Məhkəmə qərarları › İş №2-1(102)-3361/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3361/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3361/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasından imtina. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respubl ikası Təhsil Nazirliyinin nümayəndəsi X4 və vəkili X12 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinə qarşı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin üzərindəki qadağanın götürülməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1719/2019 saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindən yüklülüyün götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinə X3 istifadə hüququ tanınmış və daha sonra AR DT və XK tərəfindən mülkiyyət hüququ haqqın da şəhadətnamə verilmişdir. 19 sentyabr 2013-cü il tarixdə həmin torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və çıxarış verilmişdir. 22 may 2014-cü il tarixdə həmin torpaq sahəsinin 400 kv.m-dən ibarət hissəsinə iddiaçı ilə X6 arasında Bakı şəhəri 37 saylı DNK-da alqı-satqı müqaviləsi bağlanmış və 09 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir. Lakin buna baxmayaraq, mülkiyyətinə dair sərəncam vermək hüququ cavabdeh orqan tərəfindən məhdudlaşdırılmışdır. Belə ki, 2017-ci ildə torpaq sahəsini bağışlamaq üçün notariat kontoruna müraciət edərkən ona məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanmışdır. Bununla bağlı isə cavabdeh orqan tərəfindən ona məxsus torpaq sahəsinə qadağa qoyulmuşdur. Torpaq sahəsinə istifadə hüququn tanınması barədə Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilsə də, torpaq sahəsinin keçmiş mülkiyyətçisi X3 adına verilmiş çıxarış, onunla arasında bağlanmış alqı-satqı müqaviləsi və onun adına verilmiş çıxarış ləğv edilməmiş və hazırda qüvvədədir. 21 sentyabr 2018-ci il tarixdə cavabdeh orqana müraciət edərək, ona məxsus torpaq sahəsinə dair yüklülüyün götürülməsini xahiş etmişdir. Lakin 25 sentyabr 2018-ci il tarixdə müraciətinin icrasından imtina edilmiş və imtinaya əsas kimi Nizami Rayon Məhkəməsin in 12 noyabr 2005-ci il tarixli qətnaməsinin ləğv edildiyi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, hazırda həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin hüquq ləğv edilməmişdir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ on un verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən ona məxsus torpaq sahəsinə qadağa Nizami Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən qoyulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi nin 12 may 2015-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ona məxsus torpaq sahəsinin üzərinə qadağa qoyulması barədə qərardad aşkar edilməmişdir. Cavabdeh iddiaya dair 26.02.2019-cu il tarixli, **********15 saylı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 12.05.2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.12.2017-ci il tarixli 2(102)-8586/17 saylı qərarı DƏDRX 1 saylı Bakı Əİ-yə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 200 5-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi İlə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşəntorpağın 300 kv.m olan sahəsi X1, sahəsi 600 kv.m olan torpaq sahəsinə X3, sahəsi 300 kv.m olan torpaq sahəsinə X2 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. 19.09.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. 22.05.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 400 kv.m hissəni İddiaçı satmış dır və 09.12.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2(103)2059/2015 saylı qərardadı ilə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.12.2017-ci il t arixli 2(102)-8586/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 21373/2005 saylı qətnaməsi ləğv edildiyindən iddiaçının ərizələrinin icrası mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarı ilə (hakim - E.M.Mustafayev) iddia təmin edilərək, mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindəki qadağanın götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən apelyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1719/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və V.M.Ağayev)cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfində n verilmiş apellyasiya şikayəti qismən, üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-1373/2005 saylı, 16 noyabr 2005-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizmai rayonu, M.X.Şərifi küçəsi, 3 saylı sahədə yerləşən 600 kv.m-dən ibarət torpaq sahəsinə X3 mülkiyyət hüququ tanınmış və onun mülkiyyət hüququ müvafiq qaydada qeydiyyata alınmışdır. 22.05.2014-ci ildə isə həmin torpaq sahəsinin 400 kv.m-dən ibarət hissəsi X6 tərəfindən Bakı şəhəri 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış və daha sonra onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər tərəfdən həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində hazırkı mübahisəyə baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən verilmiş imtina məktubunun əsasını 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsində baxılmış apellyasiya şikayəti təşkil etmişdir. Məhz cavabdeh tərəfindən torpaq sahəsi üzərinə məhdudiyyət həmin apellyasiya şikayəti ilə bağlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi mülkiyyətə dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmamasına əsas verən hallar cavabdeh orqanın imtinasında mövcud olmamışdır. Belə ki, qeyd olunan qanunun müddəası daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən dig ər maraqlı şəxsdən şikayətin verilməsini nəzərdə tutur. 