Məhkəmə qərarları › İş №2-1(102)-3362/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3362/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3362/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar söz: diplomun tanınması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı ona İtaliya Respublikasının Pavia Universiteti tərəfindən verilmiş 23 iyul 2015-ci il tarixli ali təhsil haqqında magistr diplomunun ölkədə qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2214/2019 saylı iş üzrə 06.09.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 04.07.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Təhsil Nazirliyi inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı ona İtaliya Respublikasının Pavia Universiteti tərəfindən verilmiş 23 iyul 2015-ci il tarixli ali təhsil haqqında magistr diplomunun ölkədə qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bakalavr təhsilini Bakı Dövlət Universitetinin “Dünya İqtisadiyyatı” ixtisasını bitirmiş və Dövlət Attestasiya Komissiyasının 03 iyul 2013-cü il tarixli qərarı ilə ona “Dünya İqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Təhsilini davam etdirmək üçün, İtalya Respublikasına getmiş, 25 may 2016-cı il tarixdə İtalya Respublikası Paviya Universitetinin “Dünya siyasəti və beynəlxalq münasibətlər” üzrə magistr pilləsini bitirmiş və 23 iyul 2015- ci il tarixli diplom verilmişdir. Qeyd edilən diplom 07 sentyabr 2017-ci il tarixdə apostil olunmuşdur. Ona məxsus diplomun öl kə ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin nazirlik 09 iyul 2018-ci il tarixli, 23-04- 607/ANİ saylı məktubla diplomun ölkə ərazində tanınmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Bu məktubdan o nəticəyə gəlmək olur ki, onun əldə etdiyi biliklər ölkə ərazisində müəyyən olunan standartlara uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisasların ixtisaslaşmaları üzrə təhsil ala bilmiyəcəyi qeyd edilmişdir. Lakin bakalavriat təhsili ilə magistratuda keçdiyi fənlər eynilik təşkil etmişdir. Hər iki ixtisası “Dünya iqtisadiyyatı” olmuşdu r. Beynəlxalq aləmdə, o cümlədən Azərbaycanın da daxil olduğu Avropa regionunda diplomların qarşılıqlı tanınması ilə bağlı beynəlxalqkonvensiya və bu prosesləri tənzimləyən çoxtərəfli müqavilələr var. Birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli iş № 2-1(82)-3696/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.12.2018-ci il tarixli iş № 2-1(103)-2929/2018 (hakimlər Həmid Həmidov sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli 2-1(82)-3696/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “diplomun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.12.2018-ciil tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12.06.2019-cu il tarixli iş № 2-1(102)-1538/2019 (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Azər Hüseynov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.12.2018-ciil tarixli 21(103)-2929/2018 saylı qərarının ləğv edilməsi, işintəkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 06.09.2019-cu il tarixli iş № 2-1(103)-2214/2019 (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 06.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırıl mışdır ki, akkreditasiya və Nostrifikasiya İdarəsinin Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.06.2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı və 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə, magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Göründüyü kimi, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas ü zrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. Belə ki, iddiaçı “Dünya iqtisadiyyatı” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Ali təhsilin ikinci səviyyəsi olan magistraturanı isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” İİİ qrup ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Bu səbəbdən də iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Bildirir ki, iddiaçının baza təhsili “Dünya iqtisadiyyatı” İİ q rup ixtisası üzrə bakalavr səviyyəsində təhsil olmuşdur. Ali təhsilin ikinci səviyyəsi olan magistratura isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” İİİ qrup ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2214/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 06.09.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.09.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 06.09.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıdaqeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,akkreditasiya və Nostrifikasiya İdarəsinin Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.06.2011-ci il tarixl i 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı və 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə, magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Göründüyü kimi, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. Belə ki, iddiaçı “Dünya iqtisadiyyatı” İİ qr up ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Ali təhsilin ikinci səviyyəsi olan magistraturanı isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” İİİ qrup ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Bu səbəbdən də iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Bildirir ki, iddiaçının baza təhsili “Dünya iqtisadiyyatı” İİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil olmuşdur. Ali təhsilin ikinci səviyyəsi olan magistratura isə “Dünya siyasəti və beynəlxalq münasibətlər” İİİ qrup ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” və 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilməli olduğundan, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsilalmışşəxsin magistratura səviyyəsinin digər ixtisaslarınınixtisaslaşmaları üzrətəhsilalmasıMilli qanunvericilikdənəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü it tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvi valentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən təhs il sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alm ası qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci və 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası N azirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alınd ığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliy inin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Həmin qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qa ydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun A zərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyu n tarixli 95 saylı qərarı ilə təsdiq edilmiş ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatından görünür ki, beynəlxalq münasibətlər (o cümlədən dünya siyasəti ixtisaslaşması) humanitar və sosial ixtisaslar qrupuna aiddir. İddiaçının aldığı “dünya iqtisadiyyatı” bakalavr təhsili isə ikinci ixtisas qrupuna daxil olmaqla ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən, iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna daxildir, lakin məhkəmə kollegiyası qeyd edir ki, bu hal magistr diplomunun tanınmasından imtinaya əsas ola bilməz. Belə ki, İtaliya Respublikasının Pavia Universitetinin “Dünya siyasəti və beynəlxalq münasibətlər” proqramı üzrə magistratura pilləsinə qəbul olmaq istədikdə ona əvvəl imtina cavabı verilmiş, lakin sonradan bakalavrda tədris edilməyən fənlər üzrə fərq imtahanını uğurla verdiyindən qəbul həyata keçirilmiş və magistr dərəcəsinə yiyələnmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 06.09.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.09.2019-cu il tarixli 2-1(103)2214/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar