normanın qüvvədə olduğu tarixdə (##.##.2024-cü il) qəbul edildiyindən cavabdeh yoxlamadan əvvəlki dövr üzrə (##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr) operativ vergi nəzarəti keçirməkdə haqlı olmuşdur. Bundan başqa, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövrləri də keçməmişdir. Müvafiq olaraq mübahisələndirilən vergi məsuliyyətinə cəlb etmə haqqında qərarın bu əsasdan çıxış etməklə ləğvinə dair gəlinmiş nəticə də düzgün olmamışdır.
əməliyyatın topdansatış, yaxud pərakəndə ticarət fəaliyyəti hesab edilməsi ilə bağlı
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyi iddia olunsa da, bu halın sübuta yetirilməməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 42-65-ci bəndlərində qeyd olunan məqamların nəzərə alınması zəruridir.
42. Apellyasiya məhkəməsinin iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyinin sübuta yetirilmədiyinə dair mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında göstərilən qaydada aparılmış qiymətləndirmənin nəticəsi olmamışdır.
43. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən Məhkəmə Kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.