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən onun mülkiyyət hüququ 2014-cü ildə qeydiyyata alınmışdır. Əgər məhkəmə mübahisəsi alqı-satqı müqaviləsi bağlanan zaman, habelə hüquq daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmazdan əvvəl yaranarsa bu halda həmin qanunun müddəası tətbiq edilə bilər. Bundan başqa, işdən göründüyü kimi 2014-cü ildə onunla bağlanmış alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydiyyat yazısının ləğv edilməsi barədə məhkəmənin icraatına iddia ərizəsi daxil olmamışdır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardan görünür ki, üçüncü şəxs Azərbaycan Respublikası Təh sil Nazirliyinin apellyasiya şikayətinin əsası torpaq sahəsinə alınmış hüquqla bağlı olmuşdur. Şikayətdə qeyd olunur ki, həmin ərazi 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə aiddir. Lakin xüsusilə qeyd etmək lazımdır ki, üçüncü şəxs ona məxsus torpaq sahəsinin 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğunu sübut edə bilməmişdir. Bununla bağlı hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edə bilməmiş, yalnız Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il tarixli qərardadına əsaslanmışdır. Lakin nəzərə alınmalıdır ki, Nizami rayon Məhkəməsinin sözügedən qətnaməsi prosessual əsaslara görə ləğv edilmiş və iddia baxılmamış saxlanmışdır. Həmin qərardad hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə olan halda cavabdeh orqana qarşı qaldırdığı iddia üçüncü ş əxsin hər hansı bir hüququnu pozmur. Apellyasiya instansiyası məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmiş, həm cavabdehin, həm də üçüncü şəxs Azərbaycan RespublikasıTəhsil Nazirliyinin apellyasiya şikayətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda, gəldiyi nəticə üzrə maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X7 və vəkili X12 oğlu kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlu matlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayəti n mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Apellyasiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 21373/2005 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən torpağın 300 kv.m olan sahəsi X1, sahəsi 600 kv.m olan torpaq sahəsinə X3, sahəsi 300 kv.m olan torpaq sahəsinə X2 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerlə şən torpağın 600 kv.m olan torpaq sahəsinə X3 mülkiyyət hüququ tanındıqdan sonra 19.09.2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Bundan sonra 22.05.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X6 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 400 kv.m hissəni İddiaçı satmış və 09.12.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinə dair İddiaçı adına qeydiyyat aparılmışdır. Lakin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Bakı şəhəri, Niza mi rayonu, M.X.Şərifli küçəsi 3-də yerləşən torpağ sahələrinin Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə iddiaçılara verilməsini mübahisələndirərək apellyasiya şikayəti vermişlər və Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-cı tarixli 2-1373/2005 saylı qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı Məhkəmənin 11 noyabr 2015-ci il tarixli məktubu ilə (i.v. 43) icra olunması üçün DƏDRX Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş və icranın nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddi açının adına qeydiyyatdan keçmiş torpaq sahəsinə dair hüquq barəsində mübahisə edən digər maraqlı şəxslər (Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi) şikayət vermiş, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinə dair İddiaçı adına qeydiyyat tarixi 09.12.2014-cü il olan, RX seriyalı, № ******* nömrəli «Çıxarış»ın verilməsinə əsas olmuş Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv edilmiş və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə məlumat göndərilmişdir. Apellyasiya məhkəməsi iddian ın rədd edilməsinin maddi hüququ əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14.5-ci maddəsinə istinad etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsində təsbit edilmişdir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mah iyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, işin hallarından müəyyən olunur ki, məhkəmə iddianın rədd edilməsinin əsası kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsinin Bakı Apellyasiya Məhkə məsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv edilməsinə əsaslanmışdır. Lakin məhkəmə bu zaman iddiaçının apellyasiya məhkəməsi tərəfindən həmin qətnamənin prosessual əsaslara görə ləğv edilməsi və iddianın baxılmamış saxlanılması ilə bağlı dəlillərinə qiymət verməmişdir. Apellyasiya məhkəməsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış mübahisəli torpaq sahəsinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğunu təsdiq edən iş materiallarında mötəbər sübutların olmadığını da nəzərə almamışdır. Ona görə də, təkrar baxışda məhkəmə ilk növbədə müvafiq hüquq müəyyənedici sənədləri tələb edilib öyrənilməklə və zərurət olarsa ekspertiza keçirməklə mübahisəli sahənin Sağlamlıq imkanları məhdud uş aqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə düşüb-düşmədiyini dəqiqləşdirməlidir. Sözügedən məsələ dəqiq müəyyən edildikdən sonra isə cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verilərkən həmçinin aşağıdakılar nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun tə kmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Kollegiya hesab edir ki, məhkəmə işə baxarkən mübahisəli torpaq sahəsinin kateqoriyasını dəqiq müəyyənləşdirməli və bundan irəli gələn iddiaçının torpaq sahəsi ilə bağlı həyata keçirməyə çalışdığı hüquqi hərəkətlərinin mümkünlüyünə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı hüquqi mövqeləri nəzərə almaqla qiymət verməlidir. Nəzərə almaq lazımdır ki, torpağın kateqoriyası (məqsəd li təyinatı) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hərəkətlərin aparılmasından imtina edilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1719/2019 saylı iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar