Məhkəmə qərarları › İş №2-1(102)-3362/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3362/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3362/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən əsas məbləğin ödənilməməsinin vergi ödəyicisi üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2539/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********960800 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(112)-1010/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Verg ilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********960800 nömrəli qərarı ləğv edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2539/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********960800 nömrəli qərarla iddiaçıya 2022-ci ilin dekabr ayı ƏDV dövrü üzrə 67423,88 manat əlavə vergi hesablanmış, buna səbəb xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr üzrə ümumi dövriyyə nəz ərə alınaraq hesablamanın aparılması və həmin hesablama nəticəsində kənarlaşmanın yaranması göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, vergi orqanı tərəfindən qərarda qeyd edilən ƏDV məbləğinin hansı əsasla hesablanması, hansı sübutlara istinad edilməsi qeyd edilməmişdir. Həmçinin vergi orqanı bu hesablamanın əsas hesab edilməsi üçün mötəbər sübut hesab ediləcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən hesablanmış 67423,88 manat ƏDV məbləği hesabat dövründə (yəni 2022-ci ilin dekabr ayında) aparılmış əməliyyatlar üzrə deyil, xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ümumi dövriyyə nəzərə alınaraq müəyyən edilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərində vergilərin bu formada hesablanması nəzərdə t utulmamışdır. Vergi Məcəlləsinin 173.2-ci maddəsində vergi tutulan dövriyyənin məhz hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarət olduğu konkret göstərilmişdir. Bu hal cavabdeh tərəfindən hesablamanın düzgün aparılmadığını göstərir.

5. Cavabdeh kameral vergi yoxlaması zamanı yaranmış kənarlaşmanın səbəbi olaraq izahedici arayış tələb etmişdir ki, iddiaçı həmin arayışda müvafiq olaraq avans məbləğinə xüsusi aydınlıq gətirmişdir. İş materiallarında olan sənədlərin müqayisəli təhlili nəticəsində görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdən etibarən müqavilə münasibətləri yaranmış, müqavilə predmeti 335000 manat müəyyən edilmiş, müqavilə münasibətləri zənnində iddiaçı 127118,64 manat məbləğində ƏDV-siz olaraq avans vəsait köçürmüş (bu halı təsdiq edən qəbz təqdim olunmuş) və noyabr ƏDV bəyannaməsində əks etdirilmiş vergisi hesablanmışdır. xx.xx.2020-ci ildə isə, 283898,31 manat məbləğdə e-qaimə yazılmış mallar təqdim edilmiş, qalan məbləğ ödənilmiş və bu yanvar 2020-ci ilin ƏDV bəyannaməsində öz əksini tapmışdır. Lakin 2020-ci il fevral ayında səhvən ƏDV depozit hesabına 36000 manat məbləğ ödənilmiş və nəticə etibarı ilə xx.xx.2020-ci il tarixinə "xxxx" ASC-dən 462711,86 manat avans qalıq məbləği mövcud olmuşdur. Bu məbləğ xx.xx.2020-ci il tarixinə vergi orqanına təqdim olunan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumatda qeyd edildiyi kimi "xxxx" ASC-dən alınmış avanslarda göstərilmişdir. Bu avans məbləği 2019-cu il noyabr ƏDV bəyannaməsində əks etdirildiyi və vergi hesablandığı üçün xx.xx.2 020-ci il tarixində EBAM 999465 nömrəli e-qaimə ilə 462711,87 məbləğində mallar təqdim edilmiş və 2020-ci il iyul ƏDV bəyannaməsində malların təqdim edilməsi bəndində əks etdirilmişdir. Bu əməliyyatların təsdiqi kimi müvafiq müqavilə, e-qaimə və bank ödənişini əks etdirən qəbz təqdim olunmuşdur. Həmçinin vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə apardığı əməliyyatlara dair sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) arasında uyğunsuzluq olmamış, yəni təqdim edilmiş iş materiallarında olan sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) bəyannamə göstəricilərinə uyğun olmuşdur. Ekspert rəyi ilə də iddiaçının ƏDV bəyannaməsinin 301 və 307-ci sətri üzrə kənarlaşması müəyyən olunmamış, 2022-ci ilin dekabr ayı üzrə dövlət büdc əsinə hesablanmalı ƏDV məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə göstərilən 75841,55 manat məbləğindən fərqli olmamış, yəni dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləğinin 75841,55 manat məbləğində olması təsdiq olunmuşdur.

6. Qanunvericiliyin tələblərinə görə, mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, ö z-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırkı işdə mübahisələndirilən borcun yaranmasını cavabdeh qeyd edilən qaydada əsaslandıra bilməmişdir.

7. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadı ğı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Belə ki, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. xx.xx.2024-cü il tarixdən sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tu tulmamışdır.

8. Beləliklə, cavabdeh qərar qəbul edərkən ümumiyyətlə vergi məbləğinin hesablanmasının əsasında duran halın nə olduğunu sübut edə bilmədiyindən, ekspert rəyində isə cavabdehin hesablamalarının səhv olduğu müəyyən edildiyindən, sözügedən inzibati akt (qərar) ləğv olunmalıdır.

9. Cavabdeh mahiyyətcə iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 202 3-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair d əlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üz rə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək vergi qanunvericiliyində ma lların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsinin vergi ödəyicisi üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-1909/2024 nömrəli qərarları).

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb ol unmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(103)-2539/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar