Məhkəmə qərarları › İş №2-1(102)-3368/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3368/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3368/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Cavabdehnəqarşı iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin QƏRAR (iş № 2-1(102)-3368/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Ali Məhkəmənin qərarında verilmiş göstərişlərə riayət edilməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X2 ibarət tərkibdə, İddiaçı, nümayəndəsi X7 qızının, vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı əmrin ləğvi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1677/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2015-ci ilin xxxx ayından “Hərbi bilik jurnalında” operator vəzifəsində mülki işçi kimi çalışmağa başladığını, xxxx 2015-ci il tarixdə Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi (əsgər hərbi rütb əsində) operator vəzifəsinə təyin olunduğunu, xxxx 2017ci il tarixdə Baş Qərargah rəisinin müaviniCavabdeh rəisinin 069 əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ştatların ixtisarına görə qeyri-qanuni olaraq ehtiyata buraxıldığını, ehtiyata buraxılması haqqında yalnız dekabr ayında baş idarənin qərargahına çağırılaraq məlumat verildiyini, Əsasnamənin 162-ci maddəsininin tələbləri ziddinə bir gündə hər iki söhbətləşmə vərəqəsinə qol çəkdirdiklərini, həmin maddəyə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılmalı olduğunu, ehtiyata buraxılması haqqında əmrlə qanunla qorunan hüquqları və maraqlarının pozul duğunu göstərərək, hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini-Cavabdeh rəisinin 069 “əç” nömrəli, xxxx 2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1395/2018 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi” barədə iddia tələbinə dair 21(82)-1395/2018 saylı inzibati iş aiddiyatı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-2404/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(103)-399/19 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(102)-1667/19 saylı qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəsulbəyova və İ.Hüseynov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1677/2019 saylı qərarı ilə (sədrlik edən İ.B.Əhm ədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan, onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən ş tatların ixtisarına görə ehtiyata buraxılması Müdafiə Nazirliyinin tərkibində olan TəşkilatSəfərbərlik İdarəsinin səlahiyyətlərində olsa da bu hal işə baxan məhkəmələr tərəfindən aydınlaşdırılmamış, Müdafiə Nazirliyinə aid hər hansı idarəyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hər hansı səbəbdən lazım olmadığı halda, yəni vakant vəzifə olmadığı halda, o, Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin sərəncamına çıxarılmalıdır və ancaq o idarə tərəfindən ehtiyata buraxılmalıdır. Bu barədə müvafiq əmr mövcuddur, lakin məxfidir, bu səbəbdən də həmin əmr yalnız məhkəmə tərəfindən tələb oluna bilərdi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, bur axılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər, lakin ona bu barədə heç bir rəsmi xəbərdarlıq olunmamış, bundan başqa Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır, birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır, bu zaman həqiqi hərbi x idmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır, ikinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır, onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir, aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır, söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır, bu halda da əsasnamənin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, söhbət vərəqəsindən görə nə baş id arə rəisi, nə də ki, baş idarə rəisinin müavini onunla fərdi söhbətləşmə aparmadan əmr çıxarılan gün hər iki söhbət vərəqəsi eyni gündə ona imzalatdırılmış, həmçinin cavabdeh ona başqa xidmət yeri təklif olunduğunu və onun imtina etdiyini qeyd etsə də, lakin onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları İddiaçı, nümayəndə X5 və Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X3 və vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmam asını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yo xlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, nümayəndəsi X4, vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, vəkili Əfrasiyabova Dilarə Paşa qızının izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1677/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə Nazirinin xxxx 2017-ci il tarixli, 388 nömrəli əmrinə əsasə n hərbi bilik” jurnalının elmipraktiki cəhətdən daha keyfiyyətli nəşrlərinin dərc edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında nəzərdə tutulmuş redaksiya bölməsində müvafiq təşkilati-ştat dəyişiklikləri aparılmış, dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının gələcəkdə müstəqil fəaliyyətinə ehtiyac olmadığı nəzərə alınaraq, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 5.7.9-cu və 5.7.15-ci yarımbəndlərini rəhbər tutaraq 1/1 №-li ştata görə saxlanılan Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının xxxx 2017-ci il tarixdən ləğv edilməsi nəzərdə tutulmuş, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştat ında yeni açılmış vəzifələr komplektləşdirilərkən ləğv edilmiş, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsi nəzərdə tutulmuş, Baş Qərargah rəisinin müavini Cavabdeh rəisi Nizam Osmanov raportla Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinə raportla müraciət edərək, “Hərbi Bilik” jurnalı redaksiyasının tam tərkibdə ləğv edildiyini göstərmiş, iddiaçının xxxx 2017-ci il tarixli ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh xxxx 2017-ci il tarixli imtina məktubunda Müdafiə Nazirliyinin Hüquq İdarəsi rəisinin müvafiq məktubu ilə Cavabdeh Hərbi Təhsil İdarəsində baxılması, “Hərbi bilik” Jurnalının redaksiyasında xidmət etdiyi vəzifə aparılan təşkilat ştat tədbirl əri ilə əlaqədar ixtisar olduğundan, İddiaçı ştat ixtisarı ilə ehtiyata buraxıldığı bildirilmiş, İddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenant İsmayıl Abdullayev arasında olmuş 1-ci söhbət vərəqəsinə əsasən İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 41.0.4-cü maddəsinə ( ştatların ixtisarına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunduğu qeyd edilmiş, iddiaçı Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasına köməklik göstərilməsini xahiş etmiş, növbəti məzuniyyətdən 10 gün istifadə etdiyini, müayinə üçün HHK-na göndərilməsinə ehtiyac olmadığını bildirmiş, iddiaçı ilə “Hərbi bilik” jurnalı redaksiyasının baş redaktoru vəzifəsini icra edən polkovnik-leytenan t İsmayıl Abdullayev arasında olmuş 2-ci söhbət vərəqəsinə əsasən İddiaçı birinci söhbət zamanı xahiş və suallarının yerinə yetirilməsinə müsbət münasibət, HHK-nın rəyi nəzərə alınaraq, buraxılmanın əsaslarının dəqiqləşdirilməsi zəruriliyinə ehtiyac olmadığını bildirmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, Baş Qərargah rəisinin müavini Cavabdeh rəisi Nizam Osmanov raportla Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinə raportla müraciət edərək, “Hərbi Bilik” jurnalı redaksiyası tam tərkibdə ləğv olunduğundan, iddiaçının ştatların ixtisarına görə ehtiyata buraxıldığı, ehtiyata buraxılmamışdan əvvəl iddiaçı ilə söhbətləşmə aparıldığı, söhbətləşmə vərəqələrinin iddiaçı tərəfindən yazılaraq imzalandığı qeyd edilmiş, barışıq üçün verilmiş müddət ərzində, həmçinin 1-ci söhbət vərəqəsinə görə cavabdeh inzibati orqan hər iki halda iddiaçının tutduğu vəzifəsinə və ixtisasına uyğun boş vəzifə olmadığından, onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması haqda təkliflər edilmiş, lakin o, yalnız Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etmiş, lakin Bakı ərazisində müvafiq vakansiya olmadığından, iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsi mümkün olmamış, həmçinin Bakı Apellyasiya Məhkəməsi iş üzrə “069 “əç” nömrəli, xxxx 2017-ci il tarixli əmrdən çıxarış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehndən baxış keçirilməsi üçün götürülməsi” ilə bağlı xxxx 2019-cu il tarixli qərardad qəbul edilmiş, həmin qərardad icra edilərək, cavabdeh orqan tərəfindən “069 “əç” nömrəli, xxxx 2017-ci il tarixli əmrin surəti məhkəməyə təqdim edilmiş, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxıl maq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu i l tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi xxxx 2017-ci il tarixli, 069 “əç” nömrəli əmr ümumiyyətlə iş materiallarında mövcud deyildir, yəni, mübahisə predmeti olan sənəd işdə yoxdur ki, bu faktı məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin, həmçinin İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin pozulması kimi qiymətləndirir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Ali Məhkəmənin qərarında verilmiş göstərişlərə faktiki olaraq riayət edilməmiş, iddiaçı apellyasiya şikayətində cavabdehin ona başqa xidmət yerinin təklif olunmasını və onun tərəfindən imtina olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, məhkəmə tərəfindən iddiaçıya konkret olaraq hansı rayonda və hansı iş yerlərinin təkl if edildiyi müəyyən edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-162-ci maddələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməli olduqları halda iş materiallarında buna dair mötəbər sübutların olmadığı düzgün qiymətləndirilməmiş, məhkəmə öz qərarında barışıq üçün verilmiş müddət ərzində, həmçinin 1-ci söhbət vərəqəsinə görə cavabdeh inzibati orqan hər iki halda iddiaçının tutduğu vəzifəsinə və ixtisasına uyğun boş vəzifə olmadığından, onun rayonlardan birində yerləşən hərbi hissələrə təyin olunması barədə təkliflərin edildiyini, lakin o, yalnız Bakı ərazisində müvafiq vəzifəyə təyin olunmasını tələb etdiy ini, Bakı ərazisində müvafiq vakansiya olmadığından, iddiaçının Bakı şəhəri ərazisində hərbi hissələrə təyin edilməsinin mümkün olmaması barədə cavabdehin konkret sübutlarala təsdiq olunmayan izahatı ilə kifayətlənmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıya konkret iş yerlərinin təklif edilib-edilməməsi müvafiq sübular əsasında dəqiq müəyyən edilməli, İddiaçı ilə söhbətləşmələrin əslində hansı tarixlərdə aparıldığı dəqiqləşdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-162-ci maddələrinin müddəaları baxımından qiymətləndirilməli və beləliklə, obyektiv məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının iz ahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məh kəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfli məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)- 1677/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İdd iaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1677/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar