Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3364/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Elməddin Əbilovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiaçıya güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1464/2019 saylı iş üzrə 27.08.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə X1 rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsidövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddiaçı ya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1980-ci ildən 1982-ci ilədək keçmiş Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1 avqust 1982-ci il tarixdən 23 dekabr 1982-ci il tarixədək və 1 oktyabr 1985-ci il tarixdən 31 mart 1986-cı il tarixədək Bakı Şüşə Zavodunda şüşə və şüşə məmulatlarını üfürməklə hazırlayan şüşəçi (fəhlə) peşəsində, 23 dekabr 1982-ci il tarixdən 1 oktyabr 1985ci il tarixədək və 31 mart 1986-cı il tarixdən 22 sentyabr 1993-cü il tarixədək şüşə və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar peşəsində, 22 yanvar 1999-cu il tarixdən 23 iyul 2005-ci il tarixədək Bakı şəhərinin Xətai rayonunda yerləşən “Ərgünəş” KM-ə məxsus şüşə sexində şüşəbişirən peşəsində işləmişdir. Şüşə və şüşə məmulatlarını üfürməklə hazırlayan şüşəçi (fəhlə) və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən şüşə istehsalı, keramika, çini və saxsı məmulatlarının istehsalı üzrə 15-ci bölmənin 15.1-ci və 15.4-cü bəndlərinə aiddir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, lakin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və ə sassızdır. Birinci instansiya məhkəməsinin 22.02.2019-cu il tarixli iş № 2-1(82)-553/2019, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 27.08.2019-cu il tarixli iş № 2-1(103)-1464/2019 (hakimlər Mirzə Tağızadə sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Məmməd Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 22.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən sax lanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 23 dekabr 1982-ci il tarixdən 1 oktyabr 1985-ci il tarixədək və 31 mart 1986-cı il tarixdən 22 sentyabr 1993-cü il tarixədək (10 il 4 ay) şüşə və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar peşəsində işləmişdir. Belə bir peşə isə yuxarıda qeyd edilən qərarda mövcud deyildir. Məhkəmə isə səhvən öz qərarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 1150101a-16348 bölməsinə (üfürülmüş məmulatlara bəzək vuranlar ) istinad etmişdir. Belə olan halda, iddiaçının 23 dekabr 1982-ci il tarixdən 1 oktyabr 1985-ci il tarixədək və 31 mart 1986-cı il tarixdən 22 sentyabr 1993-cü il tarixədək şüşə və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar peşəsində işlədiyi 10 il 4 ay müddətini iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - 55 yaşa çatma, reallaşmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin kasasiya şikayətində Bakı Apelyasi ya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2-1(103)-1464/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Əbilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəs i məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkə mənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdirki,iddiaçının 23 dekabr 1982-ci il tarixdən 1 oktyabr 1985-ci il tarixədək və 31 mart 1986-cı il tarixdən 22 sentyabr 1993-cü il tarixədək (10 il 4 ay) şüşə və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar peşəsində işləmişdir. Belə b ir peşə isə yuxarıda qeyd edilən qərarda mövcud deyildir. Məhkəmə isə səhvən öz qərarında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 1150101a-16348 bölməsinə (üfürülmüş məmulatlara bəzək vuranlar) istinad etmişdir. Belə olan halda, iddiaçının 23 dekabr 1982-ci il tarixdən 1 oktyabr 1985-ci il tarixədək və 31 mart 1986-cı il tarixdən 22 sentyabr 1993-cü il tarixədək şüşə və şüşə məmulatlarının əl üsulu ilə naxışlayanlar peşəsində işlədiyi 10 il 4 ay müddətini iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, pensiyanın təyini üçün zəruri olan sığorta hadisəsi - 55 yaşa çatma, reallaşmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsa latların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il, sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hüquq münasib ətlərinin yarandığı dövr qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci i l avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, hazırki iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 52 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq ed ilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “XV. Şüşə və çini-saxsı istehsalı” bölməsində hazırkı İddiaçı ümumilikdə 10 ildən artıq müddət işlədiyi peşələr aşağıdakı kodlarla nəzərdə tutulmuşdur: - şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlələr (şüşəçi) ******* a - 11548, 1100000b- 17541; - üfürülmüş məmulatlara bəzək vuranlar-1150101 a-16348; - şüşə bişirənlər (metal qaynağı nda şüşənin termiki qəlibləmə xətlərinin, sobalarının və elektrik sobalarının xidməti ilə məşğul olanlardan başqa) ******* a - 18852. İddiaçının 01.01.2006-cı il tarixədək 18 ildən cox güzəştli iş stajı vardır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 27.08.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.08.2019-cu il tarixli 2-1(103)1464/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3364/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3364/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver