Məhkəmə qərarları › İş №2-1(102)-3363/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3363/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3363/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması GİRİŞ HİSSƏ 03.12.2019 Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı diplom tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 2-1(103)-2124/2018 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Rusiya Federasiyası Dağıstan X5 İnstitutu tərəfindən İddiaçı “Menecment” ixtisası üzrə 110505 ******* nömrəli 06 iyul 2015-ci il tarixli diplom verilmişdir. O, həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 13478/ANİ saylı, 22 may 2017-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təh sil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6 və 3.7-ci bəndlərinə istinad edilməklə diplom üzrə alınmış ixtisasın ölkə üzrə tanınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı 18 sentyabr 2010-cu il tarixdə ali təhsil müəssisəsinə daxil olmuş və elə həmin ildə də (13.12.2010) qısaldılmış fərdi proqram əsasında ikinci kursa keçirilmişdir. Bu isə Azərbaycan Respublikası dövlət təhsil standartlarının müvafiq tələblərinə uyğun deyildir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-782/2019 saylı, 14 iyun 2019-cu il tarixli qərarı (hakim - X.X.İmanov) ilə iddia tələbi təmin edilmiş, Rusiya Federasiyası Dağıstan X5 İnstitutu tərəfindən İddiaçı verilmiş 06 iyul 2015-ci il tarixli, 110505 ******* nömrəli (qeydiyyat nömrəsi 0163) mütəxəssis diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarı ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2124/2019 saylı, 29 avqust 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmi şdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmənin təhsil müddəti ərzində iddiaçının Rusiya Federasiyasında olmaması barədə gəldiyi nəticə ilə əlaqədar nəzərə alınmalıdır ki, iddiaçı universitetə qəbul edilərkən illik illərdə yetkinlik yaşına çatmadığı üçün Rusiya Federasiyasına anası X3 ilə, onun xarici pasportu ilə gedib-gəlmiş və bununla bağlı anasının ümumvətəndaş pasportunun «uşaqları» bölməsində müvafiq qeydlər və təsdiq edilməklə əlavə edilmiş fot oşəkli vardır (surəti əlavə edilir), sonrakı dövrlərlə iddiaçının təhsil və tədris müddəti ərzində davamiyyətlə bağlı hər hansı problemi olmamış, dərslərdə yüksək səviyyədə iştirak etmişdir. Məhkəmə bu istiqamətdə hər hansı araşdırma aparmamış, bu məqamları aydınlaşdırmamış, bununla bağlı şübhə olmadığı, cavabdeh tərəfindən dəlil irəli sürülmədiyi, mübahisə olmadığı üçün iddiaçıdan sənəd almamış, belə bir sual ünvanlamamış, müzakirə aparmamış, diplomu vermiş Dağıstan X5 Universitetinin mövqeyini öyrənməmişdir. Bununla yanaşı, məhkəmə aydınlaşdırmamışdır ki, təhsil müddəti, təhsil günləri, təhsil proqramları, sessiyalar ilin hansı vaxtlarına təsadüf etmişdir. Məhkəmə göstərməmişdir ki, iddiaçı hansı ilin hansı ayında Rusiya Federasiyasında olmalı idi, lakin olmamışdır. Ümumi sözlərlə göstər ilmişdir ki, iddiaçı Rusiya Federasiyasında olmamışdır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, sərhədkeçmə məlumatına əsasən iddiaçı 25.12.2011-ci ildən 05.10.2012-ci ilədək (9 ay 10 gün), 05.02.2013-cü ildən 05.02.2014-cü ilədək (1 il) və 26.03.2014-cü il tarixdən 22.03.2015-ci il tarixədək (11 ay 26 gün) Rusiya Federasiyasında olmamışdır.Dağıstan X5 Universiteti tərəfindən iddiaçıya verilmiş 507-k saylı, 18 noyabr 2019-cu il tarixli arayışda isə göstərilmişdir ki, qiyabi şöbənin məqbul imtahan sessiyası 2-ci kurs üçün 07 noyabr 2011-ci il tarixdən 16 dekabr 2011-ci il tarixə kimi, 3-cü kursun 17 dekabr 2012-ci il tarixdən 04 fevral 2013-cü il tarixə kimi, 4-cü kursun 04 fevral 2014cü il tarixdən 25 mart 2014-cü il tarixə kimi davam etmişdir. Göründüyü kimi 25.12.2011-ci ildən 05.10. 2012-ci ilədək (9 ay 10 gün), 05.02.2013-cü ildən 05.02.2014-cü ilədək (1 il) və 26.03.2014-cü il tarixdən 22.03.2015-ci il tarixədək (11 ay 26 gün) iddiaçının Rusiyada olmasına ehtiyac olmamışdır. Çünki həmin tarixlərdə məqbul imtahan sessiyaları keçirilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və onun vəkili isə kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, hazırkı halda tərəflər arasında mübahisə iddiaçının aldığı təhsilin müddət və məzmununun daxili qanunvericiliyə uyğunluğu ilə bağlı yaranmışdır. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın: - 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. - 2.3-cü maddəsinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. - 2.5-ci maddəsinə əsasən bakalavriat səviyyəsində tələbənin fənn üzrə tə dris işinin həcminin vaxt ölçüsü kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit 30 saata bərabərdir. Tədris planlarında nəzərdə tutulmuş hər bir fənnin tədrisi bir semestrdə başa çatır və imtahanla yekunlaşır (bədən tərbiyəsi fənni istisna olmaqla). - 2.7-ci maddəsinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. - 2.8-ci maddəsinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 2.13-cü maddəsinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. - 2.15-cü maddəsinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. - 2.16-cı maddəsinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. - 4.1-ci maddəsinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"nin 1.5-ci maddəsinə əsasən Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi f orma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərar ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Naz irliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquql ardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»in (bundan sonra - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu m əqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Sazişin 6-cı maddəsinə görə, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magi str hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Sazişin 7-ci maddəsinə əsasən, beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. İddiaçının Rusiya Federasiyası Dağıstan X5 İnstitutu tərəfindən 06.07.2015-ci il tarixdə verilən 110505 ******* nömrəli mütəxəssis diplomuna əsasən Dövlət imtahan komissiyasının 18.06.2015-ci il tarixli 01 nömrəli qərarı ilə ona Müəssisə menecmenti ixtisası üzrə menecer mütəxəssis dərəcəsi verilmişdir. İddiaçının mütəxəssis diplomuna 110505 ******* nömrəli əlavədə göstərilmişdir ki, iddiaçı Dövlət imtahan komissiyasının qərarı ilə Müəssisə menecmenti ixtisası üzrə menecer mütəxəssis dərəcəsi almış dır, əyani qaydada tədrisin müddəti 5 ildir, tədrisin forması qiyabi, tədris proqramının mənimsənilməsi müddəti 260 həftə, o cümlədən auditoriya saatları 818 saat olmuşdur. Rusiya Federasiyası Dağıstan X5 İnstitutunun cavabdehə ünvanlanmış 04.04.2017-ci il tarixli 161-k nömrəli cavab məktubundan müəyyən olunur ki, iddiaçı 18.09.2010-cu ildə İnstitutun 1-ci kursuna qəbul edilmişdir. 2010-cu ilin sentyabr ayında onun fərdi təhsil planına müvafiq olaraq sürətləndirilmiş təhsil haqqında ərizəsi əsasında onun 1-ci kurs (qiyabi şöbəsi) üçün məqbul-imtahan sessiyasının müddəti 04.10.2010-cu ildən 13.11.2010-cu ilədək davam etmişdir. 13.12.2010-cu il tarixli əmrlə 2-ci kursa keçirilmiş və 2-ci kurs (qiyabi şöbəsi) üçün zaçot-imtahan sessiyasının müddəti 07.11.2011-ci ildən 16.12.2011-ci ilədək d avam etmişdir. 26.12.2011-ci il tarixli əmrlə həmin tarixdən 3-cü kursa keçirilmişdir. Yekun attestasiya 01.06.2015-ci ildən 21.06.2015-ci ilədək davam etmişdir. Rusiya Federasiyası Dağıstan X5 İnstitutunda qiyabi təhsil formasında ixtisas proqramının mənimsənilməsi üçün normativ müddət 6 il, sürətləndirilmiş proqram üzrə ixtisas proqramının mənimsənilməsi üçün normativ müddət 5 ildir. Sərhəd keçmə məlumatına əsasən iddiaçı 25.12.2011-ci ildən 05.10.2012-ci ilədək (9 ay 10 gün), 05.02.2013-cü ildən 05.02.2014-cü ilədək (1 il) və 26.03.2014-cü il tarixdən 22.03.2015-ci il tarixədək (11 ay 26 gün) Rusiya Federasiyasında olmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, təqdim etdiyi dip loma əlavəyə görə mütəxəssis təhsilinin müddəti əyani formada 5 il olan, bu baxımdan 6 il qiyabi təhsil alması tələb olunmasına baxmayaraq, təhsil aldığını irəli sürdüyü müddətdə əvvəlcə 9 ay 10 gün, sonra 1 il, daha sonra isə 11 ay 26 gün ümumiyyətlə Rusiya Federasiyasında olmayan, 1-ci kursu 04.10.2010-cu ildən 13.11.2010-cu ilədək davam edən və 13.12.2010-cu il tarixdən 2-ci kursa keçirilən iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Belə ki, Sazişin 6 və 7-ci maddələrindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Rusiya Federasiyasının yalnız əyani təhsil üzrə bakalavr və ya mütəxəssis diplomlarının tanınmasından bəhs olunur. İddiaçının isə güman olunan təhsili qiyabi olmuşdur ki, bu da hər bir halda cavabdehin Qaydaların 1.6-cı bəndin ə müvafiq qaydada ekspertiza keçirmək səlahiyyətinə malik olduğunu göstərir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından apellyasiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, cavabdehin müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı dəlil də əsaslı olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı 18 sentyabr 2010-cu il tarixdə ali təhsil müəssisəsinə daxil olmuş və elə həmin ildə də (13.12.2010) qısaldılmış fərdi proqram əsasında ikinci kursa keçirilmişdir. Bu isə Azərbaycan Respublikasının təhsil sahəsində olan dövlət standartlarının müvafiq tələblərinə uyğun deyildir. NƏTİCƏVİ HİSSƏ Yu xarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2124/2019 saylı iş üzrə 29 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